F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə8/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   71

13 
 
4.  Metodoloji funksiya. Müxtəlif ümumilik səviyyəsinə malik olan sosioloji nəzəriyyələr, konsepsiyalar 
daha konkret elmlər sahəsinə aid olan tədqiqatlar üçün metodoloji əsas ola bilər. Sosial sistemlərin fəaliyyəti və 
inkişafının ümumi qanunauyğunluqlarını  aşkara çıxaran nəzəriyyələr daha geniş  tətbiq imkanlarına malikdir. 
Onların yaşamaq və  fəaliyyət göstərmək hüququ uğrunda sərbəst bəhsləşməsi və mübarizəsi tamamilə 
qanunauyğun haldır. Müxtəlif sosioloji nəzəriyyələrin, cərəyanların, istiqamətlərin (məs., antropoloji istiqamət, 
naturalizm, neopozitivizm, strukturalizm, psixoloji istiqamət və s.) özünəməxsus məziyyətləri və nöqsanları, 
məhdudluqları vardır. Bu nəzəriyyələrin, cərəyanların başlıca müddəaları, prinsipləri konkret bilik sahələrində 
aparılan tədqiqatlar üçün həlledici məna kəsb edə bilər. Lakin konkret bilik sahəsində əldə edilmiş faktlar həmin 
müddəalarla, prinsiplərlə ziddiyyət təşkil edə bilər və yeni bünövrə, əsas axtarışı üçün stimul yarada bilər. Deməli, 
sosiologiyanın metodoloji funksiyasını birtərəfli başa düşmək doğru olmazdı: ümumi və xüsusi sosioloji 
nəzəriyyələr konkret sahələrdə  tədqiqatı istiqamətləndirir, konkret sahələrin tədqiqatları sosioloji nəzəriyyələrin 
zənginləşməsini, dolğunlaşmasını şərtləndirir. 
5. Proqnozlaşdırma funksiyası. Sosiologiya sosial həyatın, onun ayrı-ayrı sahələrinin fəaliyyəti və inkişafı 
proseslərini elmi sürətdə idarə etmək üçün müəyyən proqnozlar işləyib hazırlamağa kömək edir. Proqnozlaşdırma 
inkişafın qanunauyğunluqlarını, meyllərini dərindən başa düşməyə  əsaslanır, cəmiyyəti daha səmərəli metodlarla 
idarə etməyin müqəddəm şərti kimi çıxış edir. Bu, qərarların yerinə yetirilməsi prosesində vaxtında zəruri təshihlər 
aparmağa imkan verir. 
Müxtəlif ümumilik səviyyəsində olan sosioloji nəzəriyyələr sosial hadisələrin nisbətən geniş dairəsində 
böyük 
[24 - 25]
 miqdar informasiyanı  cəmləşdirdiyindən, onların inkişaf qanunauyğunluqlarını  aşkara 
çıxardığından ayrı-ayrı sosial hadisələrin, proseslərin tədqiqinə münasibətdə nəzəri əsas rolunu yerinə yetirə bilər. 
Lakin bu nəzəriyyələri ehkama çevirmək yox, konkret bilik sahələrinin imkanları hesabına yaradıcılıqla daha da 
inkişaf etdirmək lazımdır. 
 
5. Sosial qanunların mahiyyəti və təsnifatı. 
Sosiologiyanın kateqoriyaları 
 
Məlumdur ki, qanun hadisələrin daxili, mühüm və sabit əlaqəsi və ya münasibəti olub, onların nizamlı 
dəyişilməsini  şərtləndirir. Qanunları bilmək  əsasında prosesin cərəyanını irəlicədən etibarlı surətdə 
müəyyənləşdirmək mümkündür. 
Qanun anlayışı qanunauyğunluq anlayışına çox yaxındır. Qanunauyğunluq qanunun məzmunu baxımından 
qarşılıqlı  əlaqədə olan, sistemdəki dəyişikliklərin sabit meylini və ya istiqamətini təmin edən cəhətlərin 
məcmusudur. 
Sosial qanunlar sosial hadisələrin, proseslərin mühüm, zəruri və ümumi əlaqələrini ifadə edir, fərdlərin, 
qrupların, birliklərin fəaliyyətində təzahür edir, onlar arasındakı rəngarəng münasibətləri müəyyənləşdirir. İnsanlar 
bu qanunları  dərk edərək, öz həyat fəaliyyəti  şərtlərini dəyişdirir, yeniləşdirir. Dəyişilmiş, başqalaşmış  şərait isə 
insanlara ən müxtəlif şəkildə təsir göstərir. Hər bir ayrıca şəraitin, hər bir ayrıca tarixi hadisənin spesifik xarakteri, 
təkrarolunmazlığı, zənginliyi sosial qanunların təzahüründə dərin iz buraxır. Hətta eyni sosial qanun birtipli, yaxud 
oxşar şəraitdə müxtəlif, fərqli intensivlikdə təzahür edir. Ona görə də sosial qanunların fəaliyyətini hər bir konkret 
halda müxtəlif ehtimal dərəcəsini aşkara çıxaran meyl kimi nəzərdən keçirmək lazımdır. 
Hadisə və proseslərin təbii gedişində təşəkkül tapan sosial qanunlar fərdlərin, qrupların, birliklərin müxtəlif 
istiqamətli fəaliyyətinin nəticəsidir. Lakin bu fəaliyyyətdə qanunauyğun 
[25 - 26]
 meyllər də təzahür edir, qarşılıqlı 
sosial fəaliyyətin məqsədini, məzmununu, xarakterini və istiqamətini müəyyənləşdirir. 
Sosial qanunların fəaliyyət mexanizmini aşkara çıxarmaq, onları hərtərəfli tədqiq etmək çox mürəkkəb işdir, 
lakin vacib vəzifədir. Bu, hər hansı hadisənin, prosesin bütövlükdə ictimai həyatda, ən müxtəlif sosial sistemlərin 
fəaliyyətində yerini və rolunu, təzahür xüsusiyyətlərini müəyyənləşdirməyi, onun sosial genezisini aşkara 
çıxarmağı, rəngarəng sosial əlaqələri real faktlar əsasında öyrənməyi nəzərdə tutur. 
Sosial qanunları müxtəlif əsasa görə təsnif etmək olar. Fəaliyyət müddətinə görə adətən ümumi və spesifık 
qanunları fərqləndirirlər. Ümumi qanunlar (məsələn, dəyər qanunu) bütün ictimai sistemlərdə, spesifık qanunlar isə 
(məsələn, bir cəmiyyətdən digərinə keçidlə bağlı olan qanunlar) bir və ya bir neçə ictimai sistemdə  fəaliyyət 
göstərir. 
Ümumilik dərəcəsinə görə iki qrup qanunlardan bəhs etmək mümkündür: a) bütövlükdə sosial sferanın 
inkişafını xarakterizə edən qanunlar; b) sosial sferanın ayrı-ayrı ünsürlərini (sinif, qrup, millət və s.) inkişafını 
xarakterizə edən qanunlar. 
Təzahür üsuluna görə qanunların dinamik və statik (stoxastik) növlərini ayırd etmək olar. Dinamik qanunlar 
sosial dəyişmələrin istiqamətini, amillərini və formalarını müəyyən edir. Statik (stoxastik) qanunlar isə sosial 
hadisələri qəti  şəkildə determinasiya etmir, məlum sosial bütövün sabitliyini saxlamaqla dəyişmələrin  əsas 


14 
 
istiqamətlərini, meyllərini əks etdirir. Bu, o deməkdir ki, statik qanunlar sosial gerçəklikdəki hadisə və proseslərin 
əlaqəsini müəyyən ehtimal dərəcəsində ifadə edir, onlara bütövlükdə xas olan bəzi xassələri və ya əlamətləri 
səciyyələndirir. 
Dinamik qanunlar səbəb və funksional qanunlara ayrılır. Səbəb qanunları sosial hadisələrin inkişafında qəti 
surətdə şərtlənmiş əlaqələri, funksional qanunlar isə sosial 
[26 - 27]
 hadisələr arasında empirik surətdə müşahidə 
edilən və ciddi şəkildə təkrar olunan qarşılıqlı asılılıqları əks etdirir. 
Statik qanunların inkişaf qanunları (məs., tələbatların daha dolğun ödənilməsi, xalqın özünüidarəsinin 
inkişafı  və s.) və  fəaliyyət qanunları (kollektivdə formal və qeyri-formal strukturların vəhdəti, ailədə rol 
funksiyalarının bölüşdürülməsi) kimi növləri vardır. 
Əlaqələrin formalarına görə sosial qanunların aşağıdakı növlərini ayırd etmək olar: 
a) Sosial hadisələrin, yaxud onlarla bağlı olan hadisələrin invariant (dəyişməyən) yanaşı yaşamasını  əks 
etdirən qanunlar. Bu qanuna görə A hadisəsi varsa, hökmən B hadisəsi də olmalıdır. Məsələn, cəmiyyətdə totalitar 
idarəetmə sistemi mövcuddursa, hökmən latent (gizli) müxalifət də mövcud olmalıdır. 
b) İnkişaf meylini əks etdirən qanunlar. Belə qanunlar qarşılıqlı münasibətlərin bir səviyyəsindən digərinə 
keçidi  şərtləndirir, sosial obyektin strukturuna xas olan dinamikanı ifadə edir. Məsələn, fəhlə sinfində baş verən 
keyfiyyət irəliləyişləri onun bütün sosial münasibətlərə  təsirini gücləndirir, onun bütövlükdə ictimai mövqeyini 
möhkəmləndirir. 
c) Sosial hadisələr arasında funksional asılılığı müəyyən edən qanunlar. Bu qanunları fəaliyyət qanunları da 
adlandırmaq olar. Bunlar inkişaf qanunlarından fərqli olaraq hər hansı sosial sistemin nisbi sabitlik halında 
qalmasını  təmin edir, sistemdəki ayrı-ayrı ünsürlərin mühüm dəyişikliyə  səbəb olmayan mütəhərrikliyini 
səciyyələndirir, başqa sözlə, sosial obyektin yeni keyfiyyət qazanması üçün ilkin şərtlər yaradır. Məsələn, əhalinin 
idarəetmə  işində, siyasi həyatda iştirakı ilə onun siyasi mədəniyyətinin yüksəlməsi arasında, kollektivdə 
ideyatərbiyə işinin səviyyəsi ilə mənəvi-psixoloji iqlimin vəziyyəti arasında funksional asılılığı görmək o qədər də 
çətin deyildir. 
ç) Sosial hadisələr arasında səbəb  əlaqəsini  əks etdirən qanunlar. Səbəb  əlaqəsi və funksional əlaqə bir-
birinə 
[27 - 28]
 yaxın anlayışlardır. Lakin onları eyniləşdirmək doğru deyildir. Funksional əlaqə səbəbiyyəti ifadə 
edə də bilər, etməyə də bilər. Funksional asılılığın olması hələ mahiyyətli səbəb münasibətlərinin mövcudluğunu 
ifadə etmir. Məsələn,  şəxsi və ictimai mənafelərin optimal əlaqələndirilməsi sosial inteqrasiyanın çox mühüm
zəruri şərtidir. 
d) Sosial hadisələr arasında ehtimalı ifadə edən qanunlar. Məsələn, əhalinin müəyyən qruplarının kənddən 
şəhərlərə axını ilə onlar arasında hüquq pozuntularının artmasını ehtimal etmək olar. 
Sosial qanunlar insanların fəaliyyətində, cəmiyyətin konkret şəraitində reallaşır. Ona görə  də sosioloji 
tədqiqat prosesində  fərdlər bu və ya digər  əlamət baxımından qruplaşdırılır. Bu imkan verir ki, sosial qrupu ən 
müxtəlif aspektlərdə (həyat şəraiti, status, sosial rol və funksiyalar, fərdi xarakteristikalar) öyrənilsin. 
Sosial qanunlar müxtəlif təsadüflərlə, kənara çıxma halları ilə üzləşir, onları bir növ nizamlayır və özünə yol 
açır. Hər hansı sosial hadisənin, prosesin məzmununu və spesifikasını  aşkara çıxarmaq üçün bu qanunların 
fəaliyyət mexanizmi tədqiq olunmalıdır. Bu, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sferalarında sosial qanunların 
təzahür formalarını  aşkara çıxarmağı, sosial mexanizmdə öz funksiyalarını yerinə yetirməyə qadir olmayan 
ünsürləri müəyyənləşdirməyi və aradan qaldırmağı, bütövlükdə bu mexanizmin maksimum səmərəli olmasını təmin 
etməyi nəzərdə tutur. Fərdlərin, sosial qrupların həyat fəaliyyəti prosesində daim dəyişikliyə məruz qalan, inkişaf 
edən və  zənginləşən sosial əlaqələr sistemi təhlil olunarkən onların cəmiyyətdə  qəbul olunmuş sosial normalar, 
sərvətlər və sosial nəzarət vasitələri ilə, habelə  mənafelər, tələbatlar, yönümlər və s. ilə  əlaqəsinə xüsusi diqqət 
yetirilməlidir. 
Hər bir elm kimi sosiologiya da müəyyən kateqoriyalardan istifadə edir. Məlum olduğu kimi, kateqoriyalar 
idrakın tarixi inkişafı gedişində, ictimai praktika prosesində formalaşır. 
[28 - 29] 
Bunların əsasında insanın predmet 
fəaliyyəti üsullarının, ünsiyyət vasitələrinin inkişafı dayanır. 
Sosiologiyanın kateqoriyaları real gerçəkliyin və idrakın mühüm, qanunauyğun sosial əlaqələrini və 
münasibətlərini  əks etdirən  ən ümumi, fundamental anlayışlardır. Bunlar sosioloji biliyin başlıca «pillələridir», 
təfəkkürün sosial gerçəkliyin mahiyyətinə nüfuz məqamlarıdır. 
Obyektiv gerçəklik inkişaf etdikcə, sosioloji bilik dərinləşdikcə həm yeni kateqoriyalar meydana gəlir, həm 
mövcud kateqoriyaların zənginləşməsi baş verir, həm də ayrı-ayrı kateqoriyaların yeri və rolu dəyişir. 
Sosiologiyanın kateqoriyalar sisteminin əsas ünsürlərinin müəyyənləşdirilməsi onun inkişaf məntiqini aşkara 
çıxarmağa imkan verir. Hər bir sosial kateqoriya sosial kateqoriyalar sisteminin yalnız bir ünsürü kimi dərk oluna 
bilər. 
Sosiologiyanın ən mühüm kateqoriyaları sırasına bunları aid etmək olar: «sosial», «sosial struktur», «sosial 
münasibətlər», «sosial təsisatlar», «sosial qanunlar» və s. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə