48
Həm ülkərə, həm aya,
Həm yoxsula, həm baya
Bu saya kimdən qaldı?
Adəm atadan qaldı.
IV oxucu: Adəm ata gələndə,
Qızıl öküz duranda,
Qızıl buğda bitəndə,
Dünya binnət olanda,
Musa çoban olanda
Şişliyimiz erkəcdi.
V oxucu: Onun dərdi uludur,
Aşıqlığı qurudur.
Ucası qiymətlidir,
Qabırğası dadlıdır.
Qabırğa içrə pərdə,
Salmaz adamı dərdə.
Pərdəsi iki rəngdir.
Böyrək ona dirəkdir,
Altmış arşın bağırsaq,
Bir-birinə ulğaşıq.
VI oxucu: Zinhar qoyunu vurma,
Qoyunsuz evdə durma!
Qoyunlu evlər gördüm,
Qurulu yaya bənzər.
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər!
Qoyun var, kərə gəzər.
Qoyun var, kürə gəzər.
Gedər dağları gəzər.
Gələr evləri bəzər.
49
Siçan bəy: Uşaqlar indi isə gəlin Firidun bəy Köçərlinin balaca
oxucularımız üçün yazdığı “Balalara hədiyyə” kitabından
tapmacaları dinləyək. Kim tapmacanın cavabını düz tapsa
bizdən hədiyyə qazanacaq.
Kitab kitab içində,
Atlas da qab içində,
Nə molla bilir, nə axund,
O da bir qab içində.
(Nar)
Qara toyuq qarğalar
Evdən-evə yırğalar.
(Sac)
Pıspısa xanım: O nədir ki, göydən yerə sallanır?
(Yağış)
O nədir ki, hər nə desən allanır?
(Uşaq)
Siçan bəy:
Taxçadan düşdü tap elədi,
Gülsənəm onu hap elədi.
(Siçan)
Altı hovuz içərlər,
Üstü zəmi biçərlər.
(Qoyun)
Pıspısa xanım: O yanı çəpər, bu yanı çəpər
İçində atlı çapar.
(Nehrə)
50
Suda Süleyman gördüm,
Dağda düleyman gördüm.
Yatar gövşər daş gördüm
Duzsuz bişmiş aş gördüm.
(Balıq, ayı, dəyirman, halva)
Siçan bəy:
Uzun qız-oba gəzər.
(Oxlov)
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır.
Üçü yığar gətirər,
Üçü vurar dağıdar.
(İlin fəsilləri)
Pıspısa xanım: Biz-biz idik,
Yüz qız idik.
Bizi üzdülər,
İpə düzdülər.
(Qamış)
İki tülkü balası, üç anası, dörd atası, neçə eylər hamısı?
(Dörd)
Siçan bəy: Ağac başında darı quyusu.
(Əncir)
Ağac başında sarı yumaq.
(Heyva)
Pıspısa xanım: İndi isə gəlin oxucularımızın ifasında
F. Köçərlinin topladığı “Məsəllər”ə qulaq asaq.
51
Məktəbli oxucularımız səhnəyə çıxıb məsəllər söyləyirlər.
I Oxucu: Oğlum əziz, tərbiyəsi ondan da əziz.
Oğul xırdası, noğul xırdası.
Şüurlu oğul neylər ata malını,
Şüursuz oğul neylər ata malını.
El yığılsa kərən sındırar.
Dostun sirrin dost bilər.
O baş sınsın ki, dost yolunda gərək olmaz.
Dostun sirrin dost bilər.
On ölç, bir biç.
Qonağın ruzusu özündən qabaq gələr.
II Oxucu: Bu günün işini sabaha qoyma.
Qalan işə qar yağar.
Əldən qalan əlli gün qalar.
Qorx payızdan, qabağından qış gəlir.
Qorxma qışdan, qabağından yaz gəlir.
Ac toyuq yuxusunda darı görər.
Özünə umac ova bilməz, özgəyə əriştə kəsər.
Qoyunu qurda tapşırmazlar.
III oxucu: Pulunu ver inəyə - bağla dirəyə.
Ahıl öküz cütə getməsə uşaqlar acından qırılar.
Camış ilə gəzən dananı qurd yeyər.
Şorakət yerdə bostan əkərsən.
Adı bostan olar, tağı tağ olmaz.
Dəvə oynayanda qar yağar.
Çobanın könlü olsa, təkədən pendir tutar.
Qurddan qorxan qoyun saxlamaz.
Qurd dumanlı gün axtarır.
Aşı bişirən yağ olar, gəlinin üzü ağ olar.
Toyuq istər qaz yerişi yerisin, öz yerişini də yanılar.