11
29 Yanvar – Gömrük İşçiləri Günü, (1992)
Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən az sonra – 1992-ci il yanvarın 29-da
müstəqil gömrük sisteminin əsası qoyuldu.
Gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən
mühüm dövlət atributlarından biridir. Bu sistemi
həm də ölkəyə qeyri-qanuni yolla müxtəlif
malların gətirilməsinin, habelə ölkənin ən mühüm
strateji sərvətlərinin aparılmasının qarşısını alır.
Azərbaycanda gömrük sisteminin təşkili tarixi çox
qədimdir. Tarix boyu mövcud olmuş bütün Azərbaycan dövlətlərində gömrük
xidməti ilə məşğul olan xüsusi təsisatlar fəaliyyət göstərmişlər. Lakin gömrük
sisteminin elmi-hüquqi əsaslarla təşkili ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti
dövründə olmuşdur.
Azərbaycan ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq
məqsədilə hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və
Şıxlı kəndlərində, Poylu dəmir yolu stansiyasında ilk gömrük postları yaradılmışdı.
Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənədi
1918-ci il avqustun 10-da qəbul etmişdi.
Azərbaycan parlamentinin 1918-ci il 18 avqust tarixli qanununa əsasən
qaçaqmalçılıqla mübarizə, ölkənin ərazisini qeyri-qanuni ticarətdən qorumaq
məqsədilə Azərbaycanın sərhədlərində 99 gömrük postu yaradılmışdı və burada 992
gömrük işçisi keşik çəkirdi. Aprel işğalı, digər sahələrdə olduğu kimi, gömrük
sistemində də işlərin başa çatdırılmasına imkan vermədi.
SSRİ dövründə Azərbaycanda gömrük sistemi mövcud olmamışdır. Bu iş
yalnız ittifaq orqanları tərəfindən həyata keçirilirdi. Azərbaycan Respublikası
Prezidenti Heydər Əliyevin sərəncamı ilə 29 yanvar gömrük işçilərinin peşə bayramı
günü elan olunmuşdur.
İnternetdə:
www.books.google.com
12
Ümumdünya Qar Günü, yaxud Beynəlxalq Qış İdman Növləri Günü, (2012)
2012-ci ildə dünyada daha bir müsbət ənənə yaranmışdır. Həmin ilin
qışından başlayaraq Beynəlxalq Xizək İdmanı Federasiyasının (FIS) təşəbbüsü ilə
bu bayram – Ümumdünya Qar Günü (World Snow Day) adlanmışdır. Onun başqa
adı isə – Beynəlxalq Qış İdman Oyunları Günüdür. Bayram hər il yanvar ayının
bazar günlərindən birində qeyd olunur.
Bayramın məqsədi qış idman oyunlarına marağı artırmaq və gəncləri fəal
həyat tərzinə cəlb etməkdir. FIS-in fikrinə görə, həmin gün “qar festivalları”
keçirilməlidir və burada həm uşaqlar, həm də böyüklər xizək və konki yarışlarında
iştirak etməlidirlər.
İnternetdə :
www.books.google.com
13
Yubilyar yazıçı və şairlər
1 Yanvar – Yazıçı Abdulla bəy Divanbəyoğlunun 135 illiyi, (1883-1936)
Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın
1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan
olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra
Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil
almışdır (1898-1903). O, bir müddət Batum və Bakı ibtidai
məktəblərində müəllimlik etmişdir. 1905-ci ildə Bakıda rus-
tatar məktəblərində, eləcə də “Nəşri-maarif” və “Nicat”
cəmiyyətlərinin
nəzdində
açılmış 6 sinifli şəhər
məktəblərində yoxsul balalarına dərs demişdir. Azərbaycan
Xalq Maarifi Komissarlığında müxtəlif vəzifələrdə işləmiş,
eyni zamanda Dövlət arxivinin müdiri olmuşdur (1920-1922). A. Şaiq adına
Pedaqoji Texnikumunda müdir müavini (1927-1930), Azərbaycan Dövlət Sənaye
İnstitutunda assistent vəzifəsində çalışmışdır (1930-1935). O, bədii yaradıcılığa
gənc yaşlarından başlamışdır. “Şahzadə və Əbdül” (1902), “Can yanğısı” (1903),
“Fəhlə” (1906) və s. əsərlərini qələmə almışdır. Rus dilində yazdığı “Şahzadə və
Əbdül” əsərini yazıçı Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə etmişdir (1959).
“Duman” (1904), “İlan”, “Fəhlə” (1906), “Ərdoy dərəsi” (1910), “Məcnunun
Leyliyə məhəbbəti” (1910), “Cəng” (1910), “Dan ulduzu” (1911) və s. hekayələri,
“Parlaq ulduz” (1912) felyetonu və s. kimi əsərləri də vardır. Sovet hakimiyyəti
illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin şərq şöbəsində
təhsilini davam etdirmişdir (1923-1928). Xalq maarifi sahəsində çalışmış,
Azərbaycan Dövlət Arxivinin müdiri olmuşdur (1923-1927). Ömrünün sonunadək
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin
müdiri işləmişdir (1930-cu ildən). Nasir, pedaqoq Abdulla bəy Divanbəyoğlu 1934-
cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. Azərbaycan tarixinin
öyrənilməsində, folklor və etnoqrafiya materiallarının toplanması və öyrənilməsində
xidmətləri vardır. Dövri mətbuatda məqalələri və elmi-kütləvi əsərləri dərc
olunmuşdur. “Can yanğısı” (1958), “Şahzadə və Əbdül” (1966) və “Seçilmiş
əsərləri” (1981) kütləvi tirajla nəşr edilmişdir. 1936-cı il yanvarın 6-da vəfat
etmişdir.
Kitabları: “Can yanğısı”, “Şahzadə və Əbdül”, “Seçilmiş əsərləri” və s.
İnternetdə: Abdulla bəy Divanbəyoğlunun bioqrafiyası www.adam.az