130
Köhnə Ġrəvanın keçmiĢ çar küçəsində
azərbaycanlı evi (XIX yüzil).
Köhnə Ġrəvanın keçmiĢ Astafyev küçəsində
Müəllimlər Seminariyasının binası
(XIX yüzil).
Buğakar pirinin ümumi görünüĢü.
BUĞAKAR PĠRĠ
Zəngəzur
mahalının
Meğri
rayonunun Buğakar kəndi ərazisində
ziyarətgah.
Buğakar kəndi öz adını IX yüzil
ərəb sərkərdəsi Buğa əl-Kəbirin,
adından almıĢ, ziyarətgah isə kəndin
adı ilə - Buğakar ziyarətgahı kimi
tanınmıĢdır. Sultan Seyid Əhməd
məqbərəsi kimi də tanınan bu
ziyarətgah, əslində, ərəb sərkərdəsi
Əhməd ibn əl-Xəlil ibn HiĢamın
məzarı, məqbərə də onun məqbərəsidir.
Kənddə həmiĢə azərbaycanlılar yaĢamıĢlar.
1930-cu illərdə Buğakar kəndi ləğv edilmiĢ, əhalisi qonĢu azərbaycanlı
kəndlərinə köçürülmüĢdür. Buna baxmayaraq, Buğakar (yerli tələffüzdə Bığıkar)
piri ətraf kəndlərin Azərbaycanlı əhalisi üçün ziyarətgah olaraq qalmıĢdır.
ƏDƏBİYYAT: Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh. 144-148;
Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, 1995, səh.170; H.Vəli. Babək Xürrəmidinin
son taleyi, Bakı, 1998.
131
Cadırğan pirinin müxtəlif görünüĢləri.
CADIRĞAN PĠRĠ
Loru mahalının Barana (04.01.1938-ci ildən - Noyemberyan) rayonunun
Ləmbəli (18.06.1960-cı ildən - DebedaĢen, 1972-ci ildən - BaqrataĢen) kəndi
ərazisində, böyük Cadırğan düzünün cənubunda pir.
Bölgədə məĢhur olan bu pirə ətraf kəndlərin də müsəlman əhalisi ziyarətə
gələrdilər.
Qədimdən insanların inanc yeri olan bu pirin tarixi haqqında dəqiq məlumat
yoxdur, çünki burada heç bir tədqiqat aparılmayıb. Ehtimala görə isə bu yerdə
vaxtilə hansısa bir müqəddəs insanın məzarı olmuĢ və bu məzar sonralar
ziyarətgaha çevrilmiĢdir.
Pirin yerləĢdiyi Ləmbəli kəndi qədimdən Türk-Oğuz boylarının anayurdu
olmuĢ, bura ilk ermənilər 1949-cu ildə kəndin azərbaycanlı əhalisi sürgün
olunduqdan sonra köçürülüb gətirilmiĢ, azərbaycanlı evlərində yerləĢdirilmiĢlər.
ƏDƏBİYYAT: Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.48-52; Bilal
Ənsər. Qara əllərin qara əməlləri, "Xalq qəzeti", 13 sentyabr 1997-ci il; S.Nəzərli. Ləmbəli, В., 2004,
səh.42-46.
132
Kəkilli pirdə Seyid Əhmədin məqbərəsi (XX yüzil).
KƏKĠLLĠ PĠR
Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Girətağ kəndi ərazisində pir.
ġərbiĢəyə (ġərqmeĢəyə) doğru uzanan yolun üstündə, təpə baĢındakı üç
böyük palıd ağacı qədimdən yerli sakinlərin inam yerinə çevrilmiĢdir. Bu
yerlərdəki meĢəliklər ildən-ilə qırılıb, tükənsə də, Kəkilli pirin palıdlarına
toxunmağa, hətta oradan quru odun aparmağa belə heç kəs cürət etməmiĢdir. Bu
qadağanı pozanlardan ağzı əyilən, boynu yana dönənlər də olmuĢdur. 1930-cu
illərdə belə bir rəvayət də yayılmıĢdır
ki, Səlimə adında bir qadın Quranı
palıdın koğuĢunda gizlətmiĢ, bir
gecənin içində koğuĢ qovuĢmuĢdur.
Həmin palıd ağaclarından ən
ucasının yarpaqları dəfnə ağacı
yarpağına oxĢayan qəribə bir budağı
vardı. Görünür, həmin budağı
adamlar, nə vaxtsa, ağacın kəkili
hesab etmiĢlər və pirin Kəkilli adı da
buradan yaranmıĢdır.
Kəndin sakinləri bura dilək
diləməyə gələr, qurbanlar kəsər, palıd
ağaclarının koğuĢlarında çıraq yandırardılar. Pirin ərazisində Zəngilan bölgəsinin
hörmətli din xadimlərindən sayılan Seyid Mir Əhməd ağanın, bir neçə
qohumlarının məzarları vardı. 1950-ci illərdən sonra ermənilərin Qafanın
Pirdavdan kəndində dağıtdıqları sərdabədən Mir Əhməd ağanın qəbrini də bura
köçürdülər və oğlu Mir Əli ağa atasının məzarı üstündə sərdabə tikdirdi...
ƏDƏBİYYAT: Rəşid Təhməzoğlu. Kəndimizin tapım yerləri. "Qafqazın səsi" qəz., 8 may 2003-cü il.
133
Uluxanlı məktəbi.
ULUXANLI MƏKTƏBĠ
Zəngibasar mahalının Uluxanlı (31.12.1937-ci ildən - Zəngibasar, 31-
07.1950-ci ildən - Masis) kəndində yerləĢən, 1881-ci ildə əsası qoyulan bu məktəb
XIX yüzilin 2-ci yarısında Ġrəvan çuxurunda fəaliyyətə baĢlayan ilk dünyəvi
məktəblərdən biri idi.
Qafqaz tədris dairəsi müdirinin
1880-ci
il
tarixli,
1879
saylı
məruzəsində bildirilir ki, Ġrəvan
qubernatoru ilə Uluxanlı kəndinin
camaatı arasında əldə edilmiĢ razılığa
görə, kənd camaatı ikisinifli məktəb
üçün lazım olan binanı tikməyi
öhdələrinə
götürüblər.
Kənd
adamlarından biri isə məktəb binası
tikilib qurtarana qədər öz evini
təmənnasız
olaraq
məktəbxanaya
çevirməyə hazır olduğunu bildirmiĢdir.
Buna görə də Ġrəvan qubernatoru xahiĢ
edir ki, Uluxanlı kəndində ikisinifli məktəb açmaq üçün lazımi sərəncam verilsin.
Beləliklə, 1881-ci ildə fəaliyətə baĢlayan məktəb Allahverdi Hacı Həsən oğlunun
evində yerləĢir.
Xanlar bəy Həsənbəyov və Hacı MəĢədi Hüseyn oğlu, Məmməd bəy
Qazıyev, Əbduləli Muxtarov, Hacı Molla Kərim Rzaquliyev, Mirzə Ələkbər
Rzazadə, Cəlil Məmmədquluzadə, ġəmdin bəy Mahmudbəyov və baĢqa görkəmli
pedaqoqlar bu məktəbdə dərs demiĢlər.
1918-ci ildə ermənilərin bölgədə törətdikləri qırğınlar nəticəsində məktəb
fəaliyyətini dayandırmıĢ, 1920-ci illərin əvvəllərində bərpa olunmuĢ, yeni məktəb
binası tikilib istifadəyə verilmiĢdir. 1940-cı ildə məktəb üçün ikimərtəbəli yeni
bina tikilmiĢdir.
Qədimdən ancaq azər türklərinin yaĢadığı Uluxanlı kəndinin azərbaycanlı
əhalisi 1988-ci ildə ermənilər tərəfindən soyqırıma məruz qalaraq qovulub
çıxarılmıĢ, kənd bütünlüklə erməniləĢdirilmiĢdir.
Uluxanlı məktəbi də elə həmin vaxt fəaliyyətini dayandırmıĢdır.
ƏDƏBİYYAT: Ə.Zeynalov. Bir məktəbin ömür yolu, "Ağrıdağ" qəzeti, 8-14 aprel 1988-ci il;
Ə.Ələkbərli. Qərbi Azərbaycan, II cild, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları, Bakı, 2002,
səh.81-82, 319-355; İ.İsmayılov, E.Həsənov. Uluxanlı məktəbi – 125 il, Bakı, 2006.
Dostları ilə paylaş: |