ƏZĠZ ƏLƏKBƏRLĠ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   2   3   4   5   6   7   8   9   ...   37


 
yüzillərdə inĢa edilmiĢ Gərni qalası və həmin qalada eramızın I yüzilində Arman 
hökmdarı I Turadat tərəfindən tikilmiĢ, "Təxti-Turadat" adı ilə tarixə düĢən saray 
xüsusi yer tutur. 
IV  yüzilin  əvvəllərində,  daha  dəqiq  desək,  301-ci  ildə  Armaniya  Arsaklar 
sülaləsindən  hökmdar  III  Turadat  xristianlığı  Armaniyanın  rəsmi  dini  elan  edir. 
Əslində,  Armaniyada  xristianlığın  qəbulu  tarixi  zərurətdən  irəli  gəlirdi.  Belə  ki, 
Parfiyada  hakimiyyətdə  olan  Arsaklar  sülaləsi  ilə  Armaniya  Arsakları  qohum 
sülalələr olduğundan 224-cü ildə Sasanilər Parfiya Arsaklarını devirib hakimiyyətə 
gəldikdən sonra Armaniya Arsaklarının hökmdarı I Xosrov (217-238) Sasanilərin 
hakimiyyətini  tanımaqdan  imtina  edir.  Bununla  da  Armaniya  türk  Arsakları  ilə 
Parfiya  fars  Sasaniləri  arasında  aramsız  müharibələr  baĢlayır.  Bu  müharibələrdə 
Armaniya  Arsakları qohum və  soydaĢ  Albaniya  Arsaklarının köməyinə  arxalanır. 
Lakin  farsların  hücumları  ara  vermir.  Qatı  atəĢpərəst  olan  Sasanilər  Armaniya 
əhalisinin atəĢpərəst olmasından da məharətlə istifadə edir. Belə bir çətin məqamda 
xristianlıq  Armaniyada  Sasani  iĢğalçılarına  qarĢı  müqavimət  faktoru  kimi  ortaya 
çıxır.  Xristianlığı  rəsmi  dövlət  dini  kimi  qəbul  edən  Armaniya  hökmdarları 
Sasanilərə qarĢı müharibəni hər iki - həm etnik (türk-fars), həm də dini (atəĢpərəst-
xristian)  müstəvi  üzərində  aparmaq,  bu  müharibəni  ümumxalq  müharibəsinə 
çevirmək  imkanı  qazanırlar.  Bundan  sonra  Armaniyanın  Sasanilərə  müqaviməti 
daha çox güclənir. 
Ölkədə  xristianlığın  yayılmasına  daha  öncəki  məbədlərin  dağıdılması  ilə 
baĢlayan  Maarifçi  Qriqori  ilk  addım  olaraq  Armaniyanın  ən  böyük  və  nüfuzlu 
ibadətgahı  olan  ölkə  paytaxtı  VağarĢabaddakı  məĢhur  atəĢpərəstlik  məbədini  daĢ 
hasara aldırır (guya bu yerdə onun gözünə Allah görsənmiĢdir) və az sonra (303-cü 
ildə)  Qərbi  Azərbaycan  ərazisində  ilk  xristian  məbədini  ucaltdırır.  Dünya 
ermənilərinin bugünkü dini mərkəzi olan Üçkilsə (Eçmiədzin) kilsəsinin əsası belə 
qoyulur. 
Bundan sonra ölkədəki digər atəĢpərəstlik məbədlərinin sürətlə, ucdantutma 
və  vəhĢicəsinə  dağıdılmasına,  yerində  xristian  məbədlərinin  tikilməsinə  və  ya 
əvvəlki məbədlərin xristianlaĢdırılmasına baĢlanılır. 
Xristianlığın Armaniya ərazisində sürətlə yayılması, qısa vaxtda geniĢ vüsət 
tapması  və  burada  heyrətamiz  dərəcədə  çoxlu  sayda  dini  məbədlərin  ucaldılması 
bəzən tədqiqatçılarda təəccüb doğursa da, əslində burada təəccüblü heç nə yoxdur. 
Məsələ ondadır ki, bir tərəfdən Sasanilərin Armaniyaya qarĢı yeritdiyi düĢmənçilik 
siyasəti nəticəsində Armaniyada atəĢpərəstliyin dayaqları sarsılmıĢ, digər tərəfdən 
Armaniya  əhalisinin  müxtəlif  türk  boylarından  ibarət  olduğunu  nəzərə  alan 
Maarifçi  Qriqori  bu  boyların  xüsusilə  tanrıçılıqdan  irəli  gələn  əski  inam  və 
inanclarını  böyük  ustalıqla  xristianlığa  uyğunlaĢdırır,  baĢqa  sözlə,  mövcud 
məzmunu  (tanrıçılıq)  yeni  formada  (xristianlıq)  xalqa  təqdim  edirdi.  Özü  də 
türksoylu  olduğundan  Maarifçi  Qriqori  bu  iĢi  böyük  həvəs  və  ilhamla,  içindən 



 
gələn daxili bir inamla  həyata keçirir, yeni dində öz əski etiqadını görən xalq isə 
onu məmnuniyyətlə qəbul edirdi. 
Bütün bu cəhətlərinə  görə  az sonra  Albaniya  hökmdarı Urnayr xristianlığı 
Albaniyanın da rəsmi dövlət dini elan edir. Bu,  Cənubi Qafqazdakı iki soydaĢ və 
müttəfiq  dövləti  -  Armaniya  ilə  Albaniyanı  daha  da  yaxınlaĢdırmaq,  Sasani 
iĢğalçılarına  qarĢı  birgə  mübarizə  aparmaq  yolunda  irəliyə  doğru  atılmıĢ  mühüm 
addım olur. 
Beləliklə,  Qərbi  Azərbaycan  ərazisində  xristianlığın  dövlət  dini  kimi 
mövcud  olduğu  IV-VII  yüzillərdə  ölkədə  çoxlu  xristian  məbədləri  –  vəng  və 
kilsələr ucaldılmıĢdır. Xristianlıq Bizansdan əxz edildiyindən həmin dövr xristian 
məbədlərinin  tikintisində  də  Bizans  üslubu  xüsusi  rol  oynayırdı.  Bununla  belə 
qriqorianlıq  türk-tanrıçılıq  etiqadı  üzərində  qurulduğundan  qriqorian-alban 
məbədlərində  də  türklərin  əski  etiqadlarının  simvol,  damğa  və  iĢarələri  öz  geniĢ 
əksini tapmıĢdır. 
Karbibasar  mahalında  Üçkilsə,  Gərnibasar  mahalında  Dvin,  Göyçə 
mahalında  Sivəng,  Zəngəzur  mahalında  Tatev,  Talın  mahalında  Uzunlar
Vedibasar  mahalında  AseliĢad//Xorvirab,  Qırxbulaq  mahalında  Avan,  Putqni
ƏĢtərək rayonunda PirəgənQırmızıvəngQarqavəng və onlarla baĢqa məbədlər 
bu  dövrün  əvəzsiz    xristian-türk  abidələridir.  Lakin  təəssüf  ki,  bu  abidələr  də 
mütəxəssislərimiz tərəfindən, demək olar ki, araĢdırılmamıĢdır. 
Armaniyanın ərəblər tərəfindən iĢğalı ölkənin təkcə sosial-siyasi  yox, həm 
də  mənəvi  həyatında  köklü  dəyiĢikliklərə  səbəb  olur.  Ölkəni  kütləvi  Ģəkildə 
islamlaĢdırmaq  və  ərəbləĢdirmək  siyasəti  yeridən  ərəblər  Armaniya  və  Albaniya 
əhalisinin  bir  hissəsinin  (xüsusilə  VII  yüzilin  əvvəllərində  ölkə  boyu  yayılmıĢ 
Xəzərlərin)  qeyri-xristian  olmasını  əsas  götürərək  onları  dinsiz  elan  edib,  bəzən 
xristian  arman  türklərini  də  onlara  qatıb,  ölkənin  türk  əhalisini  ucdantutma  zorla 
müsəlmanlaĢdırmağa baĢlayırlar. "Qılınc müsəlmanı" ifadəsi də o vaxtlar yaranır. 
Tezliklə  ərəblər  dini  toxunulmazlıq  verdikləri  xristian  armanları  öz 
tərəflərinə  çəkməklə  ölkə  əhalisinin  Türk  birliyini  parçalamağa  müvəffəq  olurlar. 
Ġslamı  qəbul  etmiĢ  arman  türkləri  artıq  müsəlman  adlanır,  arman  (ərəb 
tələffüzündə  ərmən)  adı  isə  ancaq  xristian  armanlara  Ģamil  edilir.  Ölkədə  islam 
möhkəmləndikcə, kütləviləĢdikcə xristian armanların da sayı azalmağa, dini icma, 
kilsə  icması  səviyyəsi  ilə  məhdudlaĢmağa  baĢlayır.  Bölgəyə  yeni  Türk  -  Səlcuq 
boylarının axını  Armaniyada  xristianlığa növbəti zərbəni vurur. Təsadüfi deyil ki, 
301-ci  ildə  Maarifçi  Qriqori  tərəfindən  əsası  qoyulan  və  452-ci  ilə  qədər  Üçkilsə, 
452-ci  ildən  Dvin  Ģəhərində  fəaliyyət  göstərən  arman  xristian  kafedrası  artıq  X 
yüzildə  burada  öz  dayaqlarını  itirdiyindən  Ani  Ģəhərinə  köçürülür,  1113-cü  ilə 
qədər Anidə, 1113-cü ildən 1294-cü ilə qədər Fərhad çayı sahilində, 1294-cü ildən 
1441-ci ilə qədər Kiçik Asiyada - Sis Ģəhərində fəaliyyətini davam etdirir. 
X yüzildən sonra ayrı-ayrı kilsələrdə kiçik icma Ģəklində qalan arman-türk 
din  xadimləri  artıq  cəmiyyətdən  təcrid  olunaraq  özlərini  bütövlükdə  kilsə 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə