Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə61/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   56   57   58   59   60   61   62   63   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
195 
Azərbaycan  antroponimikasında  etnonimlər  əsasında  dü-
zələn qadın adları müşahidə olunmur. Buna səbəb türk mənşəli 
etnonimlərin kişi adları əsasında yaranması və kişi adlarının da 
əksəriyyətinin  igidlik  çalarlı  olmasıdır.  Bu  da  gözəllik  çalarlı 
türk  mənşəli  qadın  adlarının  motivləşmə  xüsusiyyətlərinə  uy-
ğun gəlmir. Digər tərəfdən, türk tayfa başçılarının qadın deyil, 
məhz  kişi  olması  ilə  bağlıdır.  Əlavə  edək  ki,  müasir  advermə 
ənənəsində bu qayda, demək olar ki, gözlənilir. 
Fitonimlər  gözəllik  motivli  olduğundan  daha  çox  qadın 
adlarında müşahidə edilir. Bu təkcə türk mənşəli fitonimlər əsa-
sında düzələn qadın adlarını deyil, həm də fitonimlər əsasında 
yaranan alınma apelyativli qadın adlarını əhatə edir. 
Tərəflərindən biri türk  mənşəli olan hibrid  antroponimlər 
türk təfəkkürü ilə yaradılmışdır. Elə buna görə də türk mənşəli 
kişi  və  qadın  adlarında  olduğu  kimi,  hibrid    antroponimlər  də 
igidlik,  qüdrətlilik,  böyüklük,  dini-mifoloji  və  gözəllik  məz-
munludur. Belə antroponimlər türk xalqları antroponimikasında 
xüsusi yer tutur. 
Mənfi  emosiyalı  qadın  adlarının  yaranması  əski  inamla, 
konkret desək, ―qız uşağı dalbadal doğulan ailələrdə axırıncı qı-
za Qızqayıt, Oğlangərək və s. adlar verilərsə, bir daha qız uşağı 
deyil, oğlan  doğular‖ inamı ilə bağlıdır. Türk estetikasının zən-
ginliyindəndir ki, bəzən belə şəraitdə də mənfi emosiya müsbət 
motivli  adla  ifadə  olunmuşdur  (məsələn,  Gülbəsti,  Gülyetər, 
Bəslər və s.). Statistik hesablamalar göstərir ki, nisbətən mənfi 
emosiyalı qadın adları azalmaq üzrədir. 
Ata adları və familiyalar, əsasən, əsl şəxs adları əsasında 
formalaşdığı  üçün onların leksik-semantik  qrupları da  əsl  şəxs 
adlarının  (əsasən,  kişi  adlarının)  leksik-semantik  qrupları  ki-
midir. 
İctimai-siyasi  həyatla  bağlı  olan  titullar  (türk  mənşəlilər 
nəzərdə tutulur) tam arxaikləşsə də, onların bir qismi onomastik 
vahidlərdə,  xüsusən  antroponim  və  toponimlərdə  mühafizə 


 
Язизхан Танрыверди 
 
 
196 
olunmaqdadır,  həmçinin  müəyyən  qrup    türk  mənşəli  titullar 
titul kimi arxaikləşsə də, müasir ədəbi dilimizdə hörmət məna-
sında  (bəy,  xanım),  bəzilərinin  isə  apelyativi  eynilə  işlənmək-
dədir (onbaşı – ―on‖ və ―baş‖, yüzbaşı – ―yüz‖ və ―baş‖ və s.). 
Titulların  əsl  şəxs  adı  kimi  istifadə  olunmasında  daha  şöhrət-
lilik,  daha  qüdrətlilik  funksiyası  əsas  götürülmüşdür.  Təsadüfi 
deyildir  ki,  ―bəy‖,  ―yabqu‖,  ―tegin‖,  ―xan‖,  ―çur‖,  ―şad‖,  ―bə-
yim‖  və  s.  titullar  əsl  şəxs  adı  yaradıcılığına  cəlb  edilsə  də, 
―onbaşı‖, ―çavuş‖, ―qaravaş‖ (qarabaş) və s. titullardan əsl şəxs 
adı  kimi  istifadə  olunmamışdır.  Bu  həmin  tip  titullarda  daha 
şöhrətlilik,  daha  qüdrətlilik  funksiyasının  olmaması  və  ya  zəif 
olması ilə bağlıdır. 
Azərbaycan  antroponimikasında  toponimlər  əsasında 
düzələn  təxəllüslər  üstünlük  təşkil  edir  ki,  bu  da,  bir  tərəfdən, 
torpağa,  vətənə  məhəbbət  hissi  ilə  bağlıdırsa,  digər  tərəfdən, 
Azərbaycan toponimik vahidlərinin əksəriyyətinin türk mənşəli 
olması  ilə  əlaqədardır.  Türk  mənşəli  təxəllüslərdə  daha  çox 
müsbət motivli apelyativlərdən istifadə olunma müşahidə edilir, 
mənfi emosiyalı apelyativlərdən isə nadir hallarda təxəllüs kimi 
istifadə olunmuşdur. 
Şəxsin ləqəbi ilə onun keyfiyyəti, əlaməti arasında müəy-
yən yaxınlıq olduğu üçün əksər hallarda məfhumla sözün, kon-
kret desək, ləqəbin sərhədi bərabərləşir. 
Azərbaycan  antroponimikasında  ləqəb  kimi  müşahidə 
olunan  vahidlər  qırğız  antroponimləri  sistemində  əsl  şəxs  adı 
funksiyasındadır. 
Türk  mənşəli  ləqəb  və  ayamaların  böyük  bir  qrupunun 
apelyativi arxaizm, arxaizm səciyyəli dialektizm və dialektizm-
lərdir. 
Antroponim  yaradıcılığında  sadə,  düzəltmə,  qrammatik 
şəkilçili, mürəkkəb quruluşlu və cümlə tipli vahidlərdən, yaxud 
digər  onomastik  vahidlərdən,  əsasən,  hazır  şəkildə  istifadə 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
197 
olunmuşdur.  Sadə  quruluşlu  antroponimik  vahidlərdə  isim  və 
sifətlər  üstünlük təşkil edir
Düzəltmə  quruluşlu  antroponimlərdə  leksik  və  qramma-
tik-leksik  şəkilçilər  müşahidə  edilir.  Qrammatik  şəkilçilərə  isə 
söz-cümlə  quruluşlu  antroponimik  vahidlərdə  təsadüf  olunur. 
Bu tip antroponimik vahidlərdəki qrammatik şəkilçilər, əsasən, 
predikatla  birlikdə  daşlaşmış  vəziyyətdədir.  Antroponimlərdə 
müşahidə olunan bir qrup leksik şəkilçilər tarixi-etimoloji təhlil 
aparmadan qavranmır (məsələn, Annax, Duxa (Dukak), Səgrək 
və s.). 
Mürəkkəb quruluşlu  antroponimlər tabesizlik və tabelilik 
əlaqələri əsasında formalaşmışdır. Burada birinci və ikinci növ 
təyini söz birləşmələri, eləcə də təyini söz birləşmələrinə daxil 
olmayan  ismi  birləşmələrin  inkişafı  əsasında  formalaşan 
antroponimlər üstünlük təşkil edir. İkinci növ təyini söz birləş-
mələri  əsasında  formalaşan  elə  mürəkkəb  quruluşlu  antropo-
nimlər vardır ki, onların  ikinci növ təyini söz birləşmələri əsa-
sında yaranması birbaşa qavranmır (Eldost, Elxan, Elşad və s.). 
Təyini  söz  birləşmələrinə  daxil  olmayan  ismi  birləşmələrin  in-
kişafı əsasında formalaşan elə mürəkkəb quruluşlu antroponim-
lər  də  vardır  ki,  onların  hansı  birləşmə  əsasında  yarandığı  yal-
nız  müqayisə  üsulu  ilə  müəyyənləşir  (məsələn,  Toğanyürək  – 
Toğanyürəkli – Atağuzlu; Özdəmir – Özüxan və s.). Mürəkkəb 
quruluşlu  antroponimlərin  bir  hissəsi  nəqli  və  əmr  cümlələri  
əsasında  formalaşmışdır.  Belə  mürəkkəb  quruluşlu  antroponi-
mik  vahidlər  türk  xalqları  antroponimikası  üçün  də  xarakte-
rikdir. 
Türk  mənşəli  Azərbaycan  antroponimləri  ümumilikdə 
götürdükdə türk tarixi, mifologiyası, etnoqrafiyası, psixologiya-
sı və estetikasını əks etdirir, bu keyfiyyətlə də əsrlərdən-əsrlərə 
ötürülür, yaddaşlardan-yaddaşlara  köçürülür. 
 
 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə