Ezamiyyə xərclərinin normaları haqqında



Yüklə 33,92 Kb.
səhifə4/11
tarix08.02.2023
ölçüsü33,92 Kb.
#100433
1   2   3   4   5   6   7   8   9   10   11
Ezamiyyə xərclərinin normaları haqqında NK qərarı

Qeydlər:
1. Cədvəlin 1-ci və 2-ci hissələrində göstərilən şəxslərə xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi və ya vəzifəsi olanlara, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün “biznes klass”, dəmiryol qatarları üçün “biznes klass” və ya “2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödənilir.[14]
2. Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak etmək üçün xarici ölkələrə ezam olunduqda, qəbul edən tərəfin protokol qaydalarına uyğun olaraq mehmanxanada yerləşdirildikdə, ezamiyyə xərcləri təqdim olunmuş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının cədvəldəki əlavələr nəzərə alınmaqla, 60 faizindən çox olduğu hallarda, həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödənilir. Bu qayda ilə mehmanxanada yerləşdirilən həmin rəsmi nümayəndə heyətinin digər üzvlərinin ezamiyyə xərcləri təqdim olunmuş sənədlər əsasında müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasından 1,5 dəfədən çox olmamaq şərtilə ödənilir.
3. Cədvəldə göstərilən rəhbər işçilər onlar üçün müəyyən edilmiş əlavələrdən yalnız birini almaq hüququna malikdirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin


2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının
S İ Y A H I S I
1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №3, maddə 220, №7 maddə 514; 2002-ci il, №7, maddə 453; 2003-cü il, № 9, maddə 532; 2004-cü il, № 12, maddə 1068; 2005-ci il, № 6, maddə 547, №10, maddə 986; 2006-cı il, № 4, maddə 383) 7-ci bəndi istisna olmaqla.
2. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 26 iyul tarixli 127 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 514).
3. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərcləri normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”na əlavə edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 iyul tarixli 115 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 453).
4. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərcləri normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”na əlavə edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 sentyabr tarixli 125 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 532).
5. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 dekabr tarixli 187 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1068).
6. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına əlavə edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 iyun tarixli 111 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 547).
7. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 oktyabr tarixli 193 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 986).
8. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 24 aprel tarixli 115 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 383).



QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1. 13 iyun 2008-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 589)
2. 24 dekabr 2008-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1118)

Yüklə 33,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə