Ezamiyyə xərclərinin normaları haqqında


Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası



Yüklə 33,92 Kb.
səhifə8/11
tarix08.02.2023
ölçüsü33,92 Kb.
#100433
1   2   3   4   5   6   7   8   9   10   11
Ezamiyyə xərclərinin normaları haqqında NK qərarı

Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası

Sıra
-si

Rəhbər işçinin vəzifəsi

Əlavə
(faizlə)

1

2

3

1.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri; Azərbaycan Respublikası Baş nazirinin müavinləri; Azərbaycan Respublikasının Baş Prokuroru; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman); Azərbaycan Respublikası Hesablama Palatasının sədri, Hesablama Palatası sədr müavini, auditorları; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri; Azərbaycan Respublikası Milli Məclisinin deputatları; Azərbaycan Respublikası Milli Məclis Aparatının rəhbəri, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri; Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri; mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri[10]

50

2.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini və hakimləri; Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini; Azərbaycan Respublikası Baş Prokurorunun müavinləri; Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini və auditorları; Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini; Azərbaycan Respublikası Apellyasiya məhkəmələrinin sədrləri və sədr müavinləri; Məhkəmə-Hüquq Şurasının üzvləri; ağır cinayətlər məhkəmələrinin sədrləri və sədr müavinləri; mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası sədrinin müavini[10]

30

3.

Azərbaycan Respublikasının dövlət və hökumət səviyyəsində rəsmi nümayəndə heyətlərinin xarici ölkələrə rəsmi səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər

25

Qeyd.
Cədvəlin 1-ci bəndində göstərilən şəxslərə xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi olanlara, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün “biznes klass”, dəmiryol qatarları üçün “biznes klass” və ya “2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödənilir.
Yüklə 33,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə