vii
4)
Xüsusi təhsilin, ev təhsilinin, inteqrativ təhsilin (adi məktəblərdə xüsusi siniflər), adi
məktəblərdə tətbiq olunan inkluziv təhsil üsullarının və s. müşahidə olunması;
5)
Yerli və xarici qanunvericiliklərin təhlili.
Tədqiqata mane olan amillər bunlar idi: müxtəlif nazirliklərdən həqiqi statistik məlumatların gec
əldə edilməsi, ƏU-lar və onların təhsil aldıqları məktəblər haqqında məlumatın olmaması.
Respondentlər (xüsusilə valideynlər və müəllimlər) müsahibə zamanı özlərini sərbəst hiss
etmirdilər. Müşahidə zamanı müəllimlər öz fəaliyyətlərinin müşahidə və tənqid edilməsindən
narahat olurdular.
Əsas nəticələr
Bu tədqiqat sayəsində məlum oldu ki, digər keçmiş Sovet İttifaqı respublikalarında olduğu kimi,
Azərbaycanda da təhsil sistemi ƏU-ın təhsil tələbatını ödəyir, lakin bu cəmiyyətdən təcrid olunmuş
formada həyata keçirilir (evdə təhsil, xüsusi təhsil müəssisələri). Azərbaycanda təhsil xidmətlərinin
rahat istifadə edilə bilməsi, münasib qiymətə olması, mövcudluğu və keyfiyyəti ilə əlaqədar olan
ciddi çətinliklər vardır. ƏU-ın və onların ailələrinin həqiqi tələbatına uyğun gələn daha yaxşı dövlət
qaydaları və strategiyaları vasitəsilə bu maneələrin çoxunu aradan qaldırmaq olar. Hökumət (sosial
təminata malik olmayan) sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təhsil tədbirlərinə dair öz
nəzəri planında inkluziv və ya inteqrativ addımlar atmamışdır.
Dövlət təhsili (insanlar, valideynlər və s. arasında məlumatın yayılması) və hökumətin
dəstəklənməsi sahələrində vətəndaş cəmiyyətinin təşkilatları da çoxlu iş görməlidirlər. Tədqiqat
nəticəsində məlum oldu ki, ƏU-a və onların ailələrinə aid olan məsələlər hələ də utanc mənbəyi
hesab olunur, yanlış şəkildə qavranılır və məhdud dərəcədə dərk olunur. Bundan əlavə, özlərinin
əlilliyi olan uşaqları üçün təhsil imkanlarının axtarılması və yaradılması sahəsində aparıcı mövqe
tutmaq üçün kifayət qədər qüvvəyə malik olmayan ailələrdə də həmin utanc hissi və yanlış qavrayış
müşahidə olunur.
Tədqiqatın nəticələri bunu deməyə imkan verir ki, sağlamlıq imkanları məhdud olan uşaqların
tələbatını ödəyən (günərzi, reabilitasiya, inkişaf) xüsusi xidmətlər çox azdır. Bu çatışmazlıq əsasən
Sovet dövrünün köhnəlmiş tibbi yanaşmaları ilə əlaqədardır. Digər tərəfdən, keçmişdə ƏU tipik
uşaqlarla birgə təhsil almadığından ümumtəhsil məktəblərində xüsusi pedaqoqlar yox idi. Bundan
əlavə, Azərbaycanın ali təhsil müəssisələrində həmin çatışmazlığı aradan qaldıra biləcək kadrlar
yetişdirmək üçün lazım olan proqramların sayı kifayət qədər delildir.
Mövcud qaydaların təhlili göstərir ki, bu mövcud normativ hüquqi aktların həyata keçirilməsi
üsulları və monitorinq mexanizmi qeyri-qənaətbəxşdir.
Tövsiyələr
Bu sahədə vəziyyəti nəzərdən keçirdikdən, məlumatı təhlil etdikdən və mövcud qanunvericilik
bazasını nəzərdən keçirdikdən sonra Azərbaycanda inkluziv təhsil istiqamətində daha böyük
irəliləyişə nail olmaq üçün aşağıda göstərilən tədbirlər vacib hesab oluna bilər:
1.
Xüsusi və inkluziv təhsil islahatları ölkənin ümumi təhsil islahatlarının tərkib hissəsinə
çevrilməlidir.
1.1.
Hökumət genişəhatəli ilkin pedaqoji təhsil, müəllim ixtisasartırması və mütəxəssis
hazırlığı proqramını tərtib etməli və həyata keçirməlidir.
1.2.
Gələcək strategiyalarda və qaydalarda təhsil xidmətlərindən rahat istifadə imkanı
hökumətin ən vacib vəzifələrindən birinə çevrilməlidir.
2.
Hökumət tərəfindən xüsusi və inkluziv təhsilə dair milli konsepsiya tərtib edilməlidir.
Hökumətin təhsil strategiyasında Azərbaycanın vahid, ümumi inkluziv təhsil qanunu və ona
nail olmaq üçün lazım olan tədbirlər təsvir edilməlidir.
vii
2.1.
Əlilliyin tərifinə/təsnifatına dair yeni dövlət strategiyasını tərtib etmək məqsədilə yerli
və beynəlxalq ekspertlərdən (həm Sovet dövründə, həm də Qərbdə təhsil alan
ekspertlər), QHT-lərin və dövlət orqanlarının nümayəndələrindən ibarət olan İşçi Qrupu
(İQ) yaratmaq, həmin qrupun məqsədlərini, vəzifələrini, vaxt cədvəlini və fəaliyyət
planını dəqiqliklə müəyyən etmək.
2.2.
Hökumət strategiyadakı çatışmazlıqları müəyyən etmək üçün bu sahədə tədqiqat
aparılmasına münasib şərait yaratmalıdır.
2.3.
Cəmiyyətə bu sahədə üzləşdiyi çətinliklər və məsələlər barədə daim məlumat vermək
məqsədilə, ictimaiyyəti məlumatlandırma kampaniyalarının fasiləsiz surətdə həyata
keçirilməsi üçün illik plan hazırlanmışdır.
3.
Hökumət tərəfindən əlilliyi olan uşaqlara verilən təhsilin keyfiyyətinin təmin edilməsi üçün
müvafiq tədbirlərin görülməsi zəruridir.
3.1.
Xüsusi təhsil xidmətlərinin göstərilməsi qaydalarını tənzimləmək və təkmilləşdirmək
məqsədilə mövcud bərpa- inkişaf mərkəzlərinin əhatə dairəsi genişləndirilməli, onların
təcrübəsindən istifadə edilməlidir.
3.2.
Tibbi-pedaqoji-psixoloji komissiyaların əsasnaməsi və fəaliyyət dairəsi nəzərdən
keçirilməli, əsaslı dəyişikliklər edilməlidir.