Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   16   17   18   19   20   21   22   23   24

37 

 

Azərbaycanda  ölkə  daxilində  xüsusi  xidmətlər  göstərən  mütəxəssislər  hazırlamaq  üçün  heç  bir 



rəsmi təhsil proqramı yoxdur.  

 

3.7.6. Ən vacib istiqamətlər 

 

Salamanka  bəyannaməsində  inkişaf  etdirilməli  olan  üç  əsas  hədəf  istiqaməti  qeyd  olunur:  azyaşlı 



uşaqların  təhsili,  qızların  təhsili,  təhsil  müəssisəsindən  böyüklərin  əmək  həyatına  keçid;  həmin 

istiqamətlərin hamısına Azərbaycanın  yerli mədəniyyətinin göstərəcəyi təsiri əvvəlcədən müəyyən 

etmək  mümkün  deyildir.  Bəzən  sağlamlıq  imkanları  məhdud  olan  qızlar  oğlanlarla  müqayisədə 

cəmiyyətdən  daha  çox  təcrid  olunurlar.  Məsələn,  İTMSP-nın  birinci  ilində  iştirak  edən  iyirmi 

uşaqdan  yalnız  beşi  qız  idi.  Lakin  təhsil  alan  tipik  qızların  sayının  göstəricisi  oğlanların  sayının 

göstəricisi ilə demək olar ki, eynidir. 2002-2003-cü dərs ili ərzində oğlanların 90 faizi, qızların isə 

87 faizi, 2003-2004-cü dərs ilində eyni yaş qrupuna aid olan oğlanların 94 faizi, qızların isə 91 faizi 

birinci sinfə qəbul edildi. 2002-ci ildə 51.410 şagird ibtidai/orta məktəbə, 120.039 tələbə ali təhsil 

müəssisələrinə qəbul edildi, və onların müvafiq olaraq yalnız 11  nəfəri orta məktəbə, 71 nəfəri isə 

ali  məktəbə  daxil  olan  sağlamlıq  imkanları  məhdud  insanlar  idi

63

.  Cəmi  20.000  nəfər  sağlamlıq 



imkanları  məhdud  olan  uşaq  vardır  və  onların  yalnız  27,6  faizi  xüsusi,  internat  və  ya  ev 

məktəblərində təhsil alır

64

.  


 

72

65



  nömrəli  qərar  sağlamlıq  imkanları  məhdud  olan  insanlara  texniki  ixtisasa  yiyələnmək 

məqsədilə  peşə  məktəblərinə  daxil  olmaq  hüququ  verir.  Yalnız  ya  Tibbi-pedaqoji-psixoloji 

komissiyanın, ya da Tibbi-sosial ekspert komissiyasının icazəsini alan şəxslər öz sənədlərini həmin 

məktəblərə  verə  bilərlər.  Bu  zaman  həmin  şəxslərin  əlilliklərinin  dərəcəsi  və  icbari  təhsillərinin 

müddəti nəzərə alınır. Sağlamlıq imkanları məhdud olanvə icbari təhsilə malik olmayan bəzi şəxslər 

peşə məktəblərinə qəbul edilə bilərlər və peşə məktəblərinə öz sənədlərini verən bu cür şəxslərə heç 

bir  yaş  həddi  tətbiq  edilmir.  72  nömrəli  qərarda  da  ixtisas  dərəcəsi  əldə  etmək  və  işə  düzəlmək 

hüququ  təsdiq  edilir.  Lakin  Sağlamlıq  imkanları  məhdud  olanşəxslərin  işə  düzəlməsi  qaydası  və 

ayrı-seçkilik  hallarından  qorunması  tədbirləri  həmin  qərarda  göstərilməmişdir.  Peşə  məktəbinə 

qəbul  etmə  Sağlamlıq  imkanları  məhdud  olaninsanlara  iş  tapmaqda  kömək  etmək  istiqamətində 

atılan  müsbət  addımlardan  biridir,  lakin  təəssüf  ki,  iş  yerlərində  həmin  şəxslər  üçün  lazımi  əmək 

şəraiti yaradılmır.  

 

3.7.8. Cəmiyyətin təsəvvürü  

                                                 

63

 İqtisadi, sosial və mədəni haqlar haqqında beynəlxalq müqavilənin həyata keçirilməsinə dair Hökumətin hesabatı (noyabr, 2004-cü 



il)

 

64



 

Azərbaycan Respublikasının Nazirlər Kabineti (2005), Xüsusi qayğıya ehtiyac duyan uşaqların təhsilinin inkişaf etdirilməsinə dair 

Milli fəaliyyət planı (2005-2009) 

65

 



Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 aprel 2002-ci il), Əlil şəxslərin peşə təhsili haqqında 72 nömrəli qərar

   


 


38 

 

Salamanka  bəyannaməsi  cəmiyyətin  inkluziv  və  xüsusi  təhsil  proqramlarında  iştirakını  və  həmin 



proqramlar barədə xəbərdar olmasını dəstəkləyir. Valideynlər təhsil proqramları haqqında məlumat 

almaq  və  öz  uşaqları  üçün  xüsusi  və  inkluziv  təhsil  xidmətlərinin  məqsədəuyğunluğu  barədə 

məsləhət almaq hüququna malikdirlər. Həm milli, həm də beynəlxalq qanunvericilikdə valideynlər 

və  ya  qanuni  qəyyumlar  təhsil  fəaliyyətinə  maraq  göstərən  mühüm  tərəflər  kimi  qeyd  edilirlər. 

Salamanka  sənədində  öz  uşaqlarının  təhsilə  dair  xüsusi  ehtiyaclarını  nəzərə  alan  valideynlər 

imtiyazlı  tərəfdaş  hesab  olunurlar.  Həmin  sənəddə  valideynlərin  öz  uşaqları  üçün  seçdikləri  təhsil 

növünün  mümkün  olduğu  qədər  nəzərə  alınması  bəyan  edilir.  Təhsil  haqqında  qanunda  deyilir  ki, 

“valideynlər (və ya onları əvəz edən şəxslər) öz uşaqları üçün təhsil müəssisəsi və müəllim seçmək 

hüququna  malikdirlər”.  Lakin  Xüsusi  təhsil  haqqında  qanunda  (2001)  valideynlərə  yalnız  öz 

uşaqları üçün xüsusi məktəbin növünün müəyyən edilməsində iştirak etməyə icazə verməklə, həmin 

hüquq məhdudlaşdırılır. Məhz bu məqamda Xüsusi təhsil haqqında qanun və TPPK-nın vəzifələri 

haqqında qərar arasında ziddiyyət baş verir.  TPPK-larına valideynin qərarını nəzərə almadan, ƏU 

üçün təhsilin növünü seçmək səlahiyyəti verilir. Hərçənd ki, Xüsusi təhsil haqqında qanuna (2001) 

əsasən valideynlər TPPK-nın  qərarlarını  qəbul  etməyə bilər. Xüsusi  təhsil haqqında qanun  (2001) 

öz ƏU-na adi məktəblərdə təhsil xidmətlərinin göstərilməsi üçün müvafiq icra və təhsil orqanlarına 

müraciət etmək öhdəliyi ƏU-ın valideynlərinin və digər qanuni nümayəndələrinin üzərinə qoyulur. 

Şübhəsiz, Xüsusi təhsil haqqında qanunda valideynlərə verilən hüquqlar TPPK-nın Əsasnaməsində 

öz əksini tapmamışdır və bu sahədə uyğunsuzluq vardır.   

 

Təəssüf  ki,  Azərbaycanda  valideynlər  bu  sahədə  hələ  də  fəallıq  göstərmirlər.  Buna  səbəb  olan 



amillərin bəziləri aşağıda sadalanmışdır: xüsusilə kəndlərdə valideynlərin təhsil səviyyəsinin aşağı 

olması;  müvafiq  orqanların  valideyn  və  uşaq  hüquqları  haqqında  az  məlumat  vermələri;  xüsusilə 

kənd  ərazilərində  yoxsulluq;  nəhayət  hakimiyyət  orqanlarının  əksər  səviyyələrində  mövcud  olan 

rüşvətxorluq  və  bunun  nəticəsində  hətta  qanunvericilikdən  və  öz  hüquqlarından  xəbərdar  olan 

şəxslərin qanunda onlar üçün nəzərdə tutulan xidmətlərdən bəhrələnə bilməmələri.  

 

 



3.7.9. Vəsaitə dair tələbat 

Salamanka  bəyannaməsində  tövsiyə  olunur  ki,  hamının  təhsil  almasına  nail  olmaq  üçün  inkluziv 

məktəblər  inkişaf  etdirilməli,  və  bu,  hökumətin  əsas  strategiyası  kimi  qəbul  olunmalıdır. 

Bəyannamədə bu, lazımi vəsaiti əldə etməyin yeganə yolu hesab olunur. Hökumət və TN daha çox 

sinif  otağının  və  məktəbin  yaradılmasına  yönəldilən  layihələrin  hamısını  dəstəkləyirlər,  lakin 

təəssüf ki, onlar məktəbləri lazımi vəsaitlə təmin edə bilmirlər. Əsasən bu vəzifə pilot layihələrini 

həyata  keçirən  QHT-lərin  üzərinə  düşür.  Hal-hazırda  müəllimlər  xüsusi  təhsillə  bağlı  metodiki  

vəsaitlər,  ƏU  uşaqların  isə  xüsusi  təhsil  xidmətlərinə  cəlb  edilməsi  ilə  bağlı  qaydalar  işlənib 

hazırlanmalıdır. 3 fevral 2005-ci  ildə Prezident xüsusi təhsildən  inkluziv təhsilə keçid  üçün şərait 

yaratmaq  məqsədilə  beş  illik  (2005-2009)

66

  Milli  fəaliyyət  planını  (MFP)  imzaladı.  MFP  əsasən 



inkluziv  təhsil  standartlarını  təmin  etmək  üçün  lazım  olan  avadanlıq,  mebel,  məktəb  binalarının 

istismarı və cari təmiri kimi tədbirləri əhatə etmişdir. 

Xüsusi  təhsil  haqqında  qanun  (2001)  da  maliyyələşdirmənin  bəzi  cəhətlərini  əhatə  edir.  Həmin 

sənədin 25-ci maddəsi xüsusi təhsilin maliyyələşdirilməsini tənzimləyir.  Halbuki, həmin maddədə 

maliyyələşdirmə  mənbələri  dövlət  büdcəsi  və  yerli  büdcə  kimi  təsnif  olunur,  yenə  də  vəsaitin 

ayrılması  üçün  birbaşa  məsuliyyəti  öz  üzərinə  götürməli  olan  orqanların  və  ya  müəssisələrin  adı 

çəkilmir. Həmin maddədə qeyd edilir ki, müvafiq icra orqanları xüsusi dövlət təhsil müəssisələrində 

təhsil alan uşaqların daşınmasını təşkil etməlidirlər. Həmin müddəanın həyata keçirilməsi ilə bağlı 

qaydalar işlənməmişdir, yalnız sonradan qəbul edilən 193 nömrəli qərarda

67

 icra qaydalarından biri 



təqdim olunur.     

                                                 

66

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti (2005) Xüsusi qayğıya ehtiyac duyan uşaqların təhsilinin inkişaf etdirilməsinə dair 



Milli fəaliyyət planı (MFP) (2005-2009)

 

67



 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

(13 dekabr 2004-cü il), Xüsusi təhsil alan uşaqların xüsusi məktəblərə, sağlamlıq 



və müalicə mərkəzlərinə və tibb müəssisələrinə daşınması üçün həmin uşaqların valideynlərinə və digər qanuni nümayəndələrinə 

ödənilən vəsaitlər haqqında 193 nömrəli qərar 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə