Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

13 

 

Hökumətin  verdiyi  məlumata  görə,  əlilliyi  olan  uşaqlar  üçün  12  ixtisaslaşmış  internat  məktəbi 



vardır.  Ölkə  müstəqillik  qazandıqdan  sonra  unudulan  bu  məktəblər  ƏU-ın  tam  təcrid  olunmasını 

təmin edir və əslində onlara məhdud dərəcədə təhsil xidmətlərini göstərir. Bu məktəblərdə uşaqlar 

18  yaşadək  qalır  və  həmin  yaşdan  sonra  uşaqların  göndəriləcəkləri  yerə  dair  heç  bir  qayda  və  ya 

üsul yoxdur.Hal-hazırda  hökumət internat məktəblərinin ehtiyaclarına daha çox diqqət yetirir. Milli 

fondlardan biri olan Heydər Əliyev Fondu bu sahədə fəaliyyət göstərən əsas təşkilatlardan biridir və 

onun  müdaxilələri  nəticəsində  xeyli  irəliləyiş  əldə  edilmişdir.  Hərçənd  ki,  hələ  gələcək  fəaliyyətə 

dair  uzunmüddətli  dövlət  proqramı  yoxdur,  buna  baxmayaraq  TN  tabeliyində  olan  internat 

məktəblərini deinstitutlaşma dövlət proqramına uyğun olaraq inkluziv strategiyalara daha çox riayət 

edən reabilitasiya mərkəzləri və inkluziv komponentli məktəblərə çevrilməsi planlaşdırılır. Tədqiqat 

göstərdi  ki,  təhsil  işçiləri  arasında  “Azərbaycan  Respublikasında  dövlət  uşaq  müəssisələrindən 

uşaqların  ailələrə  verilməsi  (De-institusionalizasiya)  və  alternativ  qayğı  Dövlət  Proqramı” 

çərçivəsində  həyata

 

keçirilən  islahatları



 

dəstəkləyən  şəxslərin  sayı  azdır:  sorğuda  iştirak  edən 

direktorların və müəllimlərin 15% -dən az hissəsi bu cür bu isalahatları dəstəklədiklərini bildirdilər.  

 

3.1.4. Digər təhsil imkanları 

Son illər ərzində az sayda icma əsaslı alternativ qayğı mərkəzləri yaradılmışdır. Demək olar ki, bu 

mərkəzlərin hamısı xarici donor vəsaiti hesabına həm şəhərlərdə, həm də rayonlarda (kəndlər istisna 

olmaqla)  fəaliyyət  göstərir.  Müxtəlif  keyfiyyətə,  ölçüyə  və  iş  həcminə  malik  olan  bu  alternativ 

qayğı  mərkəzləri  ƏU-ın  təhsilinə  və  müalicəsinə  dair  yeni  yanaşmanı  ilk  dəfə  tətbiq  edən 

müəssisələr hesab olunurlar. Bu müəssisələrin üçü AH-nə beynəlxalq inkişaf təşkilatlarının birindən 

miras qalmışdır, bu da, digər mərkəzlərin dövlət tərəfindən tanınacağına və dəstəklənəcəyinə ümid 

yaradır.  Hazırda  qeyri-hökumət  təşkilatları  tərəfindən  təsis  edilmiş  mərkəzlər  donor  təşkilatının 

maliyyə  vəsaiti  hesabına  fəaliyyət  göstərirlər.  Təşkilati  idarəetmə  və  peşəkarlıq  səviyəsinin 

yüksəldilməsi sahəsində müəyyən çətinliklər vardır.

17

 Onu da qeyd etmək lazımdır ki, ümumtəhsil 



məktəblərdə  bu  sahə  üzrə  ixtisaslaşmış  mütəxəssislər  olmadığından  ölkədə  inkluziv  təhsil  üzrə 

bütün pilot layihələri bu sahədə fəaliyyət göstərən icma əsaslı reabilitasiya mərkəzlərinin köməyi və 

təcrübəsi sayəsində həyata keçirilir.  

QHT  nümayəndələri  ilə  keçirilən  HQM-nin  və  hökumət  nümayəndələrindən  götürülən 

müsahibələrin nəticələrinə uyğun olaraq, QHT-lərin çoxu əlilliyi olan uşaqlar, onların valideynləri 

üçün  təhsil  və  reabilitasiya  xidmətləri  və  inkluziv  təhsil    imkanlarının  yaradılması  ilə  bağlı 

hökumətə  təkliflər  verilməsi  istiqamətlərində  fəaliyyət  göstərirlər.  Azərbaycana  Birgə  Yardım 

(ABY),  Uşaqların  Xilası,  Beynəlxalq  Tibb  Korpusu  (BTK)  kimi  beynəlxalq  QHT-lər  və  Müşviq, 

Göy  Qurşağı,  Çıraq Əqli  Sağlamlıq  və s.  kimi  yerli  QHT-lər  işin təşkilində, təhsil və  reabilitasiya 

xidmətləri sahəsində daha fəal olmuşlar.  Nəticə etibarilə ƏU-a əsas və peşə təhsili verilmiş, onların 

ailələrinə hüquqi və psixoloji yardım proqramları təklif edilmiş, valideyn təhsili və digər xidmətlər 

göstərilmişdir.  

 

Digər  tərəfdən,  layihənin  sınaqdan  keçirilməsi,  imkanların  yaradılması  və  strategiyanın  tərtib 



edilməsi  sahələrində  müvafiq  dövlət  orqanları  ilə  fəal  surətdə  əməkdaşlıq  edən  təşkilatlar  vardır. 

UNICEF,  Dünyagörüşü  və  İMC  (hazırda  ölkədə  fəaliyyət  göstərmir)  bu  cür  əməkdaşlıq  edən 

beynəlxalq  təşkilatlardır.  Müsahibədə  iştirak  edən  hökumət  nümayəndələri  inkluziv  təhsil 

strategiyası  və  metodologiyası  üzrə  beynəlxalq  təcrübələrin  öyrənilməsi  və  tətbiq  edilməsi 

sahəsində nazirliklərin əsas  tərəfdaşı kimi yerli QHT olan MTTYM-nin adını çəkmişdilər.  

 

3.2. Təhsilə mane olan amillər 

 

 

3.2.1. Mövcudluluq 

                                                 

17

Ehtiyacların qiymətləndirilməsi haqqında hesabat ACİ-nun Əqli sağlamlıq təşəbbüsü proqramı çərçivəsində 2007-ci ildə 



hazırlanmışdır.

 

 




14 

 

Tədqiqat  əsasında  ƏU-ın  təhsilalmaq  imkanlarının  mövcudluluğu  aşkar  edilmişdir.  Aparılan 



tədqiqatlar göstərdi ki, əlilliyi olan uşaqların yalnız 16%-i ümumiyyətlə təhsil almır. Lakin məlumat 

ona  dəlalət  edir  ki,  ƏU  təhsil  xidmətlərini  seçmək  üçün  məhdud  imkanlara  malikdirlər.  Bütün 

ölkədə təmin edilən əsas təhsil xidməti evdə təhsilidir, digər təhsil xidmətləri isə yalnız şəhərlərdə 

göstərilir. Xüsusilə inteqrativ və inkluziv təhsil bütün ölkəni əhatə etməmişdir, bu isə, əlilliyi olan 

uşaqların təhsilinə mane olan daha bir əsas amil kimi səciyyələndirilə bilər. 

 

İnkluziv və inteqrativ təhsil kimi tədbirlər yalnız mərkəzi şəhərlərdə təşkil edilir. Hökumətin verdiyi 



məlumata uyğun olaraq (2006), göstərilən təhsil xidmətlərinin bütün növləri ölkənin yalnız Bakı və 

Sumqayıt şəhərlərində göstərilir. Yalnız altı böyük rayon mərkəzində beş mövcud xidmətdən üçün, 

ölkənin yerdə qalan hissəsində isə yalnız ev təhsili mövcuddur.   

 

TN əməkdaşı etiraf etdi ki, əlilliyi olan uşaqların ən zəruri ehtiyaclarını ödəyə bilən kifayət qədər 



alternativ qayğı və təhsil mərkəzi, reabilitasiya  müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi yoxdur. 

Hökumət  həmin  xidmətlərin  uşaqlara  göstərilməsini  təmin  etmək  üçün  bir  neçə  qanun  və  qayda 

qəbul  etmişdir.    Lakin  bir  çox  qanunların  icra  mexanizmləri  yoxdur.  Dövlət  qulluqçuları  bu  yeni 

müddəaları tətbiq etməyə hələ hazır deyildirlər və yaxud bu tədbirlərin həyata keçirilməsinə kifayət 

qədər  vəsait  ayrılmamışdır.  Başqa  sözlə  desək,  inzibati  fəaliyyət  sahələrində  müəyyən  çətinliklər 

mövcuddur.  Aydındır  ki,  ƏU-ın  təhsili  ilə  bağlı  islahatların  aparılması  üçün  dövlət  qurumları  ilə 

qeyri-hökumət təşkilatlarının əməkdaşlığı vacibdir.   

 

Təhsil  xidmətlərinin  mövcudluğuna  mütəxəssis  çatışmazlığı  çətinliklər  yaradır.  Bu,  xüsusilə 



rayonlarda özünü daha çox biruzə verir. Belə ki, bir çox rayon məktəblərində ƏU-a xidmət göstərə 

biləcək  ixtisaslı  kadrlar  yoxdur.  Sorğu  nəticələrinə  görə,  məktəblərin  təxminən  90%-i  əmək 

vərdişlərinin  aşılanması  xidmətini  təklif  etmir;  məktəblərin  təxminən  70%-də  nitq  terapevtləri 

yoxdur və məktəblərin yalnız 0,8%-i peşə bacarıqlarını öyrədir. Yalnız psixoloji terapiya xidmətinin 

vəziyyəti qənaətbəxşdir.  Belə ki, müəllimlərin 58,1%-i bildirdi ki, onların məktəbi bu cür xidməti 

göstərir məktəblər psixoloq  ştatına malikdirlər. Sorğuda iştirak edən ƏU-ın  valideynlərinin  yalnız 

25,8%-i bildirdi ki, onların uşaqları xüsusi xidmətlərdən (məsələn, nitq terapiyası) istifadə edirlər.    

 

ƏU üçün yalnız  məktəbəqədər və ibtidai təhsil müəssisələrində inkluziv təhsil təşkil edilmişdir. Bu, 



o deməkdir ki, 10 və  daha artıq yaş həddində olan bir çox ƏU təhsil xidmətlərini seçmək imkanına 

malik  deyillər.  Orta  məktəb  müəllimlərinin  bacarıqlarının  təkmilləşdirilməsinə  dair  strateji 

mexanizmlərin  məhdud  olduğunu  nəzərə  alaraq,  bu  məsələnin  ciddiliyini  aydın  surətdə  görmək 

olar.  Bir  çox  orta  və  daha  yuxarı  təhsil  pilləsi  üzrə  müəssisənin  müəllimləri  evdə  və  ya  ümumi 

məktəblərdə ƏU-a dərs keçilməsi və təhsil verilməsi üzrə bilik, təcrübə və təcrübi bacarıqlara malik 

deyillər,  çünki  onlar  bu  istiqamətdə  yenidən  hazırlanmayıblar.  ƏU  üçün  ali  təhsil  imkanlarının 

mövcudluğu  sahəsində  müəyyən  çətinliklər  vardır.  Lakin  məktəbəqədər  və  ibtidai  təhsil 

müəssisələrində  MTTYM-in  və  Dünyagörüşü  təşkilatının  həyata  keçirdiyi  inkluziv  təhsillə  bağlı 

olan pilot layihə orta məktəbdə davam etdirilir. Bunu ölkədə inkluziv təhsilin inkişaf etdirilməsində 

müsbət hal hesab etmək olar.  



 

3.2.2. Əlverişli istifadə imkanı 

Bu tədqiqat nəticəsində ƏU üçün nəzərdə tutulan mövcud təhsil müəssisələrinin əlverişliliyi  tədqiq 

edilmişdir. Bu baxımdan inteqrativ,  inkluziv, xüsusi və internat məktəblərə daha çox, ev təhsilinə 

isə daha az diqqət yetirilmişdir. Lakin qeyd etmək lazımdır ki, yolun əlverişlilik meyarı ev təhsilinə 

də  təsir  göstərir.  Belə  ki,  kənd  və  rayon  yerlərində  nəqliyyat  şəbəkəsinin  məhdudluğu,  yolların 

qeyri-qənaətbəxş vəziyyəti müəllimlər üçün ƏU-ın evlərinə getməkdə çətinlik yaradır. 

 

ƏU təhsili baxımından rahat istifadə imkanı əsas məsələlərdən biridir: bütün ölkədə yalnız az sayda 



məktəb  binası  ƏU-ın  ehtiyaclarını  ödəmək  üçün  lazım  olan  avadanlıqla  tam  təchiz  edilmişdir. 

Valideynlər və müəllimlərlə aparılan sorğu nəticəsində məlum olmuşdur ki, ƏU-ın məktəb binasına 

daxil  olması  çətinliklər  yaradır,  səbəbi  məktəb  binası  və  infrastrukturunun  ƏU-lara 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə