5. Ətraf mühitin təsdiq edilmiş keyfiyyət normativləri bütün hüquqi və fiziki şəxslər
üçün məcburidir. Bu normativlər mətbuatda dərc olunmalı və yayılmalıdır.
M a d d ə 3 1 . Ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəriciləri
1. Ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəricilərinə:
1.1. ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının, səs-küyün,
vibrasiyanın, elektromaqnit şüalanmasının və başqa zərərli fiziki təsirlərin, radiasiya təsiri
səviyyəsinin, kənd təsərrüfatı və meşə təsərrüfatında aqrokimyəvi maddələrin miqdarının
tətbiqinin yol verilə bilən son hədləri;
1.2. ətraf mühitdə zərərli maddələrin konsentrasiyasının yol verilə bilən qatılıq həddi;
1.3. mühafizə, sanitariya-mühafizə və digər qoruq zonalarının vəziyyəti aid edilir.
2. Azərbaycan Respublikasının qanunvericiliyi ətraf mühitin başqa keyfiyyət
normativlərini də nəzərdə tuta bilər. Çirklənmənin göstəriciləri normativ sənədlərdə
göstərilməlidir.
M a d d ə 3 2 . Ətraf mühitə atılan və axıdılan zərərli maddələrin yol verilə bilən
miqdarının normalaşdırılması
1. Əhalinin sağlamlığının, bitki və heyvanlar aləminin mühafizəsi, onların genetik
fondunun qorunması məqsədilə, atmosferi, suyu, torpağı və yerin təkini çirkləndirən
potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol verilə bilən miqdarının normativləri
müəyyən edilir.
2. Müvafiq ərazilərdə bütün çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və
heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq
məqsədilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli
maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir.
3. Əhalinin sağlamlığın və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün
əlverişli olan ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit
sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə
bilən son hədləri normativləri müəyyən edilir.
M a d d ə 3 3 . Kənd və meşə təsərrüfatında aqrotexniki tədbirlərin və aqrokimyəvi
maddələrin tətbiqinin nizamlanması
İnsan sağlamlığı və genetik fondun, bitki və heyvanlar aləminin mühafizəsi məqsədilə
kənd və meşə təsərrüfatlarında mineral gübrələrin, bitkilərin mühafizəsi üçün kimyəvi
vasitələr və stimulyatorların, başqa aqrokimyəvi maddələrin müəyyən olunmuş həddinin,
aqrotexniki tədbirlərin tətbiqinin artıq olmasına yol verilmir.
M a d d ə 3 4 . Sanitariya-mühafizə və digər mühafizə zonaları
Ətraf mühitə və xüsusi mühafizə olunan təbii obyektlərə və ərazilərə zərərli təsirlərin
qarşısının alınması məqsədilə sanitariya-mühafizə, digər mühafizə zonaları müəyyən edilir.
Sanitariya-mühafizə və digər mühafizə zonaları və onlardan istifadə qaydaları
qanunvericiliyə uyğun müəyyən edilir.
V I I f ə s i l
TƏSƏRRÜFAT VƏ DİGƏR FƏALİYYƏT SAHƏLƏRİNƏ EKOLOJİ TƏLƏBLƏR
M a d d ə 3 5 . Təbii resurslardan istifadə zamanı ekoloji tələblər
Torpaqdan, yerin təkindən, havadan, su hövzələrindən, meşələrdən və başqa bitkilərdən,
heyvanlar aləmindən, müstəsna ekoloji, elmi və mədəni dəyərə malik olan ətraf mühit
obyektlərindən, xüsusi mühafizə olunan təbiət ərazilərindən və ekoloji fəlakət şəraitli olan
ərazilərdən istifadədə ekoloji tələblər normativ hüquqi aktlarla tənzimlənir.
Təbii ekoloji tarazlıqda olan sistemlərin pozulmasına səbəb olan, habelə insanın, bitki və
heyvanlar aləminin genetik fondunun məhv edilməsinə, əhalinin həyat və sağlamlığı üçün
təhlükəli olan fəaliyyətlərə xüsusi icazə verilmir.
M a d d ə 3 6 . Layihələşdirməyə ekoloji tələblər
Yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı obyektlərinin və qurğularının, su
təchizatı və kanalizasiya sistemlərinin, hidrotexniki qurğuların, nəqliyyat və rabitə
vasitələrinin, texnoloji proseslərin və avadanlıqların, başqa obyektlərin layihələşdirilməsində
ətraf mühitin keyfiyyət normativləri nəzərə alınmalı, tullantıların zərərsizləşdiriləsi və
istifadəsi, tullantısız və ay tullantılı texnologiyalar və istehsalatlar, ətraf mühitin
çirklənməsinin qarşısını alan səmərəli tədbirlər nəzərə alınmalıdır.
[10]
M a d d ə 3 7 . Müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirilməsinə
ekoloji tələblər
Müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirildiyi ərazilər ətraf mühitin
mühafizəsi, təbii resursların səmərəli istifadə və bərpa şərtləri, qaydaları gözlənilməklə
göstərilən obyektlərin fəaliyyətinin ekoloji aqibəti nəzərə alınaraq müəyyən edilir.
Müəssisələr, qurğular və başqa istehsal obyektləri yerləşdirildikdə, sanitariya-mühafizə
və digər mühafizə zonaları müəyyən edilir.
M a d d ə 3 8 . Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və yenidən
qurulmasına ekoloji tələblər
Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və yenidən qurulması zamanı
ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmalıdır. Təsdiq edilmiş layihənin və ya
işlərin smeta sənədlərində göstərilmiş dəyərinin ətraf mühitin zərərinə olaraq
dəyişdirilməsinə yol verilmir.
Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii resursların bərpası və səmərəli
istifadəsi, ərazilərin abadlaşdırılması və ətraf mühitin sağlamlaşdırılması üzrə tədbirlər
görülməlidir.
M a d d ə 3 9 . İflas dövründə ekoloji tələblər və öhdəliklər
1. Təbiətdən istifadəçi olan hüquqi şəxsin (müəssisənin) iflası haqqında iş qaldırıldıqda
onun ekoloji vəziyyəti yoxlanılır.
Ekoloji vəziyyətin yoxlanılması əmlak inzibatçısı tərəfindən təmin edilir.
2. Müəssisənin iflası haqqında işin icraatı zamanı ekoloji öhdəliklər üzrə kreditorların
maraqları nəzərə alınmalıdır.
M a d d ə 4 0 . Təbiətdən istifadəçi ləğv olunduqda və yenidən təşkil edildikdə
ekoloji tələblərin və öhdəliklərin nəzərə alınması
1. Təbiətdən istifadəçinin ləğvi və yenidən təşkil edilməsi onun vəziyyətinin
yoxlanılması haqqında məlumatın və (və ya) ekoloji ekspertizanın əsasında ekoloji tələblər
nəzərə alınmaqla həyata keçirilir və ləğvetmə aktında (balansında) həmin yoxlamanın
(ekspertizanın) nəticələri göstərilir.