ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə124/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   120   121   122   123   124   125   126   127   ...   132

C
əsur qardaşlar 
362 
 
əvvəllərdə  də  və  istərsə  də  bəylik  aldıqdan  sonra  da  yüksək hörmət sahibi 
olmuşdur. 
Paşa  bəy,  oğlu  Sultan  bəyi evləndirəndə  gəlini  Aran  Qarabağdan  gətirəndə 
göst
əriş  vermişdir  ki,  gəlini birinci olaraq Cəbrayıl  bəyin  qapısına  gətirsinlər və 
b
əyin xanımı Qızyetər xanımın xeyirduasını alsınlar. Qızyetər xanım çox cəsarətli, 
m
ərd, kişi xasiyyət bir qadın olmuş, heç nədən çəkinməzmiş. Bununla yanaşı əri 
C
əbrayıl bəy kimi xeyirxah, əlidüşərli olmuşdur. Böyük Zəngəzur parçalandıqdan 
sonra ail
ə  Alıqulu  kəndindəki mülklərində  yaşamışdır.  Digər tərəfdən Cəbrayıl 
b
əyin keçdiyi yol, aldığı təhsil Paşa bəy üçün bir örnək idi. Dostluq və qohumluq 
əlaqələri var idi. Qızyetər xanım gəlini və onu gətirənləri çox yaxşı qarşılayır, bəyə 
bir k
əhər at, gəlinə  isə  biriliant  qaşlı  bir  qolbağı  və  el adətinə  görə  kəlağayi 
bağışlayır.  Bu həyətdə  xeyli çal-çağır  məclisi keçir, cavanlar isə  baş  üstə  at 
çapırlar, at kəlləsinə güllə atmaqla şənlənirlər. 
C
əbrayıl  bəy  öz  dövrünün  çox  böyük  ziyalısı,  dövlət xadimi,sərkərdəsi 
olmaqla  insanlar  arasında  çox  böyük  nüfuz  sahibi  idi.  O,  Tatef  və  Zəngəzur 
mahalının  başçısı  olarkən kəndləri bir-bir gəzər,kasıb  insanlara  əl tutar, toxum 
ver
ər, öküz, cüt verər və  tapşırarmış  ki,  yaxşı  çalışsın,  çörək üçün heç kimə  əl 
açmasınlar.  Kənd  ağsaqqallarına  və  varlılarına  isə  tapşırarmış  ki,  gələn  payız 
g
ələcəm, elə  edin ki, kəndinizdə  çörəyə  möhtac  olan  adam  olmasın.  O, 16 il 
Bağdadda  ali  dini-ruhani təhsili  almış,  Odessa  Tibb  Universitetini  bitirmişdi. 
İnsanların  özləri ilə  yanaşı,  at  və  öküzlərini də  müalicə  edərmiş,  özünü  xalq 
arasında çox sadə apararmış. Cəbrayıl bəy Azərbaycandan yeganə şəxsdir ki, 25 il 
ruslara qarşı, vətəninin azadlığı uğrunda çarpışan Şeyx Şamilə silah-sursatla, atla, 
pulla  yardım  göstərmişdir.  Şeyx  Şamillə  ikinci  görüşündə  –  təsadüfən qolundan 
yaralanmışdır. Bu haqda Şeyx Şamilin mirzəsi, “Yeni Musavat”qəzeti, Süleyman 
b
əy Nəbibəyli “Bəyliyin  tarixi”  kitabında  və  Dağıstanın  bir  çox  qəzetlərində 
müxt
əlif illərdə yazılar vermişlər.  
Z
əngəzurun təbiəti, insanları, oranın yaşayış tərzi, tarixi şəxsiyyətləri, bəyləri, 
ağaları haqqında xeyli elmi və publisistik yazılar yazılmışdır. 
25 iyul 1921-ci ild
ə  Sultan bəyin  evi  Ə.Qarayev  və  Şuşa  Qəza  İcraiyyə 
Komit
əsinin sədri S.Mahmudbəyov tərəfindən müsadirə olunur”. 


Əşir Bəşiroğlu 
 
363 
 
Professor M. Qasımlı göstərir ki, 1930-cu ildə Azərbaycan hökümətinə daxil 
olan m
əlumatda Sultan bəyin Azərbaycanda olan qaçaqlara İran vasitəsi ilə kömək 
etdiyi x
əbərini verirlər.  
Az
ərbaycan təhlükəsizlik təşkilatlarına  daxil  olan  bəzi məlumatlara görə, 
C
ənubi Azərbaycanın  Larıcan  kəndində  Sultan bəyin 250 nəfərlik  silahlı  dəstəsi 
s
ərhəddi keçməyə  hazır  imiş.  Sovet höküməti Sultan bəyin həbs olunması  və  ya 
İrandan  çıxarılması  üçün  İran  hökümətinə  nota verir. Bundan sonra Sultan bəy 
İranı tərk edərək Türkiyəyə keçməyə məcbur olur. 
Paşa bəyin oğlu Xosrov bəy çox vətənpərvər, siyasi savadlı, humanist fikirli 
bir insan olmuşdur. Əvvəllərdə qeyd etdiyimiz kimi Azərbaycan Cümhuriyyətinin 
Ensiklopediyasının  2-ci cildində  Xosrov bəy  haqqında  xeyli  məlumatlar 
verilmişdir.  Burada  onun1903-cü ildə  Novorossiyski Universitetinin Tibb 
fakült
əsini bitirdiyi də qeyd olunur. 
Xosrov b
əy 28 aprel 1920-ci  il  işğalından  sonra  iki  həftə  Qarabağ  hərbi 
İnqilab  Komitəsinin sədri olur. 1920-ci ilin 12 may tarixində  XI  Qızıl  Ordunun 
Xüsusi  Şöbəsinin müdürünün əmri ilə  həbs olunur və  1920-ci ilin 9 avqustunda 
onun  şəxsi  işi  Ali  Tribunala  verilir.  L.Şüküroğluna  görə  Xosrov bəyin həbsdən 
azad  olunmasına  Azərbaycan XKS sədri, tələbə  dostu N,Nərimanov və  Şuşada 
onun m
üavini  olmuş  Çingiz  İldırım  kömək  etmişdir.  Professor  İ.Musayev  isə 
Xosrov b
əyin həbsdən azad olunmasını qardaşı Sultan bəylə əlaqələndirir.  
Qardaş  Türkiyədə  özünə  sığınacaq  tapan  Xosrov  bəy Vətən  uğrundakı 
mübariz
əsini ömrünün son günlərinə  qədər  davam  etdirmişdir.  O,  qəriblikdə 
“İttihad”  partiyasının  sədri  seçilmiş,  Müsavat  başqanı  M.Ə.Rəsulzadə  ilə 
Türkiy
ədə,  Almaniyada,  Polşada  fəaliyyətdə  olmuş,  Sovet  hərbiçisi  İsrafil  bəyin 
t
əşkilatçılığı  və  M.Ə.Rəsulzadənin təklifi  ilə  Türkiyə  Tibbi  Komissiyasının 
t
ərkibinə  daxil  olmaqla  SSRİ  müsəlman  əsirlərinin  faşist  ölümündən azad 
edilm
əsində bir həkim kimi fəaliyyət göstərmişdir. 
Sultanovlar ail
əsinin digər üzvü, Sultan bəyin qardaşı Rüstəm bəy Sultanov 
haqqında məlumatları tədqiqatçı-jurnalist L.Şüküroğlunun 2000-ci ildə çap edilmiş 
“Cümhuriyy
ət höküməti repressiya məngənəsində”yazısında tapırıq. Bu mənbədən 
aydın  olur  ki, Rüstəm bəy Sultanov 1875-ci ildə  Zəngəzurun Qurd Qaji 
(Qurdg
əzi)kəndində  anadan olub,1935-ci ildə  həbs edilərkən  Bakıda  neft 


C
əsur qardaşlar 
364 
 
müh
əndisi vəzifəsində işləyib”. Onu da qeyd edək ki, Rüstəm bəy ömrünün xeyli 
hiss
əsini  Bakı  neft  mədənlərində  mühəndisliyə  həsr  etmiş,  heç  bir  siyasi 
f
əaliyyətdə olmamışdır. “Azərbaycan” qəzeti 5 aprel 1919-cu il.  
Göründüyü kimi Xosrov b
əy müsahibəsində  çox mülayim, insani dəyərlərə 
uyğun  və  qəddar  düşmənə  də  xoş  məramla  yanaşması  onun  kimliyindən xəbər 
verir.  Düşmən  düşmənçiliyindən, pis əməllərindən çəkinmir, biz isə  öz 
alic
ənablığımızdan.  Hər halda deyilənlər tarixi bir həqiqətdir, amma dünya 
h
əqiqətlərlə yaşayırmı?.. 
İlham  Tumas  yazır:  “Birinci  Cümhuriyyətin  Qarabağa  generalqubernator 
t
əyin elədiyi Xosrov bəy  daşnak  və  bolşevik  qüvvələrinə  qarşı  qeyri-bərabər 
döyüşlərdə qalib oldu, erməniyə bir qarış torpaq belə vermədi. Həmin ilin yayında 
əlinə silah alıb Qarabağ havasına havalanan ermənilər diz çökdürüldü, hamısı bir 
n
əfər kimi Azərbaycan Hökumətini  tanımağa  məcbur oldular. Onun qətiyyəti və 
h
ərbi  şücaəti sayəsində  Şuşadakı  gizli  daşnak  komitəsinin üzvləri bir nəfər kimi 
qaçıb dağılmaqdan savayı yol görmədilər. 
Ona gör
ə  də,  əllərindən  bir  iş  gəlməyən  daşnaklar  bolşevik  əhval-ruhiyəli 
müs
əlmanların  köməyi ilə  şayiə  yaymışdılar ki, guya Cümhuriyyətin Hərbiyyə 
Naziri  bu  adamı  general  qubernatorluqdan  geri  çağırır.  Bu  məqsədlə  Üzeyir bəy 
Hacıbəyov “Azərbaycan” qəzetinin 1919-cu  il  24  iyun  tarixli  sayında  yazırdı: 
“H
əqiqətən, o, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə 
aşina olan bu zat sağlam bir vücudə  malik olan kimi sağlam  və salamat politika 
yerid
ən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə 
n
əzərdə  tutan  bir  zatdır.  Ermənilər  Qarabağda  qəsdən  süni  iğtişaşlar  çıxarmaqla 
Qar
abağ  general-qubernatorunu  baş  komandanlıq  gözündə  ləkələmək istəyirlər. 
Əgər  Qarabağ  müsəlmanları  arasında  böyük  və  layiqli bir nüfuza malik olan və 
erm
əni cəmaəti tərəfindən dəxi möhtərəm  sayılan  bu  zat  Qarabağın  höküməti 
başında olmasa idi, burası–Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri 
c
əhənnəmə dönüb qətli-qital olmuşdu”. 
Unudulmaz Üzeyir b
əyin barəsində  yazdığı  bu  qəhrəman  insane  Qarabağın 
general-qubernatoru Xosrov b
əy Paşa bəy oğlu Sultanov idi....  
Sultan b
əy qardaşları Xosrov bəy və İsgəndər bəylə 1923-cü ilin ortalarında 
İrana mühaciət etmişdir.  


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə