ƏSGƏr zeynalov iRƏvan məKTƏBLƏRİ



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix18.07.2018
ölçüsü1,61 Mb.
#56453
1   ...   4   5   6   7   8   9   10   11   12

Mirzə  Qafar  Fars  Abbasın 

oğlu,  uzun  illər  İrəvan  Müəllimlər 

Seminariyasında  dərs  deyən  Cabbar 

Məmmədzadənin  kiçik  qardaşıdır. 

O  da  böyük  qardaşı  kimi  İrəvan 

Müəllimlər  Seminariyasını  bitirmiş, 

İrəvan  rus-bahar məktəbində,  Tiflis­

də,  Naxçıvanda  müəllimlik  etmiş, 

Culfada  kömrükxanada  fəaliyyətini 

davam  etdirmişdir.  1934-cü  ildə 

Tehrana gedib  orada  yaşamış,  səfir­

likdə  işləmişdi.  1948-ci  ildə  orada 

dünyasını dəyişmişdi.

Ancaq  bununla  kifayətlənmə-



Mırzə Qafar Məmmədzadə 

Уэгэк  1912' ci  ildə  Odessada  Novo­

rossiysk  Universitetinin  hüquq  fa­

kültəsini  bitirmiş,  Yelizavetpol  quberniyasına  xalq  məktəbləri  in- 

spektoru  təyin  edilmişdir.  1918-ci  ildə  Azərbaycan  Demokratik 

Respublikası 

yaradılandan 

sonra 


H.Şahtaxtinski  Cümhuriyyət  Res­

publikasının  maarif  nazirinin  müa­

vini  vəzifəsində çalışmışdır.

1919-1925-ci  illərdə  Azərbay­

can  Dövlət Universitetində müəllim, 

prorektor 

vəzifəsində 

işləmişdir.

1928-ci  ildə  Tifiisdəki  Zaqafqaziya 

Universitetinin 

Tibb 

fakültəsini 



bitirmişdir. 

1930-1940-cı 

illərdə 

Azərbaycan  Dövlət  Tibb  İnstitutun­

da  işləmiş,  yeni  Azərbaycan  əlifba­

sının  yaradılmasında  iştirak  etmiş­

dir.  H.Şahtaxtinski  1944-cü  ildə Ar­

xangelskdə vəfat etmişdir.



Həmid bəy Şaxtaxtinski

30

1918-ci  ildə  İrəvanda  ermənilərin  törətdiyi  vəhşiliklər  nəticə­



sində təkcə  əhali  deportasiya  və  soyqırıma  məruz  qaldı,  ətraf kənd­

lər  məhv  edildi,  həm  də  burada  uzun  illər  fəaliyyət  göstərmiş  təhsil 

ocaqları  böyük  dağıntılara  məruz  qaldı.  Həmin  ilin  avqustun  6-da 

təkcə  İrəvanda  deyil,  bütün  Qafqazda  maarifin  inkişafında  mühüm 

rol  oynamış,  İrəvan  Müəllimlər  Seminariyası  və  İrəvan  gimnaziyası 

bağlandı.  C.Məmmədzadə,  İ.Muğanlinski,  H.Şahtaxtinski,  M.Top- 

çubşov,  Ə.Əliyev,  H.Hüseynov,  S.Rüstəmov,  H.Seyidov,  Ə.Rə­

cəbli,  M.Məmmədov  kimi  elm  və  mədəniyyət  xadimlərini  yetirmiş 

bu təhsil ocaqları  kim bilir, hələ nə qədər böyük simalar yetirəcəkdi. 

Bu  il  130  yaşı  tamam  olan,  Azərbaycanın  bir  çox  ziyalılarının 

yetişməsində  əvəzsiz  rol  oynamış  bu  təhsil  ocaqlarının  yubileyləri 

qeyd olunacaqdır.

31



ULUXANLI  M ƏKTƏBİ

Uluxanlı məktəbi

1881-ci  ildə İrəvan  gimnaziyası  və İrəvan Müəllimlər Semina­

riyası  ilə  bərabər  fəaliyyətə  başlayan  Uluxanlı  məktəbi  də  ağır,  çə­

tin,  şərəfli  bir yol  keçmiş  və acınacaqlı  bir tale  ilə ömrünü  başa vur­

muşdur.

Uluxanlı  məktəbinin  125  illiyinə  həsr olunmuş  “Zülmət  səltə­



nətində  məşəl”  kitabında  bu  unudulmaz  təhsil  ocağının  yaranışı  ilə 

bağlı  oxuyuruq:  “Uluxanlı  məktəbi  1881-ci  ildə fəaliyyətə başlamış­

dır.  Məktəb  Allahverdi  Hacı  Hüseyn  oğlunun  evində  yerləşmişdi. 

İlk  müdir o zaman  tanınmış  maarifçi  Muxin  olmuşdur.  Fənn  müəlli­

mi  Xanlar  bəy  Həsənbəyov,  şəriət  müəllimi  Hacı  Məşədi  Hüseyn 

oğlu  idi.  Sonra Məmmədbəy  Lütvəlibəy oğlu Qazıyev, Əbdüləli  Ba­

ğır oğlu Muxtarov,  Hacı  Molla Kərim Rzaquliyev və başqaları  bura­

da işləmişlər.”

Bu fikirdən  sonra Cəlil  Məmmədquluzadənin  Uluxanlı  məktə­

binə  gəlişinə  münasibət  bildirilir:  “Qulam  Məmmədlinin  “Molla 

Nəsrəddin”  kitabında  bir  neçə  səhifə  bilavasitə  Uluxanlı  kənd  mək­

32

təbinə həsr olunmuşdur.  Qafqaz  tədris  dairəsinin  müdiri  1887-ci  il  7 



avqust tarixli  məktubunda yazır:  “Uluxanlı  məktəbində müəllim və­

zifəsini  ifa  edən  Məmmədbəy  Qazıyev  azad  edilmiş,  onun  yerinə 

Cəlil  Məmmədquluzadə  təyin  edilmişdir.  (İ.İsmayılov,  E.Həsənov. 

“Zülmət səltənətində məşəl”.  Uluxanlı  məktəbi, s. 17).

Kavkazskiy  kalendar”  məcmuəsinin  1892-ci  il  nömrəsində 

göstərilir  ki,  iki  sinifli  Uluxanlı  məktəbində  Məşhədi  İbrahim  Hü­

seyn oğlu  Hüseynov  məktəbin  fəxri  nəzarətçisi,  Rəhim Musarza oğ­

lu Xəlilov  isə müəllim idi  və burada 41  şagirdin təhsil alacağı nəzər­

də tutulmuşdu.

“Kavkazskiy  kalendar”  məcmuəsinin  1895-ci  il  məcmuəsində 

Uluxanlı  məktəbində  Oadey  Tahirov  və  Kələntər  Kələntərov  fəxri 

himayəçi,  Nikolay  Semyonoviç  Zazunov  nəzarətçi,  Molla  Axund 

Hacı  Məşhədi  oğlu Hüseynov şəriət  müəllimi  olduğu bildirilir.

Məcmuənin  1896-cı  il  nömrəsində  isə  Uluxanlı  məktəbində 

Oadey  Tahirov  və  Kələntər  Kələntərov  himayəçi,  Viktor  Aleksan- 

droviç  Muxin  müdir,  şəriət  müəllimi  Hacı  Məşhədi  Hüseyn  oğlu 

Axundov,  müəllim isə Xanlar bəy Həsənbəyov  təqdim olunur.

Məcmuənin  1897-ci  il  nömrəsində  Uluxanlı  məktəbində 

Oadey  Tahirov  və  Kələntər  Kələntərov  fəxri  himayəçi,  Məmməd 

bəy  Lütvəli  bəy  oğlu  Qazıyev,  Molla  Axund  Hacı  Məşhədi  Hüseyn 

oğlu  Axundov  şəriət  müəllimi,  Xanlar  bəy  Həsənbəyov  müəllim 

kimi  göstərilmişdir.

Bəlli  olduğu  kimi  Muxin  Uluxanlı  məktəbindən  sonra  İrəvan 

Müəllimlər  Seminariyasında  fəaliyyətini  davam  etdirmiş,  onu  bu­

rada  Məmməd  bəy  Lütvəli  bəy  oğlu  Qazıyev  əvəz  etmişdi.  Muxin 

burada hazırlıq  kursunun müdiri  idi.

Məcmuənin  1898-ci  il  nömrəsində  məktəbdə  35  şagirdin  təh­

sil  aldığı  və  Tahirovun,  Kələntərovun,  Məmməd  bəy  Qazıyevin, 

Molla Axund Hacı  Məşhədi  Hüseyn  oğlu  Axundovun  eyni  vəzifədə 

qaldığı, ancaq  müəllim yerinin boş olduğu aydınlaşır.

Məcmuənin  1900-cü  il  nömrəsində  Uluxanlı  məktəbində  64 

şagirdin  təhsil  aldığı,  Oadey  Tahirovun  və  Kələntər  Kələntərovun 

fəxri  himayəçi,  Molla  Vəli  Məmmədəli  oğlunun  şəriət  müəllimi.

33



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə