Mustafa bəy Ağa bəy oğlu Topçubaşov - 1895-ci ildə avqust
ayının 5-də İrəvanda anadan olmuş
dur. O, əvvəlcə İrəvan şəhərinin Daşlı
məhəlləsində yerləşən İbadulla bəy
Muğanlinskinin pansionatında təhsil
almışdı. Burada qardaşı Mehdi bəy və
gələcəyin görkəmli ədəbiyyatşünas
alimi Əziz Şəriflə bir sinifdə oxuyan
Mustafa bəyə o zaman İrəvanın tanın
mış ziyalıları Mirzə Abbas Məmməd
zadə (Fars Abbas), İbadulla bəy Mu-
ğanlinski, Cabbar Məmmədzadə kimi
böyük şəxsiyyətlər dərs deyirlər.
1914-cü ildə İrəvan gimnaziyasını qı
zıl medalla bitirən Mustafa bəy Kiyev
Dövlət Universitetinin Tibb fakültə
sinə daxil olub və 1919-cu ildə təhsi
lini başa vurub Bakıya qayıtmışdı. O, 1926-30-cu illərdə Almaniyada
iş təcrübəsi keçmiş, 1930-cu ildə doktorluq dissertasiyasını müdafiə
edir. 8 il sonra o, efır-yağ ağrısızlaşdırmasını - uzun müddətli analge-
ziyanı kəşf etməklə tibb elmində yeni bir səhifə açır. 1943-cü ildə
Mustafa bəy SSRİ Dövlət mükafatına layiq görülmüş və iki il sonra
Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri seçil
mişdir.
Mustafa bəy bir sıra elmi əsərlərin - ümumiyyətlə, yeddi mo
noqrafiyanın beş cildlik monumental “xüsusi cərrahlıq” kitabının
müəllifidir.
M.Topçubaşov Beynəlxalq Cərrahlar Assosiasiyasının və keç
miş Ümumittifaq cərrahlar cəmiyyətinin fəxri üzvü seçilmiş, müxtə
lif illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzi
fəsində çalışmış, ayrı-ayrı vaxtlarda Azərbaycan Ali Sovetinə başçı
lıq etmişdi. SSRİ Tibb Elmlər Akademiyasının həqiqi üzvü, Bolqa
rıstan Elmlər Akademiyasının fəxri üzvü olmuş Mustafa bəy Sosia
list Əməyi Qəhrəmanı adma layiq görülmüşdür. 1978-ci ildə
Mustafa bəy Topçubaşov
18
professor Qəhrəman Qəhrəmanovla birlikdə Nobel mükafatına
namizəd olmuşdur. O, 1981-ci ildə vəfat etmişdir.
Əziz Məmmədkərim oğlu
Əliyev - 1897-ci ildə yanvar ayının
1-də İrəvan şəhəri yaxınlığındakı
Hamamlı kəndində anadan olmuş
dur. İrəvan gimnaziyasını qızıl me
dal ilə bitirən Əliyev 1917-ci ildə
Hacı Zeynalabdin Tağıyevin gön
dərdiyi vəsaitlə Peterburq Hərbi-
Tibb Akademiyasına daxil olur.
Ancaq 1918-20-ci illərdə İrəvanda
ermənilərin törətdiyi iğtişaşla əla
qədar o, təhsilini dayandırır və yal
nız 1923-cü ildə Bakıya gəlib
Azərbaycan Dövlət Universitetinin
Tibb fakültəsinə daxil olaraq təhsilini davam etdirir.
Əziz Əliyev müxtəlif illərdə Azərbaycan Dövlət Tibb İnstitu
tunun, Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan Əc
zaçılıq İnstitutunun direktoru, Azərbaycan Xalq Səhiyyə Komissarı,
Azərbaycan Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan KP
MK-nın katibi vəzifələrində çalışmışdır. İrəvan gimnaziyasının son
qızıl medalçısı olan Ə.Əliyev 1935-ci ildə namizədlik, iki il sonra
isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Əziz Əliyevin ən parlaq xidmətlərindən biri, şübhəsiz ki,
1942-48-ci illərdə Dağıstan Muxtar Respublikasında birinci katib
vəzifəsində çalışmasıdır. Burada “Qurucu Əziz” adını qazanmış hə
min illərdə Dağıstan və SSRİ Ali Sovetinə deputat seçilmişdir. Onu
da qeyd etmək lazımdır ki, hələ bundan bir neçə il əvvəl - daha də
qiq, 1937-ci ildə Əziz Əliyev həm SSRİ Ali Sovetinə, həm də
Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.
Ə.Əliyev 1948-ci ildən ömrünün sonuna kimi müxtəlif vəzifə
lərdə UİK(b)P MK-nın inspektoru, Azərbaycan Nazirlər Soveti Səd
rinin birinci müavini, Azərbaycan Elmi-Tədqiqat Ortopediya və
Əziz Əliyev
19
Bərpa Cərrahlığı İnstitutunun, Azərbaycan Həkimləri Təkmilləşdir
mə İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1962-ci ildə dün
yasını dəyişmişdir.
Abbas Ağa Fərəcov. İrəvan gimna
ziyasını bitirdikdən sonra Almaniyanın
Leypsiq Universitetində təhsil alıb doğma
İrəvana qayıtmış, xeyriyyə işləri ilə məş
ğul olmuşdu. A.Fərəcovun evi ziyalılar
ocağı olmuş, ziyalılar onun evinə yığışıb
elmi və ədəbi söhbətlər edərdilər. Rus, er
məni, alman, fars və ərəb dillərini mü
kəmməl bilən bu şəxs el arasında böyük
nüfuza malik və Qırxbulaqdan İrəvana su
çəkdirən üç nəfərdən biri olmuşdu.
Akademik Əhməd Rəcəbli. 1898-ci
ildə İrəvanda anadan olmuş, İrəvan gim
naziyasını bitirmiş, təhsilini İtaliyanın Pe-
ruca şəhərində davam etdirmişdi. Azərbaycan Müsavat hökumətinin
xaricə oxumağa göndərdiyi 100 tələbə
dən biri idi. Vətəninə qayıdan Ə.Rəcəbli
Zaqatala Kənd Təsərrüfatı Texnikumu
nun direktoru, Azərbaycan Kənd Təsər
rüfatı İnstitutunun kafedra müdiri, 1945-
ci ildən ömrünün sonuna kimi Azərbay
can Elmi-Tədqiqat Bağçılıq, Meyvəçilik
və Subtropik Bitkilər İnstitutunda şöbə
müdiri işləmişdir. Bir çox elmi əsərlərin
yaranmasında mühüm xidmətləri vardır.
1935-ci ildə professor, 1958-ci ildə
Azərbaycan Kənd Təsərrüfatı EA-nın
akademiki adına layiq görülən Ə.Rəcəbli
1963-cü ildə vəfat etmişdir.
Məmməd Mahmudov, Müseyib Mahmudov, Əli Eyvazov,
Nəsrulla Zal oğlu İrəvan gimnaziyasını bitirmişlər.
20
Əli Eyvazov İrəvan gimnaziyasını bitirmiş, Naxçıvan Respub
likasının torpaq naziri, Vedi və Basarkeçər rayonlarında rayon İcra
iyyə Komitəsinin sədri işləmişdir (Ə.Ələkbərli. Vedibasar mahalı -
Qərbi Azərbaycan, Bakı, “Ağrıdağ”, 2000, səh. 220).
21