ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   80   81   82   83   84   85   86   87   88

 
329 
 
– Ona da baxarıq..! – Zaxar dedi. 
Kostya: 
– Zaxar, mən adamlarıma zəng vurmalıyam... 
Zaxar: 
– Vur... 
– Olarmı səninkiylə zəng edim? – Kostya ilk dəfə arxaya 
boylandı.  Onun  arıq,  ağrıdan  büzüşmüş,  azca  tüklənmiş 
üzünü aydınca görə bildik – burnundan qan gəlirdi. 
Zaxar üzünü bizə tutdu: 
– Hansınızda Ukrayna nömrəsi var? 
Mən təzəcə “life kart” taxmış və 150 qrivenlik də kontur 
yükləmişdim.  
– Məndə layfdır
42
 – dedim. 
Zaxar: 
– Ver danışsın. 
Telefonu Kostyaya uzatdım. Kostya nömrəni yığıb iki-üç 
sözlərini  başa  düşdüyüm  erməni  dilində  uzun-uzadı  danış-
dı.  Bəli,  düz  bildiniz  –  müsafirimiz  erməniymiş  –  üzlərini 
iyirmi  ildən  bəri  görmədiyim  erməni...  Telefonu  mənə  qay-
tarıb təşəkkür etdi. Sonra Zaxara boylanıb: 
– Uşaqlar bizi Tiraspolda gözləyəcəklər – dedi. 
– Nə olar, gedərik – Zaxar sakitcə dilləndi. 
Maşınımız Ukrayna ilə tanınmamış Dnestryanı Respub-
likasının sərhəddində “Kuçuqan” yoxlama məntəqəsində da-
yandı. Rus əsgəri pasportlarımızı yığıb getdi. Bir qədər sonra 
mayor rütbəli zabitlə yanımıza qayıtdılar. 
Mayor: 
                                                           
42
 
Life – Ukraynada mobil operatordur.
 


 
330 
 
– Azərbaycan vətəndaşları hansı məqsədlə bizim ölkəyə 
gəliblər? 
Zaxar şüşəni endirib dedi: 
–  Sizin  xaraba  qoyduğunuz  Tiraspolu  deyil,  zəlil  günə 
saldığınız Moldovanı gəzməyə gəliblər... 
Rus mayor Zaxarı tanıdı: 
– Zaxar, qonaqlar bir-iki sənəd doldurmalıdırlar. 
Zaxar cibindən 50 dollarlıq əskinası ona uzadıb: 
– Mənim qonaqlarımdır. Özün doldurarsan, biz tələsirik 
– dedi. 
Sərhədçilər  şlaqbaumu  qaldırıb  bizi  buraxdılar.  Zaxar 
rusların gönünə o ki var döşədi: 
–  İt  uşağı,  gör  bir  ölkəni  neçə  yerə  parçalayıblar  –  Qa-
qauz, Dnestryanı Respublika nə bilim nə..! Moldovanı Avro-
panın ən bədbəxt ölkəsinə çevirdilər. İki ölkə arasında da üç 
sərhədd  keçid  məntəqəsi  olarmı  heç?  Hər  ay  təzə  pasport 
dəyişməkdən  nəfəsimiz  kəsilib,  pasporta  nə  qədər  möhür 
vurarlar a kişi..!  
– Sizdən nə istəyirlər ki..? – soruşdum. 
–  Canlarına  dərd  istəyirlər!  Dnestryanı  deyilən  yerin 
əhalisinin  yarısı  Rusiya,  yarısı  Ukrayna,  yarısı  da  Moldova 
pasportu daşıyır. Bunların burnunu soxmadığı yer qalıb ki... 
Hara da soxulurlarsa, oranı xarabazara döndərib çıxırlar. 
Maşınımız çöllüyün ortasında güclə qaralan qıvrım yol-
da sürətlə şütüyürdü. Hərdən yolboyu seyrək kəndlərin lam-
pa işıqları gözə dəyirdi. Arada Aydınla oğrun-oğrun bir-biri-
mizə  baxır,  nəysə  axmaq  bir  işin  şahidi  olduğumuza  əmin-
liklə  başımızı  yellədirdik.  Ürəyimdə  Slavik  Çurkanın  yeddi 
arxa  dönəninə  lənət  oxuyurdum.  Artıq  sərxoşluğumuzdan 


 
331 
 
əsər-əlamət qalmamışdı. Başım ağrımağa başlamışdı, həm də 
gic bir yuxu məni basırdı. Aydın dilini dinc saxlamadı: 
– Zaxar, nə işlə məşğulsan? – soruşdu. 
– Kontrabandayla, anaşa daşıyıram – Zaxar heç tövrünü 
pozmadan rahatca dilləndi. 
Aydınla  bir-birimizə  dikildik,  –  “Yaman  yerdə  axşam-
ladıq!” 
Zaxar: 
–  Dnestryanı  Respublikası  yaranandan  sonra  buralar 
kontrabanda  üçün  çox  əlverişli  yer  sayılır.  Üçqat  sərhədd 
olmağına baxmayın, rüşvətini ver, ürəyin nə istəyirsə daşı – 
konyak,  silah,  istədiyin  narkotik,  hər  şey...  Dünyanın  bütün 
kontrabanda həvəskarları burada cəmləşiblər. Mən də narko-
tik  və  saxta  sənəd  işlərinə  baxıram.  Bəs  siz  xeyir  ola,  Odes-
sada? 
Aydın: 
–  İş  dalınca  gəlmişdik...  Odessada  Qayevski  ilə  birgə  iş 
qurmaq istəyirdik.  
Zaxar: 
– Valodya yaxşı oğlandır, onunla iş qurmaq olar. Onun 
da ata tərəfi türkdür , anası isə gürcü rumlarındandır. 
Kosta dilini fərağat qoymadı: 
– Bizim yerlidir ki... 
Zaxar: 
– Sizin yeriniz varmı ki, yerliniz də olsun... Həm də sən 
ki, dağıstanlısan... 
Kostya dilini dinc saxlamadı: 
– Qafqazlı oldunsa, həmyerli sayılırsan demək... 
Zaxar yerində azca qurcalandı: 


 
332 
 
– İndi sən özünü çeçenlər, avarlar, türklər, gürcülərlə bir 
tutmaq istəyirsən? Mən səni düz 4 ildir ki axtarıram. Amma 
dediklərim  öz  namusu  uğrunda  ölərlər,  qaçıb  arvad  kimi 
gizlənməzlər... 
Kostya: 
–  Ara  Zaxar,  allah  kasıblığın  üzünü  qara  eləsin.  Pul-
suzluq  adamı  dost  yanında  da  xəcalətli  edər.  Sən  gəl  məni 
bağışla.  Onsuz  da  məni  tapmağı  bacarmısan  və  onsuz  da 
əlindən heç yana qaçan deyiləm. 
Aydın yenə dilini dinc saxlamadı, gözəl türkcəmizdə: 
–  Bizim  kirvə  nə  qələt  qarışdırıb  ki  belə...  –  Zaxardan 
soruşdu. 
Zaxar: 
– Bu kirvə dediyin bişərəf pülük manyakı mənə düz 12 
milyon dollar atıb... 
İkimizin də gözləri bərələ qaldı, – “On iki milyon..?!” 
– Hə! Düz 12 milyon! Mən bunu adam elədim, o boyda 
Dağıstanda  deputat  seçdirdim,  çörək  verdim, hazır  loxmanı 
gövşəyib ağzına da qoydum ki, – “ud”, o isə, loxmanı üzümə 
tüpürüb  aradan  çıxıb.  İndi  siyasi  mühacir  kimi  aradan  çıx-
maq  istərkən  Hollandiyada  tutmuşam  bu  “mavi”  köpəyoğ-
lunu. 
İndi mattım-mattım Zaxarın gözlərinin içinə baxırdıq. 
–  Mən  istədiyin  ölkənin  pasportunu  da  düzəltdirə  bili-
rəm, həm də tam qanuni. Bu kazyol
43
 da, mənim adamlarıma 
xarici pasport sifariş vermişdi... 
Kostya arsız-arsız irişdi: 
– 6000 dollar da burda itirdim. 
                                                           
43
 Kazyol - rusca “keçi” demək olsa da, burada daha alçaldıcı məna verir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə