Ağarəhim Əsərlər
24
nün hansı səslə başlanmasnıı və göstərilmiş q hərfinin adını düzgün
deyirlər. Sonra müəllim qar, quzu, vaqon, qoruq, toyuq, tonqal
sözlərini tələffüz edir. Uşaqlar müəllimin tələffuzünə əsasən, q sə-
sinin həmin sözün əvvəlində, ortasında və sonunda gəlməsini bildi-
rirlər. Müəllim toyuq şəklini göstərir və to hecasını deməklə sözü
tamamlayırlar. Sonra müəllim toyuu... kimi deyir, q səsini uşaqlar
artırırlar. Uşaqlardan sözün əvvəlində, ortasında və sonunda q səsi
işlənən söz tapmaları tələb olunur. Onlar sözlərin səs-hərf tərkibinə
daxilən nəzər salır, onu başqa səslərdən fərqləndirir və qala, qo-
yun, qaş, tonqal, Namiq, qovaq, qazmaq, qovun və s. sözlərinin
adlarını çəkir və yeni səsin harada işləndiyini göstərirlər.
Müəliim şagirdlərin diqqətini dərslikdəki şəklə yönəldir və oğ-
lana ―Qədir‖ adı verir. Sonra sinfə müraciətlə:
— Qədir nə edir? — deyə soruşur.
— Qədir qazları qovur.
— Doğrudur. Uşaqlar, siz ―Qədir qazları qovur‖ cümləsini qur-
dunuz. Kim deyər, bu cümlədə neçə söz var?
Şagirdlər diqqətlə şəklə baxaraq, cümləni bir də səssiz təkrar
edirlər.
— Bu cümlədə üç söz var.
— Qədir qazları qovur cümləsini sözlərə ayırın.
— Qədir, qazları, qovur.
Müəllim Qədir sözünü Qə-dir kimi hecalara ayırır və tələffuz
edir. Şagirdlər də müəllimə baxaraq onu olduğu kimi təqlid edirlər.
Sonra müəllim Qə hecasını deyir, məktəblilər dir hecasını artı-
rırlar. Beləliklə, şagirdlər sözün əvvəlində, ortasında və sonunda Q
səsinin ayrılması və qısa tələffuzü üzrə məşq edirlər.
Tədqiqat göstərir ki, qo, qa, qu və s. kimi açıq hecalarda mək-
təblilər sözlərin ayrılmasında çətinlik çəkirlər. Bu baxımdan
S.P.Redozubov qeyd edir ki, təlimin ilk mərhələsində uşaqlar üçün
ən çətin, eyni zamanda ən vacib açıq hecaların oxunması və sözlə-
rin tərtibidir. Şagirdlər əks halda sait səslərin tələffıizündən sonra
asanlıqla samitləri deyirlər. Beləliklə də uşaqlar açıq hecaların tə-
ləffüzündən təbii şəkildə bütöv sözün tələffüzünə doğru gedirlər.
Ağarəhim Əsərlər
25
Nəhayət, müəllim quş, qovun, quzu, vaqon, zanbaq şəkilləri
göstərir və onların adlarını soruşur.
Uşaqlar əşya adlarını bildirdikdə müəllim q səsinin yerini xəbər
alır. Onlar çətinlik çəkdikdə müəllim tərəfindən sözlər hecalara ay-
rılır. Q səsinin yeri müəyyənləşdirilir. Bundan sonra şagirdlər q sə-
sini bildirən hərfi kəsmə əlifbadan tapıb göstərirlər. Onlar tanıma-
dıqda müəllim özü yeni hərfi göstərir.
Müəllimin tələbi ilə uşaqlar quzu, Qədir, qayıq, qovaq və s.
sözləri kəsmə əlifba ilə düzüm lövhəsində yerləşdirirlər. Kim səhvə
yol verirsə, yoldaşı ona köməyə gəlir. Qədir sözünün ilk hərfi kiçik
hərflə başladıqda insan adiarının böyük hərflə yazılması qaydası bir
daha xatırladılır. Sözün əvvəlində kiçik q hərfi böyüyü ilə əvəz olu-
nur. Uşaqlar belə bir məlumata yiyələndikdən sonra q səsi və hərfi-
nin müxtəlif hecalarda oxunması üzrə iş gedir. Məktəblilər q səsini
hər dəfə yeni əlaqələrə, yeni birləşmələrə daxil edirlər: məsələn,
qo-vaq, qa-tar, va-qon, Qə-mər, qaz-lar və s.
Bu prosesdən sonra müəllimin tapşırığı ilə dərsliyin sütunların-
dakı sözlər və mətn bir neçə dəfə oxunur. Ən nəhayət, uşaqların
diqqəti səhifənin aşağısında verilmiş şəkillərə yönəldilir. Şəkillərin
altında yazılmış sözlərdə buraxılmış hecalar tapılıb nöqtələrin yeri-
nə artırılır. Şagirdlər tapşırığı icra edirlər.
P səsinin və hərfinin öyrədilməsi.
P səsi və hərfi öyrədilərkən ―Əlifba‖ dərsliyindəki müvafiq sə-
hifədə verilmiş şəkil üzrə müsahibə aparılır. Bu zaman Pəri pam-
bıq toplayır cümləsinə istinad edilir. Sonra şagirdlərə müraciət
olunur:
— Uşaqlar, Pəri pambıq toplayır cümləsində neçə söz var?
— Üç söz: Pəri, pambıq, toplayır.
— Pəri sözü deyilərkən ilk dəfə hansı səs eşidilir?
— P səsi.
— Bəs pambıq sözünü deyəndə?
— Onda da ilk dəfə p səsi eşidilir.
— Uşaqlar, fıkir verin. Toplayır sözünü tələffüz edəndə p səsi
sözün harasında eşidilir?
Ağarəhim Əsərlər
26
— Toplayır sözündə p səsi sözün ortasında eşidilir.
— Doğrudur. İndi isə elə sözlər deyin ki, p səsi sözün əvvəlində
gəlsin.
— Palto, parta, palaz, pomidor, porsuq və s.
— Doğrudur. Fikiriəşib elə sözlər tapın ki, p səsi sözün ortasın-
da işlənsin.
— Çəpiş, qarpız, torpaq və s.
— İndi də sözün sonunda p səsi işlənən sözlər deyin.
— Turp, ip, tap, top və s.
— Uşaqlar, fikir verin, görün ip, tap, top sözlərini necə tələffuz
edirəm.
— İ...ap, tooo..p, taaa..p.
— İ, -to, -ta hecalarını deyəndə ağız aralanır, p səsinin tələffü-
zündə isə dilin ucu üst damağa tərəf (qarşıdakı üst dişlərin arxasına
doğru) uzanır, dodaqlar bir-birinə qapanır, sonra hava axını (partla-
yışı) nəticəsində dodaqlar aralanır, p səsi əmələ gəlir.
Şagirdlər p hərfıni əlifba kassasından götürürlər.
Müəllim başa salır ki, Pəri, pamhıq, top və s. sözləri deyirik.
Bu sözlərdəki səsləri eşidirik. Başqa səslər kimi p da qulağımızda
səslənir. Biz bunları eşitdiyimiz kimi tələffüz edirik. İndi isə siz
əlifba kassasından p-nın çap şəklini götürmüsünüz. Biz bu p-nı
gördüyümüz üçün onu hərf adlandırırıq. Kitab oxuyarkən hərflər-
dən istifadə edirik.
Şagirdlərdən biri düzüm lövhəsində papaq sözünü hecalarla dü-
zür, sonra oxuyur.
— Papaq sözündə neçə heca var?
— İki heca.
— Hansılardır?
— Pa-paq.
— Nədən bildiniz ki, bu sözdə iki heca var?
— Papaq sözündə iki sait var.
Başqa bir şagird:
— Sözdə neçə sait varsa, o qədər də heca olur.
— Hər ikinizin cavabı doğrudur. Bu sözü necə oxumaq lazım-
Dostları ilə paylaş: |