ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə4/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   2   3   4   5   6   7   8   9   ...   95

- 13 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
tarixi hadisədə mikroskopik həddə də olsa, erməni iddialarına hər hansı bir 
uyğunluq və ya orada informasiya boşluğu varsa, yenə də fantastik ehtimallarla, 
salnaməçilərin təhrif edilmiş qənaətləri ilə, mövcud olmayan tarixçilərin sitatları 
ilə zənginləşdirilir. Bu zaman isə yalnız Ermənistanın qapalı arxivlərində 
saxlanılan, orijinal nüsxələri isə guya qondarma “erməni soyqırımı” zamanı 
yandırılan salnamə surətlərindən çıxarışlara istinad edilir. Buna misallar isə 
istənilən qədərdir. Məsələn, akademik Suren Ayvazyan 1998-ci ildə Moskvada 
işıq üzü görmüş “Rusiya tarixi. Erməni izi” kitabında qədim ermənilərin 
hətta Misiri işğal edərək buraya “ali ari mədəniyyətini” gətirmələrini, hətta 
hakimiyyətdə erməni fironlarının əyləşdiklərini iddia edərək, istinad nöqtəsi 
kimi antik salnaməçi Manefonun aşağıdakı sitatını “olduğu kimi” göstərmişdir: 
“Eramızdan əvvəl 1710-cu il idi (diqqət edin, bunu eramızdan əvvəl yaşamış 
tarixçi yazır!)
. Misirin sərhədləri qorxunc təhlükə ilə üzləşmişdi… Yadelli 
qoşunlar vulkanların püskürdüyü, böyük Ararat dağının ucaldığı ölkədən 
gəlmişdilər…”.
3
 
Qısası, qədim məsəldə deyildiyi kimi, “bardağa yox, onun içindəkinə 
baxmaq lazımdır”. Ermənilər gerçəkliklərə “ehtimal və nisbilik nəzəriyyələrinin 
sintezi” prizmasından yanaşma ilə tarixşünaslığa alternativ bir janrın - absurd 
tarixşünaslıq ənənəsinin təməlini qoymuşlar. Bu illüziyada Cənubi Qafqazın, 
Orta və Yaxın Şərqin, Mərkəzi Asiyanın, hətta Avropanın bəxti gətirməmiş, 
onların tarixi tanınmaz dərəcəyə salınmışdır. Xalqlar, dinlər və ayrı-ayrı insan 
qrupları məkan və zaman fərqi bilmədən bir dövrdən digərinə, bir coğrafi 
ərazidən başqasına asanlıqla teleportasiya edilir, hadisələr tanınmaz hala 
salınaraq xronoloji, tarixi, linqvistik və etnoloji kazuslar yaradılır. Nəticədə, ilk 
erməni xristian icmaları, xristian dini rəmzləri İsa Məsihin mövludundan xeyli 
əvvəl yaranır və yayılır, İncilin hələ yazılmadığı dövrdə ondan sitatlar gətirilir, 
bir xalq özü-özünü işğal və sonra da azad edir, cani qətlə yetirdiyi günahsız 
insanlardan bir neçə yüz il əvvəl dünyasını dəyişir, böyük qəhrəmanlar isə 
hələ doğulmamışdan öncə misilsiz şücaətlər göstərərək, canlarını döyüş 
meydanında Uca Rəbbə tapşırırlar. Təbii ki, bu absurd teatrının baş personajları 
da, dramaturqları da, rejissorları da, aktyorları da məhz erməni salnaməçiləri və 
müasir tarixçiləridir.
 O da yaxşı məlumdur ki, tarix səmasında erməni imicmeykerlərindən ibarət 
“bürcün” ən parlaq, bəlkə də ən günahsız və ən təhrif olunmuş “ulduzu” salnaməçi 
Movses Xorenatsidir. Bu tarixçinin həyatı və fəaliyyəti, yaşadığı dövr əsərlərinin 
mətnləri qədər sirr və müəmmalar içərisindədir. Müxtəlif mənbələrdə onun həyatı 
barədə yazılanlara, eləcə də əsərlərindəki hadisələrin xronologiyasına inansaq, 
3   Айвазян С. “История России. Армянский след”, Москва, 1998


- 14 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
onun az qala ümumiləşdirilmiş mifik personaj olması və nə az, nə də çox, təqribən 
350-400 illik fərqi əhatə edən bir dövrdə, V-VIII əsrlər arasında yaşayıb-yaratması 
haqqında fərqli ehtimallar irəli sürülməkdədir. Elə son dəqiqləşdirmələr də onun 
doğum-ölüm tarixinin VIII əsr olduğunu təsdiqləməkdədir. M.Xorenatsinin 
qələmindən çıxan “Tarix” əsərinin mətni təqribən doqquz yüz il sonra - XVII əsrdə 
o dərəcədə təhrif olunmuşdur ki, saxtakarlar ərinməyib oraya hətta IX yüzillikdə 
baş vermiş olayları və salnaməçinin həmin hadisələrə “obyektiv münasibətini” 
də daxil etməkdən, əsərin adını isə “Ermənistan tarixi”nə çevirməkdən 
çəkinməmişlər. Təsadüfi deyil ki, Qərb tarixçilərindən Avqust Karier hələ 1896-
cı ildə M.Xorenatsinin əsərlərindəki faktoloji uyğunsuzluqları, saxtakarlıqları 
nəzərə alaraq yazırdı: 
“Qədim erməni tarixçilərinin məlumatına inanmaq 
savadsızlıqdır. Bu məlumatların böyük hissəsi uydurmadır”.
4
 
Saxtakarları bir ideya birləşdirirdi: ən müxtəlif üsullarla Anadoluya, Cənubi 
Qafqaza gəlmə olan hayların mifik salnamələrini regionun qədim dövlətlərinin 
və xalqlarının gerçək tarixləri ilə bağlamaq, “protoermənilərin” digər etnoslar 
üzərində dominantlığını, bu torpaqlara, əski maddi-mədəni irsə mülkiyyət 
hüquqlarını sübuta yetirmək üçün  yaratdıqları “alternativ tarixi” ictimai fikrə 
nüfuz etdirmək. Məhz bu baxımdan həm Movses Xorenatsini, həm də Ovanes 
Drasxanakertsini tarix saxtakarlarının ilk və ən böyük qurbanları adlandırmaq 
lazımdır. O da maraqlıdır ki, onların salnamələrinin mətnlərindən savayı adları 
da (“Tarix”) sonradan təhrif olunaraq, ən yaxşı halda “erməni tarixi” kimi 
deyil, “Ermənistan tarixi” başlığı ilə təqdim edilmişdi. İnsafən, V-VI əsrlərdə 
ermənilərin Favstos Buzand, Lazar Parpetsi kimi böyük tarixçiləri də olmuşdur. 
Amma məlum səbəblər üzündən onlar Movses Xorenatsi kimi geniş populyarlıq 
qazana bilməmişlər. Çünki, Favstos öz salnaməsində xəzər, hun, saka-skif və 
kasplara  (kaspilərə) geniş yer vermiş, Lazar isə alban və hayları (erməniləri) 
müxtəlif ərazilərdə yaşayan, fərqli dilə, mədəniyyətə malik olan xalqlar kimi 
tanıtmışdı. Bəlkə də buna görə Favstosun külliyyatının yalnız III və IV cildləri 
dövrümüzədək salamat gəlib çatmışdır…  
Hər bir müstəqil dövlətin aparıcı rəsmi rəmzləri – atributları var və onların 
sırasına bayraq, gerb, üzərlərindəki tanınma-fərqləndirmə nişanları daxildir. 
Bu rəmzlər bir tərəfdən konkret dövlətin suverenliyi, quruluşu, malik olduğu 
dəyərlər barədə lakonik məlumat verməklə yanaşı, təsvir elementlərinin dili ilə 
onun özünəməxsus xüsusiyyətlərini, keçdiyi tarixi yolu və mədəniyyətini də 
ifadə edir. Dövlət rəmzi mahiyyət etibarı ilə xalqın milli dövlətçilik tarixinin 
göstəricisi və təsdiqidir. Erməni xalqında birmənalı olaraq, nə etnik simvol, 
nə də milli dövlətçilik rəmzləri vardır. Əgər olubsa, onun tarixi mənbəyini və 

 Гурбанов А. “Сказки армянских “мудрецов”, Баку, 2005


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə