Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə9/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 28
“Türk gölü” adlandırırdılar. Osmanlı donanmasının paşası Barbaros 
Xeyrəddin Paşanın (1475-1546) adı  hələ  də dünya müharibə 
tarixində  əzəmətlə yad edilir. Bir sözlə Türk sivilizasiyası quruda 
olduğu kimi dənizlərdə də silinməz izlər buraxmışdır.  
Tarix boyu bu iki tipin hakimiyyət dövrləri bir-birini əvəz 
etmişdir və bəzən isə ikili hökmranlıq (dualizm) mövcud olmuşdur. 
XX  əsrdən başlayaraq geopolitikada bir tərəfdə “dəniz 
qüvvələrinin” hökmranlığını təbliğ edən “atlantistlər”, digər tərəfdə 
isə quru hökmranlığı  tərəfdarı “kontinental” geosiyasətçilər 
dayanırlar. Bu baxımdan, ingilis-amerikan məktəbinin atlantist 
geosiyasəti yüz il boyunca gah kontinental güc mərkəzinə 
arxalanan alman məktəbinin, gah Avrasiyaçı rus məktəbinin 
ideologiyası ilə  əks münasibətdə olmuşdur. Ona görə  də, I və II 
dünya müharibələrinin, soyuq müharibə dövrünün, eləcə də hazırda 
gedən qloballaşma və anti-qloballaşma proseslərinin səbəbləri bu 
ideoloji xətlər arasındakı mövqe ayrılığına dayanır.  
Geopolitikanın  baniləri sayılan Fridrix Ratsel (1844-1904), 
Rudolf Çellen (1864-1922), Con Makinder (1861-1947), Alfred 
Mexendən (1840-1914) başlayaraq sonrakı  nəsil geopolitiklər də 
sivilizasiyaların formalaşmasında quru və ya dəniz məkanını  ən 
mühüm element hesab edir və bütün digər parametrləri bununla 
əlaqələndirirlər. Maraqlı  məqam bundan ibarətdir ki, geopolitik 
nəzəriyyədə  əksər hallarda bəşər tarixi bu iki sivilizasiyanın 
daşıyıcıları arasında mübarizə üzərində qurulmuşdur. Müasir 
dövrün geosiyasətçilərindən Frensis Fukuyama dəniz-quru 
qarşıdurmasını  Şərq-Qərb sivilizasiyalarının təzahürü kimi 
görmüşdür. Bu baxımdan, geopolitikada müasir sivilizasiyalar güc 
mərkəzləri kimi başa düşülür.  


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 29
Əli Həsənov da geosiyasətdə  məkan anlayışını xüsusi 
fərqləndirir. Onun fikrincə: “Məkan təsəvvürü geosiyasi aktorların 
ideya-nəzəri və praktiki fəaliyyətdə istinad etdikləri və onların 
siyasi davranışını müəyyən edən  ən vacib elementdir. Məkan 
təsəvvürü çox vaxt aktorların fəaliyyətinin prinsipi kimi çıxış edir, 
onların dünyagörüşünə çevrilir və geosiyasi davranışlarının əsasını 
təşkil edir.”
30
   
Beləliklə, sivilizasiya məfhumuna müxtəlif aspektlərdən 
baxdıqda fərqli yanaşmalar və bölgülər ortaya çıxır. Fikrimizi çox 
sadə bir misalla əsaslandırmağa çalışaq. Sivilizoloqların nəzəri 
yanaşmalarında Avropa Şimali Amerika ilə birlikdə  Qərb 
sivilizasiyasını  təmsil edir və bu böyük məkanı  əhatə edən Qərb 
sivilizasiyasına bütöv, vahid bir komponent kimi baxılır. 
Mədəniyyət baxımından isə Avropa yekcins deyil, fərqli 
mədəniyyətləri  əhatə edir. Hazırda Avropa Anqlo-saks, Roman, 
German, Slavyan və digər mədəniyyətlərlə  təmsil olunur. 
Sivilizasion və  mədəni bölgüdən fərqli olaraq geopolitikada isə 
Avropa 3 mühüm arealdan ibarətdir. Birinci, kontinental (Fransa, 
İspaniya, Portuqaliya) və ada Qərb (İngiltərə), ikinci Orta Avropa 
(Almaniya,  İtaliya, Avstriya-Macarıstan) və üçüncüsü Rusiyanın 
Avropa hissəsinin də daxil olduğu  Şərqi Avropa. Bu geosiyasi 
regionlar isə qitə daxilində  gərginliyin yaranmasına səbəb olur. 
Göründüyü kimi, eyni bir məkan, mədəni birlik və ya sivilizasiya 
tipi hansı aspektdən yanaşmadan asılı olaraq fərqli bölgü və 
müvafiq xarakterik xüsusiyyətlərə malikdir. 
 
 
                                                 
30
 Əli Həsənov. Geosiyasət. Bakı: Aypara-3 nəşriyyatı, 2010, səh. 352 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 30
Dünya sivilizasiya müstəvisində Türk sivilizasiyası. Qərb 
elmi dairələrində Türk sivilizasiyasına müstəqil bir fenomen kimi 
baxılmamasının səbəbləri 
 
Müasir dövrümüzdə dünyada baş verən bütün proseslər 
müxtəlif sivilizasiyalar arasında münasibətlərin xarakteri ilə 
əlaqələndirilir. Maraqlıdır ki, bəşər cəmiyyətinin minilliklər boyu 
keçdiyi yolda artıq üçüncü - dördüncü nəsil sivilizasiya 
dəyişikliyi baş versə də, sivilizasiyalararası münasibətlər hələ də 
harmoniya, bir-birinə uyumluluğu ilə seçilmir. Əksinə, istər 
dövlətlər, istər xalqlar arasında münasibətlərdə disharmoniyanın 
səbəblərini onların fərqli sivilizasiyaların xüsusiyyətlərindən 
qaynaqlanması ilə  əlaqələndirirlər. Məşhur amerikan alimi 
Samuel Hantinqton “Sivilizasiyaların toqquşması” 
nəzəriyyəsində dünyada mövcud olan bütün münaqişələrin 
sivilizasiyaların kəsişmə zolaqlarında, təmas xətlərində baş 
verdiyini və yaranan problemlərin  əsasında fərqli sivilizasiya 
xarakterlərinin durduğunu iddia edir.  
Müasir dövr Türkiyə Cümhuriyyətinin  əsas strateqlərindən 
olan  Əhməd Davudoğlu da bu məsələyə bir qədər fərqli 
yanaşaraq, sivilizasiyalararası münasibətlərdə harmoniyanı 
dövlətin hüquqi sərhədləri ilə onun geosiyasi ambisiyalarının 
uyğunluq dərəcəsinə bağlayır və əsas səbəb olaraq sivilizasiyaları 
deyil, geosiyasi kəsişmə zolaqlarında yaranan fərqlilikləri 
göstərir. Müəllif yazır ki: “Daxili suverenliyi təsdiq etməklə 
bərabər xarici təsir mübarizə zonasının hüquqi sərhədlərini 
ortaya qoyan sərhədlər (boundary - ölkələri bağlayan mənası 
daşıyır) yeni məkanlara açılan və ya bir güc mərkəzi olmağa 
başlayan toplumların strateji yayılma arealını göstərən 
geomədəni və geosiyasi ön xətlər arasındakı  fərqlilik mərkəzi 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə