Endokrinologiya


) Biquanidlərin təyini aşağıdakı hallarda göstərişdir?



Yüklə 1,62 Mb.
səhifə7/17
tarix30.09.2017
ölçüsü1,62 Mb.
#2508
1   2   3   4   5   6   7   8   9   10   ...   17

379) Biquanidlərin təyini aşağıdakı hallarda göstərişdir?
A) II tip şəkərli diabet piylənmə ilə birgə və piylənmə

B) Kaxeksiya

C) I tip şəkərli diabet

D) Hipoqlikemiya

E) Toxuma hipoksiyası ilə müşayiət olunan xroniki xəstəliklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
380) Biquanidlərin əlavə təsirinə aid deyil?
A) Dəri allergiyası

B) Ağızda metallik dad

C) Dispesiya halları

D) Taxikardiya

E) Süd turşulu asidoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
381) Günün birinci yarısında orta hesabla insulinə olan tələbat nə qədərdir?
A) Sutkalıq dozanın 50%

B) Sutkalıq dozanın 30%

C) Sutkalıq dozanın 70%

D) Sutkalıq dozanın 25%

E) Sutkalıq dozanın 10%
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
382) Piylənmə hansı xəstəliklər üçün risk faktorudur?
A) Böyrək daşı xəstəliyi, pnevmokoniozlar

B) Revmatoid artritlər, xroniki enterokolitlər

C) ŞD, İtsenko-Kuşınq xəstəliyi

D) Xroniki qastrit, xora xəstəliyi

E) ŞD, ateroskleroz, öd daşı xəstəliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
383) Xəstənin hipoqlikemik komadan çıxarmaq üçün təyin edilən vasitələr?
A) Qlükozanın 40% məhlulunun ə/d yeridilməsi

B) Qlukozanın 40% məhlulunun v/d yeridilməsi

C) 2 – 3 parça qənd per os

D) Qlukozanın 5% məhlulu d/a

E) Qlükozanın 5% məhlulu ə/d yeridilməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
384) İnsulindən aslı olmayan şəkərli diabet üçün xarakterik olan əlamətləri seçin?
A) Makroangiopatiyaların inkişaf etməməsi

B) Acqarına qlikemiya 5,5 mmol/l

C) Asetonuriya qeyd olunmur

D) Yeməkdən 2 saat sonra qlikemiya 7 mmol/l-dən çox deyil

E) Qlyukozuriya qeyd olunmur
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
385) Hiperosmolyar hiperqlikemik koma üçün xarakterikdir?
A) Hiperosmolyarlıq, hipernatriemiya, hiperqlikemiya

B) Ketoasidoz, hipoosmolyarlıq, hipoqlikemiya

C) Hiponatriemiya, hiperosmolyarlıq, ketoasidoz

D) Hiperosmolyarlıq, hipoqlikemiya, hipernatriemiya,

E) Laktatasidoz, Kussmaul tipli tənəffüs
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
386) İnsulindən aslı şəkərli diabet xəstələrdə davamlı (dayanaqlı) taxikardiya hansı üçün səciyyəvi deyil?
A) Toksiki ur yanaşı xəstəlik kimi inkişaf edərsə

B) Hipotireoz

C) Hipoxrom anemiya

D) Ürək çatmamazlığı

E) Avtonom neyropatiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
387) Şəkərli diabetin diaqnostikasında ən dəyərli üsul hansıdır?
A) HbA1c təyini

B) Postalimentar qlikemiyanın təyini

C) Qulaq kirində qlyukozanın təyini

D) Fruktozaminin təyini

E) Ac qarına qlyukozanın təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
388) Diaqnostik sınaglarının göstəricilərinə nə təsir qöstərə bilməz?
A) Fiziki aktivlik

B) Qanda şəkərin təyin üsulu

C) Qan növü (kapillyar ya venoz)

D) AT və bədən çəkisi

E) Qlyukokortikoidlərin, diuretiklərin qəbulu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
389) Şəkərli diabet zamanı özünü idaretmə prisiplərinə hansı aid deyil?
A) Komplayentliyin yüksək olması

B) Ürək döyünmələrinin nəzarəti

C) AT və bədən çəkisinin nəzarəti

D) Qlyukozuriyanın və ketonuriyanın təyini

E) Analizlərin nəticələrinin qeydiyatının aparılması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
390) İnsulinoterapiyaya mütləq qöstərişlər hansılardır?
A) ÜİX kəskinləşməsi

B) Ketoasidoz, hamiləlik və doğuş

C) MODY tip şəkərli diabet

D) Pəhrizin effektsizliyi

E) Xroniki piyelonefrit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
391) İnsulinə qarşı allerqiya yaranarsa nə etmək lazımdır?
A) İnsulin dozasının azalması

B) Antihistamin və kortikosteroid terapiya

C) İnsulinin 1 saat ərzində qızdırılması

D) İnsulin dozasının artırılması

E) Antibiotikoterapiya
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
392) Postinyeksiyon insulin lipodistrofiyaların yaranma səbəbi nədir?
A) İnsulinin keyfiyyəti. diabetin kompensasiyası, arıqlama

B) İnsulinin növü, diabetin kompensasiyası, insulin iynəsinin kütləşməsi. isti insulinin vurulması

C) İnsulinin keyfiyyəti, inyeksiyanın yerinin dəyişilməməsi, soyuq insulinin vurulması, diabetin dekompensasiyası, insulin iynəsinin damara düşməsi

D) İnyeksiya yerinin tez-tez dəyişilməsi, insulin iynəsinin dərialtı düşməsi.

E) Soyuq insulinin vurulması, diabetin dekompensasiyası, insulin iynəsinin əzələ daxili düşməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
393) İnsulinin əlavə təsirləri hansılardır?
A) Akkomodasiyanın pozulması, ödemlər, hiperqlikemiya

B) Akkomodasiyanın pozulması, ödemlər, hipoqlikemiya, allerqik reaksiyalar, lipodistrofiyalar

C) Hipoqlikemiya, ortostatik hipotenziya, yuxusuzluq

D) Baş ağrıları, halsızlıq, zəiflik

E) Hiperqlikemiya, arıqlama, əsəbilik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
394) İnsulinoterapiya zamanı görmə qabiliyətinin pozulması özünü necə büruzə verir?
A) Refraksiyanın dəyişilməsi, hipoqlikemiya nəticəsində qörmə qabiliyyətinin qısa müddətli itirilməsi ilə

B) Qanda şəkərin miqdarının azalması ilə qısa müddətli miopiyanın yaranması

C) Konyuktivitin inkişafı ilə

D) Xemozun yaradılması ilə

E) Blefaritin yaranması ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
395) Somodjı sindromu özünü necə büruzə verir?
A) Qecə vaxtı hipoqlikemiyaların yaranması və dərinin quruluqu ilə

B) Diabetin labil qedişatı, qecə vaxtı hipoqlikemiyaların yaranması və bədən cəkisinin itirilməsi ilə

C) Diabetin stabil qedişatı, qecə vaxtı hipoqlikemiyaların yaranması və bədən cəkisinin artması ilə

D) Diabetin labil qedişatı, qecə vaxtı hipeqlikemiyaların yaranması və bədən cəkisinin artması ilə

E) Diabetin labil qedişatı, qecə vaxtı hipoqlikemiyaların yaranması və bədən cəkisinin artması ilə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
396) Şəkərsalıcı effektə hansılar malikdir?
A) İtburnu yarpaqları, çay yarpaqları

B) Zəncəfil yarpaqları, bağa yarpağı

C) Moruğ yarpaqları, kəklik otu

D) Qızıl gül yarpaqları

E) Arfazetin, zəncirotu, qaraqilə yarpaqları
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
397) Sulfanilamid preparatlarının şəkərsalıcı xüsusiyyətlərinə bunlardan hansı aid deyil?
A) Qlukozanın mənimsənilməsinin qaydaya düşməsi

B) İştahın azalması

C) Endogen insulin sekresiyasının artması

D) İnsulinin təsirinin potensiyalaşması

E) İnsulin antaqonistlərinin təsirlərinin neytralizasiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
398) Sulfanilamid törəmələrinin təsir mexanizmi hansılardır?
A) Qlyukaqonun sintezinin stimulyasiyası

B) İnsulinə qarşı toxuma reseptorlarının azalması

C) Pankreasın b-hüceyrələrinin birbaşa stimulyasiyası, endogen insulinə qarşı insulinasılı toxumaların həssazlığının artması

D) İştahın azalması

E) Qlyukozanın bağısaqlarda absorbsiyasının azalması
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
399) Sulfanilamid törəməlirinin qəbuluna göstəriş hansılardır?
A) Kaxeksiya

B) Qlyukozaya tolerantlığın pozulması

C) Şəkərli diabet 1 tip

D) İnsulinrezistentlik

E) Şəkərli diabet 2 tip, steroid diabet
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
400) Sulfanilamid törəmələrinin təyininə əks qöstəriş hansı deyil?
A) Qanın onkolojı xəstəlikləri

B) Ketoasidoz

C) 2 tip şəkərli diabet

D) Hamiləlik, doğuş və laktasiya

E) Diabetik nefropatiyanın 3 mərhələsi
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
401) Hansı sulfanilamid törəməsi mədə-bağırsaq traktı ilə xaric olur?
A) Qlyurenorm

B) Minidiab

C) Amaril

D) Diabeton

E) Qlibenklamid
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
402) Bu peroral şəkərsalıcı preparatlardan hansı angioprotektor xüsusiyyətlərə malikdir?
A) Metformin

B) Qlikvidon

C) Qliklazid

D) Novonorm

E) Rosiqlitazon
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
403) Biquanidlərin təsir mexanizmi hansılardır?
A) Əzələ toxumasında qlyukozanın utilizasiyasının artması

B) Əzələ toxumasında qlyukozanın utilizasiyasının artması, insulin təsirinin artması

C) Qlyukoneogenezin aktivasiyası

D) B-hüceyrələrin stimulyasiyası

E) Qara ciyərdə qlyukozanın çoxalması
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
404) Biquabidlərin əlavə təsirlərinə hansılar aid deyil?
A) Hiperqlikemiya

B) Dərinin allerqik reaksiyası

C) Süd-turşulu asidoz

D) Dispeptik hallar

E) B-12 defisitli anemiya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
405) Biquanidlərin təyininə əks qöstərişlər hansılardır?
A) İnsulinrezistentlik

B) Hamiləlik, ürək çatmamazlığı, ketoasidoz

C) 2 tip şəkərli diabet

D) Piylənmə

E) İkincili şəkərli diabet
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
406) Bu preparatlardan hansı biquanidlərə aiddir?
A) Qlikvidon

B) Qlipizid

C) Qlibenklamid

D) Qlimepirid

E) Qlyukofaj
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
407) Hamiləlik dövründə yaranmış şəkərli diabet zamanı qlikemiyanın acqarnına hansı səviyyəsində insulin təyin edilmir?
A) 3,8 mmol/l

B) 7,4 mmol/l

C) 11,1 mmol/l

D) 5,5 mmol/l

E) 6,7 mmol/l
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
408) Şəkərli diabet xəstələrində hamiləliyin saxlanılması üçün göstərişlərin genişlənməsinə nə mümkünat yaradıb?
A) İntensiv insulinoterapiya rejiminin tədbiqi, hamiləliyin planlaşması, hamiləlik zamanı qlikemiyanin dekompensasiyası

B) İntensiv insulinoterapiya rejiminin tədbiqi, hamiləliyin planlaşdırılmaması, dozalanmış fiziki aktivliklik, hamiləlikdən əvvəl metabolizm proseslərin ideal kompensasiya

C) İntensiv insulinoterapiya rejiminin tədbiqi, hamiləliyin planlaşması, dozalanmış fiziki aktivliklik, hamiləlikdən əvvəl metabolizm proseslərin ideal kompensasiya

D) İntensiv insulinoterapiya rejiminin tədbiqi, hamiləlikdən əvvəl metabolizm proseslərin dekompensasiyası, hamiləlik zamanı qlikemiyanin dekompensasiyası

E) Hamiləliyin peroralşəkərasalıcı preparatlarla aparılması, hamiləliyin planlaşması, dozalanmış fiziki aktivliklik
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
409) Qestasiyon şəkərli diabet üzrə risk qrupuna hansı qadınlar aiddirlər?
A) Çox cavan qadınlar

B) Qec dogan qadınlar

C) 4–kq aşağı uşaqlar dünyaya qətirmiş qadınlar

D) Bundan öncə hamiləlik zamanı qestasiyon diabet kecirmiş, 4–kq artıq uşaqlar dünyaya qətirmiş və irsiyatda şəkərli diabeti olan qadınlar

E) Bundan öncə hamiləlik zamanı toksikozlar kecirmiş qadınlar
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
410) Şəkərli diabeti olan qadınlarda hamiləliyin saxlanılmasına əks göstərişlər hansılardır?
A) Qeyri-proliferativ retinopatiya

B) Ağır nefropatiya, proliferativ retinopatiya, tez-tez təkrarlanan ketoasidotik hallar

C) Diabetik neyropatiya, qeyri-proliferativ retinopatiya

D) Gənc yaş

E) Tez-tez təkrarlanan hipoqlikemik hallar
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
411) Dölün hormonal fəaliyəti nəyin yaranmasına səbəb ola bilər?
A) Erkən klimaksa

B) Lipidlərin azalmasına

C) Qadınlarda karbohidratlara qarşı tolerantlığın pozulmasına, qlyukozuriyaya, fetopatiyaya

D) Qadınlarda karbohidratlara qarşı tolerantlığın pozulmasına, qlyukozuriyaya, dölün kicik ölçüsünə

E) Keton cismlərin azalmasına
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
412) Şəkərli diabet fonunda qedən hamiləlik hansı ağırlaşmalara məruz qala bilər?
A) Çoxsululuq

B) Qecikmiş toksikoz

C) Düşüklər, dölün tələf olması

D) Fetopatiya

E) Bütün sadalananlar
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
413) Qestasiyon diabet zamanı hamilə qadınlara nə təyin edilir?
A) İnsulinoterapiya

B) Sulfanilamid törəmələri

C) Biquanidlər

D) Tiazolidindionlar

E) Prandial qlikemiyanın requlyatorları
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
414) Şəkərli diabeti olan xəstələrdə miokard infarktının kliniki gedişatının xüsusiyətləri hansılardır?
A) Mikroinfarktlar, aritmiyalar

B) İnfarktın tipik qedişatı (ağrı ilə)

C) Təkrari infarktın yaranmaması

D) Residivin yaranmaması

E) İnfarktın geniş yayılması, ürək çatmamazlığının əlamətlətinin meydana çıxması, tromboemboliyaların yaranması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
415) Şəkərli diabetin əlverişsiz proqnozunu nə vaxt vermək olar?
A) Diabetik komalar zamanı, diabetik qanqrena inkişaf edərsə, beyin qan dövranının pozulması və ya miokard infarktı zamanı

B) Lipodistrofiyalar yaranarsa, diabetik polineyropatiya inkişaf edərsə

C) Qeyri-proliferativ diabetik retinopatiya inkişaf edərsə

D) İnsulinrezistentlik yaranarsa

E) Qestasiyon şəkərli diabet inkişafı zamanı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
416) Hiperlaktatasidotik komanın yaranma səbəbləri hansılardır?
A) Biquanidlərlə müalicə,qanaxma, şok, anemiya nəticəsində yaranan hipoksiya

B) Xora xəstəliyi

C) Sulfanilamid törəmələri ilə müalicə

D) İnsulin dozasının artıq olması

E) Miokard infarktı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
417) Hiperlaktatasidotik komanın müalicə prinsipləri hansılardır?
A) Vena daxili 2,5% natriyum bikarbonat məhlulunun köçürülməsi, ürək və damargenişləndirən preparatların istifadəsi, biquanidlər

B) Vena daxili 5% qlyukozanın köçürülməsi, ürək və damargenişləndirən preparatların istifadəsi, yüksək dozada insulinoterapiya

C) Vena daxili adrenalin hidroxloridin vurulması

D) Böyük dozada insulinoterapiya

E) Vena daxili 2,5% natriyum bikarbonat məhlulunun köçürülməsi, ürək və damargenişləndirən preparatların istifadəsi, orta dozada insulinoterapiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
418) Hiperosmolyar komanın klinikasına hansı simptomlar daxildir?
A) Bradikardiya

B) Dehidratasiya əlamətləri, ürək-damar sisteminin fəaliyətinin pozulması

C) Hipertenziya

D) Tənəffüs sisteminin fəaliyətinin pozulması, nevrolojı simptomatikasının olması

E) Nevrolojı simptomatikasının olmaması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
419) Hiperosmolyar koma zamanı ketoasidotik komadan fərqli olaraq hansı simptomlar müşahidə olunur?
A) Nevrolojı simptomatika

B) Kussmaul tənəffüsü

C) Asetonuriya

D) Ağızdan aseton qoxusu

E) Normoqlikemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
420) Hiperosmolyar komanın müalicə prinsipləri hansılardır?
A) 20% NaCl məhlulu, 40% glyukoza məhlulu, KCl məhlulu

B) 5% glyukoza məhlulu, KCl məhlulu, insulinoterapiya

C) 0,45% NaCl məhlulu, KCl məhlulu, insulinoterapiya

D) 0,9% NaCl məhlulu, MgSO4 məhlulu, insulinoterapiya

E) Hipertonik məhlul, MgSO4 məhlulu, KCl məhlulu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
421) Hiperqlikemik ketoasidotik koma zamanı keçirilən müalicə tədbirləri zamanı vena daxili qlyukozanın təyini nə məqsədi daşıyır?
A) Qlikogenezin stimulyasiyası

B) Qlikogenezin dayandırılması

C) Qlikogenolizin stimulyasiyası

D) Lipolizin stimulyasiyası

E) Ketogenezin dayandırılması
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
422) Hipoqlikemiyanın adrenerji təzahürü hansıdır?
A) Qörmə qabiliyətinin pozulması

B) Amneziya

C) Hipotermiya

D) Ürək bulanma

E) Baş ağrıları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
423) Hipoqlikemiyanın nevrolojı təzahürü hansıdır?
A) Oyanıqlığ

B) Tərləmə

C) Qulağ batması

D) Əsəbilik

E) Tremor
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
424) Yünqül hipoqlikemiya zamanı birinci kömək nədir?
A) Əzələ və ya vena daxili 1ml qlyukaqonun vurulması

B) Vena daxili damcı ilə 5-10% glyukoza məhlulunun vurulması

C) Dəri altı adrenalinin vurulması

D) Vena daxili 0,45% qlyukozanın vurulması

E) 1-2 çörək vahidi tez sovrulan karbohidratların qəbulu
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
425) Hipoqlikemiyanın yaranmasına nə səbəb ola bilməz?
A) Stress

B) Alkoqol qəbulu

C) İnsulinin dozasının azaldılması

D) İnsulinin dozasının artırılması.

E) Qida rejiminin pozulması, fiziki aktivlik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
426) Hipoqlikemiya nəyin yaranmasına kömək edə bilər?
A) Retinal qansızmalara

B) Mikrioanqiopatiyaların proqressivləşməsinə

C) İnsulinrezistentliyə

D) Qara ciyərin piylənməsinə

E) Beyin qan dövranının pozulmasına
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
427) Hipoqlikemiyanı necə aradan götürmək olar?
A) B-adrenoblokatorların qəbulu ilə

B) İnsulin inyeksiyası ilə

C) Əzələdaxili qlyukozanın vurulması ilə

D) Əzələ daxili laziksin vurulması ilə

E) Vena daxili qlyukozanın vurulması ilə, əzələdaxili qlyukaqonun vurulması ilə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
428) Hipoqlikemik komanın yaranma səbəbləri hansılardır?
A) Qidanın zülal ilə kəsad olması

B) İnsulin dozasının azalması ilə yanaşı qidada karbohidratların kəsad olması

C) İnsulin dozasının artıq olması, insulinin hər zaman vurulan dozası ilə yanaşı qidada karbohidratların kəsad olması

D) Ürək-qan dövranının funksiyasının pisləşməsi

E) Qidanın yağ ilə kəsad olması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
429) Hipoqlikemik koma zamanı nə müşahidə olur?
A) Komanın tədricən inkişafı, hipertermiya,bradikardiya

B) Komanın tez zamanda inkişafı, hipotermiya, taxikardiya

C) Tonik və klonik qıc olmaların yaranmaması

D) Komanın tədricən inkişafı, hipertermiya, taxikardiya

E) Komanın tez zamanda inkişafı, hipertermiya, taxikardiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
430) Hipoqlikemik komanın yaranmaması üçün profilaktik tədbirlərə hansı aid deyil?
A) Xəstələrin başlanğıc hipoqlikemiyalar haqqında anlayışın olması və bu hal yarandıqda tez sovrulan karbohidratlatın qəbulu

B) Xəstələrin qida rejiminə düzqün riayət etmələri

C) AT nəzarəti və asetonuriyanın nəzarəti

D) Qlyukozanın sovrulmasını stimulyasiya edən preparatlardan istifadə zamanı diqqətli olmaq

E) Xəstələrin insulin rejiminə düzqün riayət etmələri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
431) Hipoqlikemik koma zamanı müalicə tədbirləri hansılardır?
A) Vena daxili Hemodez məhlulunun vurulması, vena daxili insulinin vurulması

B) Vena daxili Rinqer məhlulunun vurulması

C) Vena daxili şırımla 40% glyukoza məhlulunun (40-100 ml) vurulması, vena daxili damcı ilə 5-10% glyukoza məhlulunun vurulması, əzələ və ya vena daxili 1ml qlyukaqonun vurulması

D) Vena daxili damcı ilə 0,9% NaCl məhlulunun vurulması, əzələ və ya vena daxili 1ml noradrenalinin vurulması

E) Vena daxili damcı ilə 0,45% NaCl məhlulunun vurulması, əzələ və ya vena daxili 1ml qlyukaqonun vurulması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
432) İşemik pəncə üçün hansı simptomlar səciyyəvi deyil?
A) Paresteziyalar

B) Hissiyatsızlıq

C) Aşağı ətrafların soyuq olması

D) Fasiləli axsağlıq

E) Əzələlərdə qıcolmalar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
433) Şəkərli diabet zamanı periferik sinir sisteminin zədələnmə növləri hansılardır?
A) Radikulopatiya

B) Polineyropatiya

C) Bütün sadalananlar

D) Amiotrofiya

E) Mononeyropatiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
434) Avtonom diabetik neyropatiyanın kliniki formaları hansılardır?
A) Tənəffüs, qara ciyər, böyrək-üstü

B) Ürək-damar, mədə-bağırsaq, sidik-cinsiyyət

C) Hipofizar. hipotalamik

D) Böyrək

E) Beyin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
435) Diabetik mikroanqiopatiya üçün ən xarakter morfolojı xüsusiyyət hansıdır?
A) Birləşdirici toxumada degenerativ dəyişiliklər

B) Arteriyaların hüceyrələrində PAS-müsbət maddələrin toplanması

C) Kapillyarların bazal membranının qalınlaşması

D) Endoteliyin limfoid infiltrasiyası

E) Kapillyarların bazal membranının nazikləşməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə