Endokrinologiya


) Tireotoksik miokardiodistrofiya zamanı əmələ gəlmiş ürək çatmamazlığının müalicəsində aşağıdakı preparatlardan hansının istifadəsi arzuolunmazdır?



Yüklə 1,62 Mb.
səhifə5/17
tarix30.09.2017
ölçüsü1,62 Mb.
#2508
1   2   3   4   5   6   7   8   9   ...   17

262) Tireotoksik miokardiodistrofiya zamanı əmələ gəlmiş ürək çatmamazlığının müalicəsində aşağıdakı preparatlardan hansının istifadəsi arzuolunmazdır?
A) Laziks

B) Atenolol

C) Veroşpiron

D) Hipotiazid

E) Diqoksin
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
263) Aşağıdakılardan hansı hipotireozlu xəstənin daha düzgün təsviridir?
A) Yanaqlarda ˝kəpənək˝ formalı qizartı,akrosianoz

B) Ödemli,tərli üz,isti dəri səthi

C) Amimik üz,qırmızı yanaqlar

D) Amimik ödemli sifət,proqnatizm

E) Avazımış sifət,sivri üz cizgiləri
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
264) Aşağıda sadalanan tiroid hormonlardan hansı periferik toxumalarda əsas təsir göstərir?
A) Triyodtirozin

B) Tiroksin

C) Diyodtirozin

D) Monoyodtirozin

E) TTH
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
265) Triyodtironinin tiroksinlə müqayisədə bioloji aktivliyi necədir?
A) 100 dəfədən az

B) Eyni


C) 5 dəfə az

D) 5 dəfə çox

E) 100 dəfədən çox
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
266) Orqanizmdə tiroid hormonların artıqlığı nəyə səbəb olur?
A) TTH sintezinin sürətlənməsinə

B) Lipid sintezinin sürətlənməsinə

C) Zülal sintezinin artmasına və katabolizmin ləngiməsinə

D) İnsulinin aktivliyini artırır

E) Katabolizmin sürətlənməsinə
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
267) Tiroliberinlə test aşağıdakı xəstəliklərin hansının diaqnostikasında istifadə olunur?
A) Qalxanabənzər vəzin follikulyar xərçəngi

B) Düyünlü toksiki zob

C) Hal-hazırda bu testdən klinik praktikada istifadə olunmur

D) Birincili və ikincili hipotireozun differensial diaqnostikasında

E) Diffuz toksiki zob
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
268) Qanda tiroqlobulinin təyini hansı diaqnostik məqsəd üçünistifadə edilir?
A) Strumektomiyadan sonra residiv metastazın əmələ gəlməsinin göstərən markeri

B) Zobun dərəcəsini müəyyən eləmək üçün

C) Yaşlı xəstələrdə diffuz toksiki zoba şübhə olduqda

D) Hamilələrdə hamiləliyin 3-cü trimestrində autoimmun Xaşimoto tireoiditi zamanı

E) Birincili və ikincili hipotireozun differensial diaqnostikasında
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
269) Autoimmun tiroiditin müalicəsində qlükokortikoidləri necə təyin edirlər?
A) Günaşırı

B) Həftədə 1 dəfə

C) Gündə 1 dəfə

D) Ayda 1 dəfə

E) İstifadə olunmur
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
270) Fibroz tireoidit (Ridel) zamanı qalxanabənzər vəzi palpasiya zamanı necə hiss olunur?
A) Yumşaq-elastik konsistensiyalı

B) Çox faiz hallarda palpasiya olunmur

C) Sərt, bərkimiş

D) Yuxarıda sadalananlardan heç biri düzgün deyil

E) Kəskin ağrılı, fluktasiya hiss olunur
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
271) Diffuz toksiki zob zamanı qalxanabənzər vəzi palpasiyada necə hiss olunur?
A) Yumşaq-elastik sahələri olan qeyri-bərabər sərtləşmiş vəzi

B) Diffuz toksiki zob zamanı vəzi atrofiyaya uğradığından palpasiya olunmur

C) Yumşaq-elastik konsistensiyalı

D) Hamar və sərt vəzi

E) Hər iki payda sərt düyünlü törəmələr
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
272) Atrofik autoimmun tireoiditi olan xəstədə qalxanabənzər vəzi palpasiya zamanı necə hiss olunur?
A) Yumşaq-elastik sahələri olan qeyri-bərabər sərtləşmiş vəzi

B) Qalxanabənzər vəzi palpasiya olunmur

C) Hər iki payda düyünlü törəmələr

D) Hamar və sərt vəzi

E) Ölçülərdə böyümüş,bərk,daşlaşmış
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
273) Autoimmun tireoiditin eutireoz mərhələsindəki sitoloji və histoloji şəkli necədir?
A) Yuxarıda sadalananların hamısı

B) Fibroz toxumanın üstünlüyü ilə kapsulanın inkişafı

C) Qiqant hüceyrəli qranuloma

D) Aşkenazi-Gürtl hüceyrələri dolu limfositar infiltrasiya

E) Tirositlərin total hiperplaziyası, immun sistem hüceyrələrin infiltrasiyası olmur
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
274) Birincili hipotireozun müalicəsində hansı preparatı istifadə etmək daha düzgündür?
A) Yodid

B) Triyodtironin

C) Levotiroksin (L-tiroksin)

D) Tərkibində yodid və T4 olan kombinə olunmuş preparatlar

E) Tərkibində T3 və T4 olan kombinə olunmuş preparatlar
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
275) İkincili hipotireozun patogenezi nə ilə əlaqədardır?
A) TTH sekresiyasının azalması ilə

B) Tiroliberinin sekresiyasının artması ilə

C) TTH sekresiyasının artması ilə

D) Tiroliberin sekresiyasının azalması ilə

E) Qalxanabənzər vəzin TTH qarşı həssaslığının zəifləməsi ilə
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
276) Miksedema komasında olan bir xəstə üçün aşağıdakılardan hansı doğru deyil?
A) Bradikardiya

B) Hiponatremiya

C) Hipokapniya

D) Hipotermiya

E) Anemiya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
277) Aşağıdakılardan hansı periferiyada tiroksinin (T4) triyodtironinə (T3) çevrilməsini azaltmır?
A) Propiltiourasil

B) Metimazol

C) Deksametazon

D) Hamısı

E) Propranolol
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
278) Aşağıdakılardan hansı Xaşimoto tiroiditi üçün xarakter xüsusiyyət deyildir?
A) Hipotiroiditə səbəb olur

B) Histolojik olaraq vəzi toxuması daha çox polimorfonuklear leykositlər və qranulomalar ilə zəngin olur

C) Digər autoimmun xəstəliklərlə birgə rast gəlinə bilər

D) Antitiroid antitellər artmış olur

E) Qadınlarda kişilərdən daha çox rast gəlinir
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
279) Aşağıdakılardan hipofiz hormonlarından hansının çatmamazlığı quru dəriyə,səs qalınlaşmasına və qəbizliyə səbəb ola bilər?
A) ACTH

B) TSH


C) LH/FSH

D) Prolaktin

E) Vazopressin
Ədəbiyyat: Məmmədhəsənov R.M.,Endokrinologiya,Bakı,2006.
280) Aşağıdakı tiroid xərçənglərindən hansı ən çox qadınlarda rast gəlinir,vaskulyar yolla yayılır və rastgəlmə tezliyi yaş artdıqca artır?
A) Anaplastik

B) Heç biri

C) Medulyar

D) Follikulyar

E) Papilyar
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
281) İkincili hipotireoz aşağıdakılardan hansı ilə xarakterizə olunur?
A) Birincili hipoqonadizm

B) TTH kəskin artması

C) Yuxarıda sadalananların hamısı

D) Tireoid hormonların səviyyəsinin enməsi ilə

E) Zob
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
282) İkincili hipotireoz birincilidən nə ilə fərqlənir?
A) Tiroliberinlə test vaxtı Т3 və Т4-ün səviyyəsi 50%-dən çox qalxır

B) TTH səviyyəsinin azalması

C) TTH səviyyəsinin artması

D) Qalxanabənzər vəzin ölçüsünün artması

E) Т4 və Т3 əmələ gəlməsinin zəifləməsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
283) Qalxanabənzər vəzi təsnifatına əsasən (Sofiya,1961) ayrıca nozoloji vahidlər üçün düzgün olmayan termin hansıdır?
A) Diffuz-toksiki zob

B) Bazedov xəstəliyi

C) Hipertireoz

D) Birincili toksiki zob

E) Tireotoksikoz
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
284) Yüngül gedişli diffuz-toksiki zob üçün aşağıda yazılanlardan hansı düzgün deyil?
A) Əvvəlki çəkisindən 10-15% azalma

B) 1 dəq 100-dən çox vurğu, daimi taxikardiya

C) 1 dəq 100-dən çox olmayan vurğu, daimi taxikardiya

D) Əmək qabiliyyətinin azalması

E) Sinir oyanıqlığının artması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
285) Orta ağır gedişli diffuz-toksiki zob üçün aşağıda yazılanlardan hansı düzgün deyil?
A) Ürək vurğuları 1 dəq 100-120 olan daimi taxikardiya

B) Səyirici aritmiyanın əmələ gəlməsi

C) Bədən çəkisinin 20% azalması

D) Sinir oyanıqlığının çox artması

E) Əmək qabiliyyətinin azalması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
286) Qalxanabənzər vəzin I dərəcəli böyüməsi üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Udqunma zamanı görünən qalxanabənzər vəzi

B) Vizual olaraq müəyyən olunmayan qalxanabənzər vəzi

C) Qalxanabənzər vəzinin boynunun palpasiya olunan böyüməsi

D) Qalxanabənzər vəzin yüngül palpasiya olunan payları

E) Heç biri doğru deyil
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
287) Qalxanabənzər vəzin II dərəcəli böyüməsi üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Udqunma zamanı görünən qalxanabənzər vəzi

B) Boyun konfiqurasiyasının dəyişməməsi

C) Boyun konfiqurasiyasının dəyişməsi

D) Heç biri doğru deyil

E) Asan palpasiya olunan qalxanabənzər vəzi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
288) Aşağıda yazılan bütün hallarda tireotoksikoz ola bilər, birindən başqa?
A) Qalxanabənzər vəzin xərçəngi

B) Yarımkəskin tireoiditin başlanğıc stadiyası

C) Neyrosirkulyator distoniya

D) Qalxanabənzər vəzin tireotoksik adenoması

E) Diffuz-toksiki zob
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
289) DST təsnifatına əsasən II dərəcəli zob üçün nə xarakterikdir?
A) Boyun konfiqurasiyasını dəyişən zob

B) Qalxanabənzər vəzin palpator olaraq böyüməsi

C) Boyna baxışda bilinməyən qalxanabənzər vəzi

D) Heç biri doğru deyil

E) Qalxanabənzər vəzin vizual olaraq böyüməsi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
290) Diffuz-toksiki zob üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Xəstəliyin inkişafında rol oynamayan irsiyyət

B) Poligen irsiyyət tipi

C) HLA-B8, DR3 antigenləri ilə əlaqələnən genetik meyllilik

D) İrsiyyətin autosom-dominant tipi

E) İrsiyyətin autosom-resessiv tipi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
291) Diffuz-toksiki zobun inkişafında stress faktorun nəyə olmur təsiri?
A) Diffuz-toksiki zob önü stadiya olaraq neyrosirkulyator distoniyanın inkişafı

B) Heç biri doğru deyil

C) İmmun sistemə, autoimmun xəstəliklərin rastgəlmə tezliyini artırmaqla

D) TTH sekresiyasını artırır

E) Katexolaminlərin səviyyəsini artırmaqla tireoid hormonların sintez və sekresiya səviyyəsinin sürətini artırır
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
292) Aşağıdakı infeksiyalardan hansı diffuz-toksiki zobun inkişafına səbəb olmur?
A) Angina

B) Yumurtalıqlarda olan iltihabi proseslər

C) Revmatizma

D) Burun-udlağın digər xəstəlikləri

E) Qrip
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
293) LATS- faktor haqqında yazılanlardan biri doğru deyil?
A) LATS yüksək səviyyəsi ekzoftalmla müşaiyət olunan diffuz-toksiki zob və pretibial miksedeması olan 80-90 % xəstələrdə rast gəlinir

B) Qanda LATS səviyyəsi tireotoksikozun ağırlığı ilə korrelyasiya olunmur

C) LATS yüksək səviyyəsi cəmi 45-50 % diffuz-toksiki zob olan xəstələrdə rast gəlinir

D) LATS-faktor qalxanabənzər vəzin funksiyasını daha uzun müddət ərzində stimulə edir nəinki TTH

E) Qanda LATS səviyyəsi oftalmopatiyanın dərəcəsi ilə korrelyasiya olunur
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
294) LATS- protektor haqqında yazılanlardan biri doğru deyil?
A) Qalxanabənzər vəzin stimulyatorudur

B) G-qlobulindir

C) 60-70% diffuz-tosiki zobu olan xəstələrdə rast gəlinir

D) Heç biri doğru deyil

E) LATS-protektorun səviyyəsi tireotoksikozun ağırlıq dərəcəsi ilə korrelyasiya olunur
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
295) Tireostimuləedici immunoqlobulinlər üçün yazılanlardan hansı doğru deyil?
A) A sinfinə aiddir

B) Antigendirlər

C) G sinfinə aiddir

D) TTH-ın reseptorlarla əlaqələnməsinə cavabdehdirlər

E) Qalxanabənzər vəziyə stimuləedici effekt göstərirlər
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
296) Diffuz-toksiki zob zamanı aşağıda yazılanlardan biri müəyyən olunmur?
A) T-limfositlərin forbid klonlarının əmələ gəlməsi

B) T-supressorların artması

C) İmmun nəzarətdə anadangəlmə qüsur

D) T-supressorların qüsuru və ya defisiti

E) Stimuləedici immunoqlobulinlərin artıq əmələ gəlməsi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
297) Diffuz-toksiki zob aşağıda yazılan autoimmun xəstəliklərdən biri ilə eyni vaxtda rast gələ bilməz?
A) Endokrin oftalmopatiya

B) Şmidt sindromu

C) Pretibial miksedema

D) Vitiliqo

E) Hamısı
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
298) Katexolaminlərin yüksək ifrazı nəyə səbəb olmur?
A) TTH sekresiyasının artmasına və cavab olaraq tireoid hormonların səviyyəsinin artmasına

B) Tireoid hormonların artıq ifrazına

C) Tireoid hormonların sekresiyasının azalmasına

D) Qalxanabənzər vəzidə autoimmun prossesin çoxalmasına

E) Tireoid hormonların artıq istehsalına
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
299) Tireoid hormonlarının artıqlığı nəyə səbəb olmur?
A) Qlükozanın fosforlaşma mərhələsinə təsir göstərmir

B) Sadalananların heç birinə

C) Qara ciyərdə qlikogenin səviyyəsini azaldır

D) Karbohidratların yağa çevrilməsinin qarşısını alır

E) Qlikogen parçalanmasını artırır
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
300) Tireotoksikoz zamanı zülal mübadiləsində gedən dəyişikliklər nə ilə xarakterizə olunmur?
A) Zülal katabolizminin azalması

B) Hipoalbuminemiya

C) Sidiklə kreatinin və zülalın çıxarılmasının artması

D) Anabolik prosesslərin azalması

E) Zülal katabolizminin artması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
301) Toksiki zobu olan xəstədə ürək-damar sistemi tərəfindən olan hansı dəyişikliklər müşahidə olunmur?
A) Fasiləli ürəkdöyünmə

B) Daimi ürəkdöyünmə

C) Qanın dəqiqəlik həcminin artması

D) Ürək ritminin pozulması

E) Təngənəfəslik
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
302) Toksiki zobu olan xəstələrdə ürək-damar sistemi tərəfindən xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq hansı əlamət rast gəlinmir?
A) Sistolik təzyiqin artması və diastolik təzyiqin azalması

B) Funksional damar küyləri

C) Qan dövranı çatmamazlığı

D) Ağır hallarda belə ürək ritminin nadir dəyişiklikləri

E) Ürək sərhədlərinin dəyişilməsi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
303) Toksiki zob zamanı miokard infarktının inkişafının nadır hallarda olması nə ilə əlaqədar deyil?
A) Lipid mübadiləsində dəyişikliklər ( b-lipoproteidlərin,xolesterin səviyyəsinin azalması )

B) Qan dövranı hərəkətinin sürətlənməsi

C) Trombositlərin aqreqasiyasının artması

D) Qanın laxtalanma sisteminin aktivliyinin azalması

E) Qanın laxtalanma əleyhinə sisteminin aktivliyinin artması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
304) Toksiki zob zamanı mədə-bağırsaq traktı tərəfindən hansı dəyişikliklər müşahidə olunmur?
A) Qəbizlik

B) Mədə şirəsi sekresiyasının dəyişilməsi (xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması vəya azalması)

C) Mədədə və bağırsqda ağrı tutmaları

D) İştahanın dəyişilməsi ( xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması vəya azalması)

E) Tez-tez defekasiya aktı
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
305) Tireotoksikoz zamanı mərkəzi və periferik sinir sistemində aşağıdakı klinik dəyişikliklərdən hansı biri baş vermir?
A) Vətər reflekslərinin artması

B) Kəskin büruzə olunan qırmızı dermoqrafizm

C) Əzələ zəifliyi

D) Bütün bədənin və onun ayrı-ayrı hissələrinin əsməsi

E) Patoloji reflekslərin olmaması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
306) Miasteniya ilə birgə müşahidə olunan toksiki zob zamanı hansı əlamət olmur?
A) Ətrafların proksimal hissəsində xarakter zəiflik

B) Udqunmanın pozulması

C) Çeynəmə əzələlərində zəiflik

D) Göz almalarının əzələlərində zəiflik

E) Danışığın pozulması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
307) Tireotoksikoz zamanı reproduktiv sistemdə baş verən dəyişikliklərə nə aid deyil?
A) Yumurtalıqlarda və uşaqlıqda gedən degenerativ və atrofik prosesslər

B) Kişilərdə libidonun və potensiyanın azalması

C) Aybaşı tsiklinin pozulması

D) Qızlarda aybaşı siklinin və ikincili cinsi əlamətlərin əmələ gəlməsinin ləngiməməsi

E) Uşaqsalmaya və sonsuzluğa meyllilik
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
308) Krauss simptomu nə zaman müşahidə olunmur?
A) Revmatizm

B) Sinir sistemini funksional dəyişiklikləri

C) Tuberkulez

D) Hipotireoz

E) Diffuz toksiki zob
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
309) I dərəcəli oftalmopatiya üçün nə xarakter deyil?
A) Orta ekzoftal (16 mm)

B) Gözü hərəkətə gətirən əzələlərin normal funksiyası

C) Konyuktiva tərəfindən dəyişikliyin olmaması

D) Göz qapaqlarının şişkinliyi

E) Diplopiya
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
310) II dərəcəli oftalmopatiya üçün nə xarakter deyil?
A) Gözdə qum hissiyatı

B) Davamsız diplopiya

C) Görmə sinirinin atrofiyası

D) Gözyaşarma

E) Kəskin ekzoftalm (18 mm)
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
311) III dərəcəli oftalmopatiya üçün nə xarakter deyil?
A) Kəskin ekzoftalm (22-23 mm)

B) Davamsız diplopiya

C) Davamlı diplopiya

D) Ekstraokulyar əzələlərin kəskin pozulmaları

E) Keratit
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
312) Uşaqlarda müşahidə olunan toksiki zobun gedişində hansı biri müşahidə olunmur?
A) Qalxanabənzər vəzin döş sümüyü altıyerləşməsinin nadir hallarda rast gəlməsi

B) Qalxanabənzər vəzin kəskin böyüməsi

C) Ürək ritminin pozulması

D) Düyünlü formaların nadir rast gəlməsi

E) Sümükləşmə prosesslərin sürətlənməsi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
313) Uşaqlarda müşahidə olunan toksiki zobun gedişində nə rast gəlinmir?
A) Ürək çatmamazlığının nadir hallarda rast gəlinməsi

B) Zehni qabiliyyətin azalması

C) Timikolimfatik vəziyyətin əlamətləri

D) Kəskin arıqlama

E) Cinsi inkişafın ləngiməsi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
314) Yaşlılarda müşahidə olunan toksiki zobun gedişində nə rast gəlinmir?
A) Səyirici aritmiyanın sürətli inkişafı

B) Qan dövranı çatmamazlığının inkişafı

C) Əllərdə tremor

D) Ürək-damar sistemi tərəfindən nəzərə çarpacaq dəyişikliklər

E) Apatetik tireotoksikozun olması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
315) Tireotoksik krizin patogenezi haqqında yazılanlardan hansı doğru deyil?
A) Tireoid hormonların sekresiyasının kəskin artması

B) Hipotalamo-hipofizar və simpatoadrenal sistemin aktivliyinin artması

C) Böyrəküstü vəzi çatmamazlığının artması

D) Kallikrein-kinin sisteminin aktivliyinin azalması

E) Mərkəzi sinir sisteminin hiperaktivliyi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə