Endokrinologiya


) Aşağıdakı hallardan hansında tireotoksik kriz inkişaf eləmir?



Yüklə 1,62 Mb.
səhifə6/17
tarix30.09.2017
ölçüsü1,62 Mb.
#2508
1   2   3   4   5   6   7   8   9   ...   17

316) Aşağıdakı hallardan hansında tireotoksik kriz inkişaf eləmir?
A) Diaqnostika olunmayan toksiki zob

B) İnfeksiyalar,intoksikasiya,stress vəziyyətlər

C) Eutireoz vəziyyət almaq üçün radioaktiv yodla müalicə

D) Qalxanabənzər vəzidə cərrahi müdaxilə

E) Antitireoid preparatların qəbulunun qəfil dayandırılması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
317) Tireotoksik kriz hansı simptomla müşahidə olunmur?
A) Normal bədən hərarəti

B) Profuz tərləmə

C) Ürəkbulanma, qusma, profuz ishal

D) Taxikardiya

E) Əzələ adinamiyası
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
318) Aşağıda yazılanlardan biri tireotoksik komaya səbəb ola bilməz?
A) Taxikardiya

B) Orientasiya hissinin itməsi

C) Huşun proqressiv şəkildə pozulması

D) Tormozlanma

E) Psixi statusun cüzi pozulması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
319) Diffuz toksiki zob zamanı hansı laborator göstərici müşahidə olunmur?
A) Karbohidratlara qarşı tolerantlığın pozulması və hiperqlikemiyalar

B) Hipoalbuminemiya

C) Qlobulinlərin,ən çoxda g-fraksiyasının azalması

D) Qanda protrombinin azalması

E) Hipoxolesterinemiya
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
320) 131J qalxanabənzər vəzi tərəfindən udulması aşağıdakı hallardan hansında artmır?
A) Endemik zob

B) Dəriyə yodun sürtülməsi

C) Subtotal tireoidektomiya

D) Diffuz toksiki zob

E) Radioaktiv yodla müalicə
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
321) Toksiki zob üçün aşağıda yazılanlardan hansı xarakter deyil?
A) Qanda sərbəst T3 artması

B) Qanda ümumi T3 artması

C) Qanda sərbəst T4 artması

D) Qanda TTH səviyyəsinin artması

E) Qanda ümumi T4 artması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
322) Həcmi böyümüş qalxanvarı vəzi mövcud olduqda hansı xəstəliklər haqqında düşünə bilərik?
A) Auto-immun tireoidit, diffuz toksik zob, vəzin hiperplaziyası

B) Vəzin hiperplaziyası, diffuz toksik zob

C) Vəzin hiperplaziyası, auto-immun tireoidit

D) Diffuz toksik zob, vəzin hiperplaziyası, bədxasisəli şişləri

E) Auto-immun tireoidit, bədxasisəli şişləri
Ədəbiyyat: «Ултразвуковая диагностика заболований щитовидной железы» В.П. Харченко, П.М.Котляров, М.С.Могутов 2007
323) Auto-immun tireoidit hansı qalxanvarı vəzin xəstəlikləri ilə birgə rast gəlinə bilər?
A) Bədxassəli şişlərlə

B) Bütün xəstəlikləri ilə

C) Düzgün cavab yoxdur

D) Diffuz dəyişiklirlə

E) Düyünlü patologiyalarla
Ədəbiyyat: «Практическое руководства по ултразвуковой диагностике»В.В. Митькова 2005
324) Auto-immun tireoiditin USM şəklini diffuz toksik zobun görüntüsü ilə necə fərqləndirmək olar?
A) Usm şəkli ilə fərqlənmir

B) Diffuz toksik zobdan fərqli olaraq exogenliyi artmış olur

C) Diffuz toksik zobdan fərqli olaraq exogenliyi lokal şəkildə müxtəlif dərəcədə azalır və kapsulası hissəvi pozulmuş olur

D) Diffuz toksik zobdan fərqli olaraq exogenliyi lokal şəkildə müxtəlif dərəcədə azalır

E) Diffuz toksik zob kimi exogenliyi eyni dərəcədə azalır
Ədəbiyyat: «Практическое руководства по ултразвуковой диагностике»В.В. Митькова 2005
325) Qalxanvari vəzin bədxassəli şişlərində limfatik düyünlərdə nə kimi dəyişiliklər baş verir?
A) Qalxanvaiı vəzin bədxassəli şişlərində limfatik düyünlərdə dəyişiliklər olmur

B) Hipoexogen quruluş, normal vaskulyarizasiya

C) Agacçəkilli diffuz hipervaskulyarizasiya, hipoexogen quruluş, oval forma ( en/ qalınlıgı<2 )

D) Agacşəkilli diffuz hipervaskulyarizasiya, hipoexogen quruluş, girdələşmiş forma ( en/ qalınlıgı>2 )

E) Mərkəzi hipervaskulyarizasiya, saxlanılmış exoquruluş
Ədəbiyyat: «Цветовая дуплексная сонография» Матиас Хофер 2007
326) Ətrafında hipoexogen halosu olan düyünlərin xarakteri əsasən necə olur?
A) Yalnız NAB vasitəsi ilə dəqiq demək olar

B) Xoşxassəli

C) Bədxassisəli

D) Kalsinatlaşmış olur

E) Maye tərkibli olur
Ədəbiyyat: «Практическое руководства по ултразвуковой диагностике»В.В. Митькова 2005
327) Anexogen quruluşa malik dorzal akustik güclənmə verən sferik formalı törəmə hansı xəstəliyinin USM görüntüsüdür ?
A) Diffuz toksiki zob

B) Güclənmiş damar şəkli

C) Kistik degenerasıya edən adenoma

D) Paratireoiditin hiperplaziyası

E) Kistalar
Ədəbiyyat: «Практическое руководства по ултразвуковой диагностике»В.В. Митькова 2005
328) Daxilində tək exopozitiv ştrixi olan anexogen quruluşlu törəmə hansı patolojiyaya aiddir?
A) Limfa düyünü

B) Kolloid kista

C) Adenoma

D) Hemorragik kista

E) Mürəkkəb kistalar
Ədəbiyyat: «Практическое руководства по ултразвуковой диагностике»В.В. Митькова 2005
329) USM zamanı orta xətt səviyyəsində inkişaf edən kapsulaya malik, qalxanvarı vəzin parenximasına identik əlavə olduqda nədən fikirləşmək olar?
A) Heç biri

B) Qalxanvarı vəzin xərcəngi

C) Əlavə çıxıntı -lobus pyramidalis

D) Tireoglossal kistlər

E) Paratireoiditin hiperplaziyası
Ədəbiyyat: «Квалификационные тесты по ультразвуковой диагностике» РМАПО 1998

Bölmə 3. Qalxanvari ətraf vəzin xəstəlikləri

330) Parathormonun defisiti özünü necə büruzə verir?
A) Yanğı hissi ilə

B) Tonik qıcolmalarla

C) Beyində qıcolma aktivliyinin artması ilə

D) Hərarətin artması ilə

E) İshal ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
331) Psevdohipoparatireoz üçün hansı əlamət xarakterik deyil?
A) Parathormonun səviyyəsinin dəyişilməməsi

B) Ca sidik ilə ekskresiyasının artması ilə

C) Hiperfosfatemiya

D) Qələvi fosfatazanın aktivliyinin artması

E) Ca qanda miqdarının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
332) Qanda Ca miqdarının artması zamanı EKQ-də hansı dəyişiliklər müşaidə olur?
A) QT intervalının qısalması (RT)

B) PQ intervalının uzanması

C) Patolojı U dişi

D) Patolojı Q dişi

E) Т dişinin yüksəlməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
333) Birincili hiperparatireoz üçün nə xarakterikdir?
A) Qanda P miqdarının artması

B) Qanda Ca miqdarının azalması

C) Qanda Ca miqdarının artması

D) Qələvi fosfatazanın aktivliyinin azalması

E) P sidik ilə ekskresiyasının azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
334) Hipoparatireozun müalicəsi üçün hansı preparatlardan istifadə olunmur?
A) Taxistin

B) Rokatrol

C) Kalsitonin

D) 1,25 dioksikalsiferol

E) Kalsitriol
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
335) Hipoparatireoz üçün hansı göstəricilər xarakterik deyil?
A) Qanda Ca miqdarının artması

B) Ca böyrəklər ilə ekskresiyasının artması

C) F böyrəklər ilə ekskresiyasının azalması

D) Qanda Ca miqdarının azalması

E) Qanda F miqdarının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
336) Qalxanvariətraf vəzilərin funksiyası hansı hallarda aşağı düşmür?
A) 50% artıq funksional aktiv toxuma zədələnirsə

B) Qalxanvariətraf vəzilərinin autoimmun zədələnməsi zamanı

C) Boğaz nahiyəsinin travması zamanı

D) Qalxanvariətraf vəzilərinin adenomasının çıxarılması nəticəsində

E) Qalxanvariətraf vəzilərinin şualanması zamanı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
337) Parathormon nəyi requlyasiya etmir?
A) Sümükdən F çıxmasını

B) Sümükdən Ca çıxmasını

C) İnsulin sintezini

D) Qlomerulyar filtratdan Ca və F reabsorbsiyasını

E) Böyrəklərdə 1,25-diqidroksi vitamin D sintezini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
338) Hiperkalsiyemiyanın kliniki simptomlarına aid deyil?
A) Piylənmə

B) Aritmiyalar

C) Arıqlama

D) Qəbizlik

E) Yuxuluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
339) Hiperkalsiyemiyanın səbəbi deyil?
A) İkincili hipoparatireoz

B) Tireotoksikoz

C) Birincili hiperparatireoz

D) Sarkoidoz

E) Onkolojı xəstəliklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
340) Hipokalsiyemiyanın kliniki simptomlarına aid deyil?
A) EKQ-da Q-T intervalının qısalması

B) Qıcolmalar

C) Katarakta

D) Stupor

E) Paresteziyalar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
341) Hipokalsiyemiyanın səbəbi deyil?
A) Böyrək çatmamazlığı

B) Avitaminoz D

C) Bronxial astma

D) Kəskin pankreatit

E) Rabdomioliz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
342) Miasteniyanın xarakter klinik əlamətlərinə aiddir?
A) Heç bir cavab doğru deyil

B) Ətraf əzələlərində deformasiya və hissiyat pozğunluğu

C) Kəskin əzələ zəifliyi və xroniki yorğunluq

D) Simmetrik əzələ distrofiyası və xroniki yorğunluq

E) Kəskin əzələ zəifliyi və hissiyatın pozulması
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı. 2006.
343) Hipoparatireoz zamanı orqanizmdə nə baş verir?
A) Hipokalsemiya

B) Heç bir cavab düz deyil

C) Hipoqlikemiya

D) Hipofosfatemiya

E) Hipokalemiya
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı. 2006.
344) Kəskin tetaniya tutmaları zamanı ilk yardım kimi nə yeridilir?
A) 300-500 mg hidrokortizon

B) 10 %-li CaCl2 məhlulu

C) 8.5 %-li NaHCO3 məhlulu

D) vitamin D2-nin spirtdə məhlulu

E) 5 %-li qlükoza məhlulu
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı. 2006.
345) Aşağıdakı xəstəliklərin hansı üçün hiperkalsemiya xarakter deyil?
A) Adisson xəstəliyi

B) Feoxromositoma

C) Tireotoksikoz

D) Hipoparatiroidizm

E) Sarkoidoz
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
346) Aşağıdakılardan hansı hipokalsemiyaya səbəb ola bilməz?
A) A vitamini

B) Furosemid

C) Birincili hipoparatireoid

D) Hipertiroid

E) Tiazid qrupu diuretiklər
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
347) Yuvarlaq üz, metakarp və metatars qısalığı aşağıdakılardan hansında olur?
A) Sipple sindromu (MEN,tip 2A)

B) Hiperparatiroid

C) Paratiroid adenoması

D) Psevdohipoparatiroidizm

E) Paratiroid xərçəngi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
348) Aşağıdakılardan hansı hiperkalsemiyaya səbəb ola bilməz?
A) Malignizasiya

B) İrsi hipokalsiurik hiperkalsemiya

C) İtsenko-Kuşinq xəstəliyi

D) Birincili hiperparatiroidizm

E) Sarkoidoz
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
349) Hipoparatiroidizmin klinik əlamətlərinə aşağıdakılardan hansı aid deyil?
A) Hiperfosfatemiya

B) Parathormonun səviyyəsinin aşağı olması

C) Hipokalsemiya

D) EKQ-da QT məsafəsinin uzanması

E) Hiperkalsiuriya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
350) Hiperparatiroid zamanı aşağıdakı hallardan hansı baş vermir?
A) Hiperkalsemiya

B) Kompression sınıq

C) Tetaniya

D) Metastatik kalsifikasiya

E) Osteomalyasiya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
351) Hipokalemiya zamanı aşağıdakılardan hansı olmur?
A) Tetaniya

B) Polidipsiya

C) Poliuriya

D) Əzələ zəifliyi

E) Aritmiya
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı. 2006.
352) Psevdohipoparatireoza xas olan əsas xüsusiyyət nədir?
A) Qanda parathormonun normal göstəriciləri

B) Parathormonun qanda artması

C) Sidiklə kalsiumun ekskresiyasının artması

D) Qanda kalsiumun artması

E) Qanda parathormonun aşağı olması
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı, 2006.
353) Hipoparatireozun laborator əlamətlərinə aiddir?
A) Qanda fosforun səviyyəsinin enməsi

B) Hipokalsemiya

C) Fosforun sidiklə sutkalıq eksresiyasının artması

D) EKQ-da T dişciyinin enməsi

E) Hiperkalsemiya
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı, 2006.
354) Birincili hiperparatireoz nəyin nəticəsində meydana gəlir?
A) Sadalananların hamısı

B) Qalxanabənzər ətraf vəzlərə olan metastaz nəticəsində

C) Qalxanabənzər ətraf vəzlərə qansızma

D) Qalxanabənzər ətraf vəzlərin adenomatozu

E) Qalxanabənzər ətraf vəzlərin amiloidozu
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
355) Parathormon nə ilə xarakterizə olunur?
A) Steroid tərkibli hormondur

B) Zülal tərkibli hormondur

C) Kalsiumun sorulmasını ləngidir

D) Heç biri düzgün deyil

E) Kalsiumun sidiklə ekskresiyasını artırır
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
356) Parathormon haqqında yazılanlardan hansı dogrudur?
A) Yuxarıda sadalananların heç biri düzgün deyil

B) Kalsiumun böyrəyin proksimal kanal reabsorbsiyasını stimulə edir

C) Fosforun kanal reabsorbsiyasını artırır

D) Kalsiumun nazik bağırsaqlardan sorulmasını ləngidir

E) böyrəyin distal kanaldan reabsorbsiyasını stimulə edir
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008

Bölmə 4. Timus vəzinin xəstəlikləri

357) Timomeqaliyanın kliniki simptomlarına aid deyil?
A) Doğulanda artıq çəki

B) Stridor

C) Arterial hipertoniya

D) Tərləmə

E) Perioral sianoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
358) Timomeqaliyanın neçə böyümə dərəcəsi var?
A) 5

B) 4


C) 6

D) 2


E) 3
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
359) Timomeqaliyanın müalicəsi zamanı istifadə olan preparatlar hansılardır?
A) Qlyukokortikoidlər

B) Antihipertenziv preparatlar

C) Antibiotiklər

D) Tireoid hormonlar

E) Ca prepatları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
360) Timomeqaliyanın müalicəsi zamanı istifadə olmayan preparatlar hansılardır?
A) Qlisiram

B) Ascorbin turşusu

C) Antibiotiklər

D) Qlyukokortikoidlər

E) Adaptogenlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008

Bölmə 5. Mədəaltı vəzin Largenhans adacıqlarının xəstəlikləri

361) İnsulin reseptorların sayı hansı hallarda azalır?
A) Kaxeksiya, 1 tip Şəkərli diabet və Konn sindromu zamanı

B) Hipotireoz və uzun müddət qlyukokortikoidlərlə müalicə zamanı

C) İtsenko-Kuşınq xəstəliyi və uzun müddət antihipertenziv müalicə zamanı

D) 2 tip Şəkərli diabet və anemiya zamanı

E) Piylənmə, 2 tip Şəkərli diabet, Akromeqaliya, İtsenko-Kuşınq xəstəliyi və uzun müddət qlyukokortikoidlərlə müalicə zamanı
Ədəbiyyat: И.И. Дедов, В.В. Фадеев. Введение в диабетологию. Руководство для врачей. М. Берег, 1998.
362) 2 tip şəkərli diabet zamanı müvəqqəti insulinoterapiyaya qöstərişlər?
A) C-peptidin miqdarının kəskin azalması

B) Peroral şəkərsalıcı preparatlara müvəqqəti əks qöstərişlər, uzun müddət sürən iltihabi proseslər

C) Qeyri-proliferativ diabetik retinopatiya, kiçik cərrahi əməliyatlar, piylənmə

D) LADA tip Şəkərli diabet

E) Peroral şəkərsalıcı preparatlara mütləq əks qöstərişlər
Ədəbiyyat: И.И. Дедов, В.В. Фадеев. Введение в диабетологию. Руководство для врачей. М. Берег, 1998.
363) Mədəaltı vəzin Langerqans adacıqlarında hansı hormon ifraz olunmur?
A) Qlyukaqon

B) İnsulin

C) Adiuretin

D) Pankreatik polipeptid

E) Somatostatin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
364) İnsulin çatışmamazlığı zamanı müşahidə olunur?
A) Hipoqlikemiya, keton cisimlərinin və qlikogen sintezinin azalması

B) Hiperqlikemiya, keton cisimlərinin artması, qlikogen sintezinin azalması

C) Qlikogen və qlyukaqonun sintezinin artması

D) Hiperqlikemiya, keton cisimlərinin yaranmasının və qlikogen sintezinin azalması

E) Hipoqlikemiya, qlyukaqonun sintezinin artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
365) İnsulin çatışmamazlığı zamanı müşahidə olunur?
A) Hiperqlikemiya, hipolipoproteinemiya

B) Hipoqlikemiya, hiperketonemiya, qaraciyərin piyli infiltrasiyası

C) Efirləşməmiş yağ turşularının əmələ gəlməsi

D) Hiperqlikemiya, hiperketonemiya, qara ciyərin piyli infiltrasiyası

E) Hiperqlikemiya, keton cisimlərinin yaranmasının və qlikogen sintezinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
366) Yeniyetmələrdə şəkərli diabet aşağıdakı hansı səbəblərdən yaranır?
A) Anomal quruluşlu insulin sintezi, piylənmə

B) Mədəaltı vəzinin virusla zədələnməsi, insulin biosintezinin pozulması, mədəaltı vəzinin autoimmun zədələnməsi

C) İnsulinə qarşı reseptorların həssaslığının pozulması

D) Hipodinamik həyat tərzi

E) İrsi meyillik, piylənmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
367) Şəkərli diabetli xəstələrdə qara ciyərin ölçülərinin böyüməsinin səbəbi nədir?
A) Sirroz

B) Diabetik nefropatiya

C) Ürək çatışmamazlığı

D) Hepatit

E) Piy hepatozu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
368) Qanda qlükozanın normal bazal səviyyəsi (təmiz qlükozaya görə) nə qədərdir?
A) 3,3 – 5,5 mmol/l

B) 8,3 – 10,1 mmol/l

C) 6, 2 – 9,3 mmol/l

D) 2,7 – 5,5 mmol/l

E) 3,8 – 6,7 mmol/l
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
369) Sağlam şəxslərdə qlükoza ilə (peroral) yüklənmədən 2 saat sonra qanda qlükozanın maksimal səviyyəsi nə qədərdir?
A) 10,1 mmol/l

B) 7,22 mmol/l

C) 9,6 mmol/l

D) 8,43 mmol/l

E) 7,8 mmol/l
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
370) Şəkərli diabet zamanı ürək–damar sistemi tərəfindən olan pozğunluqlar hansılardır?
A) Nəbz tezliyinin tənəffüs ritmindən aslılığı

B) Bradikardiya

C) Taxikardiya, ortostatik arterial hipotenziya

D) Bradikardiya

E) Ortostatik arterial hipertenziya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
371) Şəkərli diabet zamanı görmə orqanlarının zədələnməsinə daxil deyil?
A) Qlaukoma

B) Buynuz qişasının distrofik dəyişiklikləri

C) Blefarit

D) Diabetik retinopatiya

E) İtdirsəyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
372) Daha az antiqen xüsusiyyətinə malikdir?
A) Qoyun insulini

B) İnsan insulini

C) İribuynuzlu heyvanların insulini

D) Balina insulini

E) Meymun insulini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
373) Cərrahi əməliyyat zamanı şəkərli diabet xəstələrinin sutkalıq insulin dozası neçə V təşkil edir?
A) İnsulin çatışmazlığının dərəcəsindən asılı olaraq doza individual seçilir

B) 0,3 V/kg

C) 0,3 V/kg

D) 0,6 V/kg

E) 1 V/kg
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
374) Bu insulin preparatlarından hansı orta müddətli deyil?
A) Humulin NPH

B) Protofan

C) Humulin R

D) Lente


E) İnsulatard
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
375) Bu insulin preparatlarından hansı qeyri-zirvəsiz təsirə malikdir?
A) İnsulatard HM

B) Ultralente

C) Aktrafan HM

D) Lantus

E) Ultratard HM
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
376) Sutkalıq təsirə malik insulinlərə aiddir?
A) Humulin R

B) Humulin NPH

C) Protafan, İnsulotard

D) Lantus, Levemir

E) Monotard, Actrapid
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
377) Çox qısa təsirə malik olan insulin hansıdır?
A) Protafan

B) Humaloq

C) Humulin R

D) Lantus

E) Humulin NPH
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
378) Şəkərli diabet xəstələrə sulfanilamid preparatları aşağıdakı hallarda təyin edilir?
A) Keçirilmiş hepatit zamanı

B) I tip şəkərli diabet zamanı

C) Orta ağırlıqlı II tip şəkərli diabet zamanı

D) III mərhələli diabetik nefropatiya zamanı

E) I mərhələli diabetik retinopatiya zamanı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə