müvafiq siniflər üzrə siyahısı;
e) iddia olunan nişanın təsviri (əgər SMPDK-nın sorğusu üzrə təqdim olunmuşsa);
ə) konvensiya ilkinliyi tələb olunduğu təqdirdə birinci iddia sənədinin surəti;
f) sərgi ilkinliyinin xahiş olunmasının hüquqiliyini təsdiqləyən sənəd;
g) iddia sənədinin verilməsi üçün müəyyən edilmiş rüsumun ödənildiyini təsdiqləyən sənəd;
ğ) kollektiv nişan barəsində iddia sənədi verildikdə, kollektiv nişanın nizamnaməsi;
h) nümayəndəyə verilmiş etibarnamə (nümayəndə olduqda);
x) iddia sənədinə qoşulan və Azərbaycan dilində olmayan materialların Azərbaycan dilinə
tərcüməsi;
i) bu Qaydaların 14.1, 14.2, 14.3 bəndlərinə uyğun olaraq iddia olunan əmtəə nişanındakı
elementlərin istifadəsinə dair iddiaçının hüququnun olmasını təsdiqləyən uyğun şəxslərin
yazılı razılığı və ya bu cür hüquqları təsdiqləyən müvafiq sənəd.
23.3. Bu Qaydaların 23.2 bəndinin «ə», «f», «ğ», «h», «x», «i» yarımbəndlərində göstərilən
məlumatların və ya sənədlərin iddia sənədi materiallarında olmaması və ya onların bu
Qaydaların tələblərinə uyğun gəlməməsi, iddia sənədinin baxılma üçün qəbul olunmasına və
onun daxilolma tarixinin müəyyənləşdirilməsinə mane olan hal kimi qəbul edilə bilməz.
İlkin ekspertiza nəticəsində iddia sənədi materiallarının düzgün tərtib olunmaması və ya
həmin materiallarda qeyd olunan məlumatların, sənədlərin olmaması faktı aşkar edilərsə,
iddiaçıya iddia sənədində dəqiqləşdirmələrin, düzəlişlərin aparılması üçün bildiriş göndərilir.
23.4. SMPDK ilkin ekspertizanın nəticəsinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və
ya rədd edildiyi barədə iddiaçıya bildiriş göndərir.
24. İddia sənədi materiallarında çatışmayan və ya düzəlişlər aparılan materiallar üzrə sorğu
24.1. Əgər ilkin ekspertiza mərhələsində iddia sənədinin bu Qaydaların tələblərinə uyğun
tərtib olunmadığı müəyyən edilərsə, iddiaçıya sorğu göndərməklə zəruri sənədlərin və ya
düzgün tərtib olunmuş sənədlərin təqdim olunması bildirilir.
24.2. Sorğunun göndərilməsinə xüsusən aşağıdakılar əsas ola bilər:
sənədlərdə müəyyən edilmiş rüsumun səlahiyyətli təşkilatın hesabına köçürülməsi barədə
məlumatın olmaması;
ödənilən rüsumun müəyyən edilmiş həcmə uyğun gəlməməsi;
ərizədə və ərizəyə qoşulan iddia sənədi materiallarında iddiaçının adının eyni olmaması;
əmtəələrin və xidmətlərin siyahısında uyğunsuzluqlar;
müəyyən edilmiş formata uyğun nişanın (işarənin) fotoşəklinin (mətbəə ottiskinin) lazımi
miqdarda olmaması, onun şəklinin keyfiyyətinin aşağı olması;
nişanın rəngli ifadədə mühafizə olunması xahiş olunduğu halda, nişanın şəklinin ağ-qara
ifadədə təqdim olunması.
24.3. İddiaçı tərəfindən təqdim olunan məlumatlar və ya materiallar verilən sorğuya tam
cavab vermədiyi halda, iddiaçıya təkrar sorğu göndərilə bilər.
24.4. İddiaçı bu Qaydaların 20-ci bəndində göstərilən müddəti pozarsa və ya ekspertizanın
tələbinə cavab verməzsə, iddia sənədi verilməmiş sayılır və SMPDK bu barədə iddiaçıya
bildiriş göndərir.
25. İddia sənədinə baxılmasına dair qərarın qəbul olunması
25.1. İddia sənədi materialları müəyyən edilmiş tələblərə uyğun gəldikdə, həmçinin verilən
sorğuya uyğun olaraq, məlumatlar və ya sənədlər iddiaçı tərəfindən vaxtında təqdim
olunmadıqda, iddia sənədinə baxılması barədə qərar qəbul olunur. Bu halda iddiaçıya, iddia
sənədinin baxılmaq üçün qəbul olunması və müəyyənləşdirilmiş ilkinlik tarixi haqqında arayış
göndərilir.
25.2. İddiaçıya cavab üçün 2 ay vaxt verilən halların hamısında, iddia sənədi üzrə
kargüzarlığın aparılma müddətinə nəzarət üçün SMPDK-dan sənədin göndərilmə tarixindən
hesablamaqla 3 ay vaxt verilir.
25.3. Əmtəə nişanını qeydə almaq üçün iddia sənədinə baxılmasına dair qərarın qəbul
olunması barədə arayışda aşağıdakılar öz əksini tapır:
iddia sənədinin nömrəsi, iddia sənədinin daxilolma tarixi, iddiaçının adı, ünvanı (yerləşdiyi
yer) və iddiaçı ölkənin kodu, ilkinlik barədə məlumat, iddia olunan nişanın (işarənin) şəkli,
iddia olunan nişanın üçölçülü formada olmasına göstəriş, iddia olunan nişanın (işarənin) aid
edildiyi əmtəələrin və ya xidmətlərin siyahısı, iddia olunan nişanın (işarənin) kollektiv nişana
aid olub-olmaması barədə məlumat, zəruri halda rənglərin uzlaşması (kombinasiyasına) və
mühafizə qabiliyyəti olmayan elementlərin əmtəə nişanının mühafizəsindən çıxarılması
barədə məlumat.
26. İddia sənədinə baxılmanın rədd olunmasına dair qərarın qəbul olunması
26.1. Ekspertizanın sorğusuna iddiaçının verdiyi cavabda zəruri məlumatlar və ya materiallar
olmadıqda, iddia sənədi baxılmaq üçün qəbul olunmur və bu barədə müvafiq qərar çıxarılır.
26.2. İddia sənədinə baxılması barədə qəbul olunmuş rədd qərarında müvafiq əsaslandırmalar
verilir.
27. İddia olunan nişanın (işarənin) ekspertizası
27.1. Əmtəə nişanı kimi qeydə almaq üçün təqdim olunan iddia sənədinin ekspertizası ilkin
ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. İddia edilən nişanın (işarənin)
ekspertizası gedişində Qanunun 1-ci maddəsində verilmiş «əmtəə nişanı» anlayışına, 4-cü, 5
ci və 6-cı maddələrində və bu Qaydaların 1-5-ci bəndlərində nəzərdə tutulmuş tələblərə
uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir.
Qanunun 9-cu maddəsinə uyğun verilən iddia sənədinin surəti, ekspertizası, iddiaçının
vəsatəti əsasında və ya müəyyənləşdirilmiş dövlət rüsumları ödənildikdə 1 ay ərzində
keçirilir.
27.2. İddia olunan nişanın (işarənin) ekspertizasının aparılması zamanı, həmçinin aşağıdakılar
müəyyənləşdirilir:
iddia sənədi materiallarının onlar üçün müəyyən edilmiş tələblərə (iddia sənədinin tərkibi,
tərtibi və onlara qoşulan sənədlərə qoyulan tələblərə) uyğunluğu;
əmtəələrin və xidmətlərin siyahısının düzgün tərtibi və onların Nitsa təsnifatına uyğun
qruplaşdırılması;
ilkin ekspertiza aparılması zamanı ilkinlik müəyyən edilməmişsə, Qanunun 10-cu maddəsinə
uyğun ilkinliyin təyini.
27.3. İddia edilən nişan üzrə ekspertizanın nəticəsi əsasında rədd qərarı qəbul etməzdən əvvəl
iddiaçıya bu barədə müvafiq bildiriş göndərilir. İddiaçı ekspertizanın nəticəsi ilə
razılaşmadıqda, bildiriş aldığı tarixdən 2 (iki) ay ərzində öz dəlillərini ekspertizanı aparan
tərəfə təqdim edə bilər.
28. Əmtəələrin və xidmətlərin siyahısının yoxlanılması
28.1. Əmtəələrin və xidmətlərin siyahısını yoxlayarkən müəyyən edilir:
Nitsa təsnifatının bu və ya digər sinifləri üzrə əmtəələri və ya xidmətləri işarələmək üçün
iddiaçının əmtəələrdə və ya xidmətlərdə istifadə etdiyi terminlərin eyniləşdirilməsi
mümkünlüyü;
Nitsa təsnifatının sinifləri üzrə əmtəələrin və ya xidmətlərin iddiaçı tərəfindən
qruplaşdırılmasının düzgünlüyü.
28.2. Ekspertiza, əmtəələrin və ya xidmətlərin iddiaçı tərəfindən verilən redaksiyasında
dəqiqləşdirmələrin aparılmasını lazım bildikdə, iddiaçıya dəqiqləşdirmələrin yerinə
yetirilməsi üçün sorğu göndərir.
İddiaçının verdiyi əmtəələrin və ya xidmətlərin siyahısında dəqiqləşdirmə işini ekspertiza da
həyata keçirə bilər. İddiaçının redaksiyasında aparılan bu cür dəqiqləşdirmələr barədə ona
bildiriş göndərilir.
28.3. Əmtəələrə və ya xidmətlərə görə iddiaçı tərəfindən göstərilən siniflərin sayı onların
ekspertizası üçün ödənilən rüsumla uyğunluq təşkil etmədikdə, yəni ödənilən rüsum siniflərin
sayına görə az olduqda, rüsumun çatmayan hissəsinin ödənilməsinin zəruriliyi barədə