Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
337
çılıq və müxtəlif geyim ləvazimatları), ovçuluqla da məşğul olurdular. Kustar sənətkarlığı
(dəmirçilik, dülgərlik, gön-dəri məmulatlarından hazırlanan geyimlər, boyaqçılıq, mis qab
istehsalı yaşayışın ayrılmaz sahələri idi), mətbəxi və süfrəsi, geyim və bəzək atributları (müx-
təlif ornamentli tikmələri), nəqliyyatı əsas xalq nəqliyyat vasitələri olmuşdur. Kitabda yuxa-
rıda sadaladığımız məşğuliyyət sahələri haqqında geniş məlumat verilir.
Gümürlülərin etnik-mənəvi dəyərləri, mədəni irsi, nəcib ürf-adətləri, inancları kimi
diqqəti cəlb edən məsələlər IV fəsildə işıqlandırılmışdır. Alimşah Gümürlü yerli əhalinin etnik
mənəvi dəyərlərinə, adət-ənənələrinə hörmətlə yanaşmasına və bu dəyərləri müasir dövrədək
gətirib çıxararaq, onun qorunmasına dair bu fəsildə öz fikirlərini söyləyir və buna dair nümu-
nələr gətirir. Müəllif Gümür tatlarının adət-ənənələrinin, inanclarının, atalar sözləri və məsəl-
lərinin, deyimlərinin, ümumiyyətlə, Azərbaycan tatlarının və azərbaycanlıların adı çəkilən
dəyərlərindən çox az fərqləndiyini qeyd edir və bununla bərabər gümürlülər üçün xarakterik
olan ifadə və sözlərin olduğunu da nəzərə çatdırır və nümunələr gətirir. Müəllif tat dilinin
Gümür ləhcəsində türk sözlərinin olduğunu, bu sözlərin, ləhcələrin, deyim tərzinin isə qədim
türk sözlərindən götürüldüyü fikrinə gəlir.
Gümürlülərin fərqli ürf-adətlərindən biri də ağsaqqalların, hörmət və ehtirama layiq
olan böyüklərin əlini öpüb göz üstünə qoymasıdır. Əl öpmək ürf-adətinin türklərdə də olduğu-
nu qeyd edən müəllif bu adətin eyni soy-köklü insanlarda olduğunu vurğulayır və ya tatlarda
«oda» sözünün işlənməsi və daha neçə-neçə sözlərin türklərdə də olduğu kimi işlənməsini
gümürlülərin türk mənşəli olmasını göstərən əlamətlərdir, - deyir.
Kələ Gümür camaatı Şeyx Əzizəddin babanın törəmələrindən başlayaraq bir neçə nəslə
bölünmüşlər. Bəzən buna tayfa, gümürlülər isə əqrəba deyirlər. Əqrəbalara gümürlülər, onla-
rın xarakterik xüsusiyyətlərinə görə ayamalar (ləqəblər) qoymuşlar. Gümürlülərin 10 əqrəbası
və hər əqrəbanın özünəməxsus ayaması vardır. Bu ayamalar əslində yumor və zarafatyana
olaraq deyilmişdir. Qoyulan ləqəblər əslində reallıqdan uzaq olaraq simvolik xarakter daşıyır.
Hər əqrəbanın özünəməxsus xüsusiyyətləri bu fəsildə açıqlanır.
Deyirlər Sədrəddinlilər el içində ən böyük əqrəbadır, xüsusi hörmətə və nüfuza malik-
dirlər. Kələ Gümürdə ən böyük ilahiyyat alimləri də Sədrəddinlilər olmuşlar. Əqrəbanın kişi-
ləri həyatda və ailədə baş verən ən vacib məsələlərin yoluna qoyulması ilə əlaqədar öz arvad-
ları, ailənin və ya əqrəbanın ağbirçəkləri, ailənin qadın üzvləri ilə məsləhətləşirlər. Əslində, bu
xüsusiyyət ən təqdirəlayiqdir.
Gümürlülərin nəsildən-nəslə ötürülərək müasir dövrədək gəlib çatan, hamı üçün mü-
qəddəs olan bir sənəd haqqında rəvayətə dönmüş deyimi var. Bu deyimə görə, Gümür
torpaqlarının hər cür vergilərdən azad olunması barədə I Şah Abbasın verdiyi Fərmanının qo-
runması da məhz Sədrəddinlilərə etibar olunmuşdur. Yalnız sovet hakimiyyətinin qurulduğu
illərdə təqiblərdən çəkinərək bu nadir tarixi sənədin izi itirilmişdir.
Kitabda Alimşah Gümürlü yerli sakinlərə verilən şəxsi adlara – antroponimlərə də öz
münasibətini bildirmişdir. Müəllif Kələ Gümür ərazisində kişi və qadın şəxslərinə verilən
adların əksəriyyətinin mürəkkəb adlardan ibarət olduğunu vurğulamış, kişi adları içərisində
«Allah», «Xuda», «Məhəmməd», «Əli», «Həsən», «Hüseyn», «seyid», «şah», «xan», «bəy»,
«ağa», «baba», «ata», «bala», «hacı», «qul», «verdi» tərkibli və qarışıq tərkibli adlardan,
qadın adlarında isə «gül» və «xanım» tərkibli adların üstünlük təşkil etdiyini və bu adları bir-
bir sadalayaraq oxuculara təqdim etmişdir.
Azərbaycanın bütün regionlarında olduğu kimi, Gümürdə də monoqam – yəni təkkə-
binli nikah ailə bünövrəsinin təməli olmuşdur. Əqrəbadaxili, yaxın qohumlar arasında nikah-
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
338
lara üstünlük verilirdi. Gənc ailələr böyüklərin, ağsaqqalların məsləhəti ilə qurulurdu, gənc-
lərin isə formal olaraq razılığı alınırdı.
1923-cü ildən respublikamızda dini nikahlar öz qüvvəsini itirir və nikahların qeydiyyatı
aidiyyəti üzrə dövlət idarələrində rəsmiləşdirilir. Qızbəyəndi mərhələsindən başlayaraq, gəlin-
gətirmə mərhələsinə qədər icra olunan adət və ənənələr Azərbaycanın bütün regionlarında ol-
duğu kimi, gümürlülərdə də həyata keçirilirdi. Bircə fərq o idi ki, Azərbaycanın demək olar ki,
əksər rayonlarında gəlin və bəy ailələrinə «qudalar» deyə müraciət edilsə də, gümürlülər bu
əlaqəyə «qohumlar» deyə müraciət edirlər. Belə müraciət hər iki tərəfdən yüksək qiymətlən-
dirilir və onlar bir-birinə daha yaxın münasibətlər duyurlar.
Alimşah Gümürlü Azərbaycan toylarının şah əsəri olan «Vağzalı» rəqs havasına öz mü-
nasibətini bildirərək, onun «Atlanma» və ya «Atlanın» adlandırılmasını daha doğru hesab edir
və səbəbini göstərir. Hər iki ad sözügedən melodiyada öz yüksək həllini tapır. Melodiyada
sevinc notları ilə bərabər qəm, qüssə, kədər, göz yaşları duyulur. Gümürlülər «Vağzalını»
«Ərüsbərdəni», yəni gəlin aparmaq havası adlandırırlar. Müəllif isə bu melodiyanın «Gəlin
havası» kimi tərcüməsini məqbul sayır.
Gümürlülərin ana dili tat dilidir. Onlar bu dili danışıq dili kimi qoruyub saxlayırlar. Tat
dilinin Qonaqkənd ləhcəsindən Gümür ləhcəsi demək olar ki, çox az fərqlənir. Bu fərq bəzi
sözlərin işlədilməsində özünü göstərir. Məsələn, Gümür tatları «Azərbaycan dili», «azərbay-
canca» ifadələrini işlətmirlər, onlar bu dili «türki» adlandırırlar.
Gümür tatlarının dinə etiqadları çox yüksəkdir. Onlar islamın şafii məzhəbinə qulluq
edir, dinin bütün vacib şərtlərinə əməl edirlər. Bunlarla bərabər, harada yaşamasından və işlə-
yib-işləməməsindən asılı olmayaraq, müstəqillik qazanan respublikamızın dövlət quruculu-
ğunun bütün tədbirlərində iştirak edir, onun konstitusiyasına hörmətlə yanaşırlar.
Gümürdə vaxtilə məktəb olmuşdur. Məktəbdə tədris Azərbaycan dilində aparılırdı.
«Çeçələ barmağın işığında…» adlı kitabın müəllifi Alimşah Gümürlü də ibtidai təhsilini bu
məktəbdə aldığını yada salır, məcburiyyət üzündən məktəbin fəaliyyətinin dayandırıldığına
təəssüf edir.
Respublikamızın müxtəlif ərazilərinə səpələnmiş halda yaşayışlarını davam edən
Gümür tatlarının öz ləhcəsini get-gedə itirmələri qorxusu müəllifi dərindən düşündürür. Müəl-
lif gümürlülərin kompakt yaşadıqları yerlərdə onlara tat dilinin, Gümür ləhcəsinin tədris
olunmasının vacibliyini irəli sürərək, bu ləhcənin ölü dilə çevrilməsinin qarşısını almaq üçün
məhz bu təklifi irəli sürülən bir addım kimi qiymətləndirir.
Kələ Gümürün heç bir kəndində məscid və vəzifəyə təyin olunan imamlar olmamışdır.
Lakin çox böyük söz sahibi, böyük nüfuza malik ilahiyyat alimləri olmuşdur. Eləcə də, bu
kəndlərdə mədəniyyət müəssisələri (teatr, kino və klublar), idman mərkəzi olmamışdır. II
Dünya müharibəsindən sonra kəndlərdə mədəniyyət ocaqları yaradılmağa başlanırdı. Lakin bu
inkişafa qoşulmaq gümürlülərə qismət olmadı.
Kələ Gümürlülər əsasən ən böyük dini bayram olan Ramazan (orucluq), Qurban, Həz-
rəti Peyğəmbərin mövludu gününü və Novruz bayramını qeyd edirlər. Dinin vacib şərtlərinə
əməl edirlər. Namaz qılır, oruc tutur, fitrə-zəkat verir, qurban kəsir, əzizləri və yaxınlarının
məzarlarını ziyarət edir, Yasin və Quran oxutdurub ruhlarını şad edirlər. Kitabda adı çəkilən
bayramların hər birinin gümürlülər tərəfindən necə yerinə yetirilməsi haqqında məlumat
verilir.
Gümürlü uşaqlar «Gizlənpaç və ya gizlənqaç», «Gud-gud» (fırfıra), «Qəyiş-qəyiş və ya
cızıqturna» (dirədöymə, qayışsaldı və ya qayıştutdu), «Çiləmə» (çilədi), «Qit-qit» (çiling-
ağac), «Ənzəli», «Tup-tup» (amerikanların beysbol adlandırdıqları qədim şərq xalq oyunu),
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
339
«Sə səngi» (üç daş oyunu), «Püşkül-püşkül» və ya «Çala-çala», «Bir ayaq üstündə yarış» və
ya xoruz-xoruz döyüşü, «Könüllü» və ya təhriklə güləş, «Çarsəngi» (dörd daş deməkdir) və ya
«çırtma-çırtma», «Parsəngi». Bu ad «Pənc səngi» kimi ifadəsinə uyğun olaraq «Beş daş» de-
məkdir. Sadaladığımız bu oyunlardan başqa «Aşıq-aşıq» (qoyun aşıqları ilə), kibrit qutusu və
ya aşıq ilə «Xan-vəzir», «Lopavurdu», qızlar «İpdən tullandı», «Üzük gizlətdi», «Qaçdı-
tutdu» və s. oyunları da oynayırdılar. Kitabda hər bir oyunun oynanılma qaydası haqqında
ətraflı məlumat verilmişdir.
Gümürlü uşaqların oynadıqları oyunları nəzərdən keçirdikdə, onların mənəvi dəyərlərlə
çox zəngin olması faktı nəzərə çarpır. Bu qədim uşaq oyunlarından əlavə müəllif qeyd edir ki,
gümürlülər stolüstü oyunlardan domino, nərd (şeş-beş), dama, nadir hallarda şahmat, xəlvəti
loto və poker kimi maraqlı oyunları da oynayırdılar.
Alimşah Gümürlünün «Çeçələ barmağın işığında» adlı kitabını böyük maraqla oxudum
və istedadlı yazarın eyni zamanda ürəklərə yol açan bir şair, nasir, tədqiqatçı alim olduğunun
şahidi oldum. Oxuduqca öyrəndim ki, vaxtilə gümürlülərin bərəkətli torpaqları, adət-ənənələri,
maddi və mənəvi mədəniyyətləri, qiymətli dəyərləri olmuşdur.
İndi isə müəllif unudulmuş yurd yerlərini, ot basmış cığırlarını, kol-kos basmış hər yanı
gəzərək bir vaxtlar bu yerlərdə həyatın qaynayıb-qarışdığı günləri yada salır və üzünü yeni
gümürlülərə tutaraq ürək sözlərini deyir:
Gümürlü olmağı ilə qürur duyanlar! Tarixi keçmişimizi biz çiynimizdə tarixi sabahımı-
za daşımasaq, sabahımız dünənimizdən xəbərsiz qalacaq. Buna yol vermək olmaz! Hesab edi-
rik ki, Kələ Gümürün bu günlərə kimi qoruyub saxlaya bildiyimiz mövcud etnik maddi-mə-
nəvi dəyərlərini dörd (?) əsrə yaxın tarixi yolunda salıb itirdiklərimiz kimi itirməmək üçün
gümürlü sabahların gerçəkləşməsi arzusu ilə… hər birimiz əlimizdən gələni etməyə borc-
luyuq… Bunları etmək yeni gümürlü, sənin öhdənə düşür.
Hörmətli Alimşah müəllim! Siz, ev-eşiyindən məcburi köçürülən Kələ Gümür camaatı-
nın tarixinə, maddi və mənəvi mədəniyyətinə, məşğuliyyətinə, adət-ənənəsinə dair tədqiqat
aparıb, araşdırıb bu məlumatları kitabınızın səhifələrində işıqlandırmaqla gənc gümürlülərə
yaxşı nümunə oldunuz. Gümürlülərə bir abidə ucaltdınız. Yazıçı-publisist Əkrəm Qaflanoğlu
da bu əsəri Gümürə qoyulmuş abidə adlandırır. Hörmətli ziyalımız Ömər Zamanov isə deyir
ki, «mən kitabda «cənəəl» bitkisinin adını görəndə bir daha bu qənaətə gəldim ki, tədqiqat işi
Gümürün Ensiklopediyasıdır!».
Siz, həm də gümürlülərin çox mərd, namuslu, qeyrətli, zəhmətkeş, təəssübkeş olmala-
rına dair kitabınızda çox nümunələr gətirdiniz. Bu nümunələr insanlarda fərəh hissi doğurur.
Sizdə Kələ Gümürün xoş gələcəyi barədə bir əminlik hissi var. Mən də bu elin-yurdun adam-
larının tezliklə onlar üçün darıxmış torpaqlarına qayıdacaqlarına inanıram. İnanıram ki, gü-
mürlülərin mərd oğulları ata-baba yurdlarını kimsəsiz qoymayacaqlar.
ƏDƏBIYYAT:
1. Alimşah Gümürlü. Çeçələ barmağın işığında… Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2013,
464 s.+ şəkillər.
2. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, c.III, Bakı, 1979, 600 s.
3. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, c.IX, Bakı, 1979, 624 s.
4. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. 2 cilddə, c.I, Bakı, «Şərq-Qərb»,
2007, 304 s.
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
340
5. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. 2 cilddə, c.II, Bakı, «Şərq-Qərb»,
2007, 304 s.
6. Cavadov Qəmərşah. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (Tarix və
müasirlik). Bakı, «Elm», 2000, 440 s.
7. Hacıyev Maqsud. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı, «Elm», 1971, 156 s.
8. Hacıyev Maqsud. Azərbaycan tatlarının dili. Tatların tarixi-etnoqrafik oçerki. Bakı,
«Mütərcim», 2009, 548 s.
9. Жизе П.К. К выяснению значения слова «тат». Баку, 1930.
10. Qaradağlı Vəli, Misirxanlı Rəhilə. Şeyx Əzizəddin xanədanı. Bakı, «Hərbi
nəşriyyat», 2008, 144 s.
11. Гейбуллаев Г.А. К этногенезу азербайджанцев. Том 1, Баку, «Елм», 1991,
550с.
12. Quliyeva N.A. Azərbaycan tatlarının ailə məişəti və mənəvi mədəniyyəti
(dissertasiya). Bakı, 1996.
13. Quba əyalətinin kameral təsviri (1831-ci ildə kollec registratoru Xotyanovski
tərəfindən tərtib edilmişdir). Bakı, «Sabah», 2008, 752 s. (Tərcümə, giriş, qeydlər və yekun
cədvəllərin müəllifi prof. Tofiq Mustafazadə).
14. Мататов М.Б. К вопросу о татском этносе. Москва, «Советская этнография»,
1981, № 2, 5 с.
15. Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı, «Azərnəşr», 1992.
16. Миллер Б.В. Таты, их расселение и говоры. Баку, 1929.
17. Müsəlman bayramları. Bakı, «Azərbaycan» nəşriyyatı, 1993, 48s.
18. Riyaziyyat terminləri lüğəti. Bakı, 1979.
19. Zəkiyev İmaməddin. Üç əsri görmüş qubalı müdrik haqqında ilk kitab. Bakı,
«Azərbaycan» jurnalı, 2001, № 10.
ЭСМИРА ДЖАВАДОВА
АЛИМШАХ ГЮБЮРЛЮ: В СИЯНИИ МИЗИНЦА…
В книгу вошли избранные произведения автора, его стихи, рассказы, научно-пуб-
лицистические очерки, которые дают определенную информацию об обширности его
интересов, о профессиональных способностях, об умении глубоко проникать в суть
жизненных вопросов, об овладении им обширными, ценными информациями из окру-
жающего мира и познания о нем, одним словом, всесторонности автора.
В книгу вошли и художественно-исторические этнодемографические размышле-
ния автора под названием «Крик безмолвия…». В этом расследовании подробно описа-
ны история, историческая география, природа, быт, язык, религия (шафиитского тече-
ния ислама), праздники, детские игры, занятость, фольклор этнической группы Гюмур-
ских татов, некогда компактно проживающих на территории бывшего Конахкендского
района Азербайджанской ССР, ныне на территориях Шабранского и Кубинского райо-
нов. В этой работе указаны проблемы, подлежащие фундаментальному научно-исследо-
вательскому изучению с точки зрения обогащения истории, этнографии, ономастики и
других отраслей фундаментальных наук.
В книгу также вошли посвящения друзей автору и отзывы ученых о его работах.
Книга представляет большой интерес для широкого круга читателей.
Dostları ilə paylaş: |