Эмин джалилов



Yüklə 200,86 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix24.12.2017
ölçüsü200,86 Kb.
#17650
1   2   3   4   5   6   7

Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

329 

etimologiyasına bir aydınlıq gətirərək toponimin «Səbail» şəklində işlənməsinin doğru olduğu 

qənaətinə gəlmişdir. 

Bu səpkidə tədqiqatçının yazdığı «Naxçıvan» toponimi haqqında daha bir versiya» adlı 

məqaləsi də diqqəti cəlb edir. Məqalədə Alimşah Gümürlü qeyd edir ki, Naxçıvan ərazisində 

məskunlaşan  əhalinin  əcdadları  türkdilli  olmuşlar.  «Naxçıvan»  sözünün  əmələ  gəlməsində 

başlanğıc söz kimi götürülən «Nuh» və «çıxan» sözləri türk sözləridir. Müəllif öz versiyasını 

əsas götürərək Nuh əyyamından daha qədim tarixə malik Naxçıvanın yaşını dəqiqləşdirib min-

illiklərlə hesablanan yubileyini qeyd etməyin vaxtı çatdığını israrla qeyd edir. 

Müəllifin «Riyaziyyat terminləri haqqında» adlı publisistik yazısı da bu sahədə çalışan 

mütəxəssislər  üçün  olduqca  dəyərlidir.  Tədqiqatçı  akademik  F.Maqsudovun,  H.Ağayevin, 

Q.Mustafayevin  tərtib  etdikləri  «Riyaziyyat  terminləri  lüğəti»  (Bakı:  «Elm»,  1979;  Lüğət 

4035  termini  əhatə  edir)  kitabının  təqdirəlayiq  olmasından  danışır  və  təəssüflə  qeyd  edir  ki, 

hələlik bu kitab son fundamental əsərdir. Bu ixtisasın sirlərinə dərindən bələd olan tədqiqatçı 

kitabın «Riyaziyyat terminləri lüğəti» deyil, müasir dövrün tələblərinə cavab verən «İngiliscə, 

rusca,  azərbaycanca  riyaziyyat  terminləri  lüğəti»  adlandırılması  təklifini  irəli  sürərək  onun 

yeni  nəşrinə  ehtiyac  duyulduğunu  vurğulayır  və  qeyd  edir  ki,  Azərbaycan  riyaziyyatçıları 

xarici dildən yalnız tərcümədə istifadə etmirlər, onların dəyərli tədqiqatlarının xarici dillərdə 

çapı da xarici ölkələrdə böyük maraq doğurur. 

Yazıda  Alimşah  Gümürlü  riyaziyyat  terminləri  içərisində  işlədilən  bir  sıra  uğursuz 

terminlərin  daha  anlaşıqlı  sözlərlə  əvəz  olunması  haqqında  dəyərli  təkliflər  irəli  sürmüşdür. 

Məsələn,  «dördbucaqlı»  əvəzinə  «dördbucaq»,  «düz  bucaq»  əvəzinə  «künc»,  «kor  bucaq» 

əvəzinə «küt bucaq», «qarşılıqlı bucaqlar» əvəzinə «əks bucaqlar» kimi işlənsə daha düzgün 

olar,  fikrini  irəli  sürmüşdür.  Ümumiyyətlə,  kitabda  müəllifin  bir  çox  terminlərə  münasibəti 

çox aydın şəkildə bildirilmişdir. Müəllif müasir tələblər baxımından milli terminologiya məsə-

lələrinə yenidən baxmağın zəruri olduğu fikrini əsas götürərək, bu məqsədlə hər elmdə müva-

fiq terminologiya kataloqu (sistemi) yaradılması vacibliyi də zərurətdən yaranır, demişdir. 

Alimşah  Gümürlü  ona  orta  məktəbdə  dərs  deyən  müəllimlər  müəllimi  kimi  ən  şərəfli 

ada layiq olan, biliyi, ən yüksək səviyyədə dərs demək bacarığı ilə digər müəllimlərdən fərq-

lənən, müəllim və şagirdlərin sevimlisi, ən uca insan adına layiq olan, qabaqcıl maarif xadimi, 

saysız-hesabsız fəxri fərmanla təltif olunan  Yusif müəllim haqqında öz ürək sözlərini də qə-

ləmə  almışdır.  Bu  sözlər  Bakı  şəhərində  30,  115,  54  saylı  məktəblərdə  dərs  deyən  minlərlə 

şagirdlərin, əsl müəllim belə olar, fikrinə şərik olan bir çox xüsusiyyətlərinə görə Yusif müəl-

limə  oxşaması  ilə  fəxr  edən  şagirdlərin  fədakar  müəlliminə  ünvanlanan  minnətdarlıq  hiss-

ləridir. 

Böyük məhəbbətlə yazılmış «Xalqın alimi» ithafı Azərbaycanın görkəmli tarixçi etnoq-

rafı,  ibrətamiz  və  zəhmətkeş  həyat  yaşamış  gözəl  insan  professor  Qəmərşah  Cavadova  həsr 

olunmuşdur. 

«Atam deyərdi ki...» yazısında müəllif valideynlərinin uşaqlarına verdikləri öyüd-nəsi-

hətləri,  ümumgümürlülərin  ailə  tərbiyəsində  geniş  yayılan  deyimlərin  bir  qismini  qələmə 

almışdır ki, oxuyan cavanlar bunlardan ibrət götürsünlər. 

«Pedaqoji incəsənət nümunələri (Müəllimin xatirələrindən…)» adlı yazısında Alimşah 

müəllim  pedaqoji  fəaliyyətlə  məşğul  olduğu  illərdə  dərs  dediyi  məktəblərdə  üzləşdiyi,  necə 

deyərlər, ipə-sapa yatmayan şagirdlərini necə pedaqoji ustalıqla ram etdiyindən yazmışdır. Bu 

hekayələrin bir neçəsini oxuyanda eləcə də Alimşah Gümürlünün həyat və fəaliyyəti ilə də ta-

nış oluruq. Öyrənirik ki, o, oxuduğu məktəbin ən nümunəvi, əxlaqlı, sevimli şagirdi olmuşdur. 

Müəllimlik peşəsinə  vurğunluq oxuduğu  məktəbdə ona dərs deyən  müəllimlərlə çiyin-çiyinə 



Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

330 


işləməyi, sonra şəhər  məktəblərinin birində direktor  müavini  kimi fəaliyyət  göstərməyi, dərs 

deyə-deyə aspiranturaya qəbul olunmağı və təhsil aldığı ali məktəbdə işləməyi nəsib etmişdi. 

Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, müəllim adını uca tutan bu nəcib insan 

özündə  ən  nümunəvi  keyfiyyətləri,  xüsusiyyətləri  cəm  edə  bilmişdir.  Dərs  dediyi  riyaziyyat 

fənninin mahir bilicisi, əsl pedaqoq, şagird və tələbələrin sevimli müəllimi idi. Müəllim necə 

olmalıdır? – sualına yazdığı cavabları diqqətimizi cəlb etdi: 

…Müəllimin  əxlaqı  nümunəvi,  səsi  təmiz  və  nüfuzedici,  nitqi  səlis  və  aydın,  savadı 

mükəmməl, bütün hissiyyat üzvləri həssas, zahiri səliqəli olmalıdır. Müəllim zəkası, mərifəti, 

mənəviyyatı,  əxlaqı,  sağlam  canı,  normal  düşüncəsinin  itiliyi,  fəhmi,  fərasəti,  qabiliyyəti, 

dərrakəsi, hazırcavablığı, yaranmış pedaqoji  və ya hər hansı ekstremal situasiyadan çevik  və 

ən optimal çıxış yolu tapa bilməsi ilə auditoriya qarşısında oturan şagird və tələbələrinin gö-

zündə layiqincə ucalmağı bacarmalıdır. Bir sözlə, daxili və zahiri cazibədarlığı ilə gənc qəlb-

ləri  və  beyinləri  fəth  etməyən  insanları  müəllim  kimi  auditoriyaya  buraxmağı  doğru  hesab 

etmir. 


…Günəş şüası düşən hər yerdən qaranlıq yox olduğu kimi, müəllimin elminin, savadı-

nın, təliminin ziyası düşən hər yerdən cəhalət yox olar! Günəş batanda şöləsi yox olur, elm sa-

hibi öləndə isə elmi ölməz, şagirdlərində nur saçar… Elm Günəşdən ucadır… 

Bəs  necə  yaşamalı?  –  sualına  müəllif  belə  cavab  verir:  Oxumalı!  Öyrənməli!  Qabağa 

getməli! Təmiz vicdanla! Əsl insan kimi! 

* * * 


Araşdırıcı alimin kitabda yer almış «Sükutun harayı və ya Gümür haqqında bədii-tarixi 

etnoqrafik düşüncələr…» adlı ön söz əvəzi və dörd fəsildən ibarət tədqiqat xarakterli əsəri bu 

ərazini  etnoqrafik  nöqteyi-nəzərdən  daha  dərindən,  ətraflı  öyrənməyə  xidmət  edir.  Müəllifin 

yazdığı  kimi,  «Biz  sadəcə  müşahidələrimizi,  düşüncələrimizi,  xatirələrimizi,  bu  və  ya  digər 

predmetlə  bağlı  bəzi  hipoteza  və  versiyalarımızı  bölüşməyi  qarşımıza  məqsəd  qoymuşuq. 

Hesab edirik ki, yazıya daxil olacaq məlumatlar bu sahədə aparılacaq ciddi tədqiqatlar üçün is-

tinad mənbəyi ola bilər». 

Əsərin girişində  Azərbaycanda  məskunlaşan azsaylı xalqlardan biri olan tatların yaşa-

dığı Kələ Gümür yaşayış məskəninin (tatca «kələ» sözü «böyük» deməkdir) Quba rayonu ilə 

Şabran  rayonunun  sərhəd  ərazilərində  yerləşməsi,  özündə  bir  neçə  kəndi  birləşdirdiyi  üçün, 

eləcə də mahal adlanması, tarixi, toponimiyası, təbiətinin zənginliyi, xalqın məişət  və  mədə-

niyyəti, məşğuliyyəti, dili, dini, bir sözlə, maddi və mənəvi mədəniyyəti haqqında yığcam mə-

lumat  verilir.  Eləcə  də  qeyd  edilir  ki,  alimlərimiz  tərəfindən  tat  dilinin  Qonaqkənd  ləhcəsi, 

Quba ərazisində tat dilində danışan dağ yəhudilərinin həyatı tədqiq olunsa da, Gümür ləhcəsi 

Qonaqkənd ləhcəsindən çox az fərqlənsə də,  burada yaşayan xalqın özünəməxsus xarakterik 

xüsusiyyətləri, özünəməxsusluğu vardır ki, onları da tədqiq edib öyrənməyə ehtiyac duyulur. 

Müəllif tatlar və onların dili haqqında alimlərin gəldikləri nəticəyə əsasən «Tat dili – tatların 

dili  İran  dillərinin  cənub-qərb  yarımqrupuna  daxildir,  fars  və  tacik  dillərinə  yaxın  analitik 

dildir» fikrinə qarşı çıxaraq qeyd edir  ki, tat  dili müstəqil dildir  və tat dili fars dilinin deyil, 

fars dili tat dilinin dialektidir. Dünya əhalisinin siyahıya alınmasına dair statistik göstəricilər-

dən məlum olur ki, tatların məskunlaşdığı ərazi farsların məskunlaşdıqları ərazidən çox geniş-

dir.  Tatlar  Yenisey  çayından  başlayaraq  Qara  dəniz,  Aralıq  dənizi  sahillərinə,  cənubda  fars 

körfəzinə kimi (Xuzistan) ərazilərində məskən salmışlar. Eləcə də qeyd etməyi lazım bilir ki, 

Gümür tatlarının dilində ərəb əlifbasında işlədilən boğaz səsləri ilə zəngin olan və İran dillə-

rinə məxsus bir sıra arxaik sözlər də qalmışdır. Məncə Alimşah Gümürlünün tat dili haqqında 

gəldiyi nəticəyə alimlərimiz öz münasibətlərini mütləq bildirməlidirlər. 




Yüklə 200,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə