17
Doldurucular qismində polimer materialların istehsalı, emalı və istehlakından
qalan tullantıların istifadəsi mümkün görünür. Bu qlobal problem sayılan istehsal və
emal tullantılarının istifadəsi problemini və müəyyən dərəcədə həll etmək imkanını da
verir.
Beləliklə, doldurucuların polimer materiallarının xassələrinə təsirinə dair
tədqiqat
nəticələrinin
ümumiləşdirilmiş
təhlili,
quruluşu,
xassələri
və
modifikasiyasından asılı olaraq kompozisiyanın tərkib hissələrinin mürəkkəb
qarşılıqlı əlaqəsini aşkarlandırmışdır.
1.2. Plastifikatorların plastik kütlələrin xassələrinə təsiri
Məlum olduğu kimi, plastifikatorun əsas rolu plastifikatorun xırda
molekulların polimerin makromolekul zəncirlərinin arasına girməsi nəticəsində
polimerin şüşələnmə temperaturunu azaltmasıdır. Bunun nəticəsində polimerin
zəncirləri və molekulları arasındakı rabitələr zəifləyir, polimer və plastifikator
molekulları arasında yeni, daha hərəkətli rabitələr yaranır. Makromolekul və zəncirlər
arasındakı kogeziya qüvvələrinin azalması polimerin temperaturunu və qatı axıcılıq
temperaturunu azaltmaq imkanını verir.
Maddəni plastifikasiya etdikdə onun uyuşqanlıq və gərilmə qabiliyyəti artır,
upruqluq modulu və gərilmə zamanı möhkəmliyi azalır.
Plastifikasiya metodları, adətən xarici və daxili metodlara bölünür. Polimerə,
yaxud polimer məhluluna modifikatorun əlavə edilməsindən ibarət olan xarici
plastifikasiya metodunun tətbiqi imkanı bəzi çatışmazlıqlara baxmayaraq qeyri-
məhduddur. Xarici plastifikasiyanın tətbiqi zamanı plastifikatorun üzə çıxması və
uçması
daha
aşkar
müşahidə
olunur.
Polimer
molekullarının
özlərinin
modifikasiyasından ibarət və nəzəri cəhətdən qatranın praktiki istifadəsi üçün
uyğunlaşmasının ideal yolu olan daxili plastifikasiya zamanı göstərilən hallar baş
18
vermir, lakin belə kompozisiyalar yüksək temperaturlarda lazımi möhkəmliyə malik
olmur.
Daxil edilən plastifikatorun miqdarı və tətbiq edilən plastifikasiya metodu
onun polimerdə həllolma qabiliyyətinə, məmulatların və polimerlərin saxlanma və
istismar temperaturlarını əhatə edən geniş temperatur intervalına uyğun olmalıdırlar.
Yəni plastifikatorları seçdikdə geniş temperatur və qatılıq intervalında polimer-
plastifikator sistemlərinin vəziyyətinin diaqramları tədqiq edilməlidir.
Hal-hazırda plastifikatorların çeşidi çox genişdir və onların keyfiyyətinə
verilən texniki tələblər (polimerlə uyğunluq, buxarlarının aşağı upruqluğu,
miqrasiyaya qarşı davamlılıq, şaxtaya davamlılıq və s.) plastifikatora xas olan
xassələrin geniş spektrini nəzərdə tutur. Lakin heç bir plastifikator bütün xassələrin
yüksək səviyyəsinə malik olmur. Buna görə müəyyən tətbiq şəraiti üçün vacib
xassəyə, yaxud bir sıra xassələrə malik olan plastifikator (yaxud plastifikatorlar
qarışığı)
seçilməli
və
müəyyən
effektin
əldə
edilməsi,
yəni
polimer
çatışmamazlıqlarının tənzimlənməsi üçün minimal miqdarından istifadə edilməlidir.
Bəzi işlərdə müxtəlif polimer sistemlərinin modifikasiyasının onların
xassələrinin formalaşdırılmasındakı rolu qiymətləndirilir, real polimer materialının
bir-biri ilə zəif əlaqəsi olan xırda sistemlərdən ibarət mürəkkəb sistem kimi
qiymətləndirilməsini nəzərdə tutan kompozisiya nöqteyi nəzərdən müxtəlif
plastifikatorların təsiri öyrənilir.
Tədqiqatın obyektləri – polivinilxlorid (PVX) və polimetilakrilat (PMA) –
yüksək molekul kütləsinə malik idilər (~1·10
6
). Plastifikasiya üçün qaynama
temperaturları müvafiq olaraq 245 və 340
0
C olan trikrezilfosfat (TKF) və
dibutilftalatdan (DBF) istifadə edilmişdir. Bu yüksək qaynama temperaturları olan
azuçucu maddələr PVX və PMA üçün sənayedə ən geniş istifadə edilən
plastifikatorlardır. PVX+TKF və PMA+DBF plastifikləşdirilmiş polimer sistemləri
tədqiq edilmişdir. Məsələn, birinci sistemdə plastifikatorların miqdarı 0 (təmiz PVX),
8, 20, 40% təşkil etmişdir.
19
İlkin və plastifikləşdirilmiş polimerlərin debay spektroqramların tərtib edilməsi
metodikasına uyğun işlənmiş dipol polyarizasiyasının relaksasiyasının tədqiqi
plastifikatorun kütlə hissəsinin miqdarı artdıqda dipol (dielektrik) itkilər
maksimumlarının temperaturunun T
m
xətti azalması aşkar edilmişdir. Təcrübə yolu ilə
müəyyən edilmişdir ki, plastifikasiya effekti plastifikator molekullarının kimyəvi
quruluşundan və konformasiya uyuşqanlığından, eləcə də plastifikatorun polimerlə
termodinamiki uyğunluğundan asılıdır. Atom və rabitələrin təbiəti, plastifikator
molekullarının ölçüsü və forması da əhəmiyyət kəsb edir.
Dielektrik itkilər bucağının tangensinin tgE
max
plastifikator miqdarından və
kooperativ tipli dipol polyarizasiyası proseslərində iştirak edən hissəciklərin effektiv
ölçüsünü xarakterizə edən asılılıqları daha mürəkkəb olur. PVX-in tətbiqi halında
plastifikatoru əlavə etdikdə relaksatorların effektiv ölçüsü bir qədər azalır, sonra isə
dəyişmir.
Plastifikatorun miqdarı artdıqca Debay spektroqramların yarımeni ilə
xarakterizə olunan quruluş qeyri-bərabərsizliyinin artması ekspertizadan keçirilmiş
plastifikləşdirilmiş sistemlərin ümumi qanunauyğunluğudur. Modifikasiyalaşdırıcı
parametrin (plastifikatorun miqdarı) təcrübə yolu ilə alınmış qiymətlərində struktur
qeyri-bərabərliyi dərəcəsinin dəyişməsinin modifikasiyalaşdırıcı parametrdən olan
asılılığını
təyin
etməklə
struktur
qeyri-bərabərliyinin
dərəcəsini
və
plastifikasiyalaşdırılmış sistemlərin fiziki xassələrini tədqiq edilməmiş təcrübə
intervalının kənarında da proqnozlaşdırmaq olar.
Beləliklə, aşağı heterogenliyi olan strukturca qeyri-bərabər materialın termiki
modifikasiya
recimlərinin
elmi
əsaslandırılmış
seçimi
ilə
məqsədyönlü
formalaşdırılması onun xassələrini və polimer kompozisiya materialından olan
məmulatların keyfiyyətini xeyli artırmaq imkanı verir.
Geləmələgəlmə dərəcəsinin PVX linoleumlardan plastifikatorların ayrılmasına
təsirinin ekspertizası aparılmışdır.
Dostları ilə paylaş: |