9
Beləliklə, alınmış nəticələr göstərir ki, tabaşirlə doldurulmuş PVX əsaslı
plastifikləşdirilməmiş
kompozisiyaların
şüalandırılması
zamanı
intensiv
dehidroxlorlaşma və polimer rabitələrinin calanması əsasən doldurucunun
hissəciklərinin üzərində baş verir. Rabitələri calanmış PVX-in bu zaman yaranan toru
tabaşir hissəciklərini möhkəm saxlayır, bu da doldurucunu daxil etdikdə gel-
fraksiyanın çoxalmasına gətirib çıxarır. Bununla yanaşı şüalandırma zamanı gel-
fraksiyada polimerin miqdarını azaltmaq və polimer matrisasındakı rabitələri
calanmamış PVX-in miqdarını çoxaltmaqla tabaşir PVX-in dehidroxlorlaşmasına və
rabitələrinin calanması proseslərini də zəiflədir. Tabaşir olduqda polimer matrisasının
radiasiyaya qarşı davamlılığının artması şüalandırılmış PVX kompozisiyalarının
xidmət müddətinin artmasını təmin edir.
Ekoloji məqsədəuyğunsuzluq səbəbindən inşaat təyinatlı mallarda tətbiqi
məsləhət görülməyən asbestin əvəzinə istifadə edilən mineral doldurucuların
(məsələn, əhəngdaşı dolomit) PVX linoleumlarının xassələrinə təsiri tədqiq
edilmişdir.
Sınaq (doldurucu – asfalt-beton qarışıqları üçün buraxılan dolomit) və nəzarət
(doldurucu-asbest) partiyalarının istehsalı kompozisiyasını qarışdırmaq üçün eyni
qarışdırıcı avadanlığı olan vallı kalandr texnologiyası üzrə aparılmışdır.
Doldurucunun növünə görə fərqlənən linoleumların fiziki xassələrinin
müqayisəsi göstərmişdir ki, resepturanın dəyişməsi onların göstəricilərinin, ümumi
götürdükdə, yaxşılaşmasına gətirib çıxarır. Gərilmə zamanı möhkəmlik, deformasiya
xassələri artmış, istilikkeçirmə xassəsi dəyişmişdir.
Tərkibində asbest olmayan linoleumun daha yaxşı elektrik-fiziki xassələrlə
fərqlənməsi xüsusən əhəmiyyətlidir: antistatik xassələri müəyyən edən xüsusi səthi
müqavimət iki dəfəyə yaxın azalmış, dielektrik məsrəflər bucağının tangensi də
azalmışdır.
Tərkibində mineral toz olan kompozisiyalarda daxili gərginliklərin
relaksasiyası asbest tərkibli qarışıqlardan daha tez gedir. Çox güman ki, səbəbi
10
doldurucu hissəciklərinin morfologiyasındadır. Dolomitin izotermik hissəcikləri
qatrana xrizotil asbestinin iynəformalı hissəciklərindən daha az formasaxlayıcı təsir
göstərir. İstismar göstəricilərinə görə yeni tərkibli linoleum onun ənənəvi
markalarından geri qalmır və DÜST-ün tələblərinə cavab verir (cədvəl 2).
Cədvəl 2. PVX linoleumlarının istismar və
istehlak xassələrinin göstəriciləri
GÖSTƏRICI
DÜST-ün
tələbləri
doldurucu
asbest
mineral tozu
Sürtünmə, mkm
90-a qədər
85,3
85,0
Xətti ölçülərin dəyişməsi, %-lə
0,4-ə qədər
0,4
0,4
1 m
2
-in kütləsi, kq
3,0-a qədər
3,0
3,0
Səthi suçəkmə, q/sm
3.
10
2
0,1-ə qədər
0,1
0,1
Beləliklə, PVX linoleumun tərkibində zərərli asbest əvəzinə dolomit tozunun
effektiv tətbiqinin mümkünlüyü göstərilmişdir. Resepturanın dəyişməsi özülsüz
linoleumun sənaye istehsalının vallı-kalandrlı texnologiyasının avadanlığında
dəyişikliklər edilməsini tələb edir. Xassələrinə görə ekoloci təmiz linoleum tələblərə
cavab verir.
Linoleum üçün PVX kompozisiyalarında doldurucu kimi Axanqaran yatağının
əhəngdaşından istifadə imkanları araşdırılmışdır. Müəllifin fikirlərinə görə bu
doldurucunun tətbiqi asbestə nisbətən bir sıra üstünlüklərə malikdir. Əhəngdaşının
ağlığı hesabına bahalı titan ağ boyağının resepturadan, demək olar ki, çıxarılması
təmin edilir, sürtünmə xeyli azalır, kompozisiyaların doldurulma dərəcəsini artırmaq
(50%-ə qədər) imkanı yaranır.
Doldurucunun rütubətlənmə qabiliyyətini artırmaq məqsədilə onun səthini
furfuril spirtinin tünd göy rəngli qalığı (FSTQ) ilə emal edirdilər. Bu maddənin seçimi
furan birləşmələrinin polifunksionallığı ilə izah edilir. Aparılmış tədqiqatın nəticələri
göstərmişdir ki, əhəngdaşı səthinin 1%-li FSTQ ilə emalı qarışığın yayılmasının
11
yaxşılaşdırılmasını və fiziki-mexaniki göstəricilərin NTS-in tələblərinə cavab
verməklə kompozisiyanın tərkibindəki doldurucunun miqdarının maksimum dərəcədə
artmasını təmin edir. Bu isə çox doldurulmuş PVX kompozisiyalarının alınmasının
geniş perspektivlərini açır. Lakin burada böyük çətinliklər törədən xüsusi avadanlıq
və durulaşdırıcılar (qatı və çox qatı appretlərdə) tələb olunur. Bununla əlaqədar
appretləşdirici əlavənin daxil edilməsinin daha texnoloji üsulu təklif edilir.
Doldurucunun appretləşdirmə prosesinin PVX çatışmazlıqlarını aradan götürən bu
üsul furan birləşmələrinin PVX kompozisiyasının tərkibinə plastifikatorlar qarışığının
içində daxil edilməsindən ibarətdir.
Təqdim olunan PVX kompozisiyalarının tərkib resepturasının və fiziki-
mexaniki göstəricilərinin təhlili furan oliqomerlərinin modifikasiyalaşdırıcı
xüsusiyyətini aşkara çıxarmışdır. Nəticədə alınan kompozisiyalar materialın texnoloci
və istismar göstəricilərini saxlamaqla yüksək doldurulma dərəcəsinə malik olur.
Tədqiqat nəticələri göstərmişdir ki, əhəngdaşı asbestə nisbətən daha aktiv
doldurucudur, lakin onun kompozisiyadakı PVX-in 100 k.h.-nə düşən miqdarını 160
k.h.-ə çatdırdıqda qarışığın yayılmasının mümkünsüzlüyü ucbatından texnoloci
xassələr kəskin pisləşir. Modifikatorların istifadəsi isə kompozisiyanın doldurulma
dərəcəsini xeyli artırmaq və plastifikatorların xərclənməsini axaltmaq imkanını verir.
Modifikatorlar tətbiq edildiyi halda doldurucunun miqdarı tədricən artdıqca
materialların sürtünməsi modifikasiyalaşdırılmamış doldurucu tətbiq edildiyi hala
nisbətən kəskin azalır. Göstərilənlər doldurucu-polimer sərhəddində qarşılıqlı
adgeziya təsirinin yaxşılaşmasını təsdiqləyir.
Plastifikləşdirilmiş PVX kompozisiyalarının doldurulmuş plastikatların
alınmasında istifadə edilən ekstruziya avadanlığının məhsuldarlığını, bəzən isə
yararlığını müəyyənləşdirən plastikasiya sürətinə doldurucuların təsiri öyrənilir.
Tədqiq olunan kompozisiyaların tərkibi aşağıdakı kimidir: J-70 markalı PVX-in 100
k.h., dioktilftalat plastifikatorunun 50 k.h., üçəsaslı qurğuşun sulfatı və kalsium
stearatı termostabilizatorlarının 8 k.h., difenilolpropan antioksidantının 0,3 k.h. və
Dostları ilə paylaş: |