Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   20   21   22   23   24   25   26   27   ...   50

49 
 
 Xarakteri 
-idealdır; 
-mənəvidir; 
-praktikdir; 
-təminedicidir; 
-maraqları müdafiəedicidir; 
-inkişaf etdiricidir; 
-qoruyucudur; 
-birləşdiricidir; 
-sosialdır 
 
Hakimiyyətin səlahiyyətləri 
 
Hakimiyyətin səlahiyyətləri onun statusunu yaradır. Eləcə də konstitusiya 
və  qanunlarla  müəyyən  edilmiş  hüquqi  statuslardan  səlahiyyətlər,  vəzifə  və 
funksiyalar meydana gəlir.  
Qanunverici  hakimiyyət
-demək  olar  ki,  bütün  sahələr  üzrə  hüquq 
norması  yaradır, qanunvericilik təşəbbüsü hüququna  malikdir; normaları icra 
etmək  funksiyasına  malikdir;    icra  hakimiyyəti  ilə  birlikdə  bir  çox  vəzifələri 
icra edir (icra səlahiyyətlərini bölüşür, təyinat məsələlərini həll edir və təyinata 
razılıq  bildirir),  hesabatları  dinləyir,  ərazi  bölgüsü  məsələlərinə  baxır,  həll 
etdiyi  və  müəyyən  etdiyi  məsələlər  var,  məhkəmə  hakimiyyətinin  işinin 
təşkilində (məsələn, Məhkəmə Hüquq Şurasında)  iştirak edir, icra hakimiyyəti 
ilə  birlikdə  hakimlərin  təyinat  və  azad  olunması    məsələlərini  həll  edir.  İcra 
hakimiyyəi ilə birlikdə dövlət büdcəsi ilə bağlı məsələləri həll edir  və s.  
İ
cra  hakimiyyəti  –
norma  yaradır  (icra  hakimiyyətinin  başçısı-dövlət 
rəhbəri  hüquq  normaları  yaradır,  hökumət  hüquq  normaları  yaradır,  mərkəzi 
icra  hakimiyyəti  qurumları  normalar  yaradır),  normalar  icra  edir,  məsələləri 
müəyyən edir, həll edir,  vəzifələrə təyin edir, qanunvericilik təşəbbüsü hüququ 
var;  qanunverici  hakimiyyət  və  məhkəmə  hakimiyyəti  ilə  birlikdə  dövlət 
hakimiyyətini formalaşdırır. İcra hakimiyyətinin səlahiyyətləri bir qədər geniş 
olur.  Çünki  demək  olar  ki,  əksər  sahələri  tənzim  edən  qurumlar,  strukturlar 
təşkil edir. Yerli və mərkəzi icra hakimiyyəti strukturlarını yaradır. Əlində isə 
silahlı  qüvvələr  olur.  Həm  də  dövlət  rəhbəri  də  bir  çox  ölkələrdə  elə  icra 
hakimiyyətinin rəhbəri olur. Bu baxımdan da dövlətin həll etdiyi məsələləri də 
(məsələn, qanunların imzalanması) icra hakimiyyətinin rəhbəri həll edir.  
Məhkəmə  hakimiyyəti-ə
dalət  mühakiməsini  həyata  keçirir;  norma 
yaradır  (Konstitusiya  Məhkəməsi  vasitəsi  ilə),  sorğu  əsasında  qanunvericilik 
aktlarının  uyğunluğunu  yoxlayır  (Konstitusiya  Məhkəməsi),      qanunvericilik 
təşəbbüsü hüququ var (Ali Məhkəmə); qanunların icrasına və tətbiqinə  nəzarət 
edir (prokurorluq vasitəsi ilə) və s. 


50 
 
Dövlətin daxili və xarici siyasət üzrə bütün səlahiyyətləri bu üç hakimiyət 
qolu arasında bölüşür və bütövlük də  tərkibləri yaradır.   
 
Kütləvi 
informasiya 
vasitələri 
 
hakimiyyət 
səlahiyyətli  
qurumlardırmı 
 
Kütləvi  informasiya  vasitələrinin  təsisçiləri  (həmçinin  səhmdarları-
Səhmdar  Cəmiyyət  formasında)    olurlar.  Bu  təsisçi    qurumlar  (eləcə  də 
səhmdarlar)    dövlət,  bələdiyyə,    özəl  və  ictimai    qurumlar,  fiziki  və  hüquqi 
şə
xslərdirlər.    Kütləvi  informasiya  vasitələri    də  digər  hakimiyyət  subyektləri 
kimi  həm  də  hüquqi  şəxslərdir.  Məsələn,  Azərbaycanda  dövlət  tərəfindən  
“Azərbaycan  Televiziya  və  Radio  Verilişləri”  Qapali  Səhmdar  Cəmiyyəti  
yaradılıb. Cəmiyyət haqqında Əsasnamə  və Nizamnamə  mövcuddur. Mətbuat 
qurumları  cəmləşərək,  koordinasiyanı  təmin  etmək  məqsədilə    şuralar,  azad 
həmkarlar  komitələri  və  digər  ictimai  birliklər  yarada  bilirlər.  Lakin  bu 
qurumlar onların özləri üzərində geniş səlahiyyətli   olmaya bilər.   
 
Hakimiyyətlə oxşar xüsusiyətləri: 
 
-kütləvi informasiya vasitələri də hakimiyyətin digər qurumları ilə yanaşı, 
qanunlarla təsis olunurlar. Lakin hakimiyyətin qolları ali qanunla (konstitusiya 
ilə) yaranır və səlahiyyətləri müəyyən olunur;  
-kütləvi  informasiya  vasitələri  digər  hakimiyyət  subyektləri  ilə  yanaşı, 
dövlət  qanunları  və  digər  qanunvericilik  aktları    ilə  fəaliyyətlərini  tənzim 
edirlər. Səlahiyyətləri qanunvericiliklə müəyyən edilir; 
-kütləvi informasiya vasitələri bütün sahələr üzrə (dövlət sirri sahələri və 
məlumatları  istisna  olmaqla)  sərbəst  və  azad  şəkildə  məlumat  əldə  etmək  və 
yayım hüququna malikdirlər; 
-insanlar  üçün  iş  yerləri  yaradırlar,  qanunvericilikdə    nəzərdə  tutulmuş 
qaydada əmək münasibətləri formalaşdırırlar və s.  
 
-kütləvi informasiya  vasitələri  yalnız insanların söz azadlıqlarını təmin 
edir. Onların  sərbəst fikir bildirmək, dövlət, cəmiyyət və beynəlxalq aləm 
haqqında məlumat əldə etmək hüquqlarının
 təminatını həyata keçirirlər.  
-icra  hakimiyyəti  təşkil  edir,  icra  edir,  məhkəmə  hakimiyyəti  norma 
yaradır,    icra  edir,  qanunverici  hakimiyyət  daha  çox  norma  yaradır.  Burada 
olan  vahid  funksional  istiqamətlərə  görə  (hər  hakimiyyətin  öz  işi)  kütləvi 
informasiya vasitələri oxşarlıq təşkil edir. Kütləvi informasiya vasitələri də söz 
azadlığı hüququnu və informasiya əldə etmək hüququnu təmin edir.  
 
 
 


51 
 
Hakimiyyətlə fərqli xüsusiyətləri: 
 
Kütləvi  informasiya  vasitələri  ümumiyyətlə,  hakimiyyət  qolu    deyil.
 
Çünki  onlar  hakimiyyət  üçün  xarakterik  olan  normativ-hüquqi  aktlar 
yaratmırlar.  Yalnız  mövcud  normativ-hüquqi  aktlara  əməl  edirlər.  Öz 
fəaliyyətlərini onların tələbləri ilə qururlar. Onların hüquq normaları (müəssisə 
daxili  əmr,  sərəncam,  göstəriş,  kollegial  qərar  və  s.)  yalnız  özlərinin  daxili 
fəaliyyətlərinin  tənzimlənməsi    üçün  nəzərdə  tutulur.  Hakimiyyəin  normaları 
isə  hakimiyyətin  təşkili  və  bütün  sahələr  üzrə  icrası  və  tətbiqini  əsas  götürür. 
Universal  və  məxsusi  (çərçivə)  xarakterlidir.  Dövlətin  daxili  və  xarici 
siyasətini  müəyyən  edir,  formalaşdırır.  Hakimiyyətdə  olduğu  kimi  pilləli 
qurumlara malik olmurlar.  
Hakimiyyətin  fəaliyyəti  çoxfunksiyalı  və  çoxsahəlidir.
  Məsələn,  icra 
hakimiyyətinin  təşkil  etdiyi  sahələr  multitərkiblidir.  Hüquq  normaları  da 
multitərkiblidir.      Kütləvi  informasiya  vasitələrinin  fəaliyyəti  isə  çoxsahəli 
(yəni bütün mövcud sahələr üzrə)  və azfunksiyalıdır. Yəni, bütün sahələr üzrə 
yalnız  məlumat  daşıyır,  məlumat  ötürür,  yayır  və  fikir  və  sərbəst  ifadə 
azadlığını  təmin  edir.  Kütləvi  informasiya  vasitələri  qeyri-informasiya 
vasitələri  üzərində  hüquqi  təsir  yaradacaq  normativ  akt  qəbul  etmək 
səlahiyyətinə  malik  deyil.
  Bu  vasitələr  sadəcə  olaraq  məlumat  əldə  etmək 
üçün qeyri-informasiya qurumlarına sorğu göndərə bilirlər.  
Kütləvi  informasiya  vasitələrinə  sadəcə  olaraq  elmi  və  ictimai  fikirlərdə 
“yarıhakimiyyət”
 adını vermək olar. Lakin bu ad hüquqi ola bilməz. Kütləvi 
informasiya  vasitələri    sadəcə  olaraq  ictimaiyyətin  dövlət  hakimiyyəti 
üzərində-  dövlətin,  hakimiyyətin  işi  barədə  cəmiyyəti  məlumatlandırma  yolu 
ilə-müşahidə funksiyasını həyata keçirirlər.    
 
Məqalə 
hazırlanarkən 
aşağıdakı 
qanunvericilik 
sənədlərinə  
baxılmışdır: 
 
Azərbaycan Konstitusiyası; 
“Kütləvi  informasiya  vasitələri  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu  -7  dekabr  1999-cu  ildə  qəbul  olunub,  sonrakı  illərdə  dəyişikliklər 
olunub;  
“Televiziya  və  radio  yayımı  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu-25 iyun 2002-ci il; 
“Milli  Televiziya  və  Radio  Şurası  haqqında  Əsasnamə”  Azərbaycan 
Respublikası  Prezidentinin    5  oktyabr  2002-ci  il  tarixli  Fərmanı  ilə  təsdiq 
edilmişdir; 
“İnformasiya  azadlığa  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu, 
01 yanvar 2005-ci ildən qüvvəyə minmişdir; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə