Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

45 
 
elementləri nizamla qurulur.  Dövlət özü bütöv bir kompozisiya olaraq nizamlı  
qurumdur. Dövlət fəlsəfi təfəkkürlərdə hüquqi bir quruluşa malidkir.   Dövlətin 
nizamı  onun  hüquq  normaları  ilə  siyasəti  həyata  keçirməsindədir.  Nizamlı 
siyasət sistemlidir. Ona görə ki, müəyyən mexanizmlərlə təmin olunur. Siyasət 
hüquq  normaları  ilə  nizamla  müəyyən  edilir.  Bu  anda  mövcud  siyasət  və 
gələcək  siyasət  anlayışı  meydana  gəlir.  Nizamlı  siyasət  idarəetmənin  zaman 
ardıcıllığı ilə təmin olunmasında əks olunur.  
-nizamlı siyasət cəmiyyətin əxlaq normalarının qorunmasını təmin edir; 
-nizamlı  siyasət  cəmiyyətin  bütün  təbəqələrinin  maraqlarının  nizamla 
təmin olunmasına əsaslanır; 
-nizamlı siyasət dövlət-vətəndaş əlaqələrinin nizamlı əsaslarını yaradır; 
-nizamlı  siyasət  dövlətin  və  cəmiyyətin  sabit  dinamika  ilə  inkişafını 
meydana gətirir; 
-nizamlı siyasət cəmiyyət qrupları arasında, təbəqələr arasında nizamlı və 
sistemli əlaqələrin yaranmasını təmin edir; 
-nizamlı  siyasət  dövlətin  güclənməsi  üçün  daxili  resursların  artmasını 
təmin edir və s.  
 
İ
nformasiya və siyasət (siyasəti təmin edən vasitələr kimi)  
 
İ
nformasiya  fiziki  baxımdan  müəyyən  məkanda    meydana  gələn 
hadisələrin tərkib elementlərinin duyğu orqanları vasitəsilə insan beyinində əks 
olunmasıdır, 
obrazlanmasıdır. 
İ
nformasiya 
dəyişən 
mühit 
haqqında, 
elementlərin  məkan  dəyişmələri  haqqında  subyektlərdə  əks  olunan  obrazdır.   
İ
nformasiya  qavrama  elementlərindən  ibarətdir.  İnformasiya  hərəkətlər 
haqqında  olan  məlumatlardır.  İnformasiya  sayəsində  siyasi  hadisələrin  forma 
və  məzmunu  qavranılır.      İnformasiya  dolğun  (əhatəli)    və  qeyri-dolğun  ola 
bilər.    İnformasiyanın  dolğunluğu  onun  forma  və  məzmunu  haqqında  kifayət 
qədər  dolğun  məlumatın,  geniş  miqyaslı  tutumun    əldə  olunmasıdır. 
İ
nformasiyanın kasadlığı isə baş verən hadisələr haqqında qeyri-düzgün və ya 
da yarımçıq olan məlumatlardır. 
Siyasətin  özü  elə  informasiyalardan  ibarət  olan  bir  sistem  xarakterinə 
malikdir.  İnformasiya  müəyyən  bir  məkanda  toplaşan  və  eləcə  də  məkanlar 
üzrə yerini dəyişən elementlər axınlarının obrazlanmasıdır.  
İ
nformasiyanın  idarə  olunması.
  İnformasiya  ona  görə  idarə  olunur  ki, 
siyasi  sistemlərin  müdafiəsi  təmin  edilsin.  Siyasi  sistemlərin  qorunması  və 
onun  fəaliyyətinin  kompleksliliyi  məhz  informasiyalardan  sıx  asılıdır. 
İ
nformasiyaların  idarə  olunması  onun  obyektivliyinin  düzgün  şəkildə  qarşı 
tərəfə  çatdırılmasından  ibarərdir.  Bir  çox  hallarda  informasiya  maraqlara 
uyğun  olaraq  qeyri-obyektiv  şəkildə  və  yarımçıq  olaraq  çatdırılır.  Bu  halda 
yalan və həqiqəti çatdıra bilməyən informasiyalar da meydana gəlir.  


46 
 
Dövlət  informasiya  ilə  siyasətini  müəyyən  edir.  Siyasət  elə  informasiya 
yaradan  aktlardan,  elementlər  hərəkətindən  ibarətdir.  Siyasət  məlumat 
şə
kilində  cəmiyyətə  ötürülür.  Cəmiyyətdəki  hadisələr  informasiya  şəkilində 
dövlət hakimiyyətinə çatdırılır. Məlumat vasitələri cəmiyyətin sifarişini dövlət 
hakimiyyətinə,  dövlət  hakimiyyətinin  sifarişini  də  cəmiyyətə  ötürür.  Bu 
aspektdə  tarazlayıcı,  birləşdirici,  bağlayıcı  rolunu  oynayır.  Məsələn,  dövlət 
qanunları, fərmanlar, konstitusiya mətnləri, iclaslar, çıxışlar, mövqelər və digər 
aktlar informasiya olmaqla ötürücü vasitələrlə cəmiyyətə çatdırılır.    
 
Kütləvi informasiya vasitələri və “dördüncü” hakimiyyət anlayışı  
 
 
(kütləvi informasiya vasitələri hakimiyyət deyil-məsələn, Azərbaycanda)  
 
Məlumdur  ki,  informasiya  (məlumat)  mətn  (yazılı),  audio  (səsli)  
audiovizual
  (səsli-görünüşlü)  və  fotoşəkil  formada  yayılır.  İnformasiyanın  
yazılı
  (kağızda  həkk  olunmuş)  və  şifahi  formaları  mövcuddur.  İnformasiya 
tele və radio qurğularla, eləcə də kağızyayımı üsulları ilə ötürülür. 
 
İ
nformasiyanı  qəbul  edən  və  ötürən  texniki  vasitələrə  aid  olur: 
elektron 
informasiya
 
texnologiyaları, 
çap 
(print)
 
texnologiyaları, 
teletexnologiyalar 
(teleqraflar-telefon  mətnlər  texnologiyaları  və  telefonlar-
telesəslər  texnologiyaları),    anten  və  peyk  texnologiyaları  (bura  radio 
qurğuları və anten qəbulediciləri və xətləri aid olunur, səslər və görünütlər (efir 
görünütləri-foto-dayanıqlı-video-hərəkətli-ardıcıl  olaraq  bir-birini  əvəz  edən 
şəkillər 
görüntülər) 
radio 
dalğalarla 
ötürülür), 
fototexnologiyalar 
(fotoapartlarla  əldə  edilən  görüntülü  informasiyalar).  İnformasiyalar  elektron 
və  kağız  formasında,  səsli  və  səsli  -görüntülü    formada  yayılır.    Kağız 
formasına şəkil və mətn formaları aid olunur.  
Məlumdur  ki,  kütləvi  informasiya  vasitələri  tərəflərdən  (subyektlərdən, 
qurumlardan  –dövlət  və  özəl)  informasiya  (məlumat)    əldə  edib  onu  tərəflərə 
(məsələn,  cəmiyyətə)  çatdıran  qurumlardır.  Eləcə  də  həmin  qurumlar 
cəmiyyətdən məlumatlar əldə edib, onu dövlətə və digər qurumlara çatdırırlar. 
Bu  vasitələr  tərəflər  arasında  məlumat  körpüsü  yaradırlar  və  vəziyyətləri 
araşdırıb məlumat formasında tərəflərə yayırlar. Dövlətin sifarişini cəmiyyətə, 
cəmiyyətin  sifarişini  isə  dövlətə  ötürürlər.    Kütləvi  informasiya  vasitələri 
məlumatları  əldə  edib  onu  istehsal  edirlər  (təzahür  tərkibini  birləşdirirlər, 
sahələrə  ayırırlar)  və  tərəflərə  ötürürlər.      Bu  subyektlərin  (burada 
jurnalistlərin,  müxbirlərin,  aparıcıların  informasiya  hasil  edən  və  yayan  digər 
şə
xslərin, onların təmsil olunduqları qurumların)  əsas funksiyası məlumatları, 
bu  baxımdan  hadisələrin  təzahürünü  audio  və  audiovizual  vasitələrlə  doğru-
düzgün  formada  (olduğu  kimi,  təhrif  olunmamış  formada)  qanunvericilikdə 
nəzərdə  tutulmuş  qaydada  tərəflərə  ötürməkdən,  açıq  şəkildə  cəmiyyətə 
yaymaqdan  ibarətdir.  Qanunvericilikdə  məlumatın  əldə  edilməsi,  onun  hasil 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə