Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
1   2   3   4   5   6   7   8   9   ...   18

14 

 

     Yüksək  dozada  acqarına  və  sürətlə  venadaxili  yeridildikdə  ortostatik  kollapsa 



səbəb  ola  bilər,  üzdə  qızartı,  qaşınma,  başgicəllənmə,  qaraciyər  piy  infiltrasiyası, 

diareya,  anoreksiya,  hiperqlikemiya,  hiperurikemiya  və  qusma  törədə  bilər. 

Mədənin selikli qişasına ulserogen, eləcə də qaraciyərə hepatotoksik təsir göstərir.  

     İstifadəsinə göstəriş: pellaqra, ateroskleroz, stenokardiya, tromboz, periferik və 

baş  beyin  damarlarının  spazmı,  bronxial  astma,  yüngül  forma  diabet,  qlossit, 

antasit qastrit, enterokolit, hepatitdir.  

Nikotin turşusu, nikotinamid, natrium nikotinat formada buraxılır. 



     Pantoten turşusu (B

5

 vitamini) - Gündəlik təlabat 5 - 10 mq, maksimal 15 mq 

- a qədərdir. 1933 – cü ildə Williams ilk dəfə bu maddənin (boy faktoru) mayanın 

tərkibində  olduğunu  müəyyən  etmişdir.  5  il  sonra  onu  qaraciyərdən  ayırmış, 

kimyəvi  strukturunu  müəyyənləşdirərək  pantoten  turşusu  adlandırmışdır  (yunan 

dilində “pantos” hər yerdə deməkdir).  

     Farmakoloji  xüsusiyyəti:  Pantoten  turşusu  üzv  və  toxumaların  fizioloji 

fəaliyyətində,  qlükozanın  mənimsənilməsində,  polipeptidlərin  və  zülalların 

sintezində  mühüm  rol  oynayır,  bağırsaqların  peristaltikasını  artırır,  amin  turşu  və 

karbohidratların  bağırsaqdan  qana  sorulmasını  sürətləndirir,  asetilləşmə 

reaksiyasında  (asetil  radikalını  asetilləşən  maddələrin  molekuluna  birləşməsində) 

iştirak edir, koenzim A - nın tərkibinə daxildir. Turşu qalıqlarının (asil) akseptoru 

və  daşıyıcısı  sayılır,  koenzim  A  piroüzüm  turşusu  və  α  –  ketoqlutar  turşusunun 

karboksilləşməsində  iştirak  edir,  sirkə  turşusunun  toxuma  daxili  çevrilməsini 

katalizə  edən  fermentlərin  kofermentidir,  yağ  mübadiləsi,  asetilxolinin  sintezi, 

kortikosteroidlərin  əmələ  gəlməsi  prosesində    iştirak  edir,  miokardın  yığılma 

aktivliyinin energetik təminatını yaxşılaşdırır.  



     Farmakokinetikası:  mədə  -  bağırsaq  traktından  asan  sorulur,  əsasən  ürək, 

qaraciyər,  böyrək  və  böyrəküstü  vəzdə  depolaşır.  Qısa  təsir  müddətinə  malikdir, 

odur  ki, gündə  2  -  4  dəfə  qəbul  edilir. Dəyişilməmiş  formada  2/3  hissəsi

  böyrək, 

1/3 hissəsi

 isə bağırsaqlarla xaric olur.  

    Bağırsaqlarda 

sintez  olunduğu  üçün  avitaminozuna  rast  gəlinmir. 

Hipovitaminozunda boy atma ləngiyir, yağ mübadiləsi pozulur, qanda xolesterinin 



15 

 

miqdarı  azalır,  qaraciyərdə  və  böyrəklərdə  degenerativ  pozğunluq,  dermatit, 



keratit,  böyrəküstü  vəzin  zədələnməsi,  müvazinət  pozğunluğu,  tənəffüsün 

sürətlənməsi,  ürəkdöyünmə,  timus  vəzinin  involyusyası,  dərialtı  qansızma,  mədə-

bağırsaq pozğunluğu əmələ gəlir.  

Hipervitaminozunda ürəkbulanma, qusma, dispepsiya, allergik reaksiya yaranır. 



   İstifadəsinə  göstəriş:  alkoqolizmdə  abstinensiya  sindromunun  kompleks 

müalicəsində,  maddələr  mübadiləsinin  pozulması  ilə  bağlı  müxtəlif  patologiya-

larda, polinevrit, nevralgiya, paresteziya, ekzema, allergik reyaksiyalar, trofik xora, 

yanıq,  qaraciyərin  xronik  xəstəlikləri,  xroniki  pankreatit,  qastroduodenit  və 

bağırsaq  atoniyası  zamanı  istifadə  olunur.  Streptomisinin  toksik  təsirini  aradan 

qaldırır,  reproduktiv  funksiya  pozğunluğu,  dəri,  saç,  dırnaq  xəstəliyi,  bronxit, 

hamiləlik toksikozu, vərəm, bağırsağın hipomotor diskineziyasında.  

     Kalsium  pantotenat  pantoten  turşusunun  kalsium  duzudur.  Suda  asan,  spirtdə 

pis  həll  olur.  Nevrit,  polinevrit,  paresteziya,  yanıq,  trofik  yara,  dermatit,  tənəffüs 

yolları  iltihabı,  bronxial  astma,  bağırsaq  atoniyası,  ürək  çatışmazlığında  istifadə 

edilir. 

Pantenoldan aerozol formasında yara, yanıq və trofik xoranın müalicəsində istifadə 

edilir. 

    Piridoksin  (B

6

  vitamini)  –  Piridin  törəməsidir,  antidermatit  vitamin  də 

adlandırılır.  Orqanizmə  sutkalıq  lazım  olan  miqdarı  kişilərdə  1,8  -  2,2  mq, 

qadınlara 1,6 - 2 mq, hamiləlik 0,3 mq və laktasiya zamanı 0,5 mq (əlavə olaraq), 

uşaqlar üçün yaşdan asılı olaraq 0,4 - 1,6 mq, maksimal 6,0 mq - a  qədərdir. Maya 

və düyü kəpəyinin tərkibində olan bu maddənin ilk dəfə 1939 - cu ildə S. Xarris və 

K.  Folkers  tərəfindən  kimyəvi  strukturu  müəyyənləşdirilmiş  və  “piridoksal” 

adlandırılmışdır. 

     Farmakoloji xüsusiyyəti: Piridoksin orqanizmdə qaraciyər, böyrək və beyində 

fosforlaşaraq, 

piridoksal 





fosfata 

çevrilir. 

Amin 

turşularının 



dekarboksilləşməsində  iştirak  edir.  Piridoksalın  fosforlu  törəməsi  transaminləşmə 

prosesini  katalizə  edən,  amin  qrupunun  daşıyıcısı  hesab  olan  fermentin  - 

transaminazanın tərkibinə daxildir. O, amin turşusunun amin qrupunu qəbul edərək 



16 

 

fosfopiridoksaminə  çevrilir,  sonra  ketoturşu  ilə  reaksiyaya  girib,  amin  turşuya 



çevrilir.  Sulfhidril  (SH)  qrupunun  bir  amin  turşudan  digərinə  keçməsində  iştirak 

edir.  Histidindekarboksilazanın  da  prostetik  qrupudur.  B

6

  vitamini  yağların 



orqanizmdə daşınması, üzv və toxumalarda toplanması, oksidləşməsi və sintezində 

iştrak  edir.  Piridoksin  diurezi  sürətləndirir  və  diuretiklərin  təsirini  gücləndirir. 

Neyromediatorların  sintezində  iştirak  edir,  periferik  və  MSS  -  nin  funksiyasını 

normallaşdırır,  fosforlaşmış  formada  aminturşu,  ferment  və  prostaqlandinlərin 

sintezində,  histaminin  dezaminləşdirərək  qamma  –  aminoyağ  (QAYT)  turşusuna 

çevrilməsində  iştirak  edir,  norepinefrin  və  serotoninin  “relizini”  sürətləndirir, 

doymamış  yağ  turşularının  istifadəsini  yaxşılaşdırır.  Hemopoez,  leykopoez  və 

eritropoezi stimulə edir, hemoqlobinin əmələ gəlməsində, qlükogendən qlükozanın 

ayrılmasında (qlikogenfosforilazanı aktivləşdirməklə) iştirak edir, müsbət inotrop, 

mənfi  xronotrop  təsir  göstərir,  ödün  sekresiya  və  xaric  olmasını  aktivləşdirir, 

qaraciyərin dezintoksikasiyaedici funksiyasını yaxşılaşdırır. 

     Farmakokinetikası:  Nazik  bağırsaqdan  sorulur.  Toxumalarda  fosforlaşaraq 

bioloji  aktiv  formaya  -  piridoksin  fosfata  çevrilir,  sonra  90  %  -  i  4  -  piridoksin 

turşusuna oksidləşərək və bu formada sidiklə xaric olur. 

     Piridoksin  çatışmazlığında  eritrositlərdə  porfirin  törəməsinin  miqdarı  kəskin 

surətdə  aşağı  düşür,  hipoxrom  anemiya  törənir,  dispeptik  pozğunluq,  MSS  -  də 

yüksək  dərəcədə  oyanıqlıq,  epilepsiyayabənzər  tutmalar,  depressiya,  yuxusuzluq, 

periferik  sinirlərin  nevriti,  iştahanın  azalması,  ürəkbulanma,  konyuktivit,  T  -

limfositlətin  miqdarının  azalması,  üzdə  seboreyalı  dermatit,  anqulyar  stomatit  və 

qlossit yaranır.  

     Hipervitaminozunda  allergik  reaksiyalar  və  mədə  turşuluğu  artması  baş  verir. 

İstifadə dozasını 200 - 500 mq - a qaldırdıqda əldə keyimə hissi törənir. 

     İstifadəsinə göstəriş: hipovitaminoz, hamiləlik toksikozu, sideroblast anemiya, 

müxtəlif  etiologiyalı  leykopeniya,  hepatit,  Littl  xəstəliyi,  radikulit,  nevralgiya, 

Menera  xəstəliyi,  dəniz  və  hava  xəstəliyi,  ateroskleroz,  şəkərli  diabet, 

seboreyayabənzər  dermatit,  psoriaz,  eksudativ  diatez,  neyrodermit,  yeni 

doğulmuşlarda  qıcolma  sindromu,  I  tip  hiperoksalaturiya,  homosisteinuriya  ilə 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə