Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə1/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
  1   2   3   4   5   6   7   8   9   ...   18


 

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 



AZƏRBAYCAN TİBB UNİVERSİTETİ 

 

 

 

 

ELNURƏ MUSAYEVA 

ZƏKİYYƏ İSMAYILOVA 

MUSA QƏNİYEV 

 

 

 

 

VİTAMİN PREPARATLARININ FARMAKOLOGİYASI 

(Tədris-metodik vəsait) 

 

 

 

 

 



 

 

 

 

 

BAKI-2016 

 

 

 

 


 

Tərtib edənlər:       Musayeva Elnurə Musa qızı 

                                 Biologiya üzrə fəlsəfə doktoru 

                                 Azərbaycan Tibb Universiteti  

                                 farmakologiya kafedrasının assistenti 

                                 İsmayılova Zəkiyyə Cəbrayıl qızı  

                                 Biologiya elmləri doktoru,  

                                 Azərbaycan Tibb Universiteti  

                                 farmakologiya kafedrasının professoru 

                                Qəniyev Musa Mehdi oğlu 

                                Tibb elmləri doktoru, professor  

                                Azərbaycan Tibb Universiteti  

                                farmakologiya kafedrasının müdiri 

 

Rəyçilər:            Xanım Aydın qızı 

                            Biologiya elmləri namizədi,  

                            farmakologiya kafedrasının dosenti 

                            R.M.Mahmudov 

                            Tibb elmləri namizədi,  

                            normal fiziologiya kafedrasının dosenti 

 

 

Elmi redaktor:      G. A. Hüseynova 

                               Tibb elmləri namizədi,  

                               farmakologiya kafedrasının dosenti 



 

 

Metodik  vəsait  -  Azərbaycan  Tibb  Universiteti  farmakologiya  fənninin  tədris 

proqramına  müvafiq  yazılmışdir.  Metodik  vəsaitdən  Tibb  Universitetinin 

tələbələri, eyni zamanda fənnin tədrisi ilə məşğul olan professor - müəllim heyəti, 

müvafiq peşə sahibləri, elmi işçilər istifadə edə bilərlər. 




 

Keçiriləcək  mövzunun  planı:  Vitaminlər  haqqında  ümumi  məlumat,  onların 

alınması,  müasir  təsnifatı,  dozalanma  prinsiplərinin  öyrədilməsi.  Vitaminlərdən 

istifadə zamanı törənən fizioloji effektlər, onların catişmazlığının yaranma səbəbi, 

aradan  qaldirılma  tədbirləri  və  müalicənin  ümumi  prinsipləri  haqqında  tələbələrə 

məlumat vermək. Mövzunun mənimsənilməsi, müstəqil hazırlaşması üçün müxtəlif 

formalı sualların və testlərin qoyulması. 

Dərsin məqsədi: Vitamin preparatları tibbi praktikada böyük əhəmiyyət kəsb edir. 

Belə  ki,  əksəriyyəti  əvəzolunmayan  birləşmələr  olub  orqanizmin  həyat  fəaliyyəti 

üçün lazım olan biokimyəvi reyaksiyalarda iştirak edir. Ona görə də bu qrupa daxil 

olan  preparatların  farmakokinetik  və  farmakodinamik  xüsusiyyətlərinin  analiz 

edilməsi, istifadəsi, qəbul olunma yolları, əsas, əlavə və toksiki effektləri,  onların 

aradan qaldırılması tədbirləri, dozalanması haqqında tələbələrə praktik əhəmiyyətli 

məlumatların  verilməsi.  Həkimlik  praktikasında  zəruri  olan  resept  formalarının 

tərtibi qaydalarının öyrədilməsi. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

VİTAMİNLƏR 



(nəzəri məlumat) 

   ”Vitaminlər“  adı  altında  orqanizmin  normal  həyat  fəaliyyəti  üçün  vacib  olan, 

müxtəlif  kimyəvi  quruluşa  malik  kiçik  molekullu  üzvi  maddələr  birləşir.  Bu 

maddələrin  varlığı  haqqında  ilk  dəfə  1889  -  cu  ildə  Hollandiyalı  həkim  Xristian 

Eykman məlumat vermişdir. O müəyyən etmişdir ki, cücələri qaynadılmış ağ düyü 

ilə  yemləyəndə  onlar  beri-  beri  xəsəliyinə  tutulur,  qidalarına  düyü  kəpəyi  əlavə 

etdikdə isə sağalırlar. Bundan 16 il sonra, 1905 - ci ildə Uilyam Fletçer müəyyən 

etdi  ki,  təmizlənməmiş  düyü  insanlarda  beri-beri  xəstəliyinin  qarşısını  alır.  Digər 

tədqiqatçı  alim  Frederik  Xopkins  1906  -  cı  ildə  belə  qənaətə  gəldi  ki,  qidanın 

tərkibində yağ, zülal və karbohidratlardan başqa insan orqanizmi ücün son dərəcə 

zəruri olan digər maddələr də vardır. Alim bu maddələri 

«accessory food factors» 

adlandırdı. 

Az  sonra,  1911-  ci  ildə,  vitaminlərin  varlığı  və  orqanizmin  normal 

fəaliyyəti  ücün  zəruri  amil  olması  Londonda  işləyən  Polşa  alimi  Kazmir  Funkun 

apardığı tədqiqatlarda tamamilə öz təsdiqini tapdı. O, дцйц кяпяйиндян beri - beri 

xəstəliyini  aradan  qaldıran  kristallik  formada  təmiz  preparat  (tiamin)  aldı. 

Tərkibində amin qrupu olduğuna görə, K. Funk bu maddəni “Vitamine” adlandırdı 

(vita - həyat və ingiliscə amine - amin, azotsaxlayan birləşmə). Sonralar, vitaminlər 

qrupunun  digər  nümayəndələri  də  alındıqda,  məlum  oldu  ki,  bu  sıranın  heç  də 

bütün  nümayəndələri  tərkibində  amin  qrupu  saxlamır.  Buna  baxmayaraq,  vitamin 

termini  (”həyat  üçün  zəruri  olan  amin  -  azotsaxlayan  birləşmə”)  nisbi  də  olsa  bu 

sıranın  bütün  nümayəndələrini  düzgün  səciyyələndirdiyinə  və  tibbi  ədəbiyyatda 

özünə möhkəm yer tutduğuna görə, qeyri - şərtsiz olaraq saxlanıldı.  

     Vitaminlər  enerji  mənbəyi  və  ya  plastik  material  funksiyası  yerinə  yetirmir, 

onlar müxtəlif biokimyəvi proseslərdə iştrak edərək, orqanizmin həyat fəaliyyətini 

təmin edən fermentlərin  kofermenti rolunu oynayır, hormonabənzər və antiradikal 

təsir  göstərir.  Məsələn,  metil  qrupunun  daşınmasında,  nukleotidlərin  sintezində, 

karbohidrat,  zülal,  yağ  mübadiləsində  iştrak  edir.  Vitaminlər  əvəzolunmayan 

birləşmələrdir  və  əksəriyyəti  insan  orqanizmində  sintez  olunmur.  Orqanizmdə 

yalnız  ultrabənövşəyi  şuaların  təsirindən  D

3

,  triptofandan  nikotinamid,  yoğun 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə