II
FƏSIL
Sosial ekologiyanin fəlsəfi aspektləri
«Elmin bütün sahələri vacibdir. Lakin biologiyanı biz birinci yerdə
qoymalıyıq, çünki, onun məqsədi həyatın mənasını bilmək və
aydınlaşdırmaqdır». Aristotel
2.1.1.
Elmi idrakın mahiyyəti və funksiyaları
«Heç zaman biliyinizin çatmamasını gizlətməyin, elə düşünməyin ki,
siz hər şeyi bilirsiniz. Sizi nə qədər yüksək qiymətləndirsələr də
həmişə özünüzdə kişilik cürəti tapıb deyin: mən biliksiz və məlu-
matsızam». İ.P.PavIov, yeni işə başlayan tibb həkimləri və
alimlərinə məktubundan.
{Bu
bölmə
hazırlanarkən
ölkəmizin
tanınmış
alimləri
N.F.Qəhrəmanov, Ə.B.Məmmədov və V.İ.İsmayılovun «Təbii-elmi biliyin
fəlsəfi əsasları» monoqrafiyasına (Bakı, «Elm», 2014) da istinad
olunmuşdur).
Müasir təbiətşünaslıq özünün inkişaf tarixi boyunca həmişə istifadə
etdiyi metodlann və qazanılmış fundamental nəticələrin fəlsəfi
interpretasiyası ilə üzvi surətdə bağlı olmuşdur. Təbiətşünaslıq və
fəlsəfənin əlaqəsi təsadüfi olmayıb, insan biliyinin bu iki mühüm sahəsinin
tədqiqat obyektinin ümumiliyindən, həm təbiətşünaslığın, həm də
fəlsəfənin eyni bir obyektin-bütün tərəfləri, qarşılıqlı təsirləri, atributları ilə
vəhdətdə götürülən təbiətin öyrənilməsindən irəli gəlir. İctimai şüur forması
və insan biliyinin ən qədim fonnalarmdan olan fəlsəfə təbiət, cəmiyyət,
təfəkkür və idrakın ən ümumi inkişaf qanunları haqqında elm, elementar
hissəciklərdən tutmuş canlı orqanizmlərin həyat fəaliyyətinə- dək ən
müxtəlif proses və hadisələri öyrənən təbiətşünaslıq isə təbiət haqqında
elmlərin differensiallaşmasından və inteqrallaşmasından yaranan yüzlərlə
fənlərin, bilik sahələrinin məcmusudur. Təbiət, cəmiyyət, texnika, təbabət
elmlərinin nailiyyətlərini ümumiləşdinnək əsasında fəlsəfə tam sintetik
dünyagörüşü kimi çıxış edir. Fəlsəfə idrak nəzəriyyəsi və məntiq təlimi
olmaq etibarilə dünyanın dərk edilməsi məntiqinin, elmin inkişafının
metodoloji problemlərinin öyrənilməsində təbiətşünaslığa həmişə yaxından
kömək edir, fizikanın, biologiyanın, kimyanın, astrofizikanın, geologiyanın
və s. təbiət elmlərinin konkret faktlarının ümumiləşdirilməsi və təbii-elmi
kəşflərin əhəmiyyətinin açılıb göstərilməsi üçün onları ümumnəzəri və
metodoloji əsaslar ilə təmin edir.
34
Keçmişdə təbiət elmlərinin interpretasiyası ilə kifayətlənən fəlsəfə hazırda
elmi tədqiqatın tam hüquqlu iştirakçısına çevrilərək bir sıra hallarda
müxtəlif təbii-elmi fərziyyələrdən və mülahizələrdən hansını seçmək lazım
gəldiyini müəyyənləşdirməyə imkan verməklə, demək olar ki, təbii-elmi
meyar rolunda çıxış edir. Eyni zamanda təbiətşünaslıq da fəlsəfənin
inkişafında az rol oynamır; təbiətşünaslıq fəlsəfənin nəzəri
ümumiləşdirmələr
etməsi,
materiyanın
inkişafının
ümumi
qanunauyğunluqlarını açması, onların nəzəri müddəalarını əsaslandırması,
qanun və kateqoriyalannm məzmununu zənginləşdirib inkişaf etdirməsi
üçün ona canlı qida, yeni-yeni faktlar verir. Aləmin inkişaf qanunauyğun-
luqlannı açmağı məqsəd qoyan təbiətşünaslıq nəzəri təfəkkürə müraciət
edərək fəlsəfi xarakterli, geniş diapazonlu ümumiləşdinnələr apanr.
Beləliklə, fəlsəfə və təbiətşünaslıq bir-birinə qarşılıqlı nüfuz edərək, bir-
birini qarşılıqlı surətdə zənginləşdirir. Fəlsəfə və təbiətşünaslığın qarşılıqlı
əlaqəsi və dünyanın təbii-elmi mənzərəsinin zənginləşməsində dialektika
prinsipləri mühüm rol oynayır. Bu prinsipləri rəhbər tutaraq biz fəlsəfə və
təbiətşünaslığın qarşılıqlı əlaqəsi probleminə yanaşmanın dörd əsas
aspektini fərqləndirə bilərik. Birinci aspekt fəlsəfi aspekt adlanır. Fəlsəfə
və təbiətşünaslığın qarşılıqlı əlaqəsinin fəlsəfi aspektinin son və ali məqsədi
bu iki bilik sahəsinin qarşılıqlı əlaqəsinin dialektik təbiətinin
açıqlanmasından ibarətdir. İkinci aspekt təbii-elmi aspekt adlanır. Bu halda
fəlsəfə və təbiətşünaslığın münasibətinə, tarixi zərurət kimi çıxış edən və
hər birinin özünəməxsus inkişaf qanunu olan elmlərin qarşılıqlı təsiri kimi
baxılır. Üçüncü aspekt məntiqi-qnoseoloji aspekt olub, mahiyyət etibarilə
təbii-elmi materialın mənimsənilməsi və kateqorial aparatın inkişafı
əsasında təfəkkürün tərəqqisinin təhlili ilə bağlıdır. Dördüncü aspekt
sosial-ideoloji aspekt adlanır. Bu aspektin hüdudlarında fəlsəfə və
təbiətşünaslığın qarşılıqlı əlaqəsi, dünyagörüşü və biliyin məzmunu
baxımından təhlil olunur. Bütün bu aspektlərlə yanaşı fəlsəfə və
təbiətşünaslığın qarşılıqlı əlaqəsi həm də bütöv bir tamlıq kimi təzahür edir.
Buna görə də mütləqləşdirilməsi yolverilməz olan aspektlərlə bərabər
problemin bütövlük xarakteristikası və ona kompleks yanaşma da qorunub
saxlanılır. Beləliklə, fəlsəfə və təbiətşünaslığın bir-birinə qarşılıqlı nüfuz
etməsi təsadüfi hadisə olmayıb, fəlsəfə və təbiətşünaslığın fəaliyyət
göstərdiyi elmi mühitin tələbidir. Bunu zəmanəmizin bir sıra görkəmli
təbiətşünaslan da dönə- dönə qeyd etmişlər. İyirminci yüzilliyin ən böyük
fiziki, məşhur nisbilik nəzəriyyəsinin yaradıcısı Albert Eynşteyn
(1879-1955) demişdir: “Bizim zəmanəmizdə fizik fəlsəfi problemlərlə
əvvəlki nəslin flziklərinə nisbətən daha çox məşğul olmağa məcburdur.
Zira
35