Elmi redaktorlar: Əziz Məmmədov


əvvəla, hipotezalarm informasiya məzmununu artırır;  ikincisi



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə22/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   18   19   20   21   22   23   24   25   ...   298

dirməyə imkan verir: əvvəla, hipotezalarm informasiya məzmununu artırır; 

ikincisi,  infonnasiyalarm  işlənməsi,  dəqiqləşdirilməsi,  təkmilləşdirilməsi 

prosesində  hipotezalarm  məntiqi  ehtimalı,  təsdiqlənmə  dərəcəsi  yüksəlir; 



üçüncüsü, hipotezlərm tətbiq sahəsi genişlənir; dördüncüsü, elmi idrakın 

tarixi  hərəkətində,  onun  öyrənilən  hadisələrin  və  onların  mühüm 

əlaqələrinin  mahiyyətinə  nüfuz  etməsinin  durmadan  artması  prosesində 

hipotezlərin qurulması və fonuula edilməsi üçün istifadə olunan konseptual 

aparat  mürəkkəbləşərək  getdikcə  daha  abstrakt  görkəm  alır.  Hipotezanm 

idrakı funksiyaları onu bilik sistemi kimi səciyyələndirən bir sıra əlamətləri 

müəyyən  edir.  Hipotezanm  spesifik  məzmunlu-qnoseoloji  əlamətləri 

sırasına  aşağıdakılar  aiddir:  hipotezanm  adekvatlığı;  hipotezanm 



əsaslandırılan  olması;  hipotezanm  yoxlanılan  olması;  hipotezanm 

genişliyi; hipotezanm sadəliyi; hipotezanm həqiqi olması.  Hipotezanm 

qarşısına qoyulmuş tələblər: 1. Hipoteza özünün irəli sürdüyü və izah etməli 

olduğu  faktiki  materiallarla,  habelə  elmdə  artıq  qərarlaşmış  qanun  və

 

nəzəriyyələrlə 



uzlaşmalıdır. 2. Hipoteza prinsip etibarilə yoxlanılan olmalıdır. Hipotezanm 

prinsipinin  yoxlanılması  adətən  ondan  çıxarılan  nəticələrin  təcrübi  yolla 

yoxlanılması  vasitəsilə  həyata  keçirilir.  3.  Hipoteza  hadisələrin  geniş  bir 

sahəsini əhatə etməli, onların bütöv bir qrupuna tətbiq olunmalıdır. Elmdə 

ayrı-ayn  hadisələri  izah  edən  hipotezalar  geniş  yayılsa  da,  eyni  cinsli 

hadisələr  zümrəsini  əhatə  edən  hipotezalar  daha  böyük  elmi  dəyərə 

malikdir.  4.  Hipoteza  kifayət  qədər  sadə  olmalıdır.  Hipotezanm  sadəlik 

prinsipinə  tabe  olması  bununla  ifadə  olunur  ki,  hipoteza  nə  qədər 

həqiqidirsə,  deməli,  bir  o  qədər  də  sadədir.  Hipotezanm  sadəliyi  prinsipi 

onun  gerçəkliyə  adekvathğmm  və  həqiqiliyinin  göstəricisi  olub,  idrak 

nəzəriyyəsi  üzrə  dünya  miqyaslı  mütəxəssislərdən  olan  P.V.Kopninin 

aşağıdakı  sözlərində  çox  düzgün  səslənir:  «...  Biz  görürük  ki,  alim 

saysız-hesabsız hipotezlər fikirləşib tapa bilir... O, bunlardan hansının 

məlum faktları izah  edə biləcəyini götür- qoy edərək son nəticədə ən 

sadə hipotezanı öz nəzəriyyəsi kimi qəbul edir». 5.  Hipoteza öyrənilən 

proseslərin və ya faktlar qrupunun yeganə oxşarı olmalı və bu hadisələrlə 

bağlı  olan  digər  hadisələri  də  izah  etməyi  bacanuahdır.  6.  Hipoteza 

qabaqgörən olmalı, onun izah edəcəyi  hadisələr silsiləsinə daxil olmayan 

yeni  hadisələrin  varlığını  irəlicədən  söyləməyi  bacanuahdır.  7.  Hipoteza 

elmi 


prinsiplərə, 

elmi- 


nəzəri 

dünyagörüşünə 

uyğun

 

gəlməlidir. Hipotezanm 



elmi 

dünyagörüşünün  prinsipləri  ilə  uzlaşması  elmi  hipotezanı  qeyri-elmi 

hipotezadan  fərqləndirilməsinin  mühüm  meyarıdır.  Düzdür,  bu  tələb 

hipotezanm həqiqiliyinə ciddi təminat vennəsə də, əsassız və yanlış 



50 


ideyaların  elmdən  kənarlaşdınimasına  imkan  yaradır.  8.  Hipotezanm 

məzmunu  deduksiya  yolu  ilə  açılmalıdır.  Bu,  o  deməkdir  ki,  hipoteza 

müşahidədən  və  ya  eksperimentdən  alman  empirik  faktlarla  tutuşdurula 

bilən  deduktiv  nəticələri  ehtiva  etmək  imkanına  malik  olmalıdır.  Yalnız 

yuxarıda  göstərilən  tələblərə  cavab  venuək  şərtilə  hipoteza  elmi 

nəzəriyyəyə  çevrilə  bilər.  Hipotezanm  nəticələri  aşağıdakı  şərtlərdən  heç 

olmazsa birinə cavab verməlidir: 1. Hipoteza vasitəsilə güman edilən səbəb 

bilavasitə  müşahidəyə  müyəssər  olmalıdır;  2.  Hipotezadan  çıxarılan 

nəticələr  eksperimentdə  təsdiqini  tapmalıdır;  3.  Hipotezanm  məzmunu 

səhih  və  təsdiq  olunmuş  müddəalardan  deduktiv  yolla  çıxarılmalıdır. 

Hipoteza  praktikada  yoxlanıldıqdan  sonra  səhih  mühakiməyə  çevrilir. 

Hipotezanm qərarlaşması və inkişafı mürəkkəb və çoxpilləli proses olub, öz 

inkişafında  3  mərhələdən  keçir:  1.  Faktiki  materialın  toplandığı,  in- 

duksiya və analogiya metodları əsasında onların müəy>'ən sahəsini izah edə 

biləcək  səbəbiyyət  haqqında  ehtimallı  müddəanın-fərziyyənin  irəli 

sürüldüyü dövrü əhatə edir. Bu mərhələdə əvvəlcə hadisənin və ya hadisələr 

qrupunun səbəbini araşdırmaq başlıca vəzifə kimi qarşıya qoyulur, həmin 

hadisə  əvvəlcə  təcrübə,  müşahidə,  eksperiment  vasitəsilə  müfəssəl  və 

hərtərəfli öyrənilir, onun baş verdiyi yer, vaxt və digər hadisələrlə əlaqəsi 

aydınlaşdırılır.  Yalnız  müfəssəl  araşdırmalardan  sonra  hadisəni  törədə 

biləcək  səbəb  haqqında  müəyyən  mülahizə  yürüdülür.  2.  Hipotezanm 

məntiqi inkişafının ikinci mərhələsini ehtimallı müddəadan deduktiv yolla 

müxtəlif  nəticələrin  çıxarılması  və  onların  təcrübi  faktlarla 

tutuşdurulmasmdan ibarətdir. 3. Hipotezin məntiqi inkişafının onun təsdiq 

və ya təkzib olunması ilə nəticələnən diqqətli yoxlanılmasından ibarətdir. 

Hipoteza  yalnız  praktikada  təsdiq  edildikdən  sonra  fərziyyə  olmaqdan 

çıxaraq elmi nəzəriyyəyə çevrilir. Hipotezanm həqiqiliyinin sübut edilməsi 

mürəkkəb və çoxpilləli proses olub, qnoseo- loji baxımdan onun praktiki 

təsdiqi  deməkdir.  Hipotezanm  təsdiqi  üçün  istifadə  olunan  «praktika» 

anlayışı isə insanın yalnız təbiət və cəmiyyəti dəyişdinnəyə doğru yönələn 

maddi-istehsal fəaliyyətini deyil, həm də elmin özünün inkişaf praktikasını 

təmsil  edir.  Elmi  idrakda  hipotezaların  rolu  böyükdür.  Bir  sıra  hallarda 

onlar  yeni  elmi  tədqiqatlara  başlanğıc  verməklə  mühüm  elmi  kəşflərə  də 

səbəb olurlar. Bu isə əsasən hipotezanm yoxlanıldığı, ehtimallı müddəadan 

(fərziyyə) mümkün nəticələrin  çıxanidığı  və onların obyektiv  gerçəkliyin 

faktları  ilə  tutuşdurulduğu  məqamlarda  baş  verir.  Kosmik  şüaların  kəşfi 

belə hadisələrə misal ola bilər. Məlumdur ki, kosmik şüalann kəşfi havanın 

elektrik  keçiricisi  olması  fərziyyəsinin  yoxlanılması  prosesində  baş 

vermişdir. Fizikada belə bir fərziyyənin irəli sürülməsinin səbəbi 

51 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə