Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   2   3   4   5   6   7   8   9   ...   149

11 
 
görürlər. Bununla da orqanizmin C vitamininə olan tələbatını təmin edirlər.  
Müasir  kosmetika  və  dermatologiya  sahəsində  Ģamın  tumurcuq  və  iynəyarpaqlarından 
hazırlanan  preparatlarla  uzun  sürən  sağalmaz  yaraların,  tezliklə  qaysaq  bağlayıb  yeni  epitel 
toxuması  ilə  bərpa  edilməsində,  yanıqlarda,  donvurmalarda,  ekzemaların  müalicəsində, 
soyuqdəymədə, tonusun artırılmasında və s. iĢlədilir.  
Bundan  əlavə  Ģamdan  hazırlanan  krem  və  məlhəmlərdən  (mazlardan)  əl  və  üz  dərisinin 
qidalandırılmasında,  ağız  boĢluğu  soyuqdəymələrində,  diĢlərin  dibində  baĢ  verən  qanaxmaların 
dayandırılmasında istifadə olunur.  
Slavyan xalqları dəridə olan ekzema və dəmrovun müalicəsində Ģamın qatran maddəsindən 
istifadə edirlər.  
Bolqarıstan kosmetoloqları Ģamdan hazırlanan dəmləmə, cövhər və vannalardan bir sıra dəri 
xəstəliklərinin  müalicəsində,  Çində  isə  dəri  və  ayaqlarda  əmələ  gələn  göbələk  xəstəliklərinin 
müalicəsində istifadə etməyi məsləhət görürlər.  
Xalq  təbabətində  Ģam  tumurcuğundan  hazırlanan  dəmləmə  və  cövhərindən  bədən 
boĢluqlarında  toplanan  suların,  bronxitin,  yuxarı  tənəffüs  yollarının  soyuqdəynəsində,  öd  kisəsi 
xəstəliklərində,  eləcə  də  qantəmizləyici  vasitə  kimi  dəri  xəstəliklərində,  maddələr  mübadiləsinin 
pozulmasında,  aybaĢı  zamanı  kəskin  qanaxmaların  qarĢısının  alınmasında,  raxit,  böyrəkdə,  sidik 
kisəsində olan daĢ və qumların təmizlənməsində geniĢ tətbiq edilir.  
ġamağacı iynəyarpaqlarından müalicə preparatlarının hazırlanması. 
Şam iynəyarpaqlarının külü  ilə diabetin müalicə edilməsi. 4 xörək qaĢığı kül götürüb 1 litr 
qaynar  suya  töküb  1  gün  ərzində  dəmləyin.  Sonra  ehtiyatla  süzüb,  gündə  3  dəfə  3  xörək  qaĢığı 
qəbul edin. Ġki həftə qəbul edib, 5 gün istirahət verdikdən sonra müalicəni yenidən təkrar edin. Ġl 
ərzində müalicə kursunu 5-6 dəfə təkrarlayın. Müalicə kursunu qəbul edən zaman keyfiyyətli qida 
məhsullarından istifadə etmək məsləhət görülür. 
Şam qatranı ilə soyuqdəymə və öskürəyin müalicə edilməsi. Bunun üçün birinci dəfə 2-3 q, 
sonra  isə  4-5  q  qətrandan  dilinizin  üstünə  qoyub,  yavaĢ-yavaĢ  sormağa  baĢlayın.  Qatranı  cökə 
Ģəklinə  salıb,  çeynəyə  də  bilərsiniz.  Bu  əməliyyat  yatanda  da  sizi  narahat  etməz.  Sonra  fitonsid 
nəfəs almanı yaxĢılaĢdırmaqla yanaĢı tənəffüs yollarını dezinfeksiya edəcəkdir. 
Şam  ağacı  oduncağının    kəpəyi  ilə  damar  ağrılarının  müalicə  edilməsi.  500  q  təzə  Ģam 
kəpəyindən götürüb 1,5 litr qaynar suya tökün. Ġsti yerə qoyub 2-3 saat cövhərini hazırlayın. Sonra 
isti halda ağrıyan nahiyəyə kompres kimi qoyun. Kompres soyuduqdan sonra sarğını açın.  
Doğranıb xırda hissələrə salınmış şam yarpaqları ilə qrip və soyuqdəymənin profilaktikası. 
ġam  yarpaqlarını xırda hissələrə doğrayıb, nimçəyə  və  yaxud qutuların içərisinə sərib xəstə yatan 
otağa qoyun.  
Şam  balışı  ilə  öskürək  və  kəskin  bronxitin  müalicəsi.  Tənzifdən  düzəldilmiĢ  balıĢ  üzü 
içərisinə  Ģam  yarpaqları  doldurub  üzərinə  ağ  Ģam  və  yaxud    adi  Ģam  Ģirəsi  damızdırın.  Bu  cür 
balıĢda  xəstə  bir  neçə  gün  yatdıqdan  sonra  sağalmağa  baĢlayacaqdır.  ġam  yarpaqlarının  1:1 
nisbətində propolislə qarıĢığı daha effektli müalicəvi təsir göstərəcəkdir.  
Şam  ağacı  oduncağı  tilişgəsi  ilə  dəmrovun  müalicəsi.  ġam  tiliĢgəsindən  hazırlanan 
qatrandan  götürüb  yandırın.  Sonra  söndürüb  tüstüsünü  dəmrov  olan  nahiyəyə  yönəldin.  7-8  dəfə 
aparılan əməliyyatdan sonra dəmrovun tamamilə sorulub sağaldığının Ģahidi olacaqsınız.  
Şam  ağacı  şirəsi  ilə  diş  dibinin,  soyuqdəymə  və  öskürəyin  müalicəsi.  Cavan  Ģam  ağacının 
qabığını  gövdəsindən  ayırın.  Qabıq  və  gövdənin  arasında  Ģirəli  və  dadlı  kambi  qatı  yerləĢdiyini 
görəcəksiniz. Onu gövdədən qaĢıyıb çıxardaraq, yavaĢ-yavaĢ çeynəyib, Ģirəsini udun.  
Qatrandan hazırlanmış qoğal ilə çətin sağalan irinli yaraların müalicəsi. Bir  və  yaxud bir 
neçə tikə Ģam qatranından götürüb, barmaqlarınızla əzib azca su əlavə edərək qarıĢdırıb qoğal halına 
salın.  Sonra  qoğalı  ağrıyan  yaranın  üzərinə  yaxıb  (qoyub)  sarıyın.  Sarğını  1-2  gün  saxlayıb  açın, 
azca istirahət verdikdən sonra əməliyyatı yenidən təkrar edin. Əməliyyatı yara tam sağalana qədər 
davam etdirin.  
ġam  ağacı  tumurcuqlarını  erkən  yazda  və  yaxud  qıĢ  dövründə  toplayır  və  qurudub 
saxlayırlar. QurudulmuĢ xammalın saxlama müddəti 2 ildir.  
 


12 
 
TAXILLAR – Poaceae Barnhart fəsiləsi  
Qarğıdalı – Zea mays L. 
 
Qarğıdalı Amerika qitəsinin yerli bitkisidir. ABġ qarğıdalının vətəni hesab edilir.  
Qarğıdalını  mədəni  halda  ABġ-ın  dəniz  səviyyəsindən  3500  m 
yüksəkliklərində və 2000 m-ə qədər hündürlükdə olan tropik zonalarında 
əkib-becərirlər.  
Qarğıdalı  qədimdən  mədəni  halda  becərilən  bitkilərdən  hesab 
edilir.  60  min  il  bundan  əvvəl  Meksika  ərazisində  qarğıdalı  saçaqları 
aĢkar  edilmiĢdir.  Bitki  1492-ci  ildə  Kolumb  tərəfindən  Avropaya 
gətirilmiĢdir.  Qarğıdalıdan  qida  məqsədləri  üçün  ilk  dəfə  Cənubi 
Amerikada yaĢayan hindu tayfaları istifadə edirmiĢ. 
Qarğıdalı  hündürlüyü  1-3  m-ə  çatan,  sarı-qırmızı  rəngdə  qıçaya 
malik olan birillik ot bitkisidir. Qarğıdalı dənli bitkilərin ən qədimi hesab 
edilir.  
Qarğıdalı qida əhəmiyyətindən baĢqa, müalicəvi təsirə malik olan 
bitki  hesab  edilir.  Belə  ki,  bitkidən  alınan  yağ  aterosklerozun  və  trombun  müalicəsində  iĢlədilir. 
Xalq təbabətində isə qarğıdalının diĢicik saçaqlarından istifadə edilir. 
Kimyəvi tərkibi. Qarğıdalı diĢiciyinin saçaqlarının tərkibində – 20,5% yağ, 0,12% efir yağı, 
3,8%  kitrə,  2,7%  qətran,  1,15%  acı  qlükozid  maddəsi,  3,18%  kriptoksantin, askorbin  və  pantoten 
turĢusu,  K  vitamini,  inozit,  həmçinin  sitosterol,  stiqmasterol  (C
29
H
48
O),  0,05%  məlum  olmayan 
alkaloidlər,  toxumlarından  isə  61,2%  niĢasta,  4,24,7%  yarımbərkimiĢ  yağ,  7,4%  pentazon,  B
1
,  B
2

B
6
  vitaminləri,  nikotin  və  pantoten  turĢuları,  zeaksantin  (C
40
H
56
O
2
)  kversetin,  izoksersitrin  və  s. 
maddələr aĢkar edilmiĢdir.  
Qarğıdalı  saçağı  öd  kisəsi  vəzisinin  sekresiya  fəaliyyətini  artırır,  ödün  qatılığını  azaldır, 
bilirubinin  miqdarını  aĢağı  salır,  trombositin  miqdarını  artırır.  Qarğıdalının  toxumlarının 
rüĢeymindən  alınan  yağ  öd  kisəsini  stimullaĢdırır  və  onun  tonusunu  artırır.  Beləliklə,  qarğıdalı 
həzm  sisteminin  fəaliyyətinin  normal  gediĢini  nizamlayır.  Qarğıdalı  saçaqlarından  alınan  maye 
ekstraktlardan, dənəvərləĢdirilmiĢ formalı preparatlardan ödqovucu, sidikqovucu, qankəsici, bundan 
əlavə  xolesistitin,  xolangitin,  hepatitin  və  s.  müalicəsində  geniĢ  istifadə  edilir;  saçaqlardan 
hazırlanan  dəmləmədən  uzun  müddət  qəbul  etdikdə  böyrəkdə,  sidik  və  öd  kisəsində  olan  daĢları 
əridib orqanizmdən təmizləyir, ateroskleroza qarĢı müalicəvi-profilaktik rol oynayır. 
Qarğıdalı saçaqlarından müalicəvi preparatların hazırlanması.  
Qarğıdalı  saçaqlarından  hazırlanan  preparatlar  soyuqdəymə,  ödqovucu  sidikqovucu,  qan 
bərpaedici,  arterial  qan  təzyiqinin  və  öd  ifrazatının  artırılmasında,  qanda  bilirubin  maddəsinin 
azaldılmasında tətbiq edilir.  
Sidik  kisəsində  olan  daĢların  əridilməsində.  2  çay  qaĢığı  doğranmıĢ  saçaqdan  2  stəkan 
qaynar suya tökün, su hamamına qoyub, 2 saat saxlayıb süzün. Ekstraktdan gündə 3 dəfə yeməyə 1 
saat qalmıĢ stəkanın 0,5 hissəsi qədər istifadə edin. Müalicə kursu yarım ildən az olmamaq Ģərti ilə 
aparılır.  
Xroniki  xolesistitin  müalicəsində.  2  xörək  qaĢığı  doğranmıĢ  qarğıdalı  saçaqlarından 
götürüb  stəkan  yarım  qaynar  suya  tökün,  qaynama  dərəcəsinə  çatdırıb  30  dəqiqə  saxlayın. 
Dəmləmədən gündə 2-3 dəfə 2 xörək qaĢığı yeməyə 15-20 dəqiqə qalmıĢ qəbul edin.  
Sistit və diabet xəstəliyi zamanı. 1 çay qaĢığı doğranmıĢ saçaqlardan 1 stəkan qaynar suya 
töküb vam od üzərində  1 saat qaynadıb süzün. Üzərinə su əlavə etməklə isti halda 1 stəkan həcminə 
gətirin. Dəmləmədən gündə 2-3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə yarım qalmıĢ qəbul edin.  
Ürək mənĢəli ĢiĢlərin müalicəsində. 1 xörək qaĢığı doğranmıĢ saçaqlardan 1 stəkan qaynar 
suya töküb, vam od üzərinə qoyun, 30 dəqiqə dəmləyin və 2-3 xörək qaĢığı bal qarıĢdırıb, 1 stəkan 
həcminə gətirin. Ekstraktdan gündə 3 dəfə yeməkdən qabaq 1-2 xörək qaĢığı qəbul edin.  
Kəskin hepatitdə əlavə bir vasitə kimi. 2 çay qaĢığı doğranmıĢ saçaqdan götürüb 1 stəkan 
qaynar  suya  tökün,  gündə  2-3  dəfə  yeməyə  15-20  dəqiqə  qalmıĢ  stəkanın  1/4  hissəsi  qədər  qəbul 
edin. Müalicə kursu 4-6 aydır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə