Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Б.Рассел. Мудрость Запада, с. 187



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə98/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   94   95   96   97   98   99   100   101   ...   540
1027 (1)

Б.Рассел. Мудрость Запада, с. 187. 

93 


IIL II-XİV əsrlərdə Qərbi Avropada fəlsəfə 

1.

 

Xristian fəlsəfəsinin formalaşması. 

Avqustin 

Xristianlığın büdpərəst politeizm (yun. «theos» - çox allahlı- 

lıq) ilə mübarizə apardığı dövrdə apologet (yun. «apologemai» - 

müdafiə 


edən) 

ədəbiyyat 

meydana 

gəlir. 


Apologet 

ədəbiyyatından  sonra  patristika  (lat.  «patres»  -  atalar,  yəni 

dini-ruhani  atalar)  yaranır.  Patristika  dedikdə  kilsə  atası 

adlananlann,  yazıçıla-  nn  əsərləri  nəzərdə  tutulur.  Bu  əsərlər 

xristian fəlsəfəsinin əsasını qoymuşlar. 

Qərbi Avropada  «kilsə atalan» sırasında xristian fəlsəfəsinin 

inkişafına  ən  çox  təsir  göstərən 

Avqustin

  (354-430)  olmuşdur. 

Skeptisizmin, Platonun, neoplatonizmin, həmçinin mani dininin 

(zərdüştlük  ilə  xristianlığın  sintezi)  Avqustinin  dünyagörüşünə 

təsiri  olmuşdur.  O,  yetkinlik  yaşlannda  xristianlığı  qəbul 

etmişdir. Avqustin ilahiyyata aid bir çox əsərlərin müəllifidir. Bu 

əsərlərdə  o,  Allahın  ali  varlıq  olduğunu  sübut  edirdi.  Onun 

fikrincə  insan  subyektiv  olaraq  sərbəst  hərəkət  edir,  lakin  nə 

edirsə, bunları onun vasitəsilə Allah edir. Özünün əzəli qəran ilə 

Allah  bəzi  adamlara  gələcək  əbədi  həyatda  xoşbəxt  yaşamaq 

səadəti bəxş edib, başqalanni isə daimi işgəncəyə məhkum edib. 

Xristianlıq  tarixində  məşhur  olan  Allah  tərəfindən  hər  kəsin 

taleyinin  əvvəlcədən müəyyən  edilməsi təliminin mahiyyəti elə 

bu  idi.  Avqustin  yerdəki  dünyanı  ikinci  kitab  adlandırır  və 

göstərirdi ki, onu Müqəddəs Kitabdan sonra oxumaq lazımdır. 

Başqa  xristian  alimləri  kimi  Avqustin  də  dünyada  şər 

qüvvələrin rolunu şişirdirdi. O, göstərirdi ki, dünyada şər və xeyir 

dualizmi yoxdur. Zərdüştün öyrətdiyi kimi iki müstəqil başlanğıc 

(şər  və  xeyir)  ola  bilməz.  İnsan  şəri  seçdi  və  Allahın  iradəsi 

əleyhinə çıxdı. 

Avqustin göstərirdi ki, bəşəriyyət tarixi iki barışmaz səltənətin 

mübarizə tarixidir. İşıq səltənəti ilə zülmət səltənəti, AI- 



94 


lah ilə şeytan arasında daim mübarizə gedir. Şeytan səltənətini 

Avqustin dövlət ilə, Allah səltənətini isə kilsə ilə bağlayırdı. 

Avqustin hesab edirdi ki, yalnız Allaha məhəbbət insanı əsl 

insan  edir,  onu  bütün  dünyadan  yüksəyə  qaldınr.  Hər  cür 

zorakılıq  —  istər  rəsmi  (dövlət  tərəfindən),  istər  qeyri-rəsmi 

(hiddətlənən  kütlə  tərəfindən)  -  Yer  üzündəki  çatışmazlığın 

təzahürüdür.  Avqustinin  fikrincə,  kilsə  simasında  özünü 

göstərən  mənəvi  hakimiyyət  Yerdə  olan  hakimiyyət  növüdür, 

hamı, həm sadə insanlar, həm də hökmdarlar ona tabe olmalıdır. 

Siyasət və sosial tərəqqi Avqustində sırf teoloji mahiyyət kəsb 

edir. 

Avqustinə  görə  zaman  indi  mövcuddur  və  onun  üç  aspekti 



var.  İndiki  zaman  öz-özlüyündə  həqiqi  mövcud  olan  yeganə 

vaxtdır.  Keçmiş  yaddaşda  yaşayan  indiki  vaxtdır,  gələcək  isə 

indi  gözlənilən  zamandır.  Bu  nəzəriyyədə  əsas  məsələ  Allah 

tərəfindən  yaradılan  varlıq  kimi  insanın  əqli  təcrübəsinin  bir 

hissəsi  olan  vaxtın  subyektiv  xarakter  daşıdığını  xüsusi  qeyd 

etməkdir. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə