Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


З.Фрейд. Психологические гподы. В ки.: З.Фрейд. Тотем и табу. М.. «Олимп»



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə313/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   309   310   311   312   313   314   315   316   ...   540
1027 (1)

З.Фрейд. Психологические гподы. В ки.: З.Фрейд. Тотем и табу. М.. «Олимп». 

1997. С.444.



 

279 


məntiq  anlayışlann,  mühakimələrin,  əqli  nəticələrin,  ideyaların, 

nəzəriyyələrin  formalaşmasını  və  dəyişməsini  onlann  tarixi 

inkişafının və qarşılıqlı təsirinin  dialektikası  baxımından tədqiq 

edir.  Müasir  məntiqçilərin  əksəriyyəti  müstəqil  «dialektik 

məntiq» elmini inkar edirlər. 

1.5.

 

Həqiqət haqqında təlim 

Həqiqətə  doğru  daimi  cəhd  fəlsəfənin  sırf  abstraksiyalara 

çəkilməsinə, ağılın lazımsız oyununa çevrilməsinə imkan vermir. 

Fəlsəfi  müdriklik  daim  həqiqət  axtaran  proses  kimi  heç  vaxt 

dayana  bilməz.  Həqiqətə  nail  olmaq  deyil,  onu  axtarmaq 

fəlsəfənin məqsədidir. 

Həqiqət  əksəriyyət  tərəfindən  qəbul  edilən  bilik  deyil.  Hələ 

İbn Rüşd demişdi: «Nəyinsə həqiqilik şərti onun hamı tərəfindən 

etiraf edilməsi deyil. Axı, hamı tərəfindən etiraf edilmə, hamıya 

məlum  olmaqdan  başqa  bir  şey  deyil.  Nəyinsə  hamı  tərəfindən 

etiraf  edilməsindən  qətiyyən  nəticə  çıxmır  ki,  həmin  nə  isə  öz- 

özlüyündə həqiqidİD)."“^ 

Həqiqət haqqında müxtəlif fikirlər mövcuddur: həqiqət əşya 

və hadisələrin insan şüurunda adekvat, xarici aləmə tam uyğun və 

praktikada  təsdiq  olunan  inikasıdır  (əks  olunmasıdır);  həqiqət 

obyektivdir,  belə  olmasa  o  həqiqət  ola  bilməz;  həqiqət  ideal 

hadisədir,  çünki  o  fikrin  xassəsidir,  bütün  fikirlər  isə  idealdır; 

həqiqət  -  təfəkkür  və  varlığın  eyniliyidir.  Belə  eynilik  Hegel 

tərəfindən  rasional,  nəzəri  formada  təfəkkürün  öz  daxilində 

həyata keçirilir; həqiqət yalnız Allahdır və s. 

Ontoloji  nəzəriyyələr  həqiqəti  faktlara  uyğun  gəlmək  kimi 

nəzərdən  keçirir;  qnoseoloji  nəzəriyyələr  isə  həqiqəti  bizim 

təfəkkürün  -  bilik  və  inamın  xassəsi  hesab  edir.  Daha  bir  fikrə 

görə bir həqiqət bizim üçün kifayət deyil, biz daha dərin və yeni 

həqiqət istəyirik, çünki biz hər şeydən əvvəl öz problemlərimizə 

cavab  axtannq.  Bir  çox  filosoflar,  xüsusən  materialistlər  hesab 

edirlər  ki,  həqiqət  yalnız  konkret  ola  bilər,  konkret  olmayan 

həqiqət ümumiyyətlə yoxdur. Belə bir fikir də var ki, konkret 

Aeeppoəc. OnpoBep5KeHne onpoBepjKeHiiJi. KncB-Criö, 1999, c.l3. 

280 



bilik  məkan  və  zaman  daxilində  məhdudlaşmalıdır.  Həqiqətin 

konkret olması o deməkdir ki, həqiqətin öz sərhəddi var, buradan 

kənarda o artıq həqiqət deyil, çünki bu halda o özünün əksi olan 

yanlışlığa  çevrilir.  Bəzi  filosoflar  isə  inandırmağa  çalışırlar  ki, 

yalnız  hissi  qavrayışla  qəbul  edilən  ayn-ayn  əşya  və  hadisələr 

haqqında bilik, yəni empirik bilik konkret ola bilər. 

Görkəmli  fizik 

Maks  Plank

  (1858-1947)  məsələnin 

praqmatik  tərifini  bir  qədər  şişirdərək  göstərirdi  ki,  «elmi 

ideyanın  əhəmiyyəti  çox  hallarda  onun  məzmununun 

həqiqiliyində deyil, dəyərində 

yerləşİD).'*’

 

İdrak  hadisəsi,  əlbəttə  qiymətləndirilməlidir.  Dəyər 



münasibəti idrak üçün qaçılmazdır, çünki idrak sonra praktikaya 

keçə bilər. Həqiqi qiymət mühakimə vasitəsilə verilən qiymətdir, 

çünki  mühakimədə  hər  hansı  obyektə  bəzi  xassələrin  və 

münasibətlərin  nə  dərəcədə  aid  olması  və  ya  olmaması  təsdiq 

edilir.  Mühakimənin  həqiqət  haqqında  müxtəlif  qiymətləri  ola 

bilər, yəni nəticənin həqiqi, yanlış, qeyri-müəyyən, mənasız və s. 

olması təsdiq edilir. 

Məntiqdə, 

bir 

qayda 


olaraq, 

həqiqətin 

xassəsini 

müəyyənləşdirən  sahə  kimi  yalnız  mühakimə  qəbul  edilir. 

Təfəkkürün  formal  məntiq  tərəfindən  öyrənilən  əsas  qanun  və 

formalan  həqiqətən  də  təfəkkürün  düzgünlük  kriterisidir, 

fikirlərin bir- biri ilə uzlaşması kriterisidir. Məntiq heç bir aralıq 

qərannı qəbul etmir; ya həqiqət, ya da yanlışlıq, ya hə, ya da yox. 

Həqiqət və yanlışlıq bir-birinə daban-dabana zidd olan tərəflərdir 

ki, biri o birini istisna edir. 

Əl-Qəzali  demişdir:  «Həqiqətin  məntiqi  yolla  üzə  çıxanl- 

ması idrak deməkdir. Özünü belə vəziyyətə gətirmək həmin anı 

bilavasitə  yaşamaqdır.  Xoş  niyyətlə  başqalan  ilə  söhbətdən  və 

onlann  təcrübəsindən  əldə  edilməsi  mümkün  olan  isə  - 

inamdır».“** 

Bir  şey  haqqında  çox  həqiqətlər  ola  bilməz.  Bu  mənada 

həqiqət birdir, yanlışlıq isə müxtəlifdir. K.Popper deyirdi ki, elmi 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə