Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   7   8   9   10   11   12   13   14   ...   164

23 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
ŞÜKÜR MƏMMƏDOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:
 
1(091) 
FEODALİZMİN SON MƏRHƏLƏSİNDƏ SƏFƏVİLƏR 
İMPERİYASINDA MÜXALİFƏTÇİ SİYASİ-HÜQUQİ TƏLİMLƏR 
 
Açar sözlər: dini ideologiya, nöqtəvilik, müxalifətçi təlimlər, panteist baxışlar  
Key words: Religious ideology, neutraids, oppositional studies, pansteistic views  
Ключевые слова: религиозная идеология, ноктавия, оппозиционные  ученые
пантеистические взгляды 
Orta əsrlərin son mərhələsi hesab elilən XVII əsrin ilk onilliklərində Səfəvilər imperiyasında 
feodal  zülmü,  ağır  vergi  və  mükəlləfiyyətlər  son  dərəcədə  artdı.  I  Şah  Abbasın  apardığı 
köçürmələrin,  fasiləsiz  müharibələrin,  hərbi  yürüşlərin  bütün  ağırlığı  xalq  kütlələrinin  üzərinə 
düşür, onların sosial hüquqsuzluğunu artırır, iqtisadi vəziyyətini daha da ağırlaşdırırdı. Bu səbəbdən 
də geniş kəndli kütlələrinin və şəhər yoxsullarının artan narazılıqları, antifeodal hərəkatları özlərinin 
ideya-nəzəri əsası olan müxtəlif təriqətçi təlimlərdə, siyasi-hüquqi baxışlarda əks olunurdu. 
Bəhs  edilən  dövrdə  Qərb  dünyasında  olduğu  kimi,  İslam  Şərqində  də  hakim  dini 
ideologiyadan  kənarda  heç  bir  düşüncə  tərzi,  müstəqil  təlim  və  baxışlar  sistemi  mümkün  deildi. 
Rəsmi islam ideologiyası həm hakim feodal sinfinin, həm də onların zülmü və istismarı altında olan 
məzlum kütlələrin varlığına hakim kəsilmişdi. Başqa sözlə deyilərsə üsyan edən məzlum təbəqələr 
də, onların hər cür narazılığını qan içində boğan feodal hakimlər də öz hərəkətlərini dini ehkamlarla 
əsaslandırmağa  çalışırdılar.  Lakin  fərq  burasındadır  ki,  hakim  ortadoks  dini  təlim  həmişə  feodal 
sinfinə xidmət etdiyi halda, müxtəlif təriqətçi dini təlimlər, nəzəriyyələr məzlum kütlələrin arzu və 
istəklərini ifadə edirdi. Beləliklə mövcud feodal dövlət quruluşuna qarşı çevrilmiş təriqətçi təlimlər 
eyni  zamanda  həm  də  rəsmi  dini  ideologiyaya  qarşı  yönəlmiş  olurdu.  Buna  görə  də  təriqətçi 
hərəkatlar  hər  yerdə  hakim  dini  ideologiya  tərəfindən  küfr  hesab  edilir,  onların  boğulmasında 
dövlətlə rəsmi ortadoks qurumlar birgə hərəkət edirdilər. 
Geniş kütlə mövcud quruluşdan və ağır sosial-iqtisadi vəziyyətlərindən nə qədər narazı olsalar 
da  belə  dinsiz  kimi  tanıdıqları  müxalifət  liderinin  arxasınca  getməzdilər.  Ona  görə  də  bütün 
antifeodal  hərəkatlar dini  bayraq və şüarlar altında  gedir, onların  rəhbərləri dini örtüyə bürünmüş 
olurdular. Hətta Səfəvi xanədanının nümayəndələri kimi, bəzi müxalifətçi təlimlərin nümayəndələri 
də (məs: Fəzlullah Nəimi) özlərinin peyğəmbər nəslindən olduqlarını iddia edirdilər. 
XIV-XV  əsrlərdə  Cənubi  Azərbaycan,  Xorasan  Kaşan,  və  bir  çox  digər  ərazilər  həmin 
dövrlərin  Hülakilər,  Teymurilər,  Qaraqoyunlular,  Ağqoyunlular  dövlətlərinin  tərkibinə  daxil  olub, 
dini-siyasi hərəkatlar üçün olduqca həssas bölgələr idi. Bu yerlərdə öz zamanlarında olduqca geniş 
yayılmış Sərbədolər, Hürufilər, digər müxtəlif təriqətçi təlimlərin ideyaları kütlələr içərisində hələ 
də yaşayırdı. 
XVI  əsrdə  teokratik  Səfəvilər  imperiyasının  meydana  gəlməsi  ilə  mövcud  siyasi-dini 
təriqətlərin,  cərəyanların  yeni  ayrılmaları  baş  verdi.  Həmin  təriqət  və  cərəyanların  müəyyən  bir 
qismi  hakim  qızılbaş  məfkurəsi  ilə  tədricən  çulğalaşdı.  Digər  qisminə  daxil  olanlar  isə  həmin 
məfkurəyə  qarşı  çıxır  və  bidətçi  kimi  qiymətləndirilirdi.  Səfəvi  dövlətində  qızılbaş  ruhaniləri  hər 
cür  azad-fikirliliyi  fanatikcəsinə  təqib  edirdilərsə,  onun  hüdudlarından  kənarda  qızıl-başlıq 
bəktaşiliklə birlikdə müxalifət hesab edilirdi. 
Bütün  təbliğata,  cəza  və  edamlara  baxmayaraq,  Səfəvi  imperiyasında  hakim  qızılbaş 
ideologiyası  yeganə  siyasi  baxışlar  sistemi  deyildi.  Gizli  və  aşkar  şəkildə  müxtəlif  müxalifətçi 
təlimlər:  qələndərilik,  nöqtəvilik,  hürufilik,  rövşənilik,  əliallahılıq  və  s.  təbliğ  olunurdu.  İfrat  şiə 
təriqətçiliyi  qalmaqda  davam  edirdi.  XVI  yüzilliyin  əvvəllərində  Səfəvilərin  arxalandığı  şəhər 


24 
əhalisi, XVII əsrin əvvəllərində  «heydəriyyə» adlanan və asketizmi təbliğ edən sufi təşkilatlarına, 
panteist meyilli «nemətullahiyyə» təliminə meyl edirdilər. 
XVII  əsrin  məşhur  Azərbaycan  tarixçisi  İsgəndər  bəy  Türkmanın  (Münşinin)  «Tarixi-
aləmarayı-Abbasi»  salnaməsindən  göründüyü  kimi,  1455-ci  ildə  qələndərlərin  və  cəmiyyətin  tör-
töküntülərinin  bir  dəstəsi»  yeni  dini  təlimlərlə  çıxış  edərək  Şah  Təhmasibi  İmam  Mehdinin 
təcəssümü kimi qələmə verməyə cəhd edirdi. Başlanmış hərəkat elə geniş miqyas almışdı ki, Səfəvi 
hökmdarı onu yalnız üsyan rəhbərlərini edam etdirdikdən sonra yatıra bilmişdi»(1, s.340) 
XVI-XVII  yüzilliklərdə  Səfəvilər  dövlətində  rəsmi  qızılbaş  təliminə  qarşı  müxalifətdə 
dayanan, elə bu səbəbdən də amansızcasına təqib olunan, geniş yayılmış bidətçi cərəyanlardan biri 
də nöqtəvillik idi. Nöqtəviliyin ilkin təşəkkülü hələ XIV əsrə-hürufiliyin böyük ideoloqu Fəzlullah 
Nəimi  dövrünə  gedib  çıxır.  Nöqtəviliyin  əsas  prinsipləri  Nəiminin  şagirdi  Mahmud  Pəsihani 
tərəfindən irəli sürülmüşdü. Zaman-zaman genişlənən bu təlimin tərəfdarları XVI əsrin sonlarında 
daha  da  artmışdı.  Çoxsaylı  ziyalılar  və  sənətkarlar  bu  hərəkata  qoşulmuşdular.  XVII  əsrin  ilk 
onilliklərində  dərviş  Xosrov  Qəzvini,  Yusif  Tərkeşduz,  dərviş  Kiçik  Qələndər  təlimin  görkəmli 
rəhbər xadimləri idilər. XVI əsrdəH etibarən Azərbaycanda da nöqtəvilik təriqəti yayılmışdı. Budaq 
bəy Din oğlu Ustaclı, həkim Süleyman Səvaci və başqaları tanınmış nöqtəvi liderləri idi. 
Materialist  meylli  panteist  baxışlar,  rasionalizm  və  islamın  bir  çox  ehkamlarına  qarşı 
çıxılması  nötəvilliyin  xarakter  cəhətləri  idi.  Yuxarıda  deyildiyi  kimi,  «Təlimin  banisi-bir  vaxtlar 
Fəzlullah  Nəiminin  ardıcıllarından  olan,  lakin  sonralar  ondan  uzaqlaşan  Mahmud  Pəsixani 
olmuşdur»(9). Onun yaratdığı təriqət hürufilikdən xeyli dərəcədə fərqlənirdi. «Hürüfilərdən ayrılan 
nöqtəvilərə görə varlıq hərflərdən deyil, nöqtədən başlayır. Bütün sirlər nöqtədədir. Nöqtə öz içində 
sonsuzluğu daşımaqdadır. Nöqtənin açılıb yumulması, zamanı meydana gətirir. An, bir nöqtədir. Bu 
nöqtə  uzadıldığında  sonsuza  uzanan  bir  xətt  meydana  gəlir.  Hərflər  də  bu  xəttin  üstündə  yazılır. 
Nöqtəvilərə  görə  hürufilik  nöqtənin  sirlərini  görə  bilməmişdir.  Nöqtə  hərfdən  əvvəldir.  Bu  xətt 
üzərində  bir  nöqtə  əsas  alınır.  O  nöqtə  mərkəz  olmaq  üzrə  bir  dairə  cızacaq  olsaq,  bu  dairənin 
diametrinə zaman adı verilir. An, 18 min aləmi özündə toplayan nöqtədir. Mütləq zaman anlayışı da 
nöqtədə birləşər. Həyat mütləq zaman içində sona çatdığı üçün nöqtənin içində var olub və nöqtənin 
içində  ölürük.  Allaha  bağlanışımız  da  bir  nöqtədir.  Bu  nöqtənin  içi  və  dışı  Tanrı  ilə 
çevrələnmişdir»(10). 
Nöqtəvilər  dünyanı  (aləmi)  əzəli  olaraq  mövcud  sayır,  dünyada  olan  bütün  varlıqları  sonda 
nöqtəyə  çevrilən  birlikdə  (vəhdətdə)  görürdü.  Bu  nöqtə  də  öz  növbəsində  yerlə  eyniləşdirilirdi. 
Beləliklə nöqtəvilərə görə hər şey torpaqdan yarandığı üçün, torpağı bir nöqtə saymaq lazım gəlir. 
İctimai-siyasi  baxışları  etibarilə  nöqtəvilər  feodal  rejimini  pisləyir,  islam  ehkamlarını  qeyd-
şərtsiz  hökmfərma  sayan  idarəçilik  sistemini  tənqid  edir,  azadfikirliliyə  meydan  verilməsini, 
insanların  mənəvi-əxlaqi  təkamülünü,  hüquqi  bərabərliyini,  sosial  ədaləti,  cəmiyyətin  yenidən 
qurulmasını vacib sayırdılar. Mənbələrə görə, nöqtəvilər Quranı fərqli tərzdə şərh edir, O dünyaya, 
cənnət  və  cəhənnəmə  inanmırdılar.  Canlıların  bir-birinə  dönüşməsinə,  yəni  tənasüxə  inanırdılar. 
Nöqtə  vilik  təlimində  Mehdinin-insanları  dünyanın  şərindən  və  zorakılıqından  qurtaracaq 
xilaskarın-gələcəyinə  inam  böyük  yer  tuturdu;  insan  ilahiləşdirilir,  ona  öz  taleyini  və  dünyanın 
taleyini həll etmək qabiliyyəti aid edilirdi. 
Nöqtəvi dərvişləri insanları inandırmağa çalışırdılar ki, pis də, yaxşı da məhz bu dünyadadır. 
Əsl  səadətə,  azad,  xoşbəxt  həyata  çatmaq  üçün  mübarizə  aparmaq  gərəkdir.  Feodal  idarəetmə 
üsulunu tənqid edən nöqtəvilər insanları öz azadlıqları, hüquqları uğrunda mübarizəyə səsləyirdilər. 
Bir  yandan ağlı, o biri  yandan da real həyatı, təbiəti, varlığın  canı hesab edən nöqtəvilik öz 
inqilabi  ruhunun  və  rəsmi  din  təsəvvürlərə  qarşı  barışmazlığının  dərəcəsinə  görə  hətta  hürufiliyin 
bir çox başqa qollarına nisbətən daha ardıcıl, daha radikal idi. Hürufiliyin əsasında təşəkkül tapan, 
ancaq  daha  bidətçi  və  inqilabi  təlim  olan  nöqtəviyyənin  ictimai-siyasi  mahiyyəti  barədə  İ.Münşi 
yazırdı: «Nöqtəvilər hükəmaya əsaslanıb, dünyanı qədim dünya sayırlar və qətiyyən məşhər gününə 
və  qiyamətdə  ölülərin  diriləcəklərinə  inanmırlar,  yaxşı  və  pis  əməllərinin  mükafatını  dünyanın 
rifahında və pis günündə görür, behişt və cəhənnəmi də öz dünyaları ilə əlaqələndirirlər» (8, s.806). 
XVI əsrin II yarısına doğru nöqtəvi hərəkəti xeyli genişləndi, Kaşan, Şiraz, Qəzvin və başqa 
əraziləri  bürüdü.  Nöqtəvilər  bir  çox  sənət  adamlarını  özlərinə  cəlb  etmiş,  hətta  Şah  Təhmasibin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə