Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   2   3   4   5   6   7   8   9   10   ...   164

15 
xüsusi qadağalara məruz qaldı. Franko regional və yerli özünüidarəetmə institutlarını ləğv, milli və 
regional  partiya  və  təşkilatları  qadağan  etdi.  Lakin  bu  siyasət  əks-təsir  doğurdu,  Kataloniya  və 
Basklar ölkəsində regional hökumətlərin bərpa edilməsinə dair çıxışlar gücləndi, sonuncuda siyasi 
məqsədlərə çatmaq üçün terrorizmi vasitə seçən hərəkat yarandı.  
Diktatorun ölümündən (1975, noyabr) sonra ictimai-siyasi həyatın demokratikləşdirilməsinə 
başlanıldı.  İspaniya  konstitusiyalı  monarxiya  oldu.  Demokratikləşmə  prosesinin  başlanması 
dövlətin  milli-ərazi  prinsip  üzrə  təşkili  problemlərini  aktuallaşdırdı.  İspaniyada  milli  və  regional 
hərəkatların başlanması müxtəlif səbəblərlə bağlı idi: 1) Onları XX əsrdə Kataloniya, Basklar ölkəsi 
və  Qalisiya  kimi  regionların  ənənəvi  milli  problemləri  stimullaşdırmışdı.  Frankizmin  milli  dil  və 
mədəniyyətlərə  münasibətdə  diskriminasiya  siyasəti  bu  regionlarda  müqavimət  hərəkatına  güclü 
impuls  vermişdi;  2)  Regionların  əhalisi  üçün  aydın  idi  ki,  demokratikləşmə  əks-mərkəzləşdirmə, 
səlahiyyətlərin bölüşdürülməsi olmadan mümkün deyil: çünki mərkəz deyil, yerli orqanlar həlli ilə 
məşğul olduqda, regional problemlərin daha uğurlu və effektiv həlli mümkündür; 3) Sosial-iqtisadi 
inkişafdakı  çoxdan  mövcud  olan  disproporsiya  milli  və  regional  hərəkatların  yüksəlişinə  təsir 
göstərirdi.  Varlı  regionlar  düşünürdü  ki,  muxtariyyət  onlara  öz  yüksək  statusunu  qorumamağa  və 
vəsaitlərin kasıb regionlarla bölüşdürülməməsinə imkan verəcək. Öz növbəsində kasıb regionların 
əhalisi fikirləşirdi ki, muxtariyyət onlara geriliyi aradan qaldırmağa, iqtisadi yüksəlişə nail olmağa 
şərait yaradacaq [1, s. 165; 3, s. 71].  
Lakin  qarşıda  hələ  qanuni  baxımdan  hakimiyyətin  bölüşdürülməsi  üçün  uzun  bir  yol 
dururdu. “Muxtar cəmiyyətlər sisteminin əsl  əhəmiyyəti  yalnız  İspaniyanın  sənayeləşmə  cəhətdən 
inkişafı  kontekstində  dəyərləndirilə  bilər”di.  Belə  ki,  regional  muxtariyyətlərin  inkişafı  keçid 
dövrünün ən vacib, mahiyyətinə və həcminə görə inqilabi komponentlərindən biri idi [12, s. 148]. 
İspaniyada  muxtariyyətləşmə  prosesi  iki:  muxtariyyətləşməyə  qədərki  (1976-1978)  və  muxtar 
qurumların institusionallaşdırılması (1978-1983) mərhələlərinə ayrılır. Bu dövrdə tarixi vilayətlərə 
muxtariyyət statusunun verilməsi demokratiyanın güclənməsinə gətirib çıxarmışdır [16, s. 444-464]. 
Belə ki, faktlar ən “problemli” regionlarda belə vətəndaşların muxtariyyət sistemindən yüksək və ya 
nəzərəçarpacaq  dərəcədə  razılığını  göstərir.  Narazılıq  muxtariyyətləşmə  prosesi  ilə  deyil,  siyasi 
partiyaların və elitanın mövqeləri ilə bağlıdır. Bu əsas amilə iki böyük ispan partiyasının – Xalq və 
Sosialist Fəhlə partiyalarının ölkənin ərazi quruluşu modelindən kifayət dərəcədə razı qalmadığı da 
əlavə edilməlidir [21, s. 255-276].  
Mərkəzləşdirilmiş  unitar  dövlətin  əks-mərkəzləşdirmə  idarəçiliyi  sistemi  ilə  əvəz 
edilməsinin vacibliyini başa düşən A.Suaresin ilk islahatçı və demokratik hökuməti milli azlıqların 
muxtariyyət  hüquqlarını  dərhal  tanıdı.  1977-ci  ildə  Kataloniyada  mərkəzə  məxsus  olan 
funksiyaların bir qisminin verildiyi  İcraiyyə komitəsi  yaradıldı. 1978-ci ildə isə Basklar ölkəsində 
müvəqqəti  muxtar  hökumət  (Baş  şura)  yaradıldı,  Qalisiyaya,  Araqona,  Kanar  adalarına, 
Valensiyaya,  Andalusiyaya,  Balear  adalarına,  Estramaduraya,  Kastiliyaya,  Leona,  Mursiyaya, 
Asturiyaya,  Kastiliya-La  Mança  muxtariyyət  öncəsi  səlahiyyətlər  verildi.  “Muxtariyyət  öncəsi 
səlahiyyətlər”  anlayışı  –  yeni  Konstitusiyanın  qəbulunadək  muxtariyyətin  müvəqqəti  xarakter 
daşıdığını  bildirir,  yalnız  icra  hakimiyyəti  sahəsində  muxtariyyətə  yol  verir,  yerli  parlamentlərin 
yaradılması  nəzərdə  tutulmurdu.  İspaniya  hökuməti  “muxtariyyət  öncəsi”  orqanların  qərarlarını 
dayandırmaq hüququnu özündə saxlayırdı” [3, s. 73].  
1978-ci  il  dekabrın  6-da  keçirilən  referendumda  yeni  İspaniya  Konstitusiyası  qəbul  edildi. 
Konstitusiyaya  “millətlər”  anlayışı  daxil  olundu  və  beləliklə,  Krallığın  çoxmillətli  dövlət  olduğu 
təsdiq  edildi.  Konstitusiya  dövlətlə  muxtar  icmalar  arasında  səlahiyyətlərin  bölünməsi  sistemini 
müəyyən  etdi  və  iki  növ  –  milli-ərazi  (regional)  və  yerli  (inzibati)  muxtariyyətin  mövcudluğunu 
konkretləşdirdi. Kastiliya dili ölkənin rəsmi dili elan edildi. Hazırda bütün “milli” regionlarda ispan 
dilini bilmək məcburidir və buna görə ispan dili yalnız de-yure deyil, həm də de-fakto dövlət dilidir. 
Muxtar  region  öz  statutuna  uyğun  olaraq  öz  dilini  ərazisində  rəsmi  dil  elan  edir.  Konstitusiya 
ölkənin dil müxtəlifliyini xüsusi hörmətə layiq və müdafiə altında olan mədəni irs  elan edir. Milli 
regionlara öz bayraqlarına və gerb nişanlarına malik olmaq hüququ tanınır. Muxtariyyətin rəmzləri 
dövlət  təşkilatlarında  və  rəsmi  tədbirlərdə  İspaniyanın  dövlət  bayrağı  ilə  yanaşı  istifadə  olunur 
(maddə 4) [13, s. 4].  


16 
“Ərazi muxtariyyəti” anlayışı altında “milli və regional muxtariyyətlər” başa düşülür. Onlara 
muxtariyyət əsasnamə ilə muxtar icmalar formasında verilir. Bu status dövlətin vahidliyi prinsipinə 
maksimum uyğun olan muxtar qərarların qəbul edilməsi dərəcəsini müəyyən edir. Muxtar icmalar 
öz  qanunvericiliyinə,  nümayəndəli  və  icra  hakimiyyəti  orqanlarına  malikdir.  “Yerli  muxtariyyət” 
anlayışı  altında  yerli  korporasiyaların  siyasi  qərarlar  qəbul  etmək  funksiyası  tələb  etməyən 
maraqlarının tanınması başa düşülür. Belə muxtariyyət öz qanunvericiliyinə malik deyil [6, s. 123-
125;  15,  s.  199-200].  Konstitusiya  muxtariyyət  statusu  əldə  etməyin  iki  yolunu  göstərir:  “sürətli” 
(maddə 151) və “tədricən” (maddə 143). Bu iki yol reallıqda da öz əksini tapdı  – ənənəvi muxtar 
qurumlar (Kataloniya, Basklar ölkəsi, Qalisiya) və inzibati qaydada yaradılan və hətta hərdən eyni 
əyalət daxilində mövcud olan muxtariyyətlər (Madrid, La-Rioxa, Mursiya) yarandı [1, s. 167]. Adi 
rejimli  və  ya  “tədricən”  yaranan  muxtar  icmalar  muxtariyyətin  bütün  hüquq  və  səlahiyyətlərini 
yalnız 5 illik müddət başa çatdıqda əldə edirdi.  
Konstitusiya  xüsusi  regional  muxtar  birliklərə  geniş  muxtariyyət  hüquqları  verilməsini 
nəzərdə  tutur.  Belə  birliklər  bir-biri  ilə  həmsərhəd,  ümumi  tarixi,  mədəni  və  iqtisadi  inkişaf 
xüsusiyyətlərinə  malik  olan  əyalətlər,  həmçinin  vahid  tarixi  vilayəti  təşkil  edən  ada  əraziləri  və 
əyalətləri tərəfindən yaradıla bilər (maddə 141). İspaniyada muxtariyyətin iki növü vardır: inzibati 
və  milli-ərazi.  Buna  görə  də  İspaniya  ölkənin  tərkib  hissələrinə  əhəmiyyətli  muxtariyyət  statusu 
verən,  lakin  federasiya  subyektləri  kimi  müstəqilliyə  malik  olmayan,  bununla  da  onu  sərt 
mərkəzləşdirilmiş unitar dövlətlərdən fərqləndirən regionalist dövlətdir.   
Hər  iki  halda  muxtariyyət  haqqında  məsələnin  qoyuluşu  təşəbbüsü  siyasi  elitadan  – 
deputatlardan,  siyasi  partiya  və  alt  parlamentlərin  nümayəndələrindən  gəlməli,  əsasnamə  layihəsi 
isə yerlərdə partiya və hərəkatların, aralıq hökumət orqanlarının təmsilçilərindən təşkil edilən xüsusi 
assambleyalar  tərəfindən  hazırlanmalı  idi.  İnzibati  muxtariyyətə  malik  regionlar  birləşmiş 
əyalətlərin əyalət şuralarının və bələdiyyə şuralarının 2/3-sinin təşəbbüsü ilə yaradılırdı. Daha sonra 
əyalət  şuraları,  həmin  əyalətlərdən  korteslərə  seçilmiş  deputat  və  senatorlardan  ibarət  təsis 
assambleyası  muxtariyyətin  statututunun  layihəsini  hazırlayır  və  onu  qanunvericilik  təşəbbüsü 
qaydasında  Baş  korteslərə  təqdim  edirdi.  Milli-ərazi  muxtariyyəti  ilə  bağlı  təşəbbüsü  isə 
əyalətlətlərin  şuraları  və  bələdiyyə  şuralarının  3/4-ü  dəstəkləməli,  əsasnamə  layihəsi  isə 
ümumregion  referendumunda  qəbul  olunmalı  idi.  Daha  sonra  həmin  əyalətlərdən  Baş  korteslərə 
seçilmiş  deputatlar  və  senatorlar  muxtariyyətin  statutunu  hazırlamaq  və  təsdiqləmək  üçün 
müəssislər assambleyası təşkil edirdi. Bunun ardınca Deputatlar konqresinin xüsusi komissiyasında 
layihəyə  baxılır  və  yekun  şəkildə  hazırlanırdı.  Növbəti  mərhələdə  statutun  layihəsi  gələcək 
muxtariyyəti  təşkil  edəcək  regionda  keçirilən  referendumda  sadə  səs  çoxluğu  ilə  bəyənildikdən 
sonra statutun layihəsi baxılmaq və təsdiqlənmək üçün Baş korteslərin palatalarına təqdim edilir və 
hər iki palata tərəfindən bəyənildikdən sonra hüquqi qüvvə alırdı.  
Statut layihəsi parlamentin hər iki palatası tərəfindən muxtariyyət haqqında orqanik qanun 
şəklində təsdiq edilir və statut ümumispan qanunvericiliyinin tərkib hissəsi və muxtar vilayətin əsas 
hüquqi aktı olur (maddə 147). Muxtariyyətlərin statutları birliyin daha çox tarixi görünüşünə uyğun 
adını,  ərazisinin  sərhədlərini,  rəsmi  adını,  strukturunu  və  muxtar  təsisatların  yerləşdiyi  yeri, 
Konstitusiya çərçivəsində səlahiyyətləri və ona müvafiq xidmətləri göstərməyə verən əsasları ehtiva 
edir. İnzibati muxtariyyətin əsasnaməsində onun qəbul edilməsindən 5 il ötdükdən sonra dəyişiklik 
edilə bilər. Milli-ərazi muxtariyyətində isə regionlar istənilən vaxt öz əsasnamələrinə dəyişiklik edir 
[4, s. 78-79, 86; 8, s. 603-604; 13, s. 39-40, 45].  
İspaniya  Konstitusiyası  regional  muxtar  birliklərin  öz  idarəetmə  orqanlarının  yaradılması; 
regiona  daxil  olan  bələdiyyələrin  sərhədlərinin  dəyişdirilməsi;  bələdiyyələrin  ərazisinin  təkmilləş-
dirilməsi;  ictimai  işlər;  yaşayış  məntəqələrində  yerləşən  yollar  və  şose  yolları;  kənd  təsərrüfatı; 
heyvandarlıq; dağ və meşə ehtiyatlarından istifadə; ətraf mühitin mühafizəsi; muxtariyyətin iqtisadi 
inkişafı; mədəni tərəqqi; sosial təminat; səhiyyə və gigiyena və s. məsələlərin daxil olduğu kifayət 
qədər  geniş  səlahiyyət  dairəsini  möhkəmləndirir  (maddə  148).  Həmçinin  muxtar  icmalar  və  yerli 
korporasiyalara  Konstitusiyaya  və  qanunlara  uyğun  olaraq  vergilər  müəyyənləşdirmək  və  yığmaq 
hüququ verilir (maddə 133-2). Konstitusiya həmçinin müstəsna olaraq dövlətin səlahiyyətində olan 
məsələləri müəyyənləşdirir (maddə 149) [13, s. 36, 40-44].  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə