ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   8   9   10   11   12   13   14   15   ...   59

- ”Prinses”, - deyə  mən təkrar etdim.Sonra Ninonun üzünü əllərimin arasına aldım. O heç bir 
müqavimət göstərmirdi. Ola bilsin ki, Kaxetiya şərabını çox içmişdi və yaxud da onu sərxoş edən meşə 
və ay işığı idi. Mən onu öpdüm. Onun ovuclarının içləri yumşaq vəilıq idi. Biz yumşaq yosunların 
üstündə uzanmışdıq. Nino mənim üzümə baxırdı. Onun sifəti nazilmiş və ciddiləşmişdi. Ay işığında 
onun bədəni sarımtıl əqiq daşı kimi parıldayırdı. Mən onun ürək döyüntüsünü eşidirdim. Onun 
dizləri  əsirdi, gözlərindən yaş gəlirdi. Gözlərindən gələn yaşlarını dodaqlarımla sildim və  nəm 
yanaqlarını qurutdum. 
Nino ayağa qalxdı. Onun susmağı yalnız daxilindəki müəmmalı hisslərdən idi. Mənim Ninomun on 
yeddi yaşı hələ  təzəcə tamam olmuşdu. O, müqəddəs Kraliça Tamara litseyinə  təzəcə gedirdi. Nino 
dillənib dedi ki, “Əlixan mənə elə  gəlir ki, səni sevirəm. Hətta indi prinses olduğum halda da səni 
sevirəm”. 
- Bəlkə prinsesliyin artıq uzun çəkməyəcək - deyə cavab verdim. 
Nino sözümü başa düşmədi karıxmış halda dedi: 
- Sə nə demək istəyirsən? Yəni çar atamın prinseslik ünvanını bizdən geri mi alacaq? 
- Sən ərə gedən kimi o ünvanı itirəcəksən. Amma xanlıq ünvanı da çox gözəl bir ünvandır.  
Nino əllərini boynunun ardında çarpazlaşdırdı, başını geri atıb qəhqəhə ilə güldü: 
- Xan, bəlkə elə Xan xanımı? Xan xanımları üçün bir ünvan yoxdur? Ümumiyyətlə, sənin qəribə bir 
evlənmə təklifi irəli sürmək üsulun var, – əgər bunu nəzərdə tutursansa... 
- Mən bunu nəzərdə tuturam. 
- Nino üzümü tumarladı və onun barmaqları saçlarımın içərisində itdi: 
- Əyər birdən bəli desəm, onda sən ömrünün sonuna qədər Şuşa yaxınlığındakı meşəni xoş xatirə kimi 
yadda saxlayacaq və ağaclarla sülh bağlayacaqsan? 
- Mənə elə gəlir ki, edərəm hər halda. 
- Toydan sonrakı səyahətimizi keçirmək üçün Tehrandakı əmingilə gedərik, mən də orada xüsusi 
nəzarət altında olan Şahənşahın hərəmxanasını ziyarət edəcəyəm. Oradakı şişman qadınlarla çay içib 
söhbət etməli olacağam. 
- Başqa? 
- Ondan sonra da mən çölləri gəzə biləcəyəm, çünki orada mənə baxa biləcək bir ins-cins olmayacaq. 
- Yox, Nino, sən çölləri gəzib baxmayacaqsan, çünki xoşuna gəlməyəcək. 
Nino əllərini uzadıb boğazımdan tutdu və burnunu alnıma yapışdırıb dedi: 
- Əli xan, bəlkə elə doğrudan da sənə ərə getdim. Amma heç fikirləşmisənmi ki, biz meşə və çöllərdən 
başqa nə kimi əngəllər qarşımıza çıxacaq? 
- Hansı əngəllər? 
- Əvvəla mənim bir müsəlmana ərə getdiyim üçün atam və anam kədərlərindən öləcəklər. Sonra sənin 
atan sənə  lənət oxuyub tələb edəcək ki, mən müsəlmançılığı qəbul edim. Bunu da qəbul etsəm bu 
dəfə çar babamız, xristian dininə satqınlıq etdiyimə görə  məni Sibirə sürgün edəcək: Səni də  təhrik 
etdiyin üçün mənə qoşacaq. 
Mən gülə-gülə cavab verdim: 
- Sonra da biz, Şimal dənizinin ortasında, bir buz dağının üzərində oturacağıq. İri ağ ayılar da gəlib bizi 
tikə-tikə edib yeyəcəklər. Yox, Nino, zənn etdiyin qədər də pis olmayacaq. Sən müsəlmançılığı qəbul 
etməlisən, valideynlərin də kədərlənib ölməyəcəklər. Toydan sonrakı səyahətimizi də yaxşı keçirmək 
üçün Parisə və Berlinə gedərik ki, sən oraları gəzərkən Bui de Bulonun meşəsinə və Berlinin məşhur 
heyvanxanasına tamaşa edərsən. 
- İndi nə deyirsən? Nino təəccüblə mənə baxıb cavab verdi: 
Məni çox istəyirsən, ona görə  də yox demirəm. Amma hə deməyə  də  hələ vaxt var. Qorxma qaçası 
deyiləm. Məktəbi qurtaran kimi valideynlərimizlə danışarıq. Ancaq, səndən xahiş edirəm ki, məni 


qaçırmağa səy göstərmə. Bilirəm bunu siz də necə edirlər. Bir gün qəfildən gəlib məni atın tərkinə 
atırsınız və dağa qaçırarsınız. Nəticədə də Kipianilər ailəsi ilə güclü qan davası başlanır. 
Nino birdən-birə şux və  dəcəl bir qıza çevrilmişdi. Onun vücudunda elə bil hər şey gülürdü: üzü, 
əlləri, ayaqları, bədəni... O bir ağaca söykənib, məni aşağıdan yuxarıya kimi süzdü. Mən onun 
qabağında durmuşdum. Nino ağacın kölgəsində, ovçuların qorxusundan meşələrdə gizlənən qorxmuş 
bir ceyrana bənzəyirdi. 
- Gedək, - deyə Nino dilləndi.  
Biz meşənin içindən keçib böyük tonqalın yanına qayıtdıq. Yolda birdən-birə Ninonun ağlına nə isə 
gəldi. O, yerindəcə dayandı başını qaldırıb Aya baxmağa başladı.  
Bəs bizim gələcək uşaqlarımız hansı dinə mənsub olacaqlar? - deyə təşvişlə soruşdu. 
- Mən də qeyri-müəyyən bir şəkildə dedim ki, “ən yaxşı və təmiz dinə mənsub olacaqlar”. 
Nino inamsızlıqla mənə baxdı və bir müddət susub fikrə getdi. Sonra qəmli halda: 
- Mən sənin üçün çox yaşlı deyiləmmi? Mənim bu yaxınlarda on yeddi yaşım tamam olacaq. Sənin 
gələcək həyat yoldaşının indi on iki yaşı olmalı idi. 
Mən onu sakitləşdirdim. Yox, omənim üçün qətiyyən çox yaşlı deyildi. O həddən artıq ağıllı və 
hiyləgər idi. Bir gənc qızın ağıllı və hiyləgər olması həqiqətən yaxşı şey idimi? Mənə elə gəlirdi ki, biz 
şərqlilər vaxtından çox tez həddi-buluğa çatırıq, qocalırıq və ağıllaşırıq. Bununla belə bəzən hamımızın 
səfeh və sadəlövh olduğumuz qənaətinə gəlirəm. Əslində nə düşünmək lazım idi, bilmirdim. 
Ağaclar, Nino, uzaqdan işığı gələn ocaqlar məni çaşdırmışdı. Amma hamıdan çox mən özüm özümü 
çaşdırmışdım. Bəlkə  də  mən Kaxetiya şərabından çox içib, bir səhra qulduru kimi məhəbbətin sakit 
bağçasında bir sərsəri kimi dolaşırdım. 
Əlbəttə Ninonun bir çöl adamının qurbanı olduğu barədə düşünməməyinə əmin idim. O özünü çox 
sakit aparırdı. 
Biz yenidən İsa bulağına qayıdanda Ninonun göz yaşlarından, gülüşlərindən və incə coşğunluğundan 
əsər əlamət qalmamışdı. Bizim qeybə çıxıb yenidən qayıtmağımızı heç kim sezməmişdi. Mən ocağın 
qırağında oturdum və birdənhiss etdim ki, susuzluqdan dodaqlarım quruyur. Mən İsa bulağının 
suyundan bir istəkan doldurub içdim. İstəkanı süfrəyə qoyarkən Məlik Naçaryanla baxışlarımız 
rastlaşdı. O, mənə dostcasına, qayğı ilə və bir azca himayətkarcasına baxırdı. 
 
VII 
 
Damdakı divana uzanıb məhəbbət xəyalına dalmışdım. Mənim məhəbbətim başqalarının 
məhəbbətindən təmamilə  fərqli idi. Mən Ninoya bulaq başında, şəlalələr yanında yox, Nikolay 
küçəsində  məktəbə gedərkən rast gəlmişdim. Elə ona görə  də  Mənim məhəbbətim babalarımın, 
atamın və  əmimin məhəbbət məcarələrindən çox fərqli idi. Şərqlilərin məhəbbət hekayətləri bulaq 
başında və yaxud səsli-küylü şəlalələrin yanında başlardı. Qızlar çiyinlərinə səhəng alıb hər axşam üstü 
bulaq başına gedərdilər. Cavan oğlanlar da bulaq başına yaxın bir yerdə dövrə vurub oturardılar. Onlar 
yanlarından keçən qızlara heç gözucu da baxmadan vuruşmalardan və soyqunçulardan bəhs edən 
söhbətlər edərdilər.Qızlar səhənglərini bulaq suyu ilə doldurub tələsmədən yavaş-yavaş evlərinə 
qayıdardılar. Ağzına qədər su ilə doldurulmuş səhənglər çox ağır olur. Bu dolu səhəngləri apararkən 
büdrəməmək üçün qızlar örpəklərini dala atıb, ədəblə gözlərini yerə zilləyərdilər. 
Hər axşamüstü qızlar bulaq başına gedərdilər. Oğlanlar da hər axşamüstü meydanın bir guşəsində 
oturardılar. Şərqdə məhəbbət məcarəsı belə başlayardı. 
Təsadüfən qızlardan biri gözlərini qaldırıb oğlanlara nəzər salardı. Oğlanlar yenə buna əhəmiyyət 
verməzdi.  Əgər həmin qız təkrarən bulaq başına qayıdırsa, oğlanlardan biri başını qaldırıb göyə 
baxardı. Bəzən onun baxışı qızın baxışı ilə rastlaşırdı. Bulaq başında iki gəncin baxışları bir neçə dəfə 
rastlaşırdısa, hamı başa düşərdi ki, məhəbbət məcarəsı başlayıb. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə