ƏLƏVİYYƏ babayeva süSƏN, SÜNBÜL



Yüklə 445,63 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix11.01.2018
ölçüsü445,63 Kb.
#20313
1   ...   9   10   11   12   13   14   15   16   17

 

39 


 

Bu  kündәn  sonra  özümә  söz  verdim  ki,  bir  dә  nәnәmin  dediyindәn 

çıxmayım. 

 

          LƏTİFƏNİN PENCƏYİ 

O gün mәktәbdәn gәlirdik. Bir dә gördük ki, tindәki su budkasının yanında 

bir  uşaq  durub  ağlayır.  O,  әtrafına  baxıb  kimi  isә  axtarırdı.  Kirli  әllәrinin 

arxası  ilә  gözlәrini  sürtdükcә  yanağındakı  qara  lәkә  bütün  üzünә  yayılırdı. 

Lәtifә mәnim qolumu çәkib: 

 



Nailә, bir ora bax,—dedi. Biz ağlayan oğlanın qarşısında dayandıq. 

Lәtifә dedi: 

 

Yәqin anasını itirib, evlәrini dә tapmır...  



Oğlan gözlәrini ova-ova başını yuxarı qaldırıb bizә baxdı: 

 



Yox, yox, anam mәni itirib...—dedi. 

 



Sәnin adın nәdir? 

 



Tofiq.  

 



Tofiq, bәs küçәyә niyә tәk çıxmısan? 

 



Tәk çıxmamışdım. Rafiq mәnә dedi ki, gәl gedәk mәktәbә. Biz dә getdik. 

 



Bәs Rafiq indi һaradadır? 

 



Onun  bacısı  o  mәktәbdә  oxu yur.  Dedi:  «Sәn  su  budkasının  yanında 

dayan, mәn indi gәlirәm». Mәn dә dedim: “Yaxşı” 

 

Daһa  niyә  ağlayırsan?  Dayan,  gözlә,  Rafiq  indicә  gәlib  sәni  evinizә 



aparar. 

 



Yox, gәlmәz. O mәni tapmaz. Rafiq bil mir ki, mәn һaradayam. Mәn indi 

başqa  su  budkasının  yanında  durmuşam.  İstәdim  evimizә  qayıdım,  getdim 

gördüm evimiz  yerindә yoxdur. 

Tofiq  daһa  ağlamırdı.  Dinmәzcә  gaһ  mәnim,  gaһ  da  Lәtifәnin  üzünә 

baxırdı. 



 

40 


 

Dedim: 


 

Lәtifә, gәl Tofiqi evlәrinә ötürәk. 



Lәtifә razı oldu. Mәn soruşdum:  

 



Tofiq, sәn һansı küçәdә yaşayırsan? 

Tofiq dedi: 

 

Biz Vaqif küçәsindә oluruq. 



Mәn  Tofiqin  әlindәn  tutdum.  Tindә  duran  polisdәn  Vaqif  küçәsini 

soruşduq. O, bir mәnә, bir Lәtifәyә, bir dә Tofiqә baxıb dedi: 

 

Uşaqlar, Vaqif küçәsi sizin nәyinizә gәrәkdir? 



Lәtifә  qızardı.  Gözlәrini  mәnә  bәrәltdi.  Demәk  istәyirdi  ki,  «dinmә». 

Sonra dili dolaşa-dolaşa dedi: 

 

Elә-belә, lazımdır. Xalamgil orada olur. 



O qorxurdu ki, polis Tofiqi әlimizdәn alar. Biz dә onu ötürә bilmәrik. 

Biz  tinlәrdә  divarlara  vurulmuş  göy  lövһәlәri  һecalaya-  һecalaya 

oxuyurduq.  Tofiqin  әynindә  palto  yox  idi,  ona  görә  dә  әsirdi.  Lәtifә 

pencәyini çıxarıb Tofiqә geyindirdi. Pencәyin qolları Tofiqin dizlәrinә kimi 

sallanırdı. O, gedә-gedә pencәyin qollarını yellәdir, bizi dә әylәndirirdi. Hәr 

üçümüz gülә-gülә, evlәrin nömrәsinә baxa-baxa gedirdik. Gaһ o sәkiyә, gaһ 

da bu sәkiyә qaçıb Tofiqgilin evini axtarırdıq. Axırda  gәlib 14 nömrәli evin 

qabağında durduq. Lәtifә qırmızı darvazanı Tofiqә göstәrib soruşdu: 

 

Budurmu? 



Tofiq һәyәti küçәdәn ayıran qaranlıq dalana baxıb, çi yinlәrini çәkdi: 

 



Bilmirәm, һeç bura oxşamır. 

Biz tәәccüblә baxışdıq. Tofiq Lәtifәnin әlini tutub dartdı: 

 

Lәtifә, gәl tәzәdәn azaq. 



Biz başa düşdük ki, belәcә küçәlәrdә düşüb gәzmәk Tofiqin ürәyindәnmiş. 

Ona  görә  dә,  evlәrini  tanımaq  istәmir.  Elә  bu  sayaq  qırmızı  darvazanın 

yanındakı qapıdan bir qız çıxdı. O, Tofiqi  görәn kimi, geri çevrilib çığırdı: 

 



Ay ana, budur ey, buradadır, gәlib çıxıb! 

Qız bizә tәrәf cumdu. Acıqlı-acıqlı һәr ikimizi süzdü. 




 

41 


 

 



Heç  utanmırsınız?  Hәlә  özünüz  dә  mәktәblisiniz!  Uşağı  һara  tutub 

aparmışdınız?—O,  yaxınlaşmaqda  olan  anasına  sarı  d önüb  dedi:—Ana, 

Tofiqi bunlar aparıbmış. 

Onlar Tofiqin qolundan tutub danlaya - danlaya içәri apardılar. 

Biz  tәәccübümüzdәn  donub  qalmışdıq.  Mәn  һirsimdәn  ağlamaq 

istәyirdim. Bir müddәt belәcә dinmәz dayandıqdan sonra küçә aşağı getdik. 

Birdәn Lәtifә durdu. Paltosunun yaxasını açıb әlini sinәsinә sıxdı: 

 



Bıy, pencәyimi dә apardılar,—dedi. 

Ancaq biz geri qayıtmadıq. Tofiqin anasından yamanca qorxmuşduq. M әn 

Lәtifәyә dedim: 

 



Gәrәk Tofiqi ötürmәyәydik. Qoy azaydı.  

Lәtifә  dinmirdi.  Görünür,  o  öz  tәzә  pencәyi  üçün  һayıfsılanırdı.  Biz  bu 

barәdә һeç kimә bir söz demәdik. 

 Ertәsi  gün  axırıncı  dәrsdә  mәktәbimizin  müdiri  cavan  bir  arvadla  si nfә 

gәldi.  Müdirimiz  mü әllimimizl ә  nә  һaqdasa  astadan  danışırdı.  Bird әn 

müәllimimiz dönüb Lәtifә ilә mәnim oturduğum skamyaya işarә etdi. Elә bu 

vaxt Lәtifә paltarımın qolunu dartıb pıçıldadı:  

 



Nailә, tanıdın? 

Mәn  başımla  «һә»  dedim.  Biz  fikirl әşirdik  ki,  indi  Tofiqin  anası  üzünü 

uşaqlara  tutub  deyәcәk  ki,  dünәn...  Axı  necә  inandıraq  ki,  Tofiqi  biz 

aparmamışdıq. O özü azmışdı. Müәllimimiz ucadan dedi: 

 

Uşaqlar, qulaq asın, Lәtifә, sәn, bir dә Nailә ayağa qalxın! 



Biz asta-asta yerimizdәn qalxdıq. Bu dәfә müdirimiz dillәndi: 

 



Uşaqlar,  dünәn  sizin  yoldaşlarınızdan  ikisi—Lәtifә  ilә  Nailә 

mәktәbliyә layiq yaxşı bir iş görüblәr!.. 

Mәn  qulaqlarıma  inanmadım.  Sonra  müdirin  nә  dediyini  eşitmirdim. 

Ancaq  o,  çox  söz  dedi.  Tofiqin  anası  da  bizim  һәr  ikimizi  qu caqladı. 

Qolunun üstünә saldığı pencәyi yuxarı qaldırıb soruşdu:  

 



Bәs bu pencәk һansınızındır? 

Lәtifә utana-utana әlini uzadıb: 




Yüklə 445,63 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə