Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə8/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
21 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Amma mən şəhərimizdə varlı bir insan olmaq, özümə gözəllik salonları açdırmaq, bununla da 
həyatda tutduğum yolun düzgünlüyünü sübut etmək istəyirdim və burada ömürlük qalmaq fikrim 
yox idi. Ona görə də Gülzar xanımın şərtinə qismən razı oldum, dedim ki, mən yalnız qəşəng və 
varlı kişilərlə yatmağa razıyam, çünki gözəlliyi və gücü sevirəm... 
Bu sözlərdən sonra o yeni bir siqaret yandırdı, gözlərimin içinə baxdı, sanki məni 
qiymətləndirirdi, yəni onun ölçü və istəklərinə cavab verirəm, ya yox. Mən külbaş da 
fikirləşirdim ki, Züleyxa kimi xanımlara sahib olmaq asandır, amma üst-başıma baxanda, 
qazancımı fikirləşəndə bu sarsaq düşüncələrimdən vaz keçdim...  
- İlk müştərim neft maqnatıydı. Cavan və qəşəng idi, axırda əsas müştərilərimdən oldu. Amma 
mənə verilən pullar az idi. Sonradan öyrəndim ki, burada kənardan gələn fahişələrə az pul 
verirlər, ərəblər öz xanımlarını bizdən azı on dəfə çox qiymətləndirirlər.  
Üç ayda bir dəfə Bakıya gəlirdim. Fatimə doqquzuncunu qurtaran kimi ərə getdi. Sən bunu 
məndən də yaxşı bilirsən. Çünki maşının qabağını kəsən mən yox, Qadirlə sən idin. Qadir dedim, 
yadıma düşdü. İndi o hardadır? - Mən cavab verdim ki, kommersiya ilə məşğuldur. Hərdən 
buralara da gəlir. - Doğrudan, necə də bilməmişəm. Ayıb olsun ona. Heç olmasa, baldırlarıma 
baxmaq üçün yanıma gələydi. - Ürəkdən güldü və bu dəfə siqaretin tüstüsünü üzümə üfürdü, elə 
bil Qadirin hayfını məndən çıxırdı. Bir az fikrə gedəndən sonra: - Mən o biabırçılıqdan sonra 
məhləmizdə görünmədim. Təbii ki, uşağa qalmağımı məhləmizdə ailəmizdən və Yusifdən başqa 
heç kim bilmirdi. Buna baxmayaraq, məhəlləmizdə görünmək istəmirdim. Daha çox Fatiməgilə 
gedirdim. Onun məndən zəhləsi getdiyini, yəqin, bilmirsən. Əri isə məndən ötrü sinoy gedirdi. 
Burda durma, orda dur, burda oturma, orda otur. Fatimə dəli olurdu. Əlacı olsaydı, məni qapıya 
da qoymazdı. 
Çətin vaxtlarıydı. Mən Dubaydan gələndə onlara pal-paltar gətirirdim. Babam da Fatiməylə 
qalırdı. Məhəmmədi, Fatimənin oğlunu çox istəyirdim. O, mənə heyranlıqla baxırdı, saatlarla 
qucağımdan düşmürdü. Şeytan idi, mələy idi, bilmirəm, amma mən ona vurulmuşdum, çox 
istəyirdim. Elə görmək istəyirəm onu... 
Söhbətimizin bu yerində ofisiant deserti gətirdi, yanında erkən yetişmiş üzüm də vardı. 
Züleyxa: 
- Biz üzüm istəmədik axı. 
- Patronumuz göndərdi, - deyə ofisiant restoran sahibini göstərdi. Nəcib bəy Züleyxa xanıma 
uzaqdan təzim elədi. 
- Dubaydakı xoşbəxt həyatım uzun sürmədi və gecələrin birində məni yerli polis həbs elədi. Bu 
həbsdən çox, təcavüz idi. Elə bil, bizi izləyirmişlər. Halbuki, evin sahibəsi hər şeyə cavabdeh idi. 
Onun da güdükçüləri vardı, daim gözdə-qulaqda idilər. Polislər qəfil basqın elədilər. (O, 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
22 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
"basdırdılar", - dedi). Evdə başqaları da vardı. Hamımızı tutub, maşına doldurdular və çığırışa-
çığırışa polis şöbəsinə gətirdilər. Düzü, mən o günləri xatırlamaq istəmirəm, daha doğrusu, o 
günlərdən, xatirələrdən qaçmaq mümkün deyil, çünki mənim keçmiş həyatımdır, bəlkə də ən 
düşündürücüsüdür. Fikirləşirəm ki, Gülzar xanım bilərəkdən məni ələ verib. Görünür, ona sərf 
eləmirmişəm. Çünki ondan çox faiz istəyirdim. Təkcə mən yox, başqaları da. O, bizi aldadırdı... 
Belə-belə işlər... 
Züleyxa xanım dayandı, siqaret qutusuna əlini atdı, amma qutu boşuydu. Çantasına baxdı, başını 
yellədi. Ofisiant onun narahatlığını görüb özünü yetirdi. Züleyxa xanımın siqaret axtardığını 
görüncə: 
- Həmən gətirərəm, - dedi və siqaret dalınca qaçdı. 
Biz ofisiantı, Züleyxa demiş, qarsonu gözlədik. Ona qədər isə hər ikimiz Boğaziçinin seyrinə 
daldıq. 
Qarsonla birgə siqaret də gəldi.  
- Mən "Volter" istədim, bu nədir? - deyə Züleyxa ona acıqlandı.  
Ofisiant dəfələrlə üzr istəyib yenidən geri qaçdı və lazım olanı gətirdi. Mən fikir verdim ki, 
siqaret qutusunun üstündəki yazılar oxşar olduğundan qarson onu səhv salıb. 
Züleyxa xanım siqaret yandırdı və bir qullab vurandan sonra söhbətinə davam elədi: 
- Məhkəmə mənə bir ay iş kəsdi, daha doğrusu, bir ay həbsxanada saxlanılacağım, sonra isə 
vətənə göndəriləcəyim, sizin dillə desək, ekstradisiya ediləcəyim barədə qərar çıxardı. 
Heyifsilənib-eləmədim də, sanki bu həyat mənim alnıma yazılmışdı və mən bunu öncədən 
bilirdim. Vətənə qayıtmaq da istəmirdim. Vətən mənimçün yox idi. Yox, o mənada yox, əlbəttə, 
vardı, amma mən onu görmək istəmirdim, çünki onun məndən xoşu gəlmirdi. Anlayırsan belə 
şeyləri? Yazıçısan axı. 
- Anlayıram, - dedim. 
- Bir şey mənim dadıma yetdi. Dubayla Azərbaycan arasında ekstradisiya haqqında müqavilə 
olmadığından məni sərhədə qədər gətirəcəkdilər, yəni ölkədən birdəfəlik çıxaracaqdılar, sonra 
hara istəsəm gedə bilərdim. Bu barədə mənə hökumətin tutduğu vəkil demişdi. Amma hələ ona 
çox vardı. Fələk hələ çox şeyləri başımın üstündə fırladırdı. 
"Fərhani" həbsxanası şəhərin kənarındaydı. Burada taleyi mənim taleyimə bənzər qadınlar çox 
idi. Onlar müxtəlif ölkələrdən çörək dalınca gəlmişdilər və çoxları da mənim kimi aldanaraq 
Dubayda qalmağa məcbur olmuşdular.  
Dubay fahişələrin ümid yeriydi. Amma bu ümidlər indi həbsxana divarları arasında solurdu. 
Qadınların heç də hamısı həbsxana həyatı ilə barışmaq istəmirdi, onların bəziləri depressiona 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə