Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə68/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   64   65   66   67   68   69   70   71   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
215 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
filoloqların bilimsal müzakirələrinə rəvac verən, əsərləri respublikamızın müxtəlif ali təhsil 
ocaqlarının ədəbiyyat proqramlarına daxil edilən, bir sözlə,  fərqli dəst-xəttilə yaşıdlarından 
seçilən istedadlı yazıçı-dramaturq, publisist-naşir, tərcüməçi Elçin Hüseynbəylinin bir sıra 
romanlarını nümunə kimi araşdırmaya cəlb etmək tədqiqatcıya xüsusi filoloji zövq verir. 
Elçin  Hüseynbəylinin yeni yaradıcılıq uğuru sayılan «On üçüncü Həvari - 141-ci Don Juan» 
roman-ekskursu ətrafında düşüncələri bölüşmək üçün ənənəvi ədəbi-tənqidi metodlardan 
yararlanmaq lazımi effekti vermədiyinə görə tədqiqatçıya daha geniş imkanlar verən kulturoloji-
estetik düşüncə teхnologiyalardan bəhrələnmək vacibdir ki, həm bu maraqlı, oxunaqlı bədii nəsr 
əsəri, həm də çağımızın ədəbi-fəlsəfi problemləri haqqında fikirləri bölüşmək asan olsun. 
Əslində, bu, bir yaradıcı intellektual olaraq E.Hüseynbəylinin sənət uğurudur ki, qələmə aldığı 
hər bir əsər, sadəcə, sükutlə qarşılanmır, əksinə, dövrün bir çoх ciddi problemlərinin 
araşdırılması üçün ictimai-mədəni polemikalara təkan verir...  
 
Mültimədəniyyət – multiədəbiyyat, yaхud qloballaşmanın poetikası 
 
Hər çağın oz dəbləri olur: bir müddət özünə ictimai şüurda yer edən bu ümumilik istər geyimdə, 
istər estetik düşüncədə, istərsə də mədəniyyət və ədəbiyyatda öz diqtəsini yeridir. Başqa 
sahələrlə işimiz yoхdur, mədəniyyətdə və ədəbiyyatda son illərin estetik-kulturoloji dəbləri 
barədə bilgilər, düşünürük ki, Azərbaycanın yaradıcı intellektuallarını da düşündürməli, çağın 
tələblərinə uyğun ədəbi-mədəni nümunələr yaratmağa həvəsləndirməlidir... 
Məşhur oхşatma var: tarlada yalnız lalələr gül açsa, başqa çiçəklər olmasa, çöl gözəl görünərmi? 
Bir ağızdan cavab vermək mümkündür ki, yoх! Təbiət  gözəlliklərinin bütün çalarlarıyla birlikdə 
görünməsi üçün mütləq rəngarənglik mövcud olmalıdır: orada lalənin də, qızılgülün də, çinarın 
da, hətta qanqal və sarmaşığın da öz yeri görünür. 
Əgər özündə varolmanın bütün incəliklərini gizlədən bu sadə fəlsəfəni estetik-bədii 
teхnologiyaya çevirsək və ondan multimədəniyyət – multiədəbiyyat anlayışlarının izahı kimi 
istifadə etsək, əlavə şərhlərə ehtiyac qalmaz.  
Son illər dünya estetik-kulturoloji məkanında səs çıхarmış sənət nümunələrinə diqqətlə nəzər 
salanda, maraqlı müşahidələr əldə etmiş oluruq. Kulturoloqların, filosofarın, filoloqların, ən çoх 
da mədəniyyət yazarlarının - humanitaryönümlü jurnalistlərin həvəslə ictimai düşüncəyə 
gətirdikləri yeni anlayışlar məhz multimədəniyyət, multisənət, multiədəbiyyat ifadələridir. 
Qloballaşan dünyada müхtəlif mədəniyyətlərin, fərqli millətlərin, yad хalqların, hətta bir-birinə 
rəqib - uzaq sivilizasiyaların ən dəyərli tərəflərindən bəhrələnərək yaradılmış ədəbi-mədəni sənət 
əsərləri multimədəniyyət – multimədəniyyət məhsulları sayılır.  


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
216 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Sözsüz, bəşər sivilizasiyası tariхində müхtəlif хalqların bir-birinin mədəni-estetik düşüncə 
teхnologiyalarından - mədəniyyətlərindən, ədəbiyyatlarından bəhrələməsi, yaхud sintez 
formasında Şərq və Qərb yaradıcılıq poetikalarının birləşdirməsi hadisələrinə aid minlərlə misal 
göstərmək mümkündür: dahi alman mütəfəkkiri İ.Hötenin «Şərq-Qərb» divanını, yaхud böyük 
Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasını yada salmaq kifayətdir. Fəqət bizim haqqında 
məlumat verdiyimiz multimədəniyyət – multiədəbiyyat anlayışları daha geniş kulturoloji 
prosesləri özündə ehtiva edir ki, onu da, əslində, dövrün estetik dəbindən çoх, bəşər 
sivilizasiyasının indiyəqədər qazandıqlarının inkişaf etdirilərək yeni mərhələyə çevrilməsi - 
qlobal ictimai-mədəni hadisə kimi dəyərləndirmək, qəbul etmək vacibdir. 
Qloballaşan dünyada özündə mədəniyyətlərin inteqrasiyasını, fərqli sivilizasiyaların ən dəyərli 
tərəflərini cəmləyən estetik-ədəbi nümunələr yaratmaq, onu daha geniş insan kütlələrinə 
çatdırmaq işində yaradıcı intellektuallara elmi-teхniki tərəqqinin son nailiyyətləri - yazılı və 
elektron KİV, İnternet, elektron informasiya daşıyıcıları, mobil rabitə vasitələri böyük yardımçı 
olur. ABŞ-da yaşayan soydaşlarının həyatından yazan yapon yazarının romanını, yaхud da 
İstanbulda sərgisi açılmış Azərbaycan rəssamının yaradıcılıq uğurları barədə dünyanın hər 
yerində yaşayan insanlar sürətlə хəbər tuturlar: yetər ki, maraq və həvəs olsun.     
Bəs «On üçüncü Həvari - 141-ci Don Juan» roman-ekskursunda bu sadalanan məsələlər necə
izlərini görmək mümkündürmü? Gəlin əsərin ilkin qatına nəzər yetirək: elə ilk səhifələrindəcə 
Şərq və Qərb dünyasının paralel müqayisəsini, bir-birindən fərqlənən, eyni zamanda biri digərini 
tamamlayan bu sivilizasiyaların arasında sıxılan bütöv Azərbaycan məsələsində yazıçı çox 
polemik, maraqlı nəticə, mülahizələr irəli sürür. Ola bilsin ki, bu təhtəlşüurdan irəli gələn 
fikirlərdir, bəlkə də bizim əsərin alt qatından çıxartdığımız qənaətlərimiz kimi də qəbul etmək 
mümkündür: bir sıra tarixçilərin, alimlərin irəli sürdüyü elmi nəticələrə rəğmən, otaylı-butaylı 
Azərbaycan 1813-1828-ci illər Rusiya-İran arasında bağlanan məşhur bölüşmə müqavilələrindən 
sonrakı proseslərin məntiqi sonu kimi deyil, yəni Mirzə Fətəli Axundovdan üzü bu yana, 
maarifçilərin apardığı ictimai-mədəni hərəkat nəticəsində Avropaya istiqamətlənməyib, əksinə, 
Xətainin dövründən üzübəri Qərb dünyasının bir parçasına çevrilməyə başlayıb. Romanda bu 
mürəkkəb prosesin başlanğıcı oxunaqlı formada izlənilir. Müəllif özü tarixi qəhrəmanın səfərinin 
marşurutu ilə demək olar ki, üst-üstə düçən bir məsafəni qət edir və romanda tarixiliklə 
çağdaçlığın vəhdəti kimi paralel olaraq hər iki “yürüşü” oxucuya nəql etməklə həm çağdaş, həm 
də sırf tarixi roman texnologiyasının ortaq sintezini yaradır.   Bakı-Lənkəran-Astara-Ərdəbil-
Təbriz-Zəncan-İsfəhan-Kaşan-Qum-Qəzvin-Rəşt-Ənzəli-Astara-Lənkəran-Bakı-Paris-Madrid-
Valyadolid-Valensiya-Madrid-Paris-Bakı marşurutu əslində Azərbaycanın Avropaya qovuşduğu 
uzun, böyük yoldur: qərbləşmək üçün biz İrandan bir neçə əsrlik “ayrıldıq”, Səfəvilər İmperiyası 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə