Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə64/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
203 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Deyəsən, bura adamlarına oxşamırdı. Çünki o burdan ilk dəfəydi keçirdi. Gözəlliyinə söz ola 
bilməzdi.  
 
Qız xeyli dəsmal seçdikdən sonra göy xallı dəsmallardan birini götürdü, bir müddət o tərəf-bu 
tərəfə çevirdi, iylədi, sonra pulunu verdi.  
 
Vasvası adama oxşayırdı, uzun yubkası vardı. Namuslu, amma kaprizli qadına bənzəyirdi. Bu 
cür qadınları saxlamaq çətindi. 
 
Oğlan müdrikcəsinə sözünü qurtardı, sonra əlavə elədi ki, qadın yaxınlıqdakı piştaxtaya 
yaxınlaşıb, ordan da nəsə soruşub, sonra yoluna davam edib. 
 
Müstəntiq oğlan deyən piştaxtaya yaxınlaşdı. Piştaxtanın arxasında göygöz, kök bir satıcı qadın 
dayanmışdı.  
 
Qadın şəklə baxıb, təsdiq elədi ki, o, mərhumu doğurdan da görüb, görüb nədi, hətta yaxşı-yaxşı 
yadında saxlayıb, çünki həmin qadın piştaxtada olan malların az qala hamısının qiymətilə 
maraqlanıb, xeyli çənə döyüb, satıcının zəhləsini töküb, axırda isə heç nə almayıb.  
 
Özünü elə aparırmış ki, kişilər hamısı, elə bayaq danışdığı satıcı oğlan da qızın dalınca xeyli 
baxıb, köks ötürüblər. Bu sözlərin dalınca o, satıcı oğlana alley verib dedi ki, «kişilərin hamısı 
bir bezin qırağıdır!»  
 
Satıcı oğlan qadının bu hikkəsinə gülümsəməklə cavab verdi. Qadın davam elədi: 
 
- Belələrindən çox görmüşük, çərhəyanın biriydi, allah bilir kimin güdazına gəlib. Yanındakı 
kişiyə elə sarmaşmışdı ki, az qalırdı küçənin ortasındaca kişini soyundursun!  
 
Amma kişi abırlı-həyalı adama oxşayırdı, çərhəyanın hərəkətlərindən turp kimi qızarmışdı. 
 
Müstəntiq söhbətin bu cür qəzəbli tonunu görüb, qadından düz-əməlli nəsə öyrənəcəyinə 
inanmadı, ona görə də yoluna davam elədi.  
Metronun çıxacağında oturmuş şikəst dilənçi şəklə bir müddət baxandan sonra qızı tanıdığını 
dedi. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
204 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
- Gödək yubka geyinmişdi, yaraşıqlı, sığallı, ağappaq ayaqları vardı. Ondan gözəl qoxu gəlirdi 
və səxavətli adama oxşayırdı, mənə bir manat verdi. 
 
Müstəntiqin soruşduğu adamların heç biri qızın harda yaşadığını bilmirdilər, qız barədə dedikləri 
isə çox ziddiyyətliydi. 
 
Müstəntiq fikirli-fikirli keçiddən çıxdı.  
 
Bu zaman onun qarşısından bəstəboy, yaraşıqlı bir kişi keçdi. Ondan qəribə ətir iyi gəlirdi. 
Müstəntiqə elə gəldi ki, bu adam nəsə bilir, istədi onu saxlayıb nəsə soruşsun, amma fikrindən 
vaz keçdi.  
 
Əslində müstəntiqin zənni onu aldatmamışdı və həmin kişi doğrudan da o qızı tanıyırdı. Hadisə 
isə belə olmuşdu: 
 
Naməlum kişini «N», mərhumu isə «A» hərfiylə işarələyək. 
 
Cənab N əlli yaşın astanasındaydı, yaraşıqlıydı, sanki kinolardan düşüb gəlmişdi. O, evliydi, üç 
uşağı vardı, dindar ailədə böyüdüyünə görə, bir dəfə də olsun özgə qadınla yaxın təmasda 
olmamışdı.  
Gözəl qadınlara tamahı düşmüşdü, ancaq nəfsini saxlamışdı. Uşaqlıqdan onu belə öyrətmişdilər.  
 
Daha doğrusu uşaqlıq xətası ona baha başa gəlmişdi. Sən demə, nikahsız kiminsə qızına, yaxud 
arvadına pis gözlə baxmaq günahdır.  
 
O, sinif yoldaşlarından birinə həyasız təklif eləmişdi.  
 
Bunun üstündə atası onu döymüşdü, üstəlik də gecəni soyuq çöldə keçirməli olmuşdu.  
 
İki gündən sonra isə anası durduğu yerdə yıxılmış, ombasını sındırmışdı.  
 
Hamı bu cəzanı onun ayağına yazmış və bu tərbiyə onun qanına və yaddaşına hopmuşdu.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
205 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Bu dəfə hər şey onun iradəsinin əksinə oldu, Adəm babasının ruhu hardansa onun içinə qondu və 
qarşısında Həvvanı gördü.  
 
Həvva, yəni A işarəli xanım elektriçkada şahanə oturmuşdu, döşlərini qabartmışdı, dodaqları 
azca aralanmışdı, kitab oxuyurdu, hərdən başını qaldırıb, gözlərilə ətrafı seyr edirdi, sanki kimisə 
axtarırdı və birdən gəlib onu tapdı.  
 
A-nın gözləri onun sifətində lövbər saldı, nəsə demək istədi, sözləri dodaqlarında donub qaldı, 
sonra kitabı bağladı. Kitabın üstündə erotik səhnə təsvir olunmuşdu.  
 
N qızın baxışları altında yalnız bir kəlmə deyə bildi, daha doğrusu kimsə bu sözü onun 
əvəzindən pıçıldadı: «Cənnət mələyi».  
 
A onun bu sözünə gülümsündü, bir qədər yana çəkilib, onunçün yer boşaltdı. O isə qeyri-ixtiyari 
oturdu.  
 
A kitabı açıb, oxumağını davam etdirdi, hərdən gözlərinin quyruğu ilə oğrun - oğrun N-ə baxdı.  
 
A-nın hərəkətlərindən narahatlıq yağırdı, sanki kimisə gözləyirdi.  
 
Növbəti dayanacaqların birində A ayağa qalxdı, qalxarkən əlini N-nin dizinə dayayıb durdu, 
sinəsi qeyri-ixtiyarı N-nin üzünə dəydi, A-dan qəribə qoxu gəlirdi, alma iyinə bənzər bir şey idi 
və N-i özünə tərəf dartırdı.  
 
Qız gülümsündü, N özündən asılı olmayaraq ayağa durdu, qızın əlindən tutub qaldırdı, onu 
qapıya tərəf ötürdü, qapı bağlanmaq istəyəndə özü də çölə çıxdı və qızın dalına düşdü.  
 
O, niyə belə elədiyini düşünmək istəsə də, fikirləri dolaşdı, beyni dumanlandı, axırda yoruldu və 
özünü taleyin ixtiyarına buraxdı. 
 
A yeraltı keçiddən özünə burun dəsmalı aldı, sonra qıraqda gözləyən N-nin qoluna girdi.  
 
Bu, N-ə təəccüblü gəldi, hətta yuxu gördüyünü də zənn elədi, əlini cibinə saldı, dəmir pullar 
soyuq və kitrikliydi, deməli, hər şey gerçəkdəydi.  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə