Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   44   45   46   47   48   49   50   51   52

 
141 
Hal-hazırda ölkədə rahiblərin sayı təqribən 300 minə qədərdir, 13 
mindən çox buddist məbəd və monastırı var, 33 buddist məktəbi 
fəaliyyət göstərir, təxminən 50 adda dini məzmunlu nəşrlər çap olunur.  
 Tibet  buddizmi  əsasən Tibet muxtar rayonunda, Daxili 
Monqolustan muxtar rayonunda, Tsinxay əyalətində və digər ərazilərdə 
yayılmışdır. Tibetlilər, monqollar, tuylar, uyqurlar, nasilər, pumilər, 
manbaylar və başqa xalqlar, ümumilikdə  təxminən 7 mln. insan ona 
etiqad edir.  
Buddizmin pali təriqəti  əsasən Yunnan əyalətinin cənub-qərb 
hissələrində yerləşən Sişuanbanna-day muxtar mahalında, Dehunday-
tszinboy muxtar mahalında və Simao mahalında yayılmışdır. Dayların, 
bulanların, açan və vayların əksəriyyəti buddizmin pali təriqətinə etiqad 
edir. Hazırda ölkədə pali buddizminin 1 milyondan çox ardıcılı var.  
Çin buddizminə  əsasən xanlar etiqad edir, o, bütün ölkə boyu 
yayılmışdır.  
Buddizm Çində milli azlıqların yaşadığı  ərazilərdə  də geniş 
yayılıb. Çin buddizminin qollarından biri olan lamaizmə  əsasən 
tibetlilərin və monqolların məskunlaşdığı rayonlarda etiqad edirlər, o, 
tibetlilər, monqollar, tuylar, tsyanlar, uyqurlar və s. arasında 
yayılmışdır. VII əsrdə Tufani (Tibet) hökmdarı Sonqtsen-qambo öz iki 
arvadının – Tan şanzadəsi Vençen və Nepal şahzadəsi Brkutinin təsiri 
altında buddizmə keçir. VIII əsrdə ilk hind rahibləri Tibetə ayaq 
basdıqda, onlar buddizmin məzhəblərindən biri – məhrəm buddizmi 
yaymağa başladılar. Məhrəm buddizm, mahayana xanların buddizmi və 
Tibetin qədim ilkin dini yaşama sistemi olan “Bon” bir-birinə  təsir 
göstərdilər və nəticədə sinkretik lamaizm meydana gəldi. Lama tibetcə 
“ali”, “aydın” və ya “müəllim” deməkdir. XIV əsrdə Tszonqaba 
lamaizmi təkmilləşdirdi. Sonda onun iki tələbəsi – Birinci  Dalay-lama 
və Birinci Pançen-lama – lamaizmin dini lideri oldular. XV və XVI 
əsrlərdə lamaizm Tibetdən Sıçuan, Tsinxay, Qansu və Monqolustana 
daxil olur.  
1949-cu ilədək Çin əhalisinin çoxu buddizmə etiqad edirdi. O 
dövr üçün ölkədə buddistlərin sayı barədə  dəqiq məlumat yoxdur, bu 
məlumdur ki, o zaman Çində təxminən 500 min rahib və rahibə, 40 min 
monastır və məbəd var idi. Azadlıqdan dərhal sonra buddist icmasından 
olan bir çox görkəmli dini xadimlər dini islahatlar, buddist monastır və 
məbədlərinin idarə olunmasında bir sıra köhnəlmiş qanun və qaydaların 
aradan qaldırılması barədə təkliflərlə çıxış etdilər. Adi dini fəaliyyətdə 


 
142 
savayı, rahib və rahibələr kənd və meşə  təsərrüfatı, həmçinin 
sənətkarlıqla da məşğul olmağa başladılar.  
1953-cü ildə Yeni Çinin buddistlərinin ilk konfransı keçirildi. Çin 
buddist cəmiyyəti yaradıldı. Çin buddist cəmiyyəti müxtəlif 
milliyyətdən olan buddistləri birləşdirən təşkilatdır. 1957, 1962 və 
1980-ci illərdə Çin buddist cəmiyyətinin ikinci, üçüncü və dördüncü 
konfransları çağırılmışdır. 1956-cı ildə Çin buddizm institutu – Çində 
buddizmin öyrənilməsi üzrə ali təhsil müəssisəsi yaradıldı. Bu institut 
Pekinin qədim Fayuansı monastırında yerləşir. Çin buddist institutu 
buddizmin öyrənilməsi və tədqiqi üzrə elmi məqalələrin və buddist sutr 
və esselərin tərcümələrinin çap olunduğu, müəllifliyi Çin və digər 
ölkələrin müxtəlif milliyyətdən olan buddistlərinə məxsus “Buddizmin 
səsi” jurnalını buraxırlar. ÇXR-in yaranmasından sonra Çin buddist 
cəmiyyəti dünyanın 20-dən çox ölkə  və rayonundan olan buddist 
cəmiyyətləri və dini xadimləri ilə  əlaqələr saxlamağa başlamışlar, 
buddist təşkilatların nümayındələri qarşılıqlı dostluq səfərləri edirlər. 
1955 və 1961-ci illərdə Çin buddist cəmiyyətinin nümayəndələri Birma 
və Seylon (indiki Şri-Lanka) hökumətlərinin dəvəti ilə bu ölkələrdə 
olmuş  və bu ölkələrin buddistləri sahib olsun deyə, Çində saxlanılan 
müqəddəs təbərrük – Buddanın dişini onlara tapşırmışdır. Bu cür 
fəaliyyət qarşılıqlı anlaşmaları gücləndirmiş və Çin xalqı ilə digər ölkə 
xalqları arasında, Çin və xarici ölkə buddistləri arasında dostluğu 
möhkəmləndirmişdir. 
Çində  ən qədim buddist məbədi Xenan əyalətinin Loyan 
şəhərindəki Bayması (Ağ At) məbədidir.  
İslam Çinə Tan imperatoru Qaotszunun hakimiyyəti dövründə 
Çinə ticarətə  gələn  ərəb və fars tacirləri vasitəsilə daxil olmuşdur. 
Ticarətçilər və diplomatlar tərəfindən istifadə olunan quru yolları  İran 
və  Əfqanıstandan keçərək Çinin şimal-qərbinə  gəlirdi. Su yolları 
Quançjou, Tsyuançjou, Xançjou və Yançjou – Çin limanlarına çatana 
qədər  Ərəb dənizindən başlayıb Benqal körfəzindən və Malakka 
boğazından keçirdi. Ərəb və fars tacirlərinin əksəriyyəti çinli qadınlarla 
evlənərək Çində  məskən salırdılar. Elə onların nəsilləri də Çinin ilk 
müsəlmanları olmuşdular.  
13-cü  əsrin başlanğıcında Çingizxanın qərbə  hərbi yürüşləri 
zamanı Çində Orta və  Qərbi Asiyada xidmətə alınmış çoxlu sayda 
müsəlman peyda oldu. Bu müsəlman əsgərləri (onların bəziləri sənətkar 
və kiçik məmur idilər) də islamı yayırdılar. Yuan dövründə (1271-


 
143 
1368) bütün ölkə boyu məscidlər tikilmişdir; müsəlmanlar müxtəlif 
səviyyəli hökumət vəzifələri tuturdular. Min və Tsin dövrü 
dekretlərində islam dövlət tərəfindən tanınır və Çində inkiçaf etməyə 
başlayır. O, ən çox Çinin 10 milli azlıqları: xuey, uyğur, qazax, tatar, 
qırğız, tacik, özbək, dunsyan, salar, baoanlar arasında yayılmışdır. 
Hazırda mömünlərin sayı  təxminən 20 mln. nəfər təşkil edir. Onların 
əksəriyyəti Çinin şimal-qərbində yaşayır, təkcə xueylər bütün ölkəyə 
səpələnmişlər.  
Müasir Çində müsəlmanlar da digər dinlərin ardıcılları kimi 
vicdan azadlığına malikdirlər. 1952-ci ilin əvvəlində müsəlman liderləri 
Bur-xan, Depuşen, Makien və Pan Şitsyan Çin müsəlmanlarının milli 
təşkilatını – Çin müsəlmanları assosiasiyasını yaratdılar. O, 1953-cü 
ilin mayında Pekində 1-ci islam konfransında təsdiq edildi. Onun sədri 
üç müddət  ərzində Burxan olmuşdur. O, fəxri sədr seçildikdən sonra 
sədrlik Çjan-tszeyə keçmişdir. Təşkilat bütün ölkə boyu yerli şöbələrə 
malikdir. 1955-ci ilin aprelində assosiasiyanın nəzdində  İslam teoloji 
institutunun  əsası qoyulmuşdur, çox sayda müsəlman ruhaniləri və 
imamları burada hazırlıq keçmişlər. Assosiasiya, həmçinin, 
müsəlmanlıq və teologiya tarixləri sahəsində  tədqiqatlar aparılmasına 
dəstək olur, Quranın və müsəlman klassiklərinin mütəmadi nəşrlərini 
çap edirlər. Ölkədə müsəlman  ənənələrinə  də ehtiram bəsləyirlər. 
Müsəlmanların qidaya xüsusi tələbləri, dəfn mərasimləri, dini ayinlərə 
riayət xalq hakimiyyətinin mühafizəsi altındadır.  
Hər il Çin islam assosiasiyası müsəlmanların Məkkəyə ziyarətini 
təşkil edir. Artıq uzun zamandır ki, Çin islam assosiasiyasının dəvəti ilə 
tanınmış müsəlman liderləri və alimləri Çinə  gəlir; assosiasiyanın 
üzvləri də qonaq qismində bir çox müsəlman ölkələrini gəzmişlər. Çin 
islam assosiasiyasının nümayəndələri beynəlxalq konqreslərin işində 
iştirak etmişlər. Bu əlaqələr Çin xalqı ilə müxtəlif müsəlman ölkələrin 
xalqları arasında qarşılıqlı anlaşmaya və dostluğa xidmət edir.  
Əksər müsəlman məscidləri məbəd formasında tikilmişdir. Lakin 
Sintszyanda və  bəzi digər yerlərdə  ənənəvi islam üslubunu gözləyən 
məscidlər də az deyil. Onlardan bir çoxu, məs., Tan və Sun dövrlərində 
fars tacirləri tərəfindən tikilən Quançjoudakı Quantası  və 
Tsyuançjoudakı Tsintszinsı məscidi tarixi əhəmiyyət kəsb edir. Həm də 
Xuayşen adlandırılan Quantası  məscidi Tan hakimiyyəti dövründə 
(627) ucaldılmışdır və Çinin sahilboyu rayonlarında  ən qədim 
məscidlərdən hesab edilir. Dəməşq məscidləri tipində tikilmiş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə