Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə3/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   2   3   4   5   6   7   8   9   ...   69

Eşq dənizləri qovuşanda 
 

qaz balaları arxı görən kimi özlərini suya vurur, onların baş-
qa növdən olduğunu anlamayan toyuq isə suya girə bilmə-
yib narahat halda arxın qırağında o yan-bu yana qaçır. Şəms 
bunu fikirləşməklə özü ilə onu anlamaq gücündə olmayan 
insanları müqayisə etmişdi, – axı, mən dar dünyanın insanı 
deyiləm. Mən  dünyaya sürünmək  üçün  yox,  yerimək,  üz-
mək və uçmaq üçün gəlmişəm, – deyə düşünmüşdü... 
Onun  uşaqlığında  keçirdiyi bu qəribə  ovqatı,  ruhi mə-
qamları nə doğmaları anlayırdı, nə də yaxınları başa düşür-
dü. İndi isə o, bütün bunları xatırlayaraq mərhum atası haq-
qında düşünürdü: “Atamın məndən xəbəri yox idi. Mən öz 
şəhərimdə  qərib  idim.  Atam  mənə  yad  idi,  ürəyim  ondan 
hürkürdü.  Lakin  mənimlə  mehriban  danışırdı,  səmimi 
davranırdı. Mənə isə elə gəlirdi ki, o, məni döyür, evdən qo-
vur. Mən üzə biləcəyim bir dənizi – məskənimi görürdüm, 
halım da dəniz quşlarının halı kimi idi. Atama demək istə-
yirdim  ki,  sən  də  məndənsənsə,  gəl!  Bu  dərya  içində  mən 
səndən deyiləmsə, get, torpaq üstündə gəzən quşlara qarış! 
Atam yaxşı adam idi, amma aşiq deyildi, yaxşı adam başqa-
dır, aşiq başqa. Aşiqin halını aşiqlər bilər!”... 
Atası  Məhəmmədin  oxuyub fəqih olmasını,  bir  islam 
hüquqşünası  kimi  nüfuza yiyələnməsini,  cəmiyyətdə  yük-
sək mövqe tutmasını arzulayırdı. Buna görə də, onu Təbri-
zin ən yaxşı mədrəsəsinə, Şеyx Əbu Bəkr Səlləbaf Təbrizinin 
yanına qoymuşdu. Məhəmməd də yaxşı oxuyur, fiqhi – is-
lam hüququnu dərindən öyrənirdi. Lakin gözünə görünən-
ləri söylərkən mürşidi Şeyx Əbu Bəkr onu saxlayıb, bunları 
danışmamağını tövsiyə edirdi. Bir sözlə, mürşidi batini var-
lıqlarla bağlı fikirlərini söyləməkdə gənc Məhəmmədə əngəl 
olurdu. Bu səbəbdən o, şeyxinin yanından getmək qərarına 
gəldi  və  bilgilərinə  rəğmən  zahiri  deyil,  babasından  aldığı 
ilk təhsili əsasında batini yöndə gəlişməyə başladı. 
Məhəmməd  yeniyetməlik  çağlarına  çatanda  isə  artıq 
təhsilə, elmə hər hansı sənətə yiyələnmək və ya cəmiyyətdə 
yüksək mövqe tutmaq üçün deyil, həqiqətə çatmaq vasitəsi 
kimi baxırdı. O, atasına bu barədə deyirdi: “Vallah, billah, 


Elbəyi CƏLALOĞLU 
10 
mədrəsələrdə oxuyanlar çalışırlar ki, sabah özləri də mədrə-
sə sahibi olsunlar. Dünya malı üçün elm öyrənmək nəyə gə-
rəkdir?  Elm  bir  kəndirdirsə,  bu  kəndir  quyudan  çıxmaq 
üçündür,  bir  quyudan  çıxıb  başqasına  düşmək  üçün  yox!” 
Atası Məhəmmədin bu fikirlərini heyranlıqla dinləyirdi... 
Şəms kiçik  yaşlarından  “Əl-Quranul-Kərim”in  hikmət-
lərini də özünə əxz etməklə, Əhli-beyti dərindən öyrənməyə 
başlamışdı. Bununla yanaşı, özündən əvvəlki sufi şeyxləri-
nin yaradıcılığı və fəaliyyəti ilə də maraqlanmış, onları dərk 
etməyə can atmış, onların düşüncələrini anlamağa, əməllə-
rinin qayəsini öyrənməyə çalışmışdı. Eləcə də, islam dininin 
meydana  gəlməsindən  sonra ilk təsəvvüfçülərdən  olmuş 
Həllacı Mənsurun “Ən əl-Həqq” kəlməsinin mənasını araş-
dırmış, onun “insan ürəyindən bütün pislikləri atsa, Tanrıy-
la bütövləşər” hikmətinin  dərinliyinə  varmışdı.  Bundan 
başqa, o, Veysəl Qaranini, Bəyazid Bəstamini, Cüneyd Bağ-
dadini,  Məhəmməd  Qəzzalini,  Əbdülqadir  Gilanini,  Ziya-
əddin Əbu-n-Nəcib əs-Sührəvərdini, eləcə də “Pir Sul-tan”, 
“Xoca Əhməd”, “Qul Xacə Əhməd” adlarıyla məşhur olan 
Əhməd  Əl  Yəsəvini  öyrənmiş  və  beləcə  özünü  ruhlar alə-
mində hiss etmişdi. Şəms Təbrizi kimya, riyaziyat, ilahiyat, 
hikemiyat, nücum, məntiq və xilafiyat, narincat, afaq və ən-
füs elmlərini mükəmməl öyrənmişdi. Lakin o, sonralar Tan-
rı  ərlərinin  söhbətinə  çatdığı  zaman,  bunların  hamısından 
imtina edəcəkdi və Tanrıya yönəlmə, mücərrədləşmə məna-
sına  gələn  Təcrid,  hər  şeyi  Tanrı  varlığında  görmə  və  ya 
vəhdəti-mövcud  anlamında  olan  Təfrit,  eləcə  də,  Allahla 
birləşmə, vəhdəti-vücud mənası daşıyan Tövhid aləmini se-
çəcəkdi.  Bununla  da  Şəms  öz  könül  meracını  ziyarətə  get-
məklə  batini  hacılığı  qazanmağı,  sonda  isə  Canlar Canına 
qovuşmağı qarşısına mühüm məqsəd qoyacaqdı. 
Hələlik isə Şəms Təbrizi bütün elmləri özünə əxz etmək-
də,  ulu  şeyxləri,  övliyaları,  alimləri  dərindən  öyrənməkdə 
mütəmadi  davam  edirdi.  Bunlarla yanaşı  o,  həm  də  Şiha-
bəddin Əbuhəfs Ömər Sührəvərdi, Rüknəddin Səcasi, Müh-
yiddin  İbn  Ərəbi,  Əvhədəddin  Kirmani,  Məhəmməd  Baba 


Eşq dənizləri qovuşanda 
 
11 
Kamal Cündi, Bahaəddin Vələd kimi dövrünün irəli gələn-
ləri ilə  də  tez-tez görüşür,  söhbətləşir  və  onlarla  dostluq 
edirdi... 
İndi  Şəms Təbrizi  bu  düşüncələrdəykən  dostu  Əvhə-
dəddin Kirmani ilə bağlı bir əhvalatı xatırladı. Belə ki, o, bir 
gün  Bağdada  dostunun  yanına  gеdir.  Şəms Təbrizi salam-
laşdıqdan  sonra  Əvhədəddinin  məşğul  olduğunu  görüb, 
ondan, – nə iş görürsən? – deyə soruşur. Əvhədəddin cava-
bında,  –  tеştdə  aya baxıram,  –  deyir.  Şəms isə  gülərək,  – 
boynundan  çiban  çıxmayıb  ki?  –  deyə  bir  daha soruşur. 
Dostundan “yox” cavabını aldıqda isə o, – belə isə onda nə 
üçün Aya göydə baxmaq əvəzinə teştdə baxırsan? – deyir. 
Şəms Təbrizi bu zarafatlaşmanı  xatırlayarkən  öz-özünə 
gülümsəyib, başını buladı... 
Şəms Təbrizi öz dövrünə məlum olan bütün elmləri öy-
rənməklə, alimlərin söhbətlərini, moizələrini dinləməklə ki-
fayətlənməyərək, Təbrizdə və ona yaxın olan digər şəhərlər-
dəki sufi məclislərində,  zaviyələrdə  də  mütəmadi  iştirak 
edirdi. O, həmin vaxtlar Şeyx Əbu Bəkr Səlləbaf Təbrizinin 
müridi olmuşdu, ondan çox şeylər öyrənmişdi, amma son-
ralar özü təsəvvüfdə ən yüksək məqama yetişsə də, ətrafına 
müridlər toplamadı. Şəms Təbrizi, – müridim olub xirqə al-
ması üçün məndən yapışanların  sayı çox olsa da, mən on-
lardan qaçdım. Çünki mən mürid tutmuram, şeyx tuturam, 
özü  də  hər  şeyxi  yox,  kamil  şeyxi!  Mənim  bu  aləmdə  adi 
adamlarla, naşı insanlarla işim yoxdur, dünyaya onlar üçün 
gəlməmişəm,  –  deməklə,  tanınmaqdan  və  şöhrətdən  qaçır-
dı, çox vaxt özünü insanlarla ünsiyyətdən qoruyur, kimsəy-
lə görüşmək istəmirdi. Lakin onu dinləmək, onunla görüş-
mək arzusunda  olanların  sayı  çoxaldıqda,  bir  dəfə  üzünü 
onlara tutub belə dedi: 
–  Mənim  bir  xüsusiyyətim  var  ki,  harada  bir  yəhudi, 
xristian, yaxud digər bir dinin, bir millətin nümayəndəsini 
görsəm,  Haqq  təalanın  onu  Haqq yoluna  qovuşdurması 
üçün dua edirəm. Bir kimsə məni söyüb təhqir etsə, mən ye-
nə də ona dua edib “ya Rəbbim, onun dilini söyüşlərdən xi-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə