Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

Elbəyi Cəlaloğlu 
36 
 
 
Koroğlu qüdrətli, igid Mehralı, 
Qurd kimi gedəcək nicata sarı. 
 
Əhməd də tutmuşdu sevdadan xəbər, 
Mənalar gözündə şübhəsiz, şəksiz. 
Ona “əmi” deyən ərlə aradan, 
Götürməz pərdəni belə gərəksiz. 
 
Mehralı özündə cəsarət tapıb, 
Mehriban bibiyə dedi sirrini. 
– Mən çıxıb gedincə əmim bilməsin, – 
Deyib, xəcalətdən sildi tərini. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
36 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
37 
 
 
 
 
 
 
Mehralı bəyin ilk dəfə mühasirəyə 
düşməsi 
 
Baharın eşqiylə, məhəbbətiylə 
Bir-neçə gün burda qaldı Mehralı. 
Birdən xəbər gəldi, – satıblar səni, 
Qoşunla yetirib rus generalı. 
 
Çağırıb Əhmədə söylədi, tezcə 
Qapının ağzına çəksin atını. 
İndi sıçrayaraq atın belinə, 
Xilas edəcəkdi öz həyatını... 
 
...İki gözətçinin ölüm xəbəri 
Yayıldı Mehralı çıxan səhəri. 
Udub hulqumunu qazılmış məzar, 
Eyləmişdi sirri el-obaya car. 
 
Gəzdilər evləri, alaçıqları, 
Əzdilər günahsız, saf uşaqları. 
Meşənin şiri də, çaqqalı da var, 
İndi Keşəlidə qurulmuşdu dar. 
 
37 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
38 
 
 
General çox zülm etmişdi xalqa, 
Təki söyləsinlər onun yerini. 
Bir qoca dözməyib işgəncələrə, 
Göstərmişdi evin daş çəpərini. 
 
Əsgərlə hörüldü evin dörd yanı, 
Düzüldü süngülər, oxlar hər qata. 
Qapıda Mehralı iki əsgəri 
Vurub qılıncıyla, sıçradı ata. 
 
Qarnının altına çəkildi atın, 
Qəmər tufan kimi qopdu yerindən. 
Boş görüb yəhəri duyan olmadı, 
Xeyli uzaqlaşdı günün şərindən. 
 
Qəmər uçmağında, amma Mehralı, 
Atının sırtında ayağa durdu. 
Qarşısına çıxan iki əsgərin, 
Gülləni dal-dala alnına vurdu. 
 
Düşmən mat qalmışdı bu məharətə, 
İlahi qüvvəmi saxlayır onu? 
Təkcə dastanlardan eşitmişdilər, 
Şimşək tək şığıyan göylər oğlunu. 
 
Bezmişdi insanlar işgəncələrdən, 
Artırdı qaçağın günbəgün sayı. 
38 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
39 
 
 
Hər biri igiddi, hər biri cəsur
Amma Mehralının yoxuydu tayı. 
 
Axısqa, Qarabağ, Gəncə boyunca, 
Hamı Mehralıdan danışır, deyir. 
Atilla timsallı bu qəhrəmanı, 
Hərə bircə yolla görmək istəyir. 
 
Sədası ellərə yayıldı onun, 
Çatmışdı şöhrəti Qarsa, Sulduza. 
Göylər də başına dolanır onun, 
Dönmüşdü Mehralı aya, ulduza. 
 
Gözləyib dağlarda gecə yarısı, 
Ananı görməyə gəldi Darvaza. 
Fürsət bulan kimi söz arasında, 
İgid eyham vurdu sevdiyi qıza. 
 
Təbəssüm alışdı dodaqlarında, 
Şad oldu xəbərdən Hüsniyyə ana. 
Arzusu, inamı, ümidi onun 
Bağlıydı bilmərrə bu qəhrəmana. 
 
 
 
 
 
39 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
40 
 
 
 
 
 
 
Elin sevgisindən ilhama gəldi 
 
Obaşdan dağlara çapdı atını, 
Gəzdi çadır-çadır ağ binələri. 
Elin sevgisindən ilhama gəldi
Keçirdi xəyaldan qəlbi nələri. 
 
Bir tütək səsini dinləmək üçün, 
Sürdü çobanların yanına atı. 
Yeni bir təravət verdi ruhuna, 
Dağlara səs salan “Çobanbayatı”. 
 
Qonaq olan çobanlara neçə gün
Almazdımı ilhamını yaylaqdan?! 
Daddı bu dağların tər sinəsində 
Qovurmadan, süddən, baldan, qaymaqdan. 
 
Gördü qatarında azalıb güllə, 
Endi Ormeşənə bircə nəfəsə, 
Dayısı Hüseynin evinə gəldi, 
Ehtiyac duyurdu bir müdrik kəsə. 
 
 
40 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
41 
 
 
Ağsaqqal sözünün öz qüdrəti var, 
Dünyaca bilgisi olsa da gəncin. 
Mehralı dinləyib nəsihətləri, 
Dirsəklənib aldı bir azca dincin. 
 
Hüseyn yenə də söz açdı, – oğul, 
Sənə görə məni çox incidirlər
“Yerini bilmirəm” söyləyəndə də, 
Söyür, hədələyir, təhqir edirlər. 
 
Burda çox qalmağı xatalı bildi, 
Ağlına gələnlər, gəldi başına. 
Kəndi çıxhaçıxda rast gəldi igid, 
Başında əsgərlər rus çavuşuna. 
 
Tüfəngin səsindən diksindi quşlar
Ətrafa yayıldı xəbər bir anda. 
Çatan tək Hüseyn gördü leşləri, 
Yan-yana düzmüşdü igid meydanda. 
 
Dedi, – dayanmağın vaxtı döy, oğul, 
Yoxsa, tərlanını salarlar tora. 
Soraq çatan kimi durub Melikov, 
Səni arayacaq qarabaqara. 
 
 
 
41 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
42 
 
 
Xəbər gedib çatdı qubernatora, 
– Qoymayın, – söylədi, – kəndləri gözdən. 
Mehralını ələ verməmək üçün, 
Hüseyn də qaçaq düşdü bu üzdən. 
 
Mehralı dağlara güvəndi yenə, 
Gah şehdə islandı, gah da yağışda. 
Hərdən qopardırdı atın nalını, 
Qənim kəsilmişdi çınqıl da, daş da. 
42 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə