42
si sintez olunacaq zülal molekulunun quruluşu haqqında
məlumatı DNT-dən alıb aminturşuların düzülmə ardıcıllığını
nizamlayır.
N = C–
OH
O
HO–C C–N OH OH O
CH
N – C– N C– C– C– C–CH
2
–O–P–OH
H H H H OH
Psevdouridin turşusu
1.3.Fermentlər haqqında ümumi məlumat
Canlı orqanizmlərdə təsadüf olunan bir qrup üzvi
birləşmələr də vardır ki, onlara fermentlər və ya enzimlər də
deyilir.
Fotosintezin, tənəffüsün, qıcqırmanın, qida maddələrinin
mənimsənilməsi proseslərində, habelə zülalların, yağların,
sulukarbonların və qeyrilərinin biosintezində mürəkkəb
biokimyəvi reaksiyalar baş verir. Bu reaksiyalar canlı
hüceyrələrdə fermentlərin iştirakı ilə gedir. Ona görə də
fermentlərə bioloji katalizatorlar da deyilir. Onlar adi
katalizatorlarla nisbətən kimyəvi reaksiyaların sürətini 10
6
-
10
12
-dəfə tezləşdirir.
Bütün canlı orqanizmlərdə gedən maddələr mübadiləsi
prosesi də fermentlərin təsiri ilə gedir. Fermentlərin adı ferveo
sözündən götürülmüş və latınca-qıcqırdan deməkdir. Đnsanlara
fermentativ proseslər hələ çox qədimdən məlum olmuşdur.
Belə ki, çörəyin, pivənin və şərabın istehsalında müxtəlif
mayalardan, pendirin hazırlanmasında isə qaramalın həzm
şirəsindən istifadə edirlər. Lakin insanlar bu zaman baş verən
proseslərin mahiyyətini başa düşməmişlər. Ancaq fermentlərin
43
əsaslı öyrənilməsi XIX əsrin əvvəllərinə təsadüf edir. 1814-cü
ildə K.S.Kirxhoff səməni ekstraktında nişastanı, maltozaya
qədər parçalayan maddənin varlığını müəyyən etmiş, ona
diastaza (amilaza) adı vermişdir. Diastaza (Diastaza) latınca-
bölmək deməkdir. Alimin bu kəşfi fermentlər haqqında elmin
inkişafına böyük təkan verdi. Fermentlər haqqında elmin
öyrənilməsində Payenin, Personun, L.Pasterin, Buxnerin,
Lebedevin, Pavlovun, Baxın, Oparinin, Ovçinnikovun, Sprinin,
Samnerin, Nortropun, Varburqun və başqalarının böyük
xidmətləri olmuşdur.
Fermentlər haqqında bəhs edən elmə fermentologiya və
ya enzimiologiya deyilir.
Hal-hazırda biokimya elminin inkişafında fermentlər
geniş öyrənilir. Fermentlər bir sıra elmlərlə: fiziologiya,
mikrobiologiya, təbabət, qida sənayesi və qeyri elmlərlə sıx
əlaqədardır. Fermentlərin öyrənilməsinin mühüm praktiki
əhəmiyyətə malik sahələrindən biri də qida sənayesinin:
şərabçılıq, pivə, çörək istehsalı, konservləşdirmə, çay və s.
sahələridir.
1.3.1.Fermentlərin kimyəvi təbiəti
Fermentlər zülal təbiətli maddələr olmaqla kolloid
hissəciklərdir. Onların əksəriyyəti suda yaxşı həll olur. Bu heç
də o demək deyildir ki, fermentlər hüceyrələrdə məhlul halında
olur. Onların xeyli hissəsi hüceyrədə: nüvədə, xromosomda,
sitoplazmada, ribosomda birləşmiş halda olur.
Kimyəvi təbiətinə görə fermentlər iki qrupa bölünür:
1. Birkomponentli fermentlər.
2. Đkikomponentli fermentlər.
Birkomponentli
fermentlər
yalnız
sadə
zülaldan,
ikikomponentli fermentlər isə sadə zülalla yanaşı, həm də
qeyri-zülal təbiətli maddələrdən ibarətdir. Fermentlərin
tərkibində olan qeyri-zülal təbiətli maddələr vitaminlərdən
44
(məs: B
1
, B
2
, B
6
, PP, və s.), müxtəlif metallardan (mis, dəmir,
sink və s.), bəzi nukleotidlərdən və s-dən ibarət olur.
Birkomponentli fermentlər hidroliz olunduqda yalnız
aminturşulara ayrılır. Đkikomponentli fermentlər hidroliz
olunduqda isə sadə zülalla yanaşı, qeyri-zülali hissədən, yəni
prostetik qrupdan ibarət olur. Mürəkkəb zülallar qrupuna aid
olan fermentlərin zülali hissəsinə apoferment, qeyri-zülali
hissəsinə isə koferment deyilir. Bunların birlikdə aktiv ferment
kompleksinə xoloferment deyilir.
Hazırda
fermentlərin
bəzilərinin
tərkibində
olan
aminturşularının sayı və birləşmə ardıcıllığı müəyyən
edilmişdir. Məsələn, ribonukleaza–124, laktatdehidrogenaza –
310, aspartat–aminotransferaza–412, katalaza–720 amintur-
şuların qalıqlarından təşkil olunmuşdur. Bundan başqa bəzi
fermentlərin molekul çəkisi də müəyyən edilmişdir. Məsələn,
peroksidazanın molekul kütləsi 40000, α-amilazanın 60000, β-
amilazanın 150000, katalazanın 250000, ureazanın 480000
olur. Fermentlərin kimyəvi təbiətinin öyrənilməsində Amerika
alimi C.Samnerin böyük xidməti olmuşdur. Belə ki, o, ilk dəfə
olaraq ureaza fermentini təmiz halda kristallaşdırılmış şəkildə
almış, onun aminturşu tərkibini və onların düzülmə ardıcıllığını
müəyyən etmişdir. Bu da fermentlərin bir daha zülal təbiətli
olmasını sübut etmişdir. Alimin bu kəşfi fermentlərin kimyəvi
təbiətinin və bioloji rolunun öyrənilməsində mühüm rol
oynamışdır.
1.3.2.Fermentlərin spesifikliyi
Fermentlərin hamısı spesifik xüsusiyyətə malikdir. Belə
ki, hər bir ferment yalnız bir maddənin çevrilməsini kataliz
edir. Fermentlərin spesifikliyinə görə üç qrupa bölünür:
1. Mütləq spesifikliyə malik fermentlər.
2. Qrup spesifikliyinə malik fermentlər.
3. Sterokimyəvi spesifikliyinə malik fermentlər.
Dostları ilə paylaş: |