5
GĐRĐŞ
Biokimya və ya bioloji kimya bütün canlı orqanizmlərin
(bitki, insan, heyvan və mikroorqanizmlər) tərkibini təşkil edən
maddələrin, kimyəvi təbiətini, xassələrini və çevrilmələrini
öyrənən elmdir.
Canlı orqanizmlərin tərkibini təşkil edən maddələri,
kimyəvi təbiətini və xassələrini öyrənən hissəsinə statik
biokimya deyilir. Canlı orqanizmlərin tərkibini təşkil edən
maddələrin çevrilmələrini və ya maddələr mübadiləsini
öyrənən hissəsinə isə dinamik biokimya deyilir.
Statik və dinamik biokimya bir-biri ilə sıx qırılmaz
sürətdə əlaqədardır.
Çox qədim zamanlarda insanlara bəzi biokimyəvi
proseslər (çörəyin bişirilməsi, şərabın hazırlanması və s.)
məlum olmuşdur. Buna baxmayaraq, biokimyanın əsas inkişafı
XIX əsrin əvvəllərinə təsadüf olunur. 1814-cü ildə rus alimi
K.S.Kirxhoff buğda dənində nişastanı maltozaya qədər
parçalayan maddənin varlığını müəyyən etmiş və ona diastaza
(amilaza) adı vermişdir.
1866-cı ildə Lui Paster tərəfindən qıcqırma prosesinin el-
mi əsasları öyrənilmişdir. Bu prosesin mikroorqanizmlərin kö-
məyi ilə yox, onların əmələ gətirdiyi fermentlər tərəfindən apa-
rıldığı müəyyən olunmuşdur. 1888-ci ildə A.Y.Danilevski
zülalların əmələ gəlməsində peptid tipli rabitənin varlığını
sübut etmişdir. 1902-ci ildə E.Fişer zülal molekulunda
aminturşuların bir-biri ilə peptid tipli rabitə formasında
birləşməsini bir daha müəyyən etdi. Hətta E.Fişer və onun
əməkdaşları bir neçə peptid sintez etdilər. 1880-ci ildə
N.Đ.Lunin qida məhsullarının tərkibində zülallardan, yağlardan,
karbohidratlardan, mineral duzlardan və sudan başqa, həyat
üçün daha zəruri olan maddənin varlığını söyləmişdir. Bu
naməlum maddə sonralar vitamin adlandırılmışdır.
6
1911-ci ildə K.Funk düyü kəpəyindən müalicəvi təsirə
malik bir maddə aldı. Kimyəvi analiz sayəsində müəyyən
olunmuşdur ki, alınmış maddənin tərkibində amin qrupu
(-NH
2
) vardır. 1912-ci ildə K.Funk alınmış maddəyə vitamin
adı verməyi təklif etmişdir. 1903-cü ildə Neyberq ilk dəfə
“Biokimya” sözünü işlətmişdir. 1926-cı ildə Samner ilk dəfə
təmiz halda ureaza fermentini kristallik formada almış və
fermentlərin həqiqətən zülal təbiətli olduğunu bir daha sübut
etmişdir.
Biokimyanın inkişafında bir sıra alimlərin görkəmli
xidmətləri olmuşdur. Fotosintez prosesinin, xlorifilin fiziki və
kimyəvi
xassələrinin
öyrənilməsində
K.A.Timiryazevin
xidmətləri çox olmuşdur. T.Sossyur, J.Bussenqo və J.Libix
bitkilərin qidalanmasının biokimyəvi əsasları kimi maraqlı
elmi-tədqiqat işləri aparmışlar. M.S.Svet xromotoqrafiya
üsulunu işləyib hazırlamış, bitki karotinoidlərini və xlorofili
öyrənmişdir. A.N.Bax, V.Đ.Palladin, S.N.Kostıçev, L.A.Đvanov,
A.N.Lebedev tərəfindən tənəffüs və qıcqırma proseslərinin
kimyasının öyrənilməsi biokimya elminin inkişafında mühüm
rol oynamışdır. 1943-cü ildə F.Lipman yağların sintezində
koferment-A-nın rolunu, 1949-cu ildə A.Lenindcer oksidləş-
məklə-fosforlaşma prosesinin və canlı orqanizm üçün lazım
olan enerjinin mitoxondriyalarda sintez olunmasını öyrənmiş-
dir. 1953-cü ildə D.Uotson və F.Krik DNT-nin quruluşunu,
1963-cü ildə K.Nirenberq tərəfindən DNT-nin genetik kodu
müəyyənləşdirilmişdir. 1967-1987-ci illərdə biokimyaçı alim-
lər tərəfindən zülalların quruluşunun və onların təsir mexaniz-
minin müəyyən edilməsi biokimya elminin əsas nailiyyətlərin-
dən biri hesab olunur.
Akademik A.Đ.Oparinin dünyanın əmələ gəlməsinin
biokimyəvi əsaslarının öyrənilməsi bu elmin inkişafına təkan
vermişdir. Yuxarıda göstərilən alimlərin elmi-tədqiqat işləri
biokimyanın sürətlə inkişafında böyük əhəmiyyət kəsb
etmişdir.
7
Bioloji kimyanın inkişafı bir sıra elmlərlə də əlaqədar-
dır. Bu elmlərdən biri üzvi kimyadır. Biokimyanın bir hissəsi
olan statik biokimya canlıların üzvi kimyasıdır. Bütün canlıla-
rın əsasını üzvi birləşmələr təşkil edir. Üzvi kimya canlı orqa-
nizmlərdə olan üzvi maddələri də öyrənir.
Bundan başqa fiziologiya elmi də biokimya ilə əlaqəsi
olan elmlərdəndir. Fiziologiya canlı orqanizmlərdə törənən
həyati proseslərin qanunlarını, onların əsasında əmələ gələn
dəyişiklikləri öyrənir. Biokimya isə fizioloji proseslərin
kimyəvi əsaslarını da öyrənir.
Biokimyanın inkişafında fiziki və kolloid kimyanın da
böyük rolu vardır. Fiziki kimya kimyəvi proseslərin fiziki
qanunauyğunluqlarını öyrənir. Bitki və heyvan mənşəli qida
məhsullarında həmişə biokimyəvi proseslər baş verdiyi üçün
onların mahiyyətinin daha dərindən öyrənilməsində fiziki
kimyanın qanunlarından istifadə olunur. Kolloid kimya isə
kolloidlərin fiziki kimyası deməkdir. Kolloidlərdən zülallar,
fermentlər və sairləri bitkilərdə çox təsadüf olunur. Bitkilərdə
gedən metabolizm (maddələr mübadiləsi) prosesini dərindən
dərk etmək üçün kolloid kimyanı bilmək lazımdır. Bundan
başqa müasir cihazların köməyi ilə biokimyəvi analiz üsulları
fiziki və kolloid kimyanın qanunları əsasında düzəldilmişdir.
Biokimya elminin bitkiçilikdə və qida sənayesində böyük
praktiki əhəmiyyəti vardır. Bitki mənşəli məhsulların (taxıl,
çay, üzüm, meyvə-tərəvəz və s.) saxlanılması və emalı zamanı
mürəkkəb biokimyəvi proseslər törənir. Bu zaman qida
məhsulunun tərkibini təşkil edən zülalların, karbohidratların,
yağların, vitaminlərin və sair maddələrinin miqdarca dəyişməsi
və çevrilməsi prosesi gedir. Bu proseslərin müsbət həlli üçün
biokimya elminin böyük əhəmiyyəti vardır.
DNT-nin quruluşunun kəşf edilməsi mühəndis biokim-
yasının və ya XX əsrin 70-ci illərindən “Biotexnologiya” adı
ilə geniş səslənən elmin inkişafında mühüm rol oynamışdır.
Hal-hazırda biotexnologiya elmi əsasında maya hüceyrə-
Dostları ilə paylaş: |