5
fiskal korreksiyadan Avrozona iqtisadiyyatında
“yorğunluq” yaranmışdır. 10 aparıcı ölkədə
dövlət borcu hələ də ÜDM-in 90%-ni ötür və
bu ölkələr dünya iqtisadiyyatının 40%-ni təşkil
edirlər. Dünyada müxtəlif sürətli artım məkanı
yaranmışdır: 1) inkişaf edən ölkələr artmaqda
davam edir 2) ABŞ və Avrozona üzrə isə
iqtisadi artım templəri arasındakı fərqlər
böyüyür.
Böhranın buraxdığı dərin izlər qlobal
müstəvidə
inkişaf
paradiqmalarına
yeni
baxışların formalaşmasına səbəb olmuşdur. Bu
baxışların episentrində balanslı yığım-istehlak,
intizamlı və kompakt dövlət modeli durur.
Hazırda ölkələrdə yığım-istehlak ləng olsa da,
balanslaşmağa başlayır. Beynəlxalq Valyuta
Fondu bu proseslərin hələ bir neçə il davam
edəcəyini proqnozlaşdırır. Son qlobal
konsensus ondan ibarətdir ki, dövlət xərclərinin
azaldılması qısamüddətli dövrdə iqisadi artıma
və sosial duruma mənfi təsir etsə də,
uzunmüddətli dövrdə dayanıqlı iqtisadi artımın
mühüm şərtidir.
Lakin, alternativ fikirlər də səslənməyə
başlamışdır. Bəzi beyin mərkəzləri və
ekspertlər
resessiya
şəraitində
(xüsusilə
avrozonada) fiskal korreksiyanın vaxtı, sürəti
və vasitələrini düzgün seçməyi təklif edirlər.
Onların fikrincə, özəl sektor dövlət sektorunu
tez bir zamanda əvəz edə bilmirsə, fiskal qənaət
və korreksiya siyasətləri sosial gərginliyi artıra
bilər.
Hazırda iri həcmli dövlət borcuna malik
dövlətlərdə
iqtisadiyyatın
restrukturizasiyası
məsələsi aktuallaşır. Burada iqtisadi artımın
əsasən
yüksək
məhsuldarlıq
hesabına
generasiyasına cəhd edilir. Bunun üçün büdcə
xərclərinin
restrukturizasiyası
mühüm
amillərdən biri hesab edilir. Əsas ideya budur
ki, xərclərin optimal stukturu iqtisadi artımın
yüksək faktor məhsuldarlığı hesabına baş
verməsinə şərait yaratmalıdır. Burada mühüm
priortetlərdən biri təhsil və innovasiyaların
xeyrinə xərclərin restrukturizasiya olunmasıdır.
Ümumən, fiskal qənat şəraitində hazırda
iqtisadi artım və əmək bazarının
canlandırılması vəzifəsi müvəqqəti olaraq pul
siyasətinin
üzərinə
düşür.
Yumşaq
pul
siyasətlərin hələ ki, sağlam olmayan və “toksik
aktivlər”dən qurtulmayan maliyyə sektorunda
yenidən “köpük” yaratması riskini artıra bilər.
Bunu nəzərə alaraq, hazırda dünyanın aparıcı
ölkələri bank-maliyyə sektorunda “kontrtsiklik”
tənzimləmə çərçivəsini formalaşdırırlar. Bu
istiqamətdə
Bazel
Komitəsi
aktiv
məsləhətverici və metodoloji fəaliyyət aparır.
Ümumiyyətlə, belə bir fikir formalaşır
ki,
hazırda
dünya
industrial
inkişaf
mərhələsindən innovativ inkişaf mərhələsinə
daxil olmağa başlayıbdır. İndustrial inkişafa
daha çox bol və ucuz mineral xammal
mənbələrinə əsaslanırdı və onların geniş
istifadəsi yüksək iqtisadi artıma imkan verirdi.
Lakin, mineral xammalın bahalaşması və
onların
məhdud
ehtiyatları
şəraitində
innovasiyalar yüksək iqtisadi artımın əsas
amilinə çevrilməkdədir. Yalnız bu amil yüksək
iqtisadi effektivliyə və məhsuldarlığa imkan
yaradır.
Bu baxımdan dünya iqtisadiyyatında
innovasiya axınlarının intensivləşməsini təmin
edə bilən yeni institusional şərait tələb olunur.
Yeni modeldə inkişaf fazaları dəyişdikcə,
dünya
iqtisadiyyatında
işgüzar
tsikllərin
dinamikası və strukturu da dəyişə bilər. Bəzi
ekspertlər hesab edirlər ki, bu gedişat müəyyən
olunduqca
qlobal
iqtisadiyyatda
müxtəlif
adaptasiya “spazmaları” və yeni şoklar
qaçılmaz olacaqdır. Bu amillər iqtisadi artıma
və makroiqtisadi tarazlığa güclü təsir edə bilər.
İqtisadçıların ilkin qənaəti ondan ibarətdir ki,
innovasiyaları çevik tətbiq edən ölkələrin
iqtisadi gələcəyi daha perspektivlidir.
6
Göründüyü kimi, dünyanın iqtisadi
inkişaf gündəliyi nə qədər rəngarəng və
mürəkkəbdirsə, iqtisad elminin cavab verəcəyi
eyni məzmunlu sualların qoyuluşu, tədqiqi və
konseptuallaşması bir o qədər çətin və qeyri-
monotondur. Son qlobal iqtisadi böhrandan
sonra dünyada iqtisadi düşüncə tərzi dəyişsədə
də, sual eyni olaraq qalır: necə etmək ki,
iqtisadi inkişaf sabit, dayanıqlı və inklüziv
olsun? Güman edirik ki, bu kontekstdə
Azərbaycan iqtisadiyyatının inkişafının
dərindən öyrənilməsi analitiklər və siyasətçilər
üçün həm maraqlı, həm də vacibdir. Dünya
tarixində qısa müddətdə iqtisadi möcüzə
yaratmış çox az sayda ölkələr vardır. Mövcud
təcrübələrin təhlili göstərir ki, istənilən ölkənin
sosial-iqtisadi həyatında baş verən radikal
dönüş ilk növbədə siyasi iradə və güclü liderin
olmasından asılıdır.
Məlum olduğu kimi, son 10 il ölkəmizin
iqtisadi və sosial-mədəni həyatında sıçrayışlı
inkişaf dövrü olmuşdur. Ölkə başçısı İlham
Əliyev cənablarının rəhbərliyi altında əldə
olunmuş sürətli iqtisadi inkişaf nəticəsində
Azərbaycan orta gəlirli dövlətlər qrupuna daxil
olaraq
burada
öz
mövqeyini
möhkəmləndirmişdir. Ölkəmiz orta gəlirli
dövlət statusunu cəmi 3 il ərzində qazanmışdır.
Halbuki, ən yaxşı təcrübələrdə belə, uğurun
müddəti 10 ildən az olmamışdır.
Bazar iqtisadiyyatına keçid uğurla başa
çatdırılmış, özəl sektor iqtisadi inkişafın
mühüm amilinə çevrilmişdir. Ölkədə müasir
sosial-infrastruktur yaradılmış, regional inkişaf
sürətlənmişdir.
İqtisadi
artım
strategiyası
gəlirlərin bərabər bölgüsünü hədəfləmişdir.
Nəticədə əhalinin rifah səviyyəsi əhəmiyyətli
yüksəlmiş, yoxsulluq 10 dəfədən çox azalaraq
6%-ə enmişdir. Azərbaycan 153 ölkə arasında
yoxsulluq səviyyəsinin ən aşağı olduğu 20
ölkədən biridir. Makroiqtisadi dayanıqlıq
səviyyəsinə görə də ölkəmiz dünyada ilk
iyirmilikdədir.
Azərbaycanın
beynəlxalq
reytinqləri daim, hətta böhran illərində belə
artmışdır.
Ölkə başçısı İlham Əliyev cənablarının
“Azərbaycan-2020:
gəcələyə
baxış
“
konsepsiyası qarşıdakı strateji dövrdə yeni
inkişaf məqsədlərini müəyyən edir. Azərbaycan
iqtisadiyyatının
yüksək
dərəcədə
şaxələndirilməsi, rəqabətli qeyri-xammal ixrac
imkanlarının genişləndirilməsi, ölkənin yuxarı
gəlirli dövlətər sırasına qatılması və iqtisadi
inkişafın dayanıqlığının təmin olunması başlıca
prioritetlərdir.
Beləliklə,
əldə
olunmuş
inkişaf
nəticələrinin
elmi-analitik
şərhi,
həyata
keçirilmiş
iqtisadi
strategiyanın
xarakteristikasının təhlili, yeni strateji
prioritetlərin əsaslandırılması iqtisadi təhlildə
adekvat empirik tədqiqat metodlarının və
yanaşmalarının tətbiqini zəruri edir. Təbii ki,
bütün bunlar öz növbəsində müasir iqtisad
elminin
ən
mütərəqqi
nəzəri-konseptual
çərçivələrinin mənimsənilməsi səviyyəsindən
asılıdır. “Mərkəzi bank və iqtisadiyyat” adlı
yeni elektron jurnalın intellektual dövriyyəyə
buraxılması iqtisadi məsələlərin elmi cəhətdən
öyrənilməsi və qiymətləndirilməsində, iqtisadi
nəzəriyyə və praktikanın sintezinə imkan verən
yanaşmaların
formalaşmasında,
cəmiyyətdə
iqtisadi biliklərin yayılmasında mühüm rol
oynaya bilər.
Elmi-nəzəri və praktiki səciyyə daşıyan
“Mərkəzi bank və iqtisadiyyat” jurnalının əsas
vəzifəsi makroiqtisadiyyat, mikroiqtisadiyyat,
monetar iqtisadiyyat, maliyyə-bank sektoru,
inkişaf
iqtisadiyyatı,
sosial
sfera
kimi
sahələrdəki
aktual
məsələlərin
tədqiqinin
nəticələri və ən müasir metodoloji açarlar ilə
oxucuları tanış etməkdir. Bu istiqamətlərdə
ayrı-ayrı fundamental tədqiqatların aparılması
Dostları ilə paylaş: |