149
monetar siyasətin xüsusiyyətlərini əks etdirir”. O, eyni zamanda Vudfordun fikirlərinə istinad
etməklə “digər amillərin çox cüzi əhəmiyyətə malik olmasını” da qeyd edir. Siyasətin dizaynı və
elementlərinin müəyyənləşdirilməsi zamanı gözləntilərin ən azı iki baxımdan faydası vardır:
siyasət öhdəliyindən fayda və şəffaflıq.
Lukas və Sarjentin qeyd etdiyi kimi, “siyasət stabil qaydalar toplusu kimi təsəvvür
edilməli, lakin mərkəzi banklar bu qaydaları yalnız təqib etməməli, həm də tətbiq etdiklərini
göstərməlidirlər”. Monetar nəzəriyyəyə dair müasir tədqiqatlar mərkəzi banka olan inam və
siyasət öhdəliyindən əldə olunan fayda haqqında yeni baxışların formalaşmasına təkan vermişdir.
1980-90-cı illərdə zaman uyğunsuzluğu və siyasət öhdəliyindən əldə olunan fayda
mülahizə əsaslı orta inflyasiya meylinin anlaşılması üzərində cəmləşmişdi. Belə ki, aşağı
inflyasiya səviyyəsində ekspansionist siyasətin marjinal faydası onun xərcini üstələdiyindən
mərkəzi banklar inflyasiya yaratmağa meyl edirdilər. Bu isə iqtisadi agentlər tərəfindən anlaşılır
və nəticədə mərkəzi banklar daha yüksək inflyasiyaya səbəb olurdular.
Hazırda orta inflyasiya meylinin mövcud olduğu şəraitdə belə siyasət öhdəliyindən fayda
da əldə etmək olar. İnflyasiya həm məcmu buraxılış kəsirindən, həm də ictimaiyyətin gələcək
inflyasiya ilə bağlı gözləntilərindən təsirlənir. Bu, o deməkdir ki, mərkəzi bankın sərəncamında
real iqtisadi fəaliyyətə təsir edən qısamüddətli faiz dərəcəsi və özəl sektorun gələcək inflyasiya
ilə bağlı gözləntiləri kimi iki potensial alət vardır. Beləliklə, məcmu buraxılış kəsirinin
volatilliyindəki azalma inflyasiyanın dispersiyasını müşayiət edəcəkdir ki, bu da siyasət
öhdəliyindən formalaşan faydadır.
Gələcək gözləntilərin monetar transmissiya prosesi üçün əhəmiyyəti artdıqca mərkəzi
bankın niyyəti ilə özəl sektorun gözləntiləri arasındakı uyğunluq perspektiv siyasətlə bağlı
şəffaflığı təmin edir. Nəticə etibarilə şəffaflıq özəl sektorda gözləntilər və monetar siyasətin
məqsədləri arasında uyğunluğu təmin etməklə hədəflərə nail olmağa imkan verir. Bu səbəbdən
mərkəzi banklar tədricən ictimaiyyətlə kommunikasiyanın əhəmiyyətini daha yaxşı qavrayırlar.
Məlum olduğu kimi, siyasət qaydaları bir neçə şəkildə ifadə oluna bilər. Məsələn, Teylor
qaydası siyasət alətini makro dəyişənlərin kiçik funksiyası kimi göstərməklə yanaşı özlüyündə
bir alətdir. Bunun əksinə olaraq, mərkəzi bankların hədəf dəyişənlərinin müəyyən şərti
qarşılaması hədəf qaydası hesab edilir. Bu halda hədəf qaydaları ekzogen şokları nəzərə almır.
Hədəf qaydaları inflyasiyanı hədəfləyən mərkəzi banklarda geniş yayılmışdır. Ən azından
bir mərkəzi bank - Norveç Mərkəzi Bankı hədəf qaydasından istifadə etdiyini açıq şəkildə bəyan
etmişdir. Belə ki, 2005-ci ilin yanvar ayı üzrə inflyasiya hesabatında Norveç Mərkəzi Bankının
gələcək faiz dərəcələrini hədəfləyəcəklərinə dair bəzi meyarlar sadalanıb. Birinci meyar sadəcə
olaraq Teylor qaydasıdır. İkinci meyar isə inflyasiya fərqi ilə məcmu buraxılış kəsirinin örtülənə
qədər müəyyən nisbətdə olması şərtidir. Hər iki fərq müsbət olduqda əsasən yuxarı faiz
dərəcəsinə üstünlük verilir. Çünki bu zaman inflyasiya hədəfə daha yaxın olur və bu da məcmu
buraxılışın sabit artımını şərtləndirir.
Mulahizələrə əsaslanan siyasətdə isə bu, inflyasiya və məcmu buraxılış kəsirli itki
funksiyasını nəzərə alan optimal hədəf qaydasıdır. Məlum olduğu kimi, qaydasız siyasətdə bu,
məcmu buraxılış kəsirinin və inflyasiyanın bir-birinə qarşı tərs işarədə olmasını və bir nisbətdə
qarşılaşmasını nəzərdə tutur.
150
2. Siyasət qurucusunun nəzərə almalı olduğu tədqiqat
Siyasət qurucuları tərəfindən istifadə etmək məqsədilə tədqiqatçılar tərəfindən aparılan
tədqiqat işlərində nəzərə alınmalı olan bəzi məsələlər vardır. Lukas (1980) tənqidinə görə iqtisadi
göstəricilər arasında uzun müddətli əlaqənin görünməməsi müvafiq siyasətin həyata keçirilməsi
və bunun iqtisadi əlaqəyə birbaşa təsirinin olması ilə əlaqədardır. Digər tərəfdən, son böhranın
baş vermə ehtimalı iqtisadçılar tərəfindən qurulan modellərdə mülahizə edilmişdir ki, bu da bir
daha tədqiqatların önəmliyini sübut edir.
Siyasət qurucuları üçün tədqiqat işlərinin vacib olmasını şərtləndirən meyarlardan biri
tədqiqatın spesifik maliyyə orqanına aid olması və nəticəsinin siyasi və karyera maraqlarından
uzaq olmasıdır. Digər tərəfdən, siyasət qurucuları tədqiqatın keyfiyyəti və tətbiq oluna
bilməsində maraqlı olmalıdır. Bunun üçün tədqiqat əhatəli oxucu kütləsinə malik və əsas
akademik institutların qəbul etdikləri nəşrlərdə dərc edilməlidir.
Tədqiqat işinin vacibliyini sübut edən ikinci meyar tədqiqatın hansı iqtisadi nəşrdə çap
edilməsidir. Belə ki, bir çox hallarda nəşrin beynəlxalq reytinqi orada çap edilən tədqiqat işinin
keyfiyyətinə zəmanətçi kimi çıxış edir. Hazırda siyasət qurucuları fundamental tədqiqatlardan
daha çox tətbiqi tədqiqatlara üstünlük verirlər. Lakin, tətbiqi tədqiqatların çap edilməsi üçün az
sayda nəşrlər mövcuddur (məsələn, Brooking Papers on Economic Activity, Economic Policy,
İnternational Finance, Oxford Review of Economic Policy).
Üçüncü meyar həyata keçirilən siyasətin istinad etdiyi tədqiqatın hansı zaman periodunda
dərc edilməsidir. Belə ki, tədqiqat bir neçə il bundan əvvəl yazıla, lakin iqtisadi şərtlərin
dəyişilməsi nəticəsində cari dövrdə o, öz əhəmiyyətini itirə bilər. Eyni zamanda əvvəlki
tədqiqatın nəticəsini şübhə altına qoyan digər tədqiqat işi də yazıla bilər. Digər tərəfdən,
tədqiqatın keyfiyyəti deyil, nəticəsinin cəlbediciliyi onun yüksək reytinqli nəşrlərdə dərc
olunmasına imkan verir.
Həyata keçirilən iqtisadi siyasətin tədqiqat işinə istinad etməsini zəruri edən aşağıdakı 5
səbəb mövcuddur:
1. Mürəkkəb iqtisadi şəraitin dərk edilməsi və adekvat siyasət qərarlarının
formalaşdırılması zaman reallığı əks etdirən modellərdən istifadə məqsədəuyğundur;
2. İqtisadi şərtlərin virtual analizi müvafiq effektlərin kəmiyyətcə ölçülməsinə imkan
vermədiyi üçün qiymətləndirmə məqsədilə riyazi modelə istinad edilir;
3. Lukas tənqidində əks olan Qudhart qaydasına görə iqtisadi siyasətdə zaman
uyğunsuzluğu problemindən qaçmaq üçün daha mürəkkəb modellərin qurulmasına
ehtiyac yaranır. Həyata keçirilən iqtisadi siyasətdən asılı olmayaraq, belə modellər
çərçivəsində istənilən iqtisadi əlaqələrə baxmaq mümkündür;
4. Tədqiqat qrupunun maliyyə institutu daxilində yerləşdirilməsi zamanı onun digər
subyektlərin məlumat bazasına çıxışı asanlaşır;
5. Tədqiqatçıların mütaliyə etdikləri real faktlar siyasət qurucularında iqtisadi problemlərə
dair uyğun fikirlərin formalaşmasında mühüm rol oynayır.
Bruk Bensonun fikrincə, “hər bir iqtisadi əlaqəni riyazi yolla modelləşdirmək mümkün olsa
da, müvafiq iqtisadi nəticələr almaq çətindir”. Belə ki, bəzi hallarda riyazi proqnozlaşdırma
151
n
əz
ər
i
sə
v
iy
y
ə
si
iqtisadi qərarlara mənfi təsir edir.
Məsələn,
valyuta
məzənnəsinin
proqnozlaşdırılması əksər hallarda düzgün
əlaqələndirmədən daha çox subyektlərin
fəaliyyətini özündə əks etdirir.
Qeyd edilənləri nəzərə alsaq, uyğun
siyasətin həyata keçirilməsi məqsədilə
siyasət qurucularına tədqiqatın gərəkli
olub-olmaması yenə açıq mövzu olaraq
Sxem 1. Modellərin nəzəri və empirik
səviyyələri arasında əlaqə
DSÜT
natamam
DSÜT
II tip hibrid
modellər
I tip hibrid
modellər
əks etdir.
3. İ
qtisadi modellərin siyasət
quruculuğunda rolu
İqtisadi
ədəbiyyatlarda
bir
qrup
empirik səviyyəsi
VAR
alimlər siyasət quruculuğunda riyazi modellərdən istifadə edilməsinə xüsusi önəm verirlər (Pol
Kruqmanın “Təsadüfi nəzəriyyəçi” kitabını əldə əsas tutaraq). Digər qrup alimlər isə əksinə,
modellərin reallıqdan uzaq olmasını (Pol Ormerodun “İqtisadiyyatın ölümü” əsərində qeyd
edildiyi kimi) qeyd edərək onlardan istifadəni tənqid edir və siyasi qərarlarının hazırlanmasında
faydasız hesab edirlər. Kruqmanın fikrincə, riyazi model reallıqdan nə qədər uzaq olsa da,
tədqiqatcı hər zaman modelə dəyişikliklər edə və yeni siyasi göstərişləri tez bir zamanda aşkar
edə bilər.
Qeyd etmək yerinə düşər ki, iqtisadi modellərin eyni zamanda həm nəzəri, həm də
empirik cəhətdən güclü olmasını inkar edən yanaşmalar vardır (Pagan, 2003). Bu yanaşmaya
görə nəzəri cəhətdən güclü olan modellər empirik cəhətdən zəif olur və əksinə (Sxem 1). DSÜT
modelləri öz təbiətinə görə I qrupa daxildir.
Hazırda əksər mərkəzi banklar özlərinin siyasət quruculuğu sahəsində DSÜT modelinin
müəyyən növlərindən istifadə edirlər. Eyni zamanda heç bir mərkəzi bank öz pul siyasəti
qərarlarında lazımi mühakimələr yürütmədən tək bir modelin nəticələrinə əsaslanmırlar. Bu isə
öz növbəsində belə bir sual meydana çıxarır: bəs onda siyasət quruculuğu prosesində iqtisadi
modellərin həqiqi rolu nədən ibarətdir?
4. İ
qtisadi modelin məqsədi
Ənənəvi olaraq, ekonometrik model iqtisadi məzmunlu problemlər ətrafında fikir və
tədqiqat aparma vasitəsidir. Mərkəzi banklarda isə iqtisadi modellərin istifadəsi bu mahiyyətdən
kifayət qədər uzaqdır. Belə ki, bu modellər getdikcə mürəkkəbləşir və daha az inandırıcı olur.
Həmçinin modellər izah etmə və konseptuallaşdırma kimi funksiyalarını itirərək daha cox
proqnozlaşdırma vasitəsinə çevrilir. Daha mürəkkəb modellərə keçidin əsas səbəblərindən biri
hesablama gücünün və DYNARE kimi keyfiyyətli proqramların inkişaf etməsidir. DYNARE-in
istifadəsi DSÜT barəsində sadə biliyə malik insanın az bir zamanda modeli müəyyənləşdirmək,
kalibrasiya etmək və hesablamasına imkan verir.
DSÜT modelinin inkişafı mərkəzi banklar ücün çox müsbət haldır. Çünki bu modellər
nəinki məntiqi müntəzəmlik daşıyır, həm də kəmiyyət etibarilə münasibdir. Buna baxmayaraq,
152
DSÜT modellərinin geniş yayılması həm də bəzi problemlər yaradır. Belə ki, DSÜT modeli
mərkəzi bank mühitində hələ də çox faydalı olan ənənəvi minimalist modelləşdirməni istisna
edir.
Həmçinin hazirda tam dolğun DSÜT modelinin inkişafı həddən artıq sərmayə və vaxtın
sərf edilməsi səbəbindən bəzi narahatçılıqlar yaradır. Siyasət quruculuğunda DSÜT modeli
ətrafında yaranan mübahisələr və bu modelin mərkəzi banklarda istifadəsinin münasibliyi
məsələləri bir sıra ədəbiyyatlarda öz əksini tapmışdır.
5. DSÜT modelləri həqiqətən nəzəriyyəyə uyğundurmu?
Burada nəzəriyyəyə uyğunluq (strukturluluq) termini siyasətin dəyişməzliyini və uzun
müddət ərzində olan stabilliyini əks etdirir. DSÜT modelinin bu xüsusiyyətinin VAR (Vektor
avtoregressiya) modeli üzərində üstünlük kimi qeyd edilməsi son illərdə aparılan tədqiqatlarda
əsas mövzu olmuşdur.
Lakin, Şari və başqaları (Chari, 2008) iddia edirlər ki, tipik struktur şokların nəzəriyyəyə
tam uyğun olmaması DSÜT modelinin müəyyənləşdirilməsi və bu modelə fərqli ehtimalların
daxil edilməsindən yarana bilər. Qordon (Gordon, 2009) DSÜT modelinin tamamilə ziddiyyət
təşkil etməsini qeyd etmişdir.
6. DSÜT modeli aydınlaşdırıla və hesablana bilərmi?
Kanova və Sala (Canova and Sala, 2009) öz əsərlərində tipik DSÜT modellərinin zəif və
parametrlərinin standart vasitələr ilə çətin hesablanması məsələlərinə toxunmuşlar. Bu mənada
daha əhəmiyyətli və məzmunlu nəticələrin əldə olunması ücün Bayes yanaşmadan istifadə daha
məqsədəuyğun olardı.
7. DSÜT və SVAR modelləri
Müasir makroiqtisadçılar strukturluluq baxımından öz tədqiqatlarında daha çox DSÜT və
SVAR modellərindən istifadə edirlər. Əksər elmi nəşrlərə nəzər yetirdikdə DSÜT və SVAR
modellərinin praktiki olaraq daha çox istifadə edilməsi qənaətinə gəlinir. Lakin, Rudebuşun
(Rudebusch, 2005) fikrincə, praktika bunun əksini sübut edir. Birinci ona görə ki, SVAR modeli
Lukas tənqidindən daha çox təsirlənmişdir və SVAR modellərini hesablamaq DSÜT
modellərindən daha asandır. İkinci, DSÜT modelinə nisbətən SVAR modelində verilən
informasiya bazası uzunmüddətli davranışlara daha çox uyğundur. Üçüncü, həcminin kiçikliyinə
görə SVAR modeli DSÜT modelinə nisbətən daha anlaşılandır.
8. Siyasət prosesində DSÜT modellərinin praktiki tətbiqi
DSÜT modelinin tətbiq olunduğu bir çox mərkəzi banklarda o, əsas və qeyri-əsas
hissələrə ayrılaraq qiymətləndirilir. Bu isə məntiqi ardıcıllıq təşkil edən modelin verilən
informasiya bazasına uyğun olmaması problemindən irəli gəlir. Bu səbəbdən modelin verilən
informasiya bazasına uyğunluğunu yoxlamamışdan əvvəl onun əsas hissəsi qiymətləndirilib başa
çatdırılmalıdır.
153
Son qlobal böhrandan sonra isə mərkəzi banklar qarşısında əsas çağırış ondan ibarətdir
ki, DSÜT modelləri mümkün qədər maliyyə sektorunu da əhatə etməlidir. Bu modelin böhran
risklərini ölçmə gücünü artırmalıdır. Bunu etmək üçün tədqiqatçılar qarşısında ciddi intellektual
vəzifələr dayanır.
9. Nəticə
Aparılan tədqiqatlara görə siyasət qurucuları daha çox funksiyalıdır, tədqiqatçılar isə
məhdud sahədə ixtisaslaşırlar. Buna baxmayaraq, tədqiqatçıların və siyasət qurucularının birlikdə
işini daha məhsuldar təşkil etmək olar. Bu baxımdan:
1. Ekonometrik modellər lazımi mühakimələrlə tamamlanmalı və siyasət qurucuları
tərəfindən kifayət qədər anlaşıqlı olmalıdır;
2. Bütün riyazi modellər müstəqil tədqiqatçılar tərəfindən nəzərdən keçirilməlidir;
3. Siyasət qurucuları geniş məlumata malik olmalı, müxtəlif yanaşmalarda maraqlı olmalı,
yalnız DSÜT modelinə deyil, həmçinin iqtisadi tədqiqatın digər yanaşmalarına da istinad
etməlidirlər;
4. Tədqiqatçı və siyasət qurucuları bir-biriləri ilə müzakirələr aparmalı və qarşılıqlı
anlaşmanı təmin etməlidirlər. Siyasət qurucuları tədqiqatçılara modellərin faydalı olub-
olmamasını deyil, bu modellərin niyə və hansı əsasda faydalı olmağı barədə məlumat
verməlidirlər.
Ə
dəbiyyat
1. Adolfson, M. A. (2007). Modern Forecasting Methods in Action: Improving
Macroeconomic Analyses at Central Banks. International Journal of Central Banking ,
vol. 3(4), pp. 111-144, December.
2. Adolfson, M. A. (2007). Modern Forecasting Methods in Action: Improving
Macroeconomic Analyses at Central Banks. International Journal of Central Banking ,
vol. 3(4), pp. 111-144, December.
3. Alvarez-Lois, P. H. (2008). On the Application and Use of DSGE Models. Journal of
Economic Dynamics and Control, Elsevier , vol. 32(8), pp. 2428-2452.
4. Barnett, W. A. (2006). "Is Macroeconomics a Science?". MPRA Paper No. 415, .
5. Benson, B. L. (2009). “Economic dissociative identity disorder: the math gamer, the anti-
policy econometrician and the narrative political economist”. Econ Journal Watch, 6, 3.
6. Berg, A. a. (1999). "Are Currency Crises Predictable? A Test,". IMF Staff Papers, , vol.
46(2), p. 107-138.
7. Blanchard, O. (2008). "The State of Macro",. NBER Working Paper No. 14259.
8. Blanchart, O., Dell'Ariccia, G., & Mauro, P. (2010). Rethinking macroeconomic policy.
IMF staff pozition note.
154
9. Blinder, A. (1997). "What Central Bankers Could Learn from Academics -- And Vice
Versa",. Journal of Economic Perspectives, , vol. 11(2), pp. 3-19.
10. Blinder, A. (1998). Central Banking in Theory and Practice,. MIT Press.
11. Blinder, A. (2006). Monetary policy today: sixteen question and about twelve answers.
12. Buiter, W. (March 3, 2009,). "The unfortunate uselessness of most state of the art
academic monetary economics",. http://blogs.ft.com/maverecon/2009/03/the-unfortunate-
uselessness-ofmost .
13. Bussière, M. a. (2006). "Towards a New Early Warning System of Financial Crises",.
Journal of International Money and Finance, Elsevier, , vol. 25(6), pp. 953-973.
14. Camerer, C. F. (2003). "Advances in Behavioral Economics",. Princeton University
Press .
15. Canova, F. (2002). "Validating Monetary DSGE Models through VARs",. CEPR
Discussion Papers 3442 .
16. Canova, F. a. (2009). "Back to Square One: Identification Issues in DSGE Models",.
Journal of Monetary Economics, , 56, 4, pp. 431-449.
17. Chari, V. V. (2006). "Modern Macroeconomics in Practice: How Theory is Shaping
Policy", . Journal of Economic Perspectives, vol. 20(4), Fall 2006, , pp 3-28.
18. Chari, V. V. (January 2009,volume 1,number 1,). "New Keynesian Models: Not Yet
Useful for Policy Analysis",. American Economic Journal, Macroeconomics, , pp. 242-
266.
19. Colander, D. (2000). "New Millennium Economics: How Did It Get This Way, and What
Way is İt?,. Journal of Economic Perspectives, vol. 14(1), Winter, , pp 121-132.
Dostları ilə paylaş: |